Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 4,04 Kb.
Pdf görüntüsü
səhifə6/48
tarix05.02.2018
ölçüsü4,04 Kb.
#24604
1   2   3   4   5   6   7   8   9   ...   48

 
 
K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
Muğamşünaslıq UOT 781,7                                                                  Nərgiz Qulamova – Muğam sənətində ənənə və varislik məsələsinin tədqiqi 
 
 
 
 
13 
“Rast”  muğamının  nümunəsində  səsyazıları  irsinin  araşdırılması  göstərir  ki, 
muğam  sənətini  yaşadan  ustad  xanəndələr  olmuşdur.  Onlar  ciddi  qanun-qaydalara 
əsaslanaraq,  eyni  zamanda,  yaradıcılıq  keyfiyyətləri  nümayiş  etdirərək,  muğamları 
özünəməxsus bir yolla inkişaf etdirmişlər. Bu zaman muğama yeni cizgilər, avazlar, 
melodiyalar əlavə etmişlər.  
Bütün  bunlar  tədricən  muğam  ifaçıları  tərəfindən  qəbul  olunaraq,  ifaçılıq 
təcrübəsinə daxil olunmuşdur. Beləliklə, xanəndələrin yaradıcılığında muğam inkişaf 
etdirilmişdir.  Bu  baxımdan  təbii  olaraq,  hansısa  bir  şöbə  ixtisar  olunmuş,  hansısa 
genişləndirilmişdir.  Bununla  da  muğam  dəstgahlarının  variantları,  kiçik  həcmli 
muğamlar  və  zərbli  muğamlar  meydana  çıxmışdır  ki,  bu  proses  ifaçı  sənətkarların 
yaradıcılığı ilə bilavasitə bağlıdır.  
Azərbaycan  muğamlarının  nota  köçürülməsi  işi  1920-ci  illərin  sonlarında 
geniş  vüsət  alaraq,  tədricən  sistemli  şəkil  kəsb  edir.  Xüsusilə  Azərbaycan 
bəstəkarlarının bu sahədəki fəaliyyəti və onlar tərəfindən muğam ustadlarının ifaçılıq 
təfsirində  muğamların  not  yazıları  əlamətdardır.  Bu  baxımdan  görkəmli  muğam 
ifaçılarının ənənələrini özündə əks etdirən və yaşadan muğam dəstgahlarının instru-
mental və vokal-instrumental şəkildə not yazıları etnomusiqişünaslığı zənginləşdirən 
qiymətli mənbələrdir (4). 
“Rast” muğamının Tofiq Quliyev, Nəriman Məmmədov, Arif Əsədullayev və 
Əkrəm  Məmmədli  tərəfindən  nota  yazılmış  variantları,  Səid  Rüstəmov,  Əhməd 
Bakıxanov və Ramiz Zöhrabov tərəfindən yazılmış rənglər və təsniflər muğam sənə-
tində ənənə və varislik probleminin öyrənilməsində mühüm əhəmiyyətə malikdir. 
Bütün  bu  not  yazılarından  və  səs  yazılarından    görünür  ki,  bunlar  bir  sıra 
görkəmli  muğam  ifaçılarının  ənənələrini  əks  etdirməklə,  eyni  zamanda,  onların 
ifaçılıq  təfsirlərini  qoruyaraq,  bizə  çatdırır.  Müxtəlif  dövrlərə  və  müxtəlif  ifaçılara 
aid səs  yazılarının və not  yazılarının qarşılıqlı surətdə araşdırılması muğam ifaçılığı 
sənətində  meydana  gəlmiş  ənənələrin  çoxcəhətliyini,  təfsir  xüsusiyyətlərinin 
rəngarəngliyini üzə çıxarır.  
Beləliklə,  bütün  dövrlərdə  Azərbaycanın  zəngin  muğam  irsinin  yara-
dılmasında xanəndələr fəal iştirak etmişlər. Muğam ifaçılıq sənətinin dərin biliciləri 
nadir musiqi nümunələrini oxuyub lentə yazdırmaqla milli musiqi mədəniyyətimizin 
inkişafında  əvəzsiz  xidmətlər  göstərmişlər.  Onların  yaddaşlarında  hifz  edib 
yaşatdıqları muğamlar, təsnif və rənglər bu gün də yeni xanəndələr nəslinin təfsirində 
səslənərək, milli musiqimizin şöhrətini bütün dünyaya yayır.  
 
ƏDƏBIYYAT: 
1.
 
Bədəlbəyli Ə.B. İzahlı monoqrafik musiqi lüğəti. B.: Elm, 1969. 246 s. 
2.
 
Zöhrabov R.F. Muğam. B.: Azərnəşr, 1991. 219 s. 
3.
 
Muğam ensiklopediyası. Azərbaycan xanəndələri. Diskoqrafiya. 5 CD 
albom: I. Qarabağ xanəndələri; II. Muğam dəstgahları; III. Gənc xanəndələr; IV. 
Ustad xanəndələr-I (kişi xanəndələr); V. Ustad xanəndələr - II (qadın xanəndələr). // 
Heydər Əliyev Fondu (redaksiya heyətinin sədri, baş redaktor M.Əliyeva). «Musiqi 
Dünyası». Bakı, 2007. 
4.
 
Azərbaycan xalq musiqisinin antologiyası. 10 cilddə. III cild. Azərbaycan 
muğamları və rəngləri. B.: 2004. s. 69-124. 


 
 
K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
 
 
 
14 
Muğamşünaslıq UOT 781,7                                                                Nərgiz Qulamova – Muğam sənətində ənənə və varislik məsələsinin  tədqiqi 
 
 
 
14 
 
НаргизГУЛАМОВА 
Диссертант BMA 
 
ВОПРОСЫ ИССЛЕДОВАНИЯ ТРАДИЦИИ И 
ПРЕЕМСТВЕННОСТИ В ИСКУССТВЕ МУГАМА 
 
Резюме:  На  основе  анализа  музыковедческой  литературы  и 
музыкальной  практики  автор  характеризует  исторический  путь  эво-
люционного развития мугама. В статье дается обзор грампластинок мугамов 
начала XX века до наших дней. Автор характеризует проекты, направленные 
на  развитие  искусства  мугама  и  сохранения  звукового  наследия,  роль  и 
значение  звуковых  и  нотных  записей  в  исследовании  исполнительских 
вариантов мугама. 
Ключевые  слова:  мугамое  наследие,  процесс  обучения,  учебные 
программы, вокально-инструментальное исполнение 
 
Nargiz GULAMOVA 
Candidate for a degree of BMA 
 
ISSUES OF RESEARCH TRADITION AND CONTINUITY IN THE ART 
OF MUGHAM 
 
Summary: On the basis of the analysis of the musicological literature and 
musical practice the author characterizes a historical way of evolutionary 
development of mugham in a context of musical culture of Azerbaijan.In the article is 
given the review of gramophone records of mughams in performans of mugham 
singers from the beginning of XX century till today. The author characterises the 
projects directed on development of mugham art and preservation of the sound 
heritage, the role of sound recordings in research of performing mugham variants 
and the value of mugham musical notations. 
Key words: mugam heritage, the learning process, training programs, vocal-
instrumental performance 
 
Rəyçilər: sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənova 
                 professor Mina Hacıyeva 


Yüklə 4,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə