“Beynəlxalq hava hüququnun beynəlxalq hüquq daxilində müstəqilliyi” Elmi rəhbər: h e. d., professor İbrahim Quliyev



Yüklə 488,94 Kb.
Pdf görüntüsü
tarix31.08.2018
ölçüsü488,94 Kb.
#65864


 

- 1 - 


“Beynəlxalq hava hüququnun beynəlxalq hüquq daxilində 

müstəqilliyi” 

 

Elmi rəhbər: h.e.d., professor İbrahim Quliyev 

 

Milli Aviasiya Akademiyasının doktorantı 

Xəlilov Zafiq Zakir oğlu 

 

 



 

 

 



 

     Annotasiya 



 

Məqalədə  beynəlxalq  hava  hüququnun  beynəlxalq  hüquq  daxilində 

müstəqilliyinin  nəzəriyyədə  təsbit  olunan  şərtlər  əsasında  ayrı-ayrılıqda  ətraflı 

şərh  edilməsi  və  beynəlxalq  hava  hüququnun  bu  şərtlərə  nə  dərəcədə  cavab 

verdiyini  əks  etdirərək  bu  sahəyə  daha  təkmil  anlayışın  verilməsi  məsələləri 

araşdırılmışdır.    

 

Beynəlxalq  hava  hüququ  tənzimlədiyi  münasibətlər  baxımından  müasir 



hüquq sistemində önəmli rola malikdir. Beynəlxalq hava hüququ daha çox mülki 

aviasiya ilə bağlı münasibətləri tənzimləyən hüquq sahəsi kimi xarakterizə olunur. 

Müasir beynəlxalq hava hüququnu beynəlxalq hüquq daxilində müstəqil sahə kimi 

qəbul  etmək  və  elmi  cəhətdən  əsaslandırmaq  məqalə  mövzusunun  aktuallığını 

sübut  edir. 

Beynəlxalq  hava  hüququnun  beynəlxalq  hüquq  daxilində  müstəqilliyini 

nəzəriyyədə  təsbit  olunan  şərtlər  əsasında  ayrı-ayrılıqda  ətraflı  şərh  etmək  və 

beynəlxalq hava hüququnun bu şərtlərə nə dərəcədə cavab verdiyini əks etdirərək 

bu sahəyə daha təkmil anlayışın verilməsi məqalənin əsas məqsədi hesab olunur.  

       


   

         Bu  məqsədə  nail  olmaq  üçün  aşağıda  göstərilən  məsələlərin  həlli  xüsusilə 

vacibdir:  

-  Beynəlxalq  hava  hüququnun  beynəlxalq  hüquq  daxilində  müstəqilliyini 

müəyyənləşdirmək üçün nəzəriyyədə təsbit olunmuş xüsusi şərtlərə istinad edilərək 

onları ayrı-ayrılıqda və ətraflı şərh etmək; 

-    Beynəlxalq  hava  hüququnun  bu  şərtlərə  nə  dərəcədə  cavab  verdiyini  əks 

etdirərək bu sahəyə daha təkmil anlayış vermək; 

Beynəlxalq hüquq  daxilində hər zaman hər hansı hüquq sahəsinin müstəqil 

statuslu  kompleks  sahə  olub-olmaması  diskussiya  mövzusu  olmuşdur.  Konkret 

olaraq beynəlxalq hava hüququnun beynəlxalq hüququn  müstəqil sahəsi olmasını 

müəyyənləşdirmək  üçün  xüsusi  şərtlər  mövcuddur.  Ümumilikdə  müəyyən  hüquq 

sahəsinin  beynəlxalq  hüququn  müstəqil  sahəsi  olması  aşağıda  göstərilən  xüsusi 

şərtlər əsasında müəyyənləşdirilir:  

-

 

spesifik ictimai münasibətlər dairəsi; 



-

 

bu münasibətləri tənzimləyən spesifik xarakterli hüquq normaları; 



-

 

bu münasibətlər dairəsinin geniş ictimai əhəmiyyəti;  



-

 

böyük həcmli normativ-hüquqi mənbənin olması; 



-

 

həmin hüquq sahəsini tənzimləyən spesifik hüquqi prinsiplərin olması; 




 

- 2 - 


-

 

qeyd  olunan  spesifik  münasibətləri  tənzimləyən  universal  kodifikasiya 



edilmiş normaların olması; [ 12, c., 22;]

 

  



Beynəlxalq  hava  hüququ  yuxarıda  sadalanan  bütün  şərtlərə  cavab  verir.  Bu 

məsələləri ardıcıl surətdə araşdıraq.  



Spesifik  ictimai  münasibətlər  dairəsi.  Beynəlxalq  hava 

hüququ 


nəzəriyyəsindən məlum olduğu kimi, beynəlxalq uçuşlar və beynəlxalq daşımalar 

bir  vaxtda  həyata  keçirilir,  lakin  hüquqi  nöqteyi-nəzərdən  ayrı-ayrılıqda 

tənzimlənir. Beynəlxalq hava hüququnun obyekti də, məhz beynəlxalq uçuşlar və 

beynəlxalq  daşımalar  sahəsində  meydana  gələn  spesifik  dövlətlərarası  aviasiya 

münasibətləri hesab olunur.  

  Bununla  bağlı  olaraq  beynəlxalq  uçuşlar  sahəsində  münasibətləri  aşağıdakı 

şəkildə təsnifatlaşdırmaq olar: 

a)

 



Dövlətin  ərazisi  üzərindən  beynəlxalq  uçuşun  həyata  keçirilməsi  üçün 

bilavasitə olaraq dövlətlər arasında yaranan münasibətlər

b)

 

Hökumətlərarası aviasiya təşkilatları çərçivəsində dövlətlər arasında yaranan 



münasibətlər; 

c)  Dövlətlərarası  və  hökumətlərarası  aviasiya  təşkilatları  arasında  olan    

münasibətlər; [7, с.,16.]

   


Hava  məkanından  istifadə  edərək  beynəlxalq  hava  əlaqələrinin  həyata 

keçirilməsi  ilə  bağlı  beynəlxalq  hava  hüququnun  tənzimlədiyi  münasibətlər  bu 

sahəni  beynəlxalq  hüququn  digər  sahələrindən  fərqləndirməyə  imkan  verir. 

Məsələn,  beynəlxalq  kosmos  hüququ  dövlətlərin  kosmosdan  istifadə  ilə  bağlı 

münasibətlərini,  beynəlxalq  dəniz  hüququ  isə  dövlətlərin  dünya  okeanından 

istifadə  ilə  bağlı  münasibətlərini  və  s.  tənzimləyir.  [14,  с.  28-29]  Bu  bir  daha 

beynəlxalq hava hüququnun digər hüquq sahələrindən fərqli olaraq spesifik ictimai 

münasibətlər qrupunu tənzimləməsini aydın şəkildə ifadə edir.  

Ş.Vişer,  N.N.Fedoşev  və  digər  bir  çox  hüquqşünas  alimlər    beynəlxalq  hava 

hüququna verdikləri tərifdə bu hüquq sahəsinin obyekti kimi haqlı olaraq konkret 

formada hava məkanından istifadə ilə bağlı dövlətlərarası aviasiya münasibətlərini 

qeyd edirlər. [15, с., 20-23; 16, c., 30] 

Qeyd  etməliyik  ki,  dövlətlərarası  aviasiya  münasibətlərinin  yaranma  əsası  

dövlətlərarası  və  hökumətlərarası  hava  əlaqələri  haqqında  Sazişlərdir.  Məhz  bu 

Sazişlərlə  bütün  dünya  üzrə  nəzərdə  tutulan  dövlətlərarası  hava  əlaqələri 

reallaşdırılır.  Bu  nöqteyi-nəzərdən 

adıçəkilən 

alimlərin 

vurğuladıqları 

dövlətlərarası aviasiya münasibətlərinin beynəlxalq hava hüququnun obyekti kimi 

qəbul olunması məqsədəmüvafiqdir.      

Bu  münasibətləri  tənzimləyən  spesifik  xarakterli  hüquq  normaları.  Qeyd 

olunan  normaların  spesifikliyi  ilk  öncə  beynəlxalq  hava  hüququnun  predmetinin 

onun  universal  xarakterli  normaları  kontekstində,  birinci,  aviasiya  məzmunlu 

olması, ikincisi isə yalnız mülki aviasiyaya aidiyyatıdır. [3, səh., 284]  Beynəlxalq 

hava  hüququnun  tənzimləmə  predmeti  (obyekti)  və  bu  sahədə  yaranan  hüquq 

münasibətləri  ilə  bağlı  hüquq  ədəbiyyatında  müxtəlif  fikirlər  mövcuddur.                  

[15,  с.,  20.]  Hüquqşünas  alim  Y.N.Maleyev  “Beynəlxalq  hava  hüququ”  adlı 

monoqrafiyasında hüquq sahəsinin predmeti və obyektini eyniləşdirir. Lakin qeyd 

etməliyik  ki,  hüquq  sahəsinin  predmeti  dedikdə  münasibətlərin  tənzimləndiyi 



 

- 3 - 


normalar, obyekt dedikdə isə tənzimlənən münasibətlər dairəsi nəzərdə tutulur. Bu 

yanaşma təbii ki, beynəlxalq hava hüququna da aid edilir. 

Kanada  hüquqşünası  N.M.Matte  1980-ci  ildə  hava  naviqasiyasının  beynəlxalq 

hava  hüququnun  yeganə  predmeti  olması  barədə  özünəməxsus  tezis  irəli 

sürmüşdür. [15, с., 23.]  

Sovet  beynəlxalq  hüquq  nəzəriyyəsində  beynəlxalq  hava  hüququnun  predmeti 

bu  şəkildə  müəyyən  olunurdu:  “hava  məkanından  istifadə  və  beynəlxalq  hava 

əlaqələrinin  təşkili  ilə  bağlı  fəaliyyət”;  Rusiya  hüquq  ədəbiyyatında  həm  də, 

ümumi  şəkildə  beynəlxalq  hava  hüququnun  predmetinin  formulu  aşağıdakı 

qaydada  nəzərdə  tutulur:  “hava  məkanından  istifadə  məqsədi  ilə  bağlı  olan”. 

“Beynəlxalq hava hüququ” adlı monoqrafiyanın müəlliflər kollektivi qeyd olunan 

hüquq  sahəsinin  predmetini  bu  şəkildə  müəyyən  edirlər:  “Beynəlxalq  hava 

əlaqələrinin həyata keçirilməsi və onların təhlükəsizliyinin təmin edilməsi məqsədi 

ilə  hava  məkanından  istifadə  etməklə  bağlı  dövlətlərarası  münasibətlər”;                          

[15, с., 20]  

M.İ.Lazarev  beynəlxalq  hava  hüququnun  predmetini  aşağıdakı  qaydada 

müəyyənləşdirir: “Hava məkanında beynəlxalq uçuşların tənzimlənməsi və onların 

təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə olan fəaliyyət”;. [15, с. 23]  

Hüquqşünas  alimlər  V.S.Qryaznov  və  Y.M.Kolosovun  fikrincə,  hava 

məkanından  istifadə  prosesində  dövlətlərin  qarşılıqlı  münasibətləri  beynəlxalq 

hava hüququnun predmeti hesab olunur. [14, с., 29] 

N.V.Mironovun  fikrincə  isə  beynəlxalq  hava  hüququnun  hüquqi  tənzimləmə 

predmetini  beynəlxalq  hava  əlaqələri,  tədqiqat  və  digər  məqsədlərlə  hava 

məkanından istifadə ilə bağlı dövlətin hüquq və öhdəlikləri təşkil edir. [15, с. 23]   

Hüquqşünas alim B.P.Yeliseyevin fikrincə, beynəlxalq uçuşların və beynəlxalq 

hava  daşımalarının  yerinə  yetirilməsi  sahəsində  yaranan  münasibətlər  beynəlxalq 

hava  hüququnun  tənzimlənmə  predmeti  hesab  olunur.  Bununla  yanaşı  o,  konkret 

mənada  beynəlxalq  hava  hüququnun  tənzimlənmə  predmetinə  aşağıdakıları  aid 

edir: 

-

 



Beynəlxalq  və  milli  hava  daşımalarının  həyata  keçirilməsi  məqsədi  ilə 

dövlətlərin suveren hava məkanında uçuşlar; 

-

 

Beynəlxalq  hava  daşımalarının  həyata  keçirilməsi  məqsədilə  beynəlxalq 



hava məkanında uçuşlar; 

-

 



Hava məkanının istifadəsində dövlətlərin əməkdaşlığı; 

-

 



Hava məkanının rejimi və hava daşımalarının təhlükəsizliyi; 

-

 



Hava məkanının çirklənmədən beynəlxalq – hüquqi müdafiəsi;    

[10, с.159, 165]  

V.D.Bordunov və A.N.Vereşaqin kimi hüquqşünas alimlər də, beynəlxalq hava 

hüququnun  predmetini  xarakterizə  edərkən  bu  sahəyə  aid  olan  normaları  sturktur 

çərçivəsində iki qrupa ayırırlar: 1) Hava məkanının rejimi, beynəlxalq uçuşlar  və 

beynəlxalq  hava  daşımalarını  tənzimləyən  normalar;  2)  Kommersiya  əsaslı 

beynəlxalq hava əlaqələrini tənzimləyən normalar. [

8, 


с., 34] 

Beynəlxalq  hava  hüququnun  obyekti  yuxarıda  da  qeyd  etdiyimiz  kimi,  hava 

məkanından  istifadə  ilə  əlaqədar  dövlətlərarası  aviasiya  münasibətləri  hesab 

olunur. Hesab edirik ki, bu hüquq sahəsinin predmeti isə hava məkanından istifadə 




 

- 4 - 


ilə  əlaqədar  münasibətləri  tənzimləyən  spesifik  xarakterli  beynəlxalq  –  hüquqi 

normaların  məcmusunu  ehtiva  edir.  Fikrimizcə,  hava  məkanından  istifadə  ilə 

əlaqədar  münasibətləri  tənzimləyən  normaların  da  öz  növbəsində  yuxarıda 

göstərildiyi  kimi  V.D.Bordunov  və  A.N.Vereşaqin  kimi  hüquqşünas  alimlərin 

qənaətinə  əsasən  2  qrupa  ayrılması  daha  məqsədəuyğun  hesab  oluna  bilər.  Məhz 

qeyd  olunan  sahəyə  aid  olan  beynəlxalq  hüquqi  normalar  da,  özlüyündə  bu  sahə 

daxilində böyük həcmli normativ-hüquqi mənbəni yaradır. 

Qeyd olunanlarla bərabər, beynəlxalq təşkilatların beynəlxalq hava hüququnun 

müqavilə normalarının hazırlanmasında əsas rol oynamasını xüsusilə  vurğulamaq 

lazımdır: məsələn, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İKAO), Beynəlxalq Hava 

Nəqliyyatı  Assosiasiyası (İATA), Mülki  Aviasiyanın  Avropa Konfransı (EKAK), 

Aeronaviqasiyanın  təhlükəsizliyinin  təmin  edilməsi  üzrə  Avropa  Təşkilatı 

(Avronəzarət) və s.    

Bu münasibətlər dairəsinin geniş ictimai əhəmiyyəti. Beynəlxalq hava hüququ 

münasibətlərinin  dövlətlər  və  beynəlxalq  ictimaiyyət  üçün  əhəmiyyətinin  isbat 

edilməsi nöqteyi-nəzərindən hər hansı xüsusi sübutun olmasına ehtiyac yoxdur. 

Bu gün hava nəqliyyatı sərnişini qısa müddətdə və rahat şəraitdə Yer kürəsinin 

istənilən məntəqəsinə çatdıra bilən sürətli nəqliyyat vasitəsi növüdür. Ümumilikdə 

beynəlxalq  hava  nəqliyyatı  dünya  infrastrukturunun  mühüm  tərkib  hissəsi  olaraq 

daima  dövlətlərin  və  beynəlxalq  təşkilatların  əsas  diqqət  mərkəzindədir.  Hava 

nəqliyyatının  köməyi  ilə  hal-hazırda  beynəlxalq  birliyin  bütün  üzvləri  arasında 

mühüm  beynəlxalq  nəqliyyat  əlaqələri  yaranmışdır.  Doğrudan  da,  aviasiya 

sahəsində  elmi-texniki  inkişaf  və  bu  inkişafın  beynəlxalq  münasibətlərə  xüsusi 

təsiri  müasir  dövrdə  beynəlxalq  hava  hüququnun  ictimai  əhəmiyyətini  ön  planda 

saxlayan mühüm amildir.    



Böyük  həcmli  normativ-hüquqi  mənbənin  olması.  Yuxarıda  da, 

vurğuladığımız  kimi,  beynəlxalq  hava  hüququnun  tənzimlədiyi  münasibətlərin 

müxtəlif  aspektlərinə  dair  çoxsaylı  beynəlxalq  müqavilələr  mövcuddur.  Müasir 

beynəlxalq hava hüququnun geniş normativ bazası aşağıdakılardan ibarətdir: 

-

 

Universal  müqavilə:  1944-cü  ildə  imzalanmış  Beynəlxalq  mülki  aviasiya 



haqqında Çikaqo Konvensiyası; 

-

 



Kommersiya  hüquqları  haqqında  müqavilələr:  müntəzəm  beynəlxalq 

hava  əlaqələrinə  aid  olan  “Beynəlxalq  hava  əlaqələri  zamanı  tranzit 

haqqında” Saziş (və ya “İki hava azadlığı haqqında” Saziş) və 1944-cü ildə 

imzalanmış  Beynəlxalq  hava  nəqliyyatı  haqqında  Saziş  (və  ya  “Beş  hava 

azadlığı haqqında” Saziş);  

-

 



Qaydaların  unifikasiyası  ilə  bağlı  olan  konvensiyalar:  Beynəlxalq  hava 

daşımalarına aid olan bəzi qaydaların unifikasiyası üzrə Konvensiya (1929-

cu il Varşava Konvensiyası) və onu əvəz edən Beynəlxalq hava daşımalarına 

aid olan bəzi qaydaların unifikasiyası üzrə 1999-cu il Konvensiyası (1999-cu 

il  Monreal  konvensiyası).  Bu  konvensiyalar  beynəlxalq  hava  əlaqələrinin 

həyata  keçirilməsi  zamanı  beynəlxalq  hava  daşmalarının  bəzi  qaydalarının 

tətbiqinin  vahid  rejimini  müəyyən  edir.  Qeyd  olunan  qrupa  həm  də,  Yer 

səthində  əcnəbi  hava  hava  gəmisinin  üçüncü  şəxslərə  vurduğu  ziyanın 




 

- 5 - 


ödənilməsi  haqqında  1952-ci  il  Konvensiyası  (1952-ci  il  Roma 

Konvensiyası) aiddir. 

-

 

Hava  gəmilərinin  qaçırılması  və  ələ  keçirilməsi  ilə mübarizə  haqqında  



konvensiyalar:  Hava  gəmisində  törədilən  hüquq  pozuntuları  və  bəzi  digər 

aktlar  haqqında  1963-cü  il  Konvensiyası  (1963-cü  il  Tokio  konvensiyası), 

Hava gəmilərinin qeyri-qanuni ələ keçirilməsi ilə mübarizə haqqında 1970-

ci  il  Konvensiyası  (1970-ci  il  Haaqa  Konvensiyası),  Mülki  aviasiyanın 

təhlükəsizliyi  əleyhinə  yönəlmiş  qeyri-qanuni  aktlarla  mübarizə  haqqında 

1971-ci  il  Konvensiyası  (1971-ci  il  Monreal  Konvensiyası),  1988-ci  ildə 

Monreal  Konvensiyasına  əlavə  olunan  və  beynəlxalq  mülki  aviasiyaya 

xidmət  edən  hava  limanlarında  qeyri-qanuni  zorakılıq  aktlarına  qarşı 

mübarizəyə  yönəldilmiş  protokol,  Plastik  partlayıcı  maddələrin  aşkar 

edilməsi məqsədilə nişanlanması haqqında 1991-ci il Konvensiyası; 

-

 

Hava  gəmilərinin  lizinqi  zamanı  kreditorların  maliyyə  maraqlarının 



müdafiəsinin  təminatı  ilə  bağlı  normaların  unifikasiyası  üzrə 

konvensiyalar:  Səyyar  avadanlıqla  bağlı  münasibətlərdə  beynəlxalq 

təminatlar  haqqında  Konvensiya  və  ona  əlavə  olunan  aviasiya  avadanlığı 

üzrə 2001-ci il Protokolu. (2001-ci il Keyptaun konvensiyası).  

Qüvvədə  olan  beynəlxalq  hava  hüququnun  normativ  bazasının  vacib  hissəsini 

regional  müqavilələr  təşkil  edir:  1956-cı  il  Avropada  qeyri-müntəzəm  hava 

əlaqələri  zamanı  kommersiya  hüquqları  haqqında  çoxtərəfli  Saziş;  1967-ci  il 

Avropa mülki aviasiya konfransı üzvləri arasında müntəzəm hava əlaqələri zamanı 

tariflərin müəyyən olunma qaydası haqqında Saziş; 1971-ci il Cənub-Şərqi  Asiya 

dövlətləri  Asssossiasiyası  (ASEAN)  üzvlərinin  qeyri-müntəzəm  hava  əlaqələri 

zamanı kommersiya hüquqları haqqında Saziş, və s.  

3 minə yaxın sayı olan hava əlaqələri haqqında ikitərəfli sazişlər beynəlxalq 

hava hüququ sistemində xüsusi yerə malikdir. [7, c., 13-14]   

Bununla  yanaşı  hesab  edirik  ki,  hüquqşünas  alim  V.D.Bordunovun  müəyyən 

etdiyi  yuxarıdakı  normativ  baza  sisteminə  həm  də,  müvafiq  dövlətin  daxili 

qanunvericiliyi də, aid edilməlidir. Məsələn, “Azərbaycan Respublikasının dövlət 

sərhədi  haqqında  qanunu”,  “Azərbaycan  Respublikasının  Aviasiya  haqqında 

qanunu”,  Azərbaycan  Respublikası  Prezidentinin  bu  sahəyə  aid  olan  fərman  və 

sərəncamları,  Nazirlər  Kabinetinin  müvafiq  sahədəki  qərarları  və  digər  aidiyyəti 

dövlət orqanlarının normativ-hüquqi aktları.    

Hüquq  sahəsini  tənzimləyən  spesifik  hüquqi  prinsiplərin  olması. 

Beynəlxalq  hüququn  ümumqəbulolunmuş  prinsipləri  ilə  bərabər  beynəlxalq  hava 

məkanından istifadə ilə əlaqədar yaranan münasibətləri tənzimləyən xüsusi hüquqi 

prinsiplər  də  mövcuddur.  Azərbaycan  hüquqşünas  alimləri  L.H.Hüseynov, 

R.F.Məmmədov, 

E.Ə.Əliyev 

rus 

hüquqşünas 



alimləri 

A.P.Movçan, 

A.N.Vereşaqin,  Y.N.Maleyev,  B.P.Yeliseyev,  V.A.Svirkin,  V.İ.Baronov, 

V.A.Batır,  V.İ.Lipunov,  İ.V.Qetman  –  Pavlova,    P.N.Bryukov,  N.M.Çerpunova, 

İ.N.Qlebov və s. qeyd olunan xüsusi hüquqi prinsiplərə aşağıdakıları aid edirlər: 

-

 



Öz hava məkanı üzərində dövlətin tam və müstəsna suverenliyi prinsipi

-

 



Açıq hava məkanında uçuş azadlığı prinsipi; 

-

 



Beynəlxalq mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi prinsipi; 


 

- 6 - 


[1, səh.  260-262;  2,  səh.  592-595;  3,  səh.,  286;  14,  с.  36;  15,  с.  28;  10,  с.  168  – 

170; 4, с. 97; 9, с. 637-638; 6, с. 176; 17, с. 206-207; 11 с. 140-141] 

Rus  hüquqşünas  alimi  V.D.Bordunov  “Beynəlxalq  hava  hüququ”  adlı 

monoqrafiyasında yuxarıda nəzərdə tutulan prinsiplər arasında həm də qarşılıqlılıq 

prinsipinin  adını  çəkir.  [7,  c.,  47]    Hüquqşünas  alim  N.N.Fedoşevin  “Beynəlxalq 

hüquq”  dərsliyində  qeyd  olunanların  sırasına  hava  gəmilərinin  qeyri-qanuni 

müdaxilə  aktlarından  müdafiə  olunması  və  əcnəbi  dövlətin  fiziki  və  hüquqi 

şəxslərinin  hava  gəmilərinə  vurulan  ziyanın  ödənilməsi  kimi  prinsiplər  də  aid 

edilir.  [16,  c.,  31]  A.X.Sayidov  isə  hava  gəmisinin  qeydiyyatı  əsasında  onun 

mənsubiyyətinin  tanınması  prinsipini  yuxarıda  göstərilən  prinsiplər  sırasında 

xüsusi vurğulayır. [18

]

  



 Hüquqşünas  alimlər  K.A.Bekyaşev  və  M.E.Volosov  isə  dövlətlərarası 

müqavilələr  əsasında  kommersiya  uçuşlarının  (və  ya  “hava  azadlıqların”-ın) 

birindən  istifadə  etmə  prinsipini  də  beynəlxalq  hava  hüququnun  xüsusi  -  hüquqi 

prinsipləri sırasına aid edirlər. [5, c., 32]  

Hesab  edirik  ki,  yuxarıda  qeyd  edilən  3  prinsip  beynəlxalq  hava  hüququnun 

əsasını  təşkil  edərək  beynəlxalq  hava  hüququ  formalaşmağa  başladığı  dövrdən 

etibarən  bu  sahənin  təməlində  durur.  Bununla  yanaşı  müasir  dövlətlərarası  hava 

əlaqələrinin  hüquqi  tənzimlənmə  praktikasına  istinad  edərək  hüquqşünas  alim 

V.D.Bordunovun  qeyd  etdiyi  qarşılıqlılıq  prinsipinin  də  qeyd  olunan  3  prinsiplə 

bərabər  beynəlxalq  hava  hüququnun  istiqamətverici  prinsipləri  sırasına  aid 

olunması  daha  doğru  olardı.  Hüquqşünas  alim  N.N.Fedoşevin  və  A.X.Sayidovun 

qeyd etdiyi prinsiplər isə bu baxımdan beynəlxalq hava hüququnun istiqamətverici 

prinsipləri  sırasına  aid  edilməyərək  yalnız  köməkçi  xarakter  daşıyır.  Yuxarıda 

göstərilən  K.A.Bekyaşev  və M.E.Volosovun fikri  ilə razılaşmayaraq hesab edirik 

ki,  “hava  azadlıqların”-dan  istifadə  olunma  məsələsi  dövlətlərarası  qarşlıqlı 

müqavilə  ilə  müəyyənləşdirilərək  öz  hava  məkanı  üzərində  dövlətin  tam  və 

müstəsna  suverenliyi  prinsipi  ilə  bağlı  olub  bu  prinsipin  tərkibində  nəzərdən 

keçirilməlidir.  Nəticə  etibarilə  hava  azadlıqlarından  istifadə  olunması  ayrıca 

prinsip kimi xarakterizə edilə bilməz.  

Spesifik  münasibətləri  tənzimləyən  universal  kodifikasiya  edilmiş 

normaların  olması.  Beynəlxalq  hava  məkanından  istifadə  ilə  bağlı  münasibətlər 

sahəsində  universal  beynəlxalq-hüquqi  aktlarla  bərabər  kifayət  qədər  bu 

münasibətləri  regional  səviyyədə  tənzimləyən  kodifikasiya  edilmiş  normalar  da, 

mövcuddur.  Birinci  növbədə  beynəlxalq  uçuşlar  sahəsində  dövlətlərarası 

əməkdaşlığın  ümumi  prinsiplərini  müəyyən  edən,  hava  nəqliyyatının  fəaliyyətini 

və  onun  təhlükəsizliyinin  təmin  edilməsini  tənzimləyən  1944-cü  ildə  imzalanmış 

Beynəlxalq  mülki aviasiya haqqında Çikaqo Konvensiyasını  mütləq surətdə qeyd 

edilməlidir.  Bununla  yanaşı  bu  sahədə    kodifikasiya  edilmiş  mühüm  normaları 

özündə birləşdirən bir çox digər beynəlxalq-hüquqi aktların da adını çəkə bilərik: 

1944-cü  ildə  imzalanmış  Beynəlxalq  hava  nəqliyyatı  haqqında  Saziş  (və  ya  “Beş 

hava  azadlığı  haqqında”  Saziş),  Beynəlxalq  hava  daşımalarına  aid  olan  bəzi 

qaydaların  unifikasiyası  üzrə  Konvensiya  (1929-cu  il  Varşava  Konvensiyası)  və 

onu əvəz edən Beynəlxalq hava daşımalarına aid olan bəzi qaydaların unifikasiyası 

üzrə 1999-cu il Konvensiyası (1999-cu il Monreal konvensiyası), Hava gəmisində 




 

- 7 - 


törədilən hüquq pozuntuları və bəzi digər aktlar haqqında 1963-cü il Konvensiyası 

(1963-cü il Tokio konvensiyası), Hava gəmilərinin qeyri-qanuni ələ keçirilməsi ilə 

mübarizə haqqında 1970-ci il Konvensiyası (1970-ci il Haaqa Konvensiyası) və s. 

Yuxarıda qeyd olunan şərtlər beynəlxalq hava hüququnun beynəlxalq hüququn 

müstəqil  sahəsi  olmasını  aydın  şəkildə  isbat  edir.  Beynəlxalq  hava  hüququ  hava 

məkanından istifadə ilə əlaqədar münasibətləri tənzimləyərək beynəlxalq hüququn 

müstəqil  sahəsi  kimi  göstərilən  bütün  kriteriya  və  şərtlərə  cavab  verən  və 

tərkibində mühüm institutları birləşdirən beynəlxalq-hüquqi norma və prinsiplərin 

məcmusudur. (2 №-li sxem) 

Hüquqşünas  alimlərin  beynəlxalq  hava  hüququna  verdikləri  təriflərin 

əksəriyyətində  hava  məkanından  istifadə  ilə  əlaqədar  münasibətlər  məsələsi  ön 

plana  çıxır.  Məhz  bu  münasibətlər  beynəlxalq  hava  hüququnun  əsas  istiqamətini 

ortaya  çıxarır.  Bu  baxımdan  da  hesab  edirik  ki,  beynəlxalq  hava  hüququna 

veriləcək  qısa  və  dolğun  tərifdə  qeyd  olunan  cəhət  xüsusi  vurğulanmalıdır.  Eyni 

zamanda  tərifdə  bu  münasibətlərin  spesifikliyi  nöqteyi-nəzindən  dövlətlərarası 

aviasiya münasibətləri şəklində qeyd olunması mütləq qaydada nəzərə alınmalıdır. 

Bununla  yanaşı  tərifdə  beynəlxalq  hava  hüququnun  beynəlxalq  hüquq  daxilində 

müstəqilliyinə  də  xüsusi  önəm  verilməlidir.  Fikrimizcə  bu  hüquq  sahəsinin 

tərifinin aşağıdakı şəkildə olması daha məqsədəuyğundur:    

Beynəlxalq  hava  hüququ  hava  məkanından  istifadə  ilə  əlaqədar 

dövlətlərarası  aviasiya  münasibətlərini  tənzimləyən  normaların  məcmusu 

kimi beynəlxalq hüququn müstəqil sahəsidir.    

2 №-li sxem 

 



 

- 8 - 


“Самостоятельность международного воздушного права в рамках 

международного права” 

 

Аннотация 



 

Научный руководитель: д.ю.н., профессор Кулиев Ибрагим Орудж оглы  

Докторант Национальной Академии Авиации Халилов Зафиг Закир 

оглы 

 

В  статье  рассматриваются  вопросы  интерпретации  в  отдельности 

самостоятельности  международного  воздушного  права  в  рамках 

международного  права  на  основе  условий  предусмотренных  в  теории  и 

сформулирование  более  совершенного  понятия  к  этой  области  отражая 

насколько международной воздушное право отвечает этим требованиям. 

 

 

"The independence of international air law under international law" 

 

SUMMARY 

 

Researcher supervisor: Kuluyev İ.O., Prof Dr. of Law. 

Researcher: Khalilov Z.Z., doctorate of National Aviation Academy 

 

The issues of interpretation in a separate an independence of international air 



law in the framework of international law based on the conditions stipulated in the 

formulation  of  a  theory  and  more  advanced  concepts  in  this  area  reflecting  the 

extent of how international air law meets these requirements. 

 

 



 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI: 

 

1.



 

L.H.Hüseynov. ”Beynəlxalq hüquq” Bakı – 2012;

 

2.

 



R.F.Məmmədov. ”Beynəlxalq hüquq” Qanun - 2003; 

 

3.



 

E.Ə.Əliyev.  “Beynəlxalq  nəqliyyat  hüququ”  dərslik.  Bakı:  «SeNa»  MMC 

nəşriyyat - poliqrafiya müəssisəsi, 2009; 

 

4.



 

Баронов  В.  И.,  Батырь  В.  А.,  Липунов  В.  И.  Международное  право  в 

схемах  и  таблицах  :  учебное  пособие  –  M.:  Издательство  «Альфа-

Пресс», 2011;  

5.

 

Бекяшев  К.  А.,  М.  Е.  Волосов  «Международное  право  в  схемах» 



Издательство: Проспект 2012 г.;

 

6.



 

Бирюков П.Н.



 

«Международное право» учебное пособие. М.: Юристъ. 

1998; 

 

7.



 

 Бордунов  В.Д.,  Международное  воздушное  право.  Учебное  пособие.  

М.: НОУ ВКШ «Авиабизнес», Изд-во «Научная книга» 2007;

 



 

- 9 - 


8.

 

 Бордунов  В.Д.,  Верещагин  А.Н.,  Международное  воздушное  право: 



Кн. 1. М, 2002. 

9.

 



Гетман-Павлова И.В. «Международное право» учебник для бакалавров 

M.: Издательство «Юрайт», 2013;

 

10.


 

 Елисеев  Б.П,  Свиркин  В.А.  «Воздушное  право».  Учебник.  Москва  : 

Издательско – торговая корпорация «Дашков и К». 2013. 

11.


 

 Глебов И.Н. “Международное право” Издательство: Дрофа, 2006 г.; 

12.

 

 Ковалев  А.А.  «Международное  экономическое  право  и  правовое 



регулирование  международной  экономической  деятельности»  :  М.: 

Научная книга, 2007, c., 22. 

 

13.


 

 Лукашук  И.  И.  «Международное  право»:  Особенная  часть:  Учебник: 

Изд. М.: Волтерс Клувер, 2008. с. 162.;  

14.


 

 Отв.  ред.  Мовчан.  А.П.  «Международное  воздушное  право».  Книга  1, 

М.: Наука, 1980. 

 

15.



 

 Малеев  Ю.Н.  «Международное  воздушное  право.  Вопросы  теории  и 

практики.» М.: Междунар. отношения, 1986;

 

16.



 

 Федощева  Н.Н.  Международное  право  в  схемах  и  определениях. 

Учебное пособие, Москва - Издательство: Книжный мир, 2009 г.; 

 

17.



 

 Чепурнова  Н.М.  “Международное  право”  :  Учебно-методический 

комплекс. – М.: Изд. Центр ЕАОИ, 2008;

 

 



İnternet resursu: 

 

18.



 

 Саидов А.Х. Международное право в схемах и определениях, 2004 г. 

http://схемо.рф/shemy/yurisprudencija/saidov-a-h-mezhdunarodnoe-pravo-

v shemah-i-opredelenijah-2004-g/242.html 



 

 

Document Outline

  • Məqalədə beynəlxalq hava hüququnun beynəlxalq hüquq daxilində müstəqilliyinin nəzəriyyədə təsbit olunan şərtlər əsasında ayrı-ayrılıqda ətraflı şərh edilməsi və beynəlxalq hava hüququnun bu şərtlərə nə dərəcədə cavab verdiyini əks etdirərək bu sahəyə ...
  • Beynəlxalq hava hüququ tənzimlədiyi münasibətlər baxımından müasir hüquq sistemində önəmli rola malikdir. Beynəlxalq hava hüququ daha çox mülki aviasiya ilə bağlı münasibətləri tənzimləyən hüquq sahəsi kimi xarakterizə olunur. Müasir beynəlxalq hava h...
  • Beynəlxalq hava hüququnun beynəlxalq hüquq daxilində müstəqilliyini nəzəriyyədə təsbit olunan şərtlər əsasında ayrı-ayrılıqda ətraflı şərh etmək və beynəlxalq hava hüququnun bu şərtlərə nə dərəcədə cavab verdiyini əks etdirərək bu sahəyə daha təkmil a...

Yüklə 488,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə