Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 4,04 Kb.
Pdf görüntüsü
səhifə8/48
tarix05.02.2018
ölçüsü4,04 Kb.
#24604
1   ...   4   5   6   7   8   9   10   11   ...   48

 
 
K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
Muğamşünaslıq UOT 781,7                                                      Aynurə Abuşova – “Çahargah” muğamının melodik xüsusiyyətləri və məqam əsası 
 
 
 
17 
Bu  şöbələrin  ardıcıllığı  çahargah  məqamının  istinad  pillələri  üzrə,  yüksələn 
xətlə  qurularaq,  muğamın  kulminasiyasına  çatdırılır  və  mayəyə  enmə  prosesini  əks 
etdirir.  Muğam  dəstgahın  ənənəvi  şöbələrinin  ardıcıllaşması  bütün  variantlarda 
saxlanılır.  Bununla  belə,  “Çahargah”  muğamının  variantlarının  tərkibində  fərqli 
cəhətlər də özünü büruzə verir.  
Muğam  dəstgah  kompozisiyasının  əsas  xüsusiyyəti  –  mərhələlərlə  inkişafı, 
çahargah  məqamının  başlanğıc  və  son  mərhələdə  özül  əhəmiyyəti  təşkil  etməsi  ilə 
bağlıdır.  Xüsusilə  “Mayeyi-Çahargah”,  “Hasar”  (kvinta  münasibətində), 
“Mənsuriyyə”  (oktava  münasibətində)  şöbələri  bu  baxımdan  özünün  ənənəvi 
bünövrə əhəmiyyətini doğruldur.  
“Çahargah”  muğamının  əsasını  təşkil  edən  çahargah  məqamının  nəzəri 
əsasları  Üzeyir  Hacıbəyli  tərəfindən  üzə  çıxarılmışdır  (10,  s.  92).  Məmmədsaleh 
İsmayılov  öz  tədqiqatlarında  göstərmişdir  ki,  “Çahargah  Azərbaycan  məqamları 
içərisində  ən  böyük  məqamdır,  11  pərdədən  təşkil  olunan  çahargah  məqamında 
yeddisi istinad dayaq pərdədir: II - mayənin alt tersiyası, IV - məqamın mayəsi, VI - 
mayənin  üst  tersiyası,  VII  -  mayənin  üst  kvartası,  VIII  -  mayənin  kvintası,  IX  - 
kvintanın üst aparıcı tonu, XI - mayənin oktavası (zili)” (11, s. 18-19).  
“Çahargah”  muğamının  şöbələri  vəçahargah  məqamının  istinad  pillələri: 
“Mayeyi-Çahargah”  –  IV  və  II  pillələrə,  “Bəstə-Nigar”  -  VI  pilləyə,  “Manəndi-
müxalif” – VII pilləyə, “Hasar” - VIII pilləyə, “Müxalif” - IX

pilləyə, “Mənsuriyyə” 
–  XI  pilləyəəsaslanır  (13,  s.  99).  Bizim  nəzərdən  kеçirdiyimiz  “Çahargah” 
muğamının nоt yazılarında (N.Məmmədоv, A.Əsədullayеv, Ə.Məmmədli) şöbələr və 
guşələr məqamın qеyd оlunan istinad pillələrinə əsaslanması ilə özünü göstərir. Adı 
çəkilən şöbələrlə yanaşı, muğamın ifaçılıq variantlarında öz əksini tapmış digər şöbə 
və  guşələrin də  kompozisiya  quruluşunda özünəməxsus  rolu vardır və  ifaçıdan  asılı 
olaraq, müəyyən dəyişikliklərlə istifadə olunur.  
“Çahargah”  muğamının  kompozisiya  quruluşu  onun  melodik  inkişafı  və 
məqam-tonallıq  planı  ilə  əlaqədardır.  Burada  üç  inkişaf  mərhələsi  özünü  göstərir. 
Dəstgah  kompozisiyası  daxilindəki  bu  kimi  mərhələləri  Ramiz  Zöhrabov 
“mikrosilsilə” adlandırır (12, s. 98). 
Birinci  inkişaf  mərhələsi:  “Bərdaşt”,  “Mayeyi-Çahargah”,  “Bəstə-Nigar” 
şöbələrini  və  mayə  pilləsinə  əsaslanan  guşələri  özündə  cəmləşdirir.  Bunu 
ümumilikdə  mayənin  ekspozisiyası    hesab  etmək  olar,  çünki  burada  “Çahargah”ın 
məqam və melodik özəyi öz əksini tapır. Buraya aid edilən şöbə və guşələr ardıcıl ifa 
olunaraq,  bir-birini  tamamlayır.  Eyni  zamanda,  məqam  baxımından  da  bu  şöbələrin 
melodiyasında  istinad  pillələri  və  kadensiya  baxımından  onları  birləşdirən  ümumi 
cəhətlər  vardır.  Bu  hissədə  əsas  məqam-tonallıq  “do”  çahargahdur.  “Bərdaşt”  və 
“Mayə” şöbələri “do” çahargahda qurulur.   
“Çahargah” muğam dəstgahı coşğun xasiyyətli, cəld templi, geniş improvizə 
səciyyəli  “Bərdaşt”  şöbəsi  ilə  başlanır.  Bu  şöbə  də  ənənəvi  olaraq  zildən  başlanıb 


 
 
K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
 
 
 
18 
Muğamşünaslıq UOT 781,7                                                    Aynurə Abuşova – “Çahargah” muğamının melodik xüsusiyyətləri və məqam əsası 
 
 
18 
bəmə  düşür  və  mayənin  əsas  intonasiya  özəyini  hazırlayır.  Bundan  sonra  gələn 
“Mayeyi-Çahargah”  şöbəsi  isə  dəstgahın  bünövrəsi  olub,  onun  musiqi 
dramaturgiyasının inkişafına yol açır.  
Qeyd  etmək  lazımdır  ki,  “Bərdaşt”da  “Çahargah”  muğamı  üçün  xarakterik 
olan melodik-intonasiya özəyi və melodik hərəkət formalarının əsası qoyulur. Bütün 
bunlar “Çahargah”ın əsas xüsusiyyətinə çevrilir və muğamın sonrakı inkişafında da 
özünü  göstərir.  Maraqlıdır  ki,  muğamın  variantlarında  başlanğıc  məqam-intonasiya 
özəyinin  dəqiqliklə  təkrarlandığını  müşahidə  edirik.  Muğamın  başlanğıc  məqam-
intonasiya  özəyində  mayəyə  və  alt  tersiyaya  (“Bərdaşt”da  oktava  yuxarı)  istinad 
olunması  çahargahın  ən  parlaq  və  tanıdıcı  intonasiyasını  əmələ  gətirir.  Bu  məqam-
intonasiya özəyi muğamın tam kadensiyalarında mayənin təsdiqi üçün geniş istifadə 
olunur.  
 “Bəstə-Nigar” şöbəsində mayənin üst tersiyası – “mi” səsi dayaq əhəmiyyəti 
kəsb  edərək,  bu  şöbədə  müvəqqəti  olaraq,  tonika  vəzifəsini  daşımağa  başlayır.  Bu 
halda başlanğıc mayə, yəni “do” səsi artıq onun tersiyasına çevrilir.  Melodik ibarələr 
“mi”  səsi  ətrafında  qurulur,  şöbənin  sonunda  isə  “do”  səsində  -  başlanğıc  mayədə 
yekunlaşma verilir.  
 “Çahargah” muğamı “Bərdaşt”, “Mayə”, “Bəstə-Nigar” şöbələrindən özünün 
zəngin  melodik  inkişafı  ilə  diqqəti  cəlb  edir.  Bu  şöbələr  muğamın  melodik 
inkişafının özülünü və əsas mərhələsini təşkil edir ki, bu da muğamın tematizminin 
formalaşması ilə bağlıdır.   
İnkişafın ikinci mərhələsini “Manəndi-müxalif”, “Hasar”, “Müxalif” şöbələri 
təşkil  edir.  Bu  şöbələr  də  ardıcıl  ifa  olunaraq,  məqam-tonallıq  və  melodik  cəhətdən 
bir-birindən fərqlənir. Bunlar Çahargahdan kvarta və kvinta yuxarı tonallıqlara keçid 
kimi qəbul olunur.  
“Manəndi-müxalif” şöbəsinin dayaq pilləsi – “fa” səsi, məqamın VII pilləsi, 
mayənin üst kvartası olsa da, bu şöbədə həmin pillələr arasında vurğu dəyişir. Belə 
ki, “fa” səsinin dayaq pilləsi kimi önə çıxması ilə o, yeni tonallığın – “fa” çahargahın 
mayəsinə  çevrilir,  “do”  səsi  isə  bu  halda  alt  kvarta  vəzifəsini  görür.  Bununla  belə, 
sonda yenidən başlanğıc tonallığa qayıdış özünü göstərir.  
“Hasar”  şöbəsində  məqamın  VIII  pilləsi  müstəqilləşir,  “sol”  səsi  yeni 
tonallıqda mayəyə çevrilir. Buna görə də burada başlanğıc mayədən uzaqlaşma daha 
aydın  hiss  olunur.  Artıq  melodik  inkişaf  üst  mayəyə  doğru  istiqamətləndiyinə  görə 
bu şöbədə başlanğıc mayənin cazibə qüvvəsi azalır və o, bir növ, arxa plana keçir.  
“Sol” çahargahda qurulan “Hasar” şöbəsindən sonra “Müxalif” şöbəsində də 
pillələrin məqam  vəzifəsinin dəyişikliyi  müşahidə olunur. “Müxalif” şöbəsində “IX 
pərdə,  müstəqil  dayaq  pərdə  əhəmiyyətinə  malik  olduqda  mütləq  yarım  ton 
yüksəlmiş  halda  (lya  bekar)  özünü  göstərməlidir.  Bu,  “Müxalif”  şöbəsi  üçün 
müəyyənedici bir şərtdir” (11, s. 35). Bu zaman “əvvəldən sabit olmayan üst aparıcı 
ton  sabit  mayəyə,  əvvəldən  sabit  olan  kvinta  isə  sabit  olmayan  alt  aparıcı  tona 


Yüklə 4,04 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə