Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 4,04 Kb.
Pdf görüntüsü
səhifə5/48
tarix05.02.2018
ölçüsü4,04 Kb.
#24604
1   2   3   4   5   6   7   8   9   ...   48

 
 
K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
Muğamşünaslıq UOT 781,7                                                                  Nərgiz Qulamova – Muğam sənətində ənənə və varislik məsələsinin tədqiqi 
 
 
 
 
11 
etmək  lazımdır  ki,  son  illərdə  musiqi  təhsili  sisteminin  tələblərindən  irəli  gələrək, 
muğam  üzrə  tədris  proqramlarının  sayı  artmış,  solo  oxuma  və  instrumental  ifaçılıq 
üzrə  (hər bir alət üçün ayrılıqda) muğam proqramları meydana gəlmişdir.  
Muğamın bir janr kimi formalaşdığı dövrlərdə, XII əsrdə “Rast” muğamı Şərq 
musiqisində  12  klassik  muğamdan  biri  olmuşdur.  Orta  əsrlərdə  əsas  muğam  dəst-
gahlardan  biri  olan  “Rast”  XIX  əsrə  qədər  çoxtərkibli  bir  muğam  kimi  gəlib  çıx-
mışdır. XIX əsrin sonu – XX əsrin əvvəllərindən “Rast” muğamı dəstgah forma-sını 
qoruyub  saxlayaraq  muğamın  kompozisiya  quruluşunda,  lad-tonal  planında  və 
melodik  inkişafında  dəyişmələrə  uğramışdır.  Müasir  dövrdə  “Rast”  muğamı  milli 
musiqi ifaçılığı sənətində özünəməxsus yer tutur. “Rast”ın şifahi ənənəli musiqidəki 
təkamül  yolunun  araşdırılması  bunu  təsdiq  edir.  “Rast”  muğamının  ənənəvi  olaraq 
ifaçılıq  variantlarının  təcrübəyə  daxil  olması  prosesinin  öyrənilməsi  nəticəsində 
muğam sənətində janrların qarşılıqlı təsiri və əlaqəsi üzə çıxır.  
Muğam ustadları və pedaqoqlar tərəfindən yazılmış müxtəlif illərə aid tədris 
proqramlarının  müqayisəsi  şifahi  ənənələr  əsasında  nəsildən-nəslə  ötürülən  muğam 
tərkiblərinin dəyişikliyə uğraması prosesini izləməyə şərait yaradır. 
“Rast”  muğamının  müxtəlif  səsyazılarının  və  not  yazılarının  toplanması  və 
öyrənilməsi onun muğam sənətində təşəkkülü və keçdiyi inkişaf yoluna işıq salır və 
“Rast”ın muğam irsindəki yerini və əhəmiyyətini xarakterizə etməyə imkan verir. 
Azərbaycan  xanəndələrinin  qrammofon  vallarında  səsyazıları  1906-1916-cı 
illər  ərzində  səsyazma  şirkətləri  tərəfindən  vala  köçürülmüşdür.  Qrammofon  val-
larının kütləvi tirajla buraxılışı XX əsrin II yarısından daha geniş vüsət almışdır. Bu 
iş  bu  gün  də  davam  etdirilir.  Belə  ki,  muğam  ifaçılarının  çıxışları  müasir  texniki 
vasitələrlə CD, audio-video kassetlərə yazılır, internet səhifələrinə daxil edilir.  
Bu  baxımdan  Heydər  Əliyev  Fondunun  nəşr  etdiyi  “Qarabağ  xanəndələri”, 
“Muğam  ensiklopediyası”,  “Azərbaycan  xanəndələri”,  “Azərbaycan  muğamı”  kimi 
CD  və  DVD  disklərdən  ibarət  albomlar  əlamətdardır.  Azərbaycan  xanəndələrinin 
yaradıcılığının  səsyazıları  vasitəsilə  öyrənilməsi  musiqişünasların  qarşısında  duran 
mühüm məsələlərdəndir.  
Səs  yazılarını  əhatə  edən  əsas  mənbələrdən  biri  kimi  biz  “Muğam 
ensiklopediyası”na  müraciət  etmişik  (3).  Heydər  Əliyev  Fondunun  nəşri  olan 
“Muğam  ensiklopediyası”na  daxil  olan  CD  albomlarda  “Qarabağ  xanəndələri”, 
“Muğam  dəstgahlar”,  “Ustad  xanəndələr”  (kişi  və  qadın  xanəndələr),  “Gənc 
xanəndələr”  başlığı  altında,  XX  əsrin  əvvəllərindən  XXI  əsrin  əvvəllərinə  kimi 
muğamların səs yazıları toplanmışdır.  
Bu  nəşrə  Azərbaycan  Dövlət  Səsyazıları  Arxivindən  1902-1912-ci  illərə  aid 
qrammofon vallarından köçürmələrlə yanaşı, sonrakı illərdə Azərbaycan Televiziyası 
və  Radiosunun  Qızıl  fondunda  saxlanılan  lent  yazıları,  bu  nəşrə  qədərki  dövrdə 
həyata  keçirilmiş  səs  yazıları  daxildir.  Bunların  arasında  “Rast”  muğamının  səs 
yazılarını xronoloji ardıcıllıqla seçmişik.  
Bu  mənbə  əsasında  “Rast”  muğamının  səsyazılarının  siyahısı  1950-ci  illərə 
aid  səsyazılarından  başlanır  və  2007-ci  ilə  kimi  bir  müddəti,  demək  olar  ki,  50-60 
illik bir dövrü əhatə edir. “Muğam Ensiklopediyası”nda göstərilən ilk səsyazısı 1953-
cü  ilə,  sonuncusu  2008-ci  ilə  aiddir.  Bu  nisbi  bir  dövrdür,  əlbəttə  ki,  xanəndələrin 
səsyazıları irsi daha geniş və zəngindir.  


 
 
K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
 
 
 
12 
Muğamşünaslıq UOT 781,7                                                                Nərgiz Qulamova – Muğam sənətində ənənə və varislik məsələsinin  tədqiqi 
 
 
 
12 
Azərbaycanın  milli  musiqi  irsinin  tədqiqində  XX  əsrin  əvvəllərinə  aid 
qrammofon  valları  qiymətli  mənbədir.  Onların  araşdırılması  o  dövrdə  xanəndə  və 
sazəndə ansambllarının repertuarındakı həm vokal-instrumental, həm də instrumental 
muğamların siyahısını sistemləşdirməyə imkan vermişdir.    
XX  əsrin  əvvəllərinə  aid  qrammofon  vallarında  Cabbar  Qaryağdıoğlunun, 
Keçəçioğlu  Məhəmmədin,  Məcid  Behbudovun  və  b.  səsyazıları  arasında  “Rast”ın 
yalnız  ayrı-ayrı  şöbələri  -  “Əraq”,  “Əraq-Pəncgah”,  “Vilayəti”  şöbələrinin  ifası  öz 
əksini tapmışdır. Bu da qrammofon valının həcminin kiçik olması ilə bağlıdır.  
Səsyazılarının 
araşdırılması  nəticəsində  “Rast”  muğamının  ifaçılıq 
variantlarının  dəqiqləşdirilməsi  mümkün  olmuşdur.  Xan  Şuşinski,  Əbülfət  Əliyev, 
Yaqub Məmmədov, Həqiqət Rzayeva, Bakir Haşımov, Mürşüd Məmmədov, Şahmalı 
Hacıyev, Nəzakət Məmmədova, Qulu Əsgərov, Hacıbaba Hüseynov, İslam Rzayev, 
Arif  Babayev,  Ağabala  Abdullayev,  Əlibaba  Məmmədov,  Tələt  Qasımov,  Səxavət 
Məmmədov,  Bəsti  Sevdiyeva,  İlkin  Əhmədov  kimi  xanəndələrin  ifasında  “Rast” 
muğamının səsyazıları saxlanılmışdır.  
Səsyazılarında  xanəndələr  tərəfindən  oxunan  muğamların  araşdırılması 
xanəndə  yaradıcılığında  “Rast”  muğamının  geniş  yayıldığını  göstərir.  Həmin 
muğamın səsyazıları müəyyən zaman məsafəsində meydana gəlmişdir, lakin onlar öz 
ilkin  mənbəsindən  uzaqlaşmamış  və  ifaçılıq  təcrübəsində  həmin  variantlar  geniş 
yayılmışdır. 
“Rast” muğam dəstgahının səsyazıları XX əsrin əvvəllərindən başlayaraq, bu 
günə  kimi  həyata  keçirilməkdə  davam  edir.  Azərbaycan  xanəndələrinin  ifasında 
qrammofon  vallarında,  maqnitofon  lentlərində,  kompakt  disklərdə  həkk  olunmuş 
muğamların  səsyazıları  Azərbaycan  Dövlət  Səsyazıları  Arxivində,  Azərbaycan 
Musiqi Mədəniyyəti Dövlət Muzeyində, Azərbaycan Radiosu və Televiziyası Qapalı 
Səhmdar Cəmiyyətinin “Qızıl fondu”nda qorunub saxlanılır.  
“Muğam  Ensiklopediyası”nda  öz  əksini  tapmış  bütün  dəstgahların 
dinlənilməsi  və  təhlili  onların  tərkibinin  müxtəlifliyini  üzə  çıxarır.  Əlbəttə  ki,  bu 
ifalar özlüyündə unikaldır, biri digərini təkrarlamır. Hər bir xanəndənin və müşayiət 
edən  ifaçı  ansamblların  dəst-xətti  müxtəlifdir.  Xanəndə  və  sazəndə  dəstəsinin  birgə 
ifaçılıq məhsulu olan muğamdəstgahlardan danışdıqda bunu nəzərə almaq lazımdır.  
Onu da deyək ki, burada müxtəlif ifaçılıq məktəblərinin – Qarabağ, Abşeron 
–  nümayəndələri  vardır,  onlardan  bir  çoxu  eyni  ustadın  davamçılarıdır.  Məsələn, 
Əbülfət  Əliyev,  Xan  Şuşinski,  Yaqub  Məmmədov,  Mürşüd  Məmmədov,  İslam 
Rzayev,  Arif    Babayev  və  başqaları  Qarabağ  muğam  ifaçılığı  məktəbinin  görkəmli 
ustadlarıdır.  Həqiqət  Rzayeva,  Hacıbaba  Hüseynov,  Əlibaba  Məmmədov,  Tələt 
Qasımov isə Bakı-Abşeron muğam ifaçılığı məktəbinin görkəmli ustadlarıdır.  
Elmi  və  publisistik  ədəbiyyatda  öz  əksini  tapmış  xanəndələrin  tərcümeyi-
halında onların bir muğam ifaçısı kimi keçdikləri yol, hansı ustadlardan dərs alması, 
xanəndə  kimi  püxtələşmələri  göstərilir.  Hər  birinin  yaradıcılıq  yolu  özünəməxsus 
olsa da onların bir çoxu Seyid Şuşinskidən, Xan Şuşinskidən muğam ənənələrini əxz 
etmişlər,  daha  gənc  nəslin  nümayəndələri  isə  Arif  Babayevdən,  Əlibaba  Məm-
mədovdan  və  başqa  xanəndələrdən  dərs  almışlar.  Bu  baxımdan  da
,
  muğam  ənənə-
lərinin ötürülməsini izləmək maraqlıdır. 


Yüklə 4,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə