Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 4,04 Kb.
Pdf görüntüsü
səhifə48/48
tarix05.02.2018
ölçüsü4,04 Kb.
#24604
1   ...   40   41   42   43   44   45   46   47   48

 
 
K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
Olaylar, hadisələr, tədbirlər
 
 
111 
 
AZƏRBAYCAN MİLLI KONSERVATORİYASINDA MUSİQİ GÜNÜ 
 
Sentyabr  ayının  18-də  hər  il  olduğu  kimi  dahi  korifey  Üzeyir  bəyin  doğum 
günündə  bütün  respublika  Musiqi  gününü  qeyd  edir.  Bu  münasibətlə 
Azərbaycan 
Milli Konservatoriyasında 17 sentyabr Musiqi günü təntənəli şəkildə qeyd olundu.  
Tədbirdə  bir  sıra  qonaqlar  iştirak  edirdi.  Bu  sırada  Mədəniyyət  və  Turizm 
naziri  Əbülfəz  Qarayev,  pianoçular  xalq  artisti  Murad  Adigözəlzadə,  Murad 
Hüseynov, eləcə də Konservatoriyanın professor, müəllim və tələbə heyəti əlamətdar 
günü birlikdə qeyd etmək üçün Milli Konservatoriyanın həyətinə yığışmışdı. 
Tədbirdə AMK-nın rektoru, xalq artisti, professor Siyavuş Kərimi, Mədəniyyət 
və Turizm naziri Əbülfəz Qarayev çıxış edərək hər kəsi Musiqi günü münasibəti ilə 
təbrik etdi.  
 
Tədbir yürüşlə başladı, Milli nəfəs və zərb alətlərinin ifasında Ü.Hacıbəylinin 
"Koroğlu" operasından "Çənlibel" xoru səsləndirildi. Bir il öncə yaranan Milli Hərbi 
Orkestrinin ifası dinləyicilərin marağına səbəb oldu. 


 
 
K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
 
 
 
112 
Olaylar, hadisələr, tədbirlər
 
 
 
 
112 
 
Tədbir  konsert  proqramı  ilə  davam  etdi.  Konsertdə  Xalq  artisti,  AMK-nın 
dirijorluq kafedrasının müdiri Ağaverdi Paşayevin rəhbərlik etdiyi Xalq çalğı alətləri 
orkestri  çıxış  etdi.  İlahə  Hüseynovanın  dirijorluğu  ilə  bir  sıra  əsərlər  səsləndirildi. 
Ü.Hacıbəylinin  "Koroğlu"  operasından  "Uvertura",  "Cəngi"  ifa  olundu.  Orkestrin 
müşayəti ilə Əməkdar artistlər Təyyar Bayramov, Ehtiram Hüseynov, Arzu Əliyeva, 
Bəyimxanım Vəliyevanın ifasında "Qarabağ şikəstəsi"nin ifası və hər il olduğu kimi 
bu  zərbi  muğamı  Qarabağda,  Üzeyir  Haclbəylinin  doğulduğu  torpaqda  ifa  edilmək 
arzusu ilə tədbir başa çatdı.
 
 
 
 


 
 
K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
Olaylar, hadisələr, tədbirlər
 
 
113 
Fəttah Xalıqzadə 
AMK-nın professoru 
 
ÇİN XALQ RESPUBLİKASINDA BEYNƏLXALQ KONFRANS 
 
2016-cı il, sentyabr ayının  əvvəllərində Çinin Urumçi şəhərində “Çin –  Orta 
Asiya  ölkələrinin  İncəsənət  sahəsində  təhsil  üzrə  forumu”  mövzusunda  beynəlxalq 
elmi  konfrans  keçirilmişdir.  Bu  elmi  məclisdə  iştirak  etmiş  ölkələri  bir-birinə 
bağlayan  ölkənin  Sinzyan  Muxtar  Regionu  idi.  Həmin  İnzibati-ərazi  vahidi  bir 
tərəfdən Çin Xalq Respublikasına daxildirsə, digər tərəfdən də onun türkdilli əhalisi 
(başda  qədim  uyğur  xalqı  olmaqla)  Orta  Asiya  xalqları  ilə  dil,  din  və  etnoqrafik-
mədəni əlaqələrə malikdir. 
Dərin  minnətdarlıq  hissləri  ilə  qeyd  etmək  istərdim  ki,  elmi  məclisin 
təşəbbüskarı və təşkilatçısı -  Sinzyan Sənət İnstitutu (SSİ)  öz üzərinə düşmüş çətin 
və şərəfli  missiyanın  öhdəsindən layiqincə  gələ  bildi.  Biz bütün  qonaqların  adından 
bir  daha  institutun  rektoru,  professor  Tələt  Turdıya  və  Xarici  əlaqələr  şöbəsinin 
müdiri Cəmilə xanım Hakimə öz səmimi təşəkkürlərimizi bildirmək istərdik.  
Urumçinin  təhsil  müəssisəsini  təmsil  etmiş  əksər  məruzəçilərlə  yanaşı, 
konfransın  işində  Qazaxıstan,  Özbəkistan,  Qırğızıstan,  Azərbaycan  nümayəndələri, 
habelə Çin Xalq Respublikasının paytaxtı Pekinin ali məktəblərindən gəlmiş elm və 
sənət xadimləri də iştirak etdilər. 
Sözsüz  ki,  konfransın  ən  başlıca  məqsədi  incəsənət  və  o  cümlədən,  musiqi 
sahəsində  təhsilin  aktual  problemlərinin  müzakirəsindən  ibarət  idi.  Bütün  başqa 
sahələrdə  olduğu  kimi,  incəsənət  növlərinin  tədrisi  də  yalnız  təşkilati  tədbirlərlə 
məhdudlaşmır,  məşğələlərin  metodikası,  onların  əsasında  duran  elmi  tədqiqatların  
metodologiyası  və  eləcə  də,  təlim-tərbiyənin  ümumi  konsepsiyası  və  inkişaf 
strategiyası  kimi  mühüm  problemləri  də  həmçinin  əhatə  edir.  Bununla  əlaqədar 
olaraq,  təqdim  olunmuş  elmi  məruzələr  özünün  rəngarəng  məzmunu,  yanaşma 
üsulları ilə seçilirdi. 
Konfransın  açılış  mərasimində  Sinzyan  Sənət  İnstitutunun  (SSİ)  rektoru 
professor Tələt Turdı və yerli partiya təşilatının katibi professor Çjan Lisin qonaqları 
səmimi  qəlbdən  salamladılar  və  onlara    böyük  yaradıcılıq  müvəffəqiyyətləri 
arzuladılar.  
Qeyd etmək lazımdır ki,  elm məclisin  işçi dilləri kimi  Çin,  ingilis  və  ya  rus 
dilləri qəbul edilmişdi. Bütün iştirakçılar arasında qarşılıqlı ünsiyyətin qurulmasında 
tərcüməçilərin də əməyindən lazımınca istifadə olunurdu. Qəbul edilmiş məruzələrin 
əksəriyyəti qabaqcadan tərcümə olunaraq, konfransın materiallarında iki dildə (çin və 
rus, yaxud çin və ingilis) işıq üzü görmüşdü. Beləliklə, qonaqlar Çin alimlərindən bir 
çoxunun  məruzəsi  ilə  rus  dilində  tanış  ola  bilirdisə,  ev  sahibləri  də  öz  növbəsində 
xarici mütəxəssislərin əsərlərini öz doğma dillərində oxumaq imkanı əldə etdilər.  
Konfransda Qazaxıstanı professorlar S.Şalabayev (Almatı Dekorativ sənətlər 
kolleci)  və  K.Xalıkov  (Jurigenov  adına  Qazaxıstan  İncəsənət  Akademiyası), 
Qırğızıstanı  ölkə  konservatoriyasının  rektoru,  xalq  artisti,  professor  M.Beqaliyev, 
habelə  Dövlət  universitetinin  rektoru,  professor  M.Xotonov,  Özbəkistanı  Daşkənd 
Dövlət  konservatoriyasının  prorektoru  M.Narbekov  və  gənc  tədqiqatçı  F.Muham-


 
 
K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
 
 
 
114 
Olaylar, hadisələr, tədbirlər
 
 
 
 
114 
medova,  respublikamızı  bu  sətirlərin  müəllifi  (Azərbaycan  Milli  Konservatoriyası) 
təmsil  edirdilər.  Bundan  başqa,  Sinzyan  Sənət  İnstitutunun  və  Pekinin  bir  sıra  ali 
məktəblərinin professorları da elmi forumun işində maraqlı məruzələrlə çixış etdilər. 
Professor  M.Beqaliyev  təhsil  prosesində  beynəlxalq  əlaqələrin  geniş-
lənməsindən  və  bu  istiqamətdə  Qırğızıstanın  bəstəkarları,  ifaçıları  və  musiqi-
şünaslarını  birləşdirən  Assosiasiyasının  fəaliyyəti  barədə  maraqlı  məruzə  təqdim 
etdisə,  Özbəkistan  nümayəndəsi  F.Muhəmmədova  öz  ölkəsində  milli  fortepiano 
məktəbinin  formalaşması  tarixi  barədə  ətraflı  məlumat  verdi.  T.Jurigenov  adına 
Qazaxıstan İncəsənət Akademiyasının professoru K.Xalıkovun məruzəsi incəsənətin 
müxtəlif  növləri  üzrə  kadrların  hazırlığı  məsələlərinə  həsr  olunmuşdu.  SSİ-nin 
professoru  Abdusami  Abdurahman  tarixi  mənbələr  əsasında  Nağaraxana  ənənələri, 
həmçinin    uyğur  milli  zərb  və  nəfəs  alətlərində  ifa  edilən  musiqi  haqqında  öz 
tədqiqatını  ortaya  qoydu.  Başqa  bir  məruzə  -  ”Yağlı  boya  rəngkarlığının  hazırkı 
vəziyyəti və Çində nüfuzu” - SSİ professoru Zoajmn Yasen tərəfindən hazırlanmışdı. 
Onun həmyerlisi Gülmirə Memetin Uyğur və Özbək rəqslərinin qarşılıqlı əlaqələrinə 
həsr olunmuş məruzəsi də böyük maraqla qarşılandı.  
Bəzi  məruzələr  müəyyən  bir  milli  mədəniyyətlə  məhdudlaşmayaraq, 
bütövlükdə İpək Yolu ölkələrinin  incəsənətindən bəhs edirdi. Belə ki,  Çjan Boyuy 
həmin  xalqların  musiqi  sənətini  öyrənməyin  əhəmiyyətindən,  professor  Tələt  Turdı 
“bir zolaq, bir yol” platformasının işbirliyi əsasında qurulmasından. Çjon Çjansin isə 
media  incəsənətinin  hazırkı  vəziyyətindən  ətraflı  danışdılar.  Çin  alimləri  Qərb 
mədəniyyətinin  müsbət  təsirlərini  qəbul  etməklə  yanaşı,  milli  və  regional  ənənələrn 
də inkişaf etdirilməsinin də böyük əhəmiyyətindən söz açdı.   
 Konfransın  mədəni  tədbirlər  sırasında  Sinzyan  Sənət  İnstitutunda  təşkil 
edilmiş maraqlı konserti, rəngkarlıq əsərlərindən ibarət böyük sərgini, habelə şəhərlə 
tanışlığı,  Qərb  Regionunun  Tarix  Muzeyinin  ziyarət  ediməsini  də  qeyd  etmək 
lazımdır.  Bundan  başqa,  elmi  məclisdə  məruzəçilər  arasında  yeni  dostluq  və 
əməkdaşlıq əlaqələri yarandı və biz gələcəkdə onların yeni-yeni bəhrələr verəcəyini 
ürəkdən arzu edirik.  
 
 
 


 
 
K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
Olaylar, hadisələr, tədbirlər
 
 
115 
Lalə Hüseynova  
AMK-nın dosenti 
 
QAZAXISTANDA“GÖY BAYRAĞIM, DALĞALAN” DEVİZİ İLƏ 
BEYNƏLXALQ ELMİ KONFRANS  
 
Sentyabrın 14-15 tarixlərində Qazaxıstan Bəstəkarlar İttifaqı  Almatı şəhərində 
“Göy  bayrağım,  dalğalan”  devizi  altında  Beynəlxalq  elmi-praktik  konfrans 
keçirmişdir.  Konfransa  Azərbaycan  Milli  Konservatoriyasının  elmi  işlər  üzrə 
prorektoru,  sənətşünslıq  üzrə  fəlsəfə  doktoru  Lalə  Hüseynova  öz  musiqişünas 
həmkarı,    Bakı  Musiqi  Akademiyasının  professoru,  əməkdar  incəsənət  xadimi 
Zümrüd Dadaşzadə ilə birgə qatılmışdı. 
     Qazaxıstanın  Dövlət  müstəqilliyinin  25  illiyinə  həsr  olunmuş  və  musiqi 
festivalı çərçivəsində yer alan konfrans “Müasir bəstəkarların yaradıcılığında azadlıq 
və  müstəqillik  mövzusu”nu  gündəmə  gətirmişdi.  İki  gün  davam  edən  konfransda 
müasir akademik musiqinin bir sıra aktual problemlərindən danışıldı.  
 


 
 
K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
 
 
 
116 
Olaylar, hadisələr, tədbirlər
 
 
 
 
116 
     İlk  məruzəni    Qazaxıstan  Bəstəkarlar  İttifaqının  sədri,  Dövlət  Mükafatı 
laureatı,  konfransın  əsas  təşəbbüskarı  və  təşkilatçısı  Balnur  Kıdırbek  özü  etdi. 
Hesabat  xarakterli  məruzənin  ən  diqqətəlayiq  cəhəti  onun  pafosdan  uzaq  (mövzu 
bunu tələb etsə də belə) və ümumi ifadələrdən azad bir tərzdə qurulması idi. Lakonik 
çıxışında tanınmış bəstəkar ilk növbədə bəstəkar yaradıcılığının müstəqillik illərində 
qarşılaşdığı ağrılı problemlərdən söz açdı. Simfonik və opera musiqisinə cəmiyyətdə 
yaranmış  biganə  münasibət,  səhnə  əsərlərinin  tamaşaya  qoyulmaması,  simfonik 
əsərlərin  ifasındakı  çətinlik,  bəstəkarların  maddi  durumu  XX  əsrdə  Qazaxıstanda 
onilliklərlə  formalaşan  bəstəkarlıq  məktəbinin  tədricən  tənəzzülünə  gətirib  çıxara 
biləcək  amillər  kimi  dəyərləndirildi.  Mədəniyyətə  bilavasitə  cavabdeh  olan  bəzi 
məmurların məsuliyyətsizliyi  və bisavadlığı  da bu sahədə  əlavə  problemlərin əmələ 
gəlməsinə  səbəb  olmuşdur.  Balnur  xanım  vurğuladı  ki,  hazırda  18  balet  əsəri  öz 
səhnə  həllini  gözləyir.  Qazaxıstan  Bəstəkarlar  ittifaqı  dövlət  büdcəsindən  dəstək 
almadığı  üçün  indi  yalnız  öz  gəlirləri  hesabına  müəyyən  layihələri  gerçəkləşdirir. 
Lakin bütün  çətinliklərə baxmayaraq, bəstəkarlıq məktəbinin müasir nümayəndələri 
yaradıcılıq  həvəsini  itirmir  və  öz  əsərlərində    çağdaş  tendensiyalarla  ayaqlaşmağa 
çalışırlar.  
Konfransda  diqqət  çəkən  məruzələrdən  birini  də  Başkırdıstandan  təşrif 
buyurmuş  musiqişünas  Gülnaz  Qalina  etdi.  O,  musiqili-səhnə  janrında  çalışan 
başqırd  bəstəkarlarının  hazırda  əsərlərini  daha  çox  rus  dilində  yazmağa  üstünlük 
verdiyini və bunun hansı fəsadlar törədəcəyi barədə fikirləri ilə bölüşdü.  
Tanınmış qazax etnomusiqişünası Səidə Yelemanovanın məruzəsi isə bəstəkar 
yaradıcılığının araşdırılmasında yeni metodoloji üsulların tədbiqinə həsr olunmuşdu.  
Z.Dadaşzadənun  “Azərbaycan  musiqisi  müasir  mərhələdə:  fraqmentlər, 
düşüncələr” adlı məruzəsində çağdaş musiqimizin instrumental janlarında müşahidə 
edilən  tendensiya  və  axtarışlardan  söhbər  açıldı.    Musiqişünas  öz  fikirlərini    Arif 
Məlikov,  Fərəc  Qarayev,  Cavanşir  Quliyev,  Cəlal  Abbasov,  Rauf  Əliyev,  Sərdar 
Fərəcov,  Rəhilə  Həsənova  və  başqa  bəstəkarların   yaradıcılığından  nümunələrlə 
təsdiq etdi.  
L.Hüseynovanın  “Azər  Dadaşovun  yaradıcılıq  axtarışları  –  mahnıdan 
simfoniyaya  qədər”  adlı  məruzəsində  isə  tanınmış  bəstəkarın    maraqlı  və 
özünəməxsus  musiqi  dünyasına  güzgü  tutuldu.  Məruzəçi  bəstəkarın  bu  il  70  illik 
yubileyini  qeyd  etdiyini  nəzərə  çatdıraraq,  onun  bir  sıra  nəşr  olunmuş  əsərlərini 
Qazaxıstan Bəstəkarlar İttifaqına hədiyyə qismində təqdim etdi. 
Bütün  səsləndirilən  musiqi  fraqmentləri,  xüsusilə  də  Arif  Məlikovun 
Ümummilli  lider  Heydər  Əliyevə  həsr  etdiyi  “Əbədiyyət”  simfoniyası  və  Azər 
Dadaşovun  “20  yanvar”  simfoniyası  böyük  maraq  doğurdu  və  yüksək 
qiymətləndirildi. 
  Qazaxıstan səfəri həm də Kurmanqazı adına Qazax Milli Konservatoriyasında 
və Jubanovların mənzil-muzeyində  səmimi və faydalı görüşlərlə yadda qaldı.  


 
 
K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
Olaylar, hadisələr, tədbirlər
 
 
117 
Konservatoriya” elmi jurnalının tələbləri
 
“Konservatoriya”  elmi  jurnalı  Azərbaycan  Milli  Konservatoriyasının  Elmi  Şurasının  26 
dekabr  2008-ci  il  tarixli  7  saylı  protokolu  ilə  təsdiq  edilmiş,  Azərbaycan  Respublikası  Ədliyyə 
Nazirliyində 17.12.2008-ci il tarixdə 2770 saylı Şəhadətnamə ilə qeydə alınmışdır. 
“Konservatoriya”  elmi  jurnalı  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali 
Attestasiya Komissiyası Rəyasət Heyətinin 30 aprel 2010-cu il tarixli iclasında (protokol № 10-
R) “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən 
elmi  nəşrlərin  siyahısı”na  salınmışdır.“Konservatoriya”  elmi  jurnalı  ildə  4  dəfə  (üç  aydan  bir) 
nəşr edilir. Dərgidə Azərbaycan, ingilis, türk, rus və başqa dillərdə məqalələr dərc olunur.  
“Konsevatoriya”  elmi  jurnalında  çap  olunmaq  uçun  təqdim  ediən  məqalələr  aşağıdakı 
şərtlərə cavab verməlidir. 
Məqalənin quruluşu 
1.
 
Müəllifin adı və soyadı 
2.
 
Müəllifin fotosu 
3.
 
Statusu (elmi adı, elmi dərəcəsi və ya fəxri adı, yaxud dissertant, ya da doktorant 
olduğu təşkilat) və vəzifəsi (işlədiyi yer, müəssənin ünvanı) 
4.
 
E-maili 
5.
 
Məqalənin başlığı (Baş hərflərlə)  
6.
 
Məqalənin yazıldığı dildə xülasə (4-5 cümlə) və açar sözlər (6-10 söz) 
7.
 
Məqalənin mətni, foto və not nümunələri ilə birgə 
8.
 
Ədəbiyyat siyahısı 
9.
 
Daha iki dildə xülasə və açar sözlər 
10.
 
Rəyçilər 
Təqdim edilən məqalələrin formatı 
-
 
Məqalənin çap olunmuş əlyazması (1 nüsxə) və onun elektron variantı (CD disk və ya 
fləş kartda) məqaləyə 2 rəy ilə birlikdə təqdim edilir. Əlyazma və CD disk geri 
qaytarılmır. Məqalə jurnalın emailinə göndərilə bilər. azconservatory@gmail.com 
-
 
Məqalə Azərbaycan dilində, yaxud rus və ingillis dillərində Times New Roman şriftində, 
14-lük ölçüdə, 1,5 intervalı ilə yazılmalıdır. 
-
 
Hər sözdən sonra, həmçinin nöqtə və vergüldən sonra cəmi bir boşluq (spaceback) 
işarəsi qoyulmalıdır. Mətnə tərtibat vermək olmaz.  
-
 
Məqalənin başlığı həddən artıq böyük olmamalıdır və 8 sözdən artıq olacaqsa ixtisar 
ediləcək.  
-
 
Məqalə ədəbiyyat siyhısı, not nümunələri və xülasələrlə birlikdə 7-15 A4 formatlı səhifə 
çərçivəsində olsa yaxşıdır. 
-
 
Elmi məqalə araşdırmadırsa not nümunələrinin olması vacibdir. Not nümunələri not 
yazan proqramların birində səliqəylə yığılmalıdır. Ksero kopyanın görüntüsü 
keyfiyyətsiz olarsa məqalənin üstündə verilə bilməz. 
-
 
Sadalanan tələblər olmayan məqalə geri qaytarıla bilər. 
Elmi jurnalda çap olunmaq üçün ilk əvvəl məqalənin elmi dəyəri müəyyənləşdirilir. Elmi 
məqalədə  heç  olmasa  bir  problem  qoyulmalı  və  məqalənin  sonunda  həlli  yolları  göstərilməli 
yaxud  müəyyən  nəticələr  çıxarılmalıdır.  Elmi  məqalə  balaca  bir  elmi  işdir.  Məlum  faktları  və 
artıq dərc edilmiş kitab və məqalələrdən sitatları sadəcə sadalamaq məqaləyə elmi dəyər vermir. 
Elmi  məqalədə  artıq  məlum  və  kiminsə  dərc  edilmiş  fikri  istinadsız  yazılarsa  bu,  mənimsəmə, 
plagiat  sayılır.  Elmi  məqalədə  plagiat  faktı  aşkarlanarsa  məqalə  dərhal  müəllifinə  qaytarılır. 
Məqalənin  elmi  dəyərini  müəyyənləşdirmək  məsələsində  problemlər  olarsa  redaksiya  ekspert 
şurasının  fikrini  əsas  götürərək  qərar  verir.  Redaksiya  ekspert  şurasınıın  tərkibini  gizli  saxlaya 
bilər. 
Təqdim  edilən  məqalələr  başqa  dərgidə  artıq  çap  olunubsa  “Konservatoriya”  jurnalına  verilə 
bilməz. Təkrar çap müəllifin olmasa da dərginin müəllif hüququnu pozur.  


 
 
K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
 
 
 
118 
Olaylar, hadisələr, tədbirlər
 
 
 
 
118 
 
 
ELMİ NƏŞR 
 
 
№ 3 (33) 
 
Bakı – 2016 
 
 
 
EKSPERT ŞURASI 
 
Sevil Fərhadova 
Sənətşünaslıq doktoru, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu, professor 
Səadət Abdullayeva 
Sənətşünaslıq üzrə elmlər doktoru, professor 
Mahmudova Gülzar 
Sənətşünaslıq üzrə elmlər doktoru, professor 
Ceyran Mahmudova 
Sənətşünaslıq üzrə elmlər doktoru, professor 
Cəmilə Həsənova 
Sənətşünaslıq üzrə elmlər doktoru, professor 
Musazadə Rafiq 
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, əməkdar müəllim 
Məmmədağa Umudov 
Əməkdarincəsənətxadimi, professor,  
Kamilə Dadaşzadə 
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent 
Faiq Nağıyev 
Bəstəkar,əməkdar incəsənət xadimi, dosent 
Sərdar Fərəcov 
Bəstəkar,əməkdar incəsənət xadimi 
Firudin Qurbansoy 
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
Malik Mansurov 
Əməkdar artist, dosent 
Ramiz Əzizov 
Əməkdar müəllim, dosent 
Fəxrəddin Baxşəliyev 
Filologiya üzrə fəlsəfə doktoru
 
 
 


 
 
K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
Olaylar, hadisələr, tədbirlər
 
 
119 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
… // ”Konservatoriya” jurnalı 2016,  №3 (33),119
 
s. 
 
___________________________________________________________ 
Yığılmağa verilmişdir: 04.09.2016 
Çapa imzalanmışdır:.18.09.2016 
Tiraj 250 nüsxə, sifariş № 254 
“Ecoprint” mətbəəsində çap olunub. 
 
 

Yüklə 4,04 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə