Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 4,04 Kb.
Pdf görüntüsü
səhifə7/48
tarix05.02.2018
ölçüsü4,04 Kb.
#24604
1   2   3   4   5   6   7   8   9   10   ...   48

 
 
K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
Muğamşünaslıq UOT 781,7                                                      Aynurə Abuşova – “Çahargah” muğamının melodik xüsusiyyətləri və məqam əsası 
 
 
 
15 
 
Aynurə ABUŞOVA 
AMK-nın dissertantı, 
Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7 
E-mail: 
aynuraabushova@mail.ru
 
 
“ÇAHARGAH”  MUĞAMININ MELODİK  XÜSUSİYYƏTLƏRİ VƏ 
MƏQAM ƏSASI 
 
Xülasə:  Məqalə  “Çahargah”  muğamının  not  yazılarının  araşdırılmasına  və 
musiqi dilinin təhlilinə  həsr  olunmuşdur.  Məqalədə “Çahargah” muğamının 
obrazlı  emosional  səciyyəsi,  kompozisiya  və  melodik  quruluşunun 
xüsusiyyətlərinin, məqam-intonasiya əsaslarının tədqiqi verilir.     
Açar sözlər: muğam, not yazıları, məqam, melodik xüsusiyyətlər, musiqi dili  
 
“Çahargah”  muğamının  elmi  ədəbiyyatda  öz  əksini  tapmış  inkişaf  tarixini 
izləyərək  qeyd  etmək  lazımdır  ki,  Azərbaycanın  şifahi  ənənəli  musiqisində  Orta 
əsrlərdə  muğam  şöbəsindən  başlayaraq  formalaşmış  “Çahargah”  muğam  dəstgahı 
çoxtərkibli  və  geniş  həcmli  muğamlardan  biridir.  Muğam  cədvəllərinin  və  muğam 
proqramlarının,  “Çahargah”  muğamının  səsyazılarının  və  not  yazılarının  nəzərdən 
keçirilməsi,  onların  müqayisəli  təhlili  “Çahargah”  muğamının  keçdiyi  tarixi  inkişaf 
yolunu və musiqi xüsusiyyətlərini üzə çıxarmağa imkan verir. 
“Çahargah”  muğamının  bir  neçə  not  yazısı  çap  olunub.  Onlardan  birincisi 
Nəriman Məmmədov tərəfindən Əhməd Bakıxanovun ifasından  yazılmışdır (1). Bu 
not  yazısında  “Çahargah”  muğamı  aşağıdakı  tərkib  hissələrindən  ibarətdir: 
“Bərdaşt”, “Mayə”, “Bəstə-Nigar”, “Hasar”, “Müxalif”, “Mənsuriyyə”, “Hüzzal”.  
“Çahargah”  muğamının  ikinci  not  yazısı  da  Nəriman  Məmmədova 
məxsusdur.  Muğamın  bu  not  yazısı  vokal-instrumental  şəkildə,  tarzən  Bəhram 
Mansurovun  və  xanəndə  Yaqub  Məmmədovun  ifasından  həyata  keçirilmişdir  (2). 
Not yazısında “Çahargah” muğamının tərkibi: “Çahargah dəramədi”, “Bali-kabutər”, 
“Təsnif” (“Mixək əkdim ləyəndə”), “Rəng”, “Bəstə-Nigar”, “Təsnif” (“İstəsəm məhv 
olsun  Bisütun  dağı”),  “Hasar”,  “Rəng”,  “Müxalif”,  “Təsnif”  (“Gülüstanda  sənə 
bənzər gül olmaz”), “Zərbi Mənsuriyyə”. Not yazısındakı muğam şöbələrində Füzu-
linin və Natəvanın qəzəllərindən istifadə olunub, təsniflər xalq sözlərinə əsaslanır.   
Göründüyü  kimi,  N.Məmmədovun  nota  aldığı  muğam  iki  variantda  - 
instrumental  və  vokal-instrumental  tərzini  əks  etdirən  variantlarda  yazılmışdır. 
Muğamlar  tarın  səslənməsindən  nota  salınaraq,  fortepianoda  ifa  olunmaq  üçün 
işlənilmişdir.  N.Məmmədovun  əsas  məqsədi  təkcə  muğamın  texniki  cəhətdən 
mexaniki olaraq üzünü köçürtməkdən ibarət olmamışdır. O, muğamın əsas şöbələrini 
nota salmağa və onun ifaçılıq təfsirini əks etdirməyə çalışmışdır.  
“Çahargah” muğamının  üçüncü not  yazısı kamança ifaçısı Arif Əsədullayev 


 
 
K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
 
 
 
16 
Muğamşünaslıq UOT 781,7                                                    Aynurə Abuşova – “Çahargah” muğamının melodik xüsusiyyətləri və məqam əsası 
 
 
16 
tərəfindən  tarzən  Elxan  Müzəffərovun  ifasından  yazılmışdır  (3).  Bu  not  yazısında 
muğamın  tərkibi  belədir:  “Bərdaşt”,  “Mayə”,  “Bali-kəbutər”,  “Cövhəri”,  “Mayəyə 
əlavə”  (kamança  variantı),  “Pər-pərəstük”,  “Bəstə-Nigar”,  “Manəndi-müxalif”, 
“Muyə”, “Mayəyə ayaq” (kadensiya), “Hasar”, “Müalif”, “Qərrə”, “Müxalif”, “Ouc 
müxalif”,  “Naleyi-zənbur”,  “Kadensiya”,  “Mənsuriyyə”,  “Üzzal”,  “Koda” 
(“Məğlub”). 
A.Əsədullayevin  not  yazısında  “Çahargah”  muğamı  üçün  ənənəvi  olan 
şöbələrlə yanaşı, bir sıra guşələrin nota alınması da diqqətəlayiqdir, çünki bu guşələr 
əsasən  şöbələrin  musiqi  materialını  genişləndirərək,  inkişafı  bir  növ  tamamlayır. 
Bütün bunlar muğamların ifaçılıq variantlarının müqayisəli araşdırılmasında mühüm 
əhəmiyyətə malikdir.  
“Çahargah”  muğamının  dördüncü  not  yazısı  tarzən  Əkrəm  Məmmədli 
tərəfindən  həyata  keçirilmişdir  (4).  Həmin  variant  görkəmli  tarzən-pedaqoq  Kamil 
Əhmədovun  ifaçılıq  ənənəsinə  uyğundur.  Not  yazısında  “Çahargah”  muğamı 
aşağıdakı  şöbələrdən  ibarətdir:  “Bərdaşt”,  “Mayeyi-Çahargah”,  “Bəstə-Nigar”, 
“Hasar”,  “Müalif”,  “Qərrə”,  “Müxalif”,  “Müxalifin  üstü”,  “Mənsuriyyə”  (ritmik, 
solo), “Üzzal”, “Çahargaha ayaq” (“Məğlub ayağı”). 
Muğamın  instrumental  şəkildə  ifasını  əks  etdirən  bu  not  yazısı  muğam 
şöbələrindən  ibarətdir.  Şöbələrin  ardıcıllığından  göründüyü  kimi,  burada  muğamın 
ənənəvi  şöbələri  kompozisiyanın  əsasını  təşkil  edir.  Bununla  yanaşı,  “Mənsuriyyə” 
şöbəsinin ritmik və solo variantları da öz əksini tapmışdır. Bu da təsadüfi deyil, belə 
ki,  “Mənsuriyyə”  ifaçılıq  təcrübəsində  həm  muğam  şöbəsi  kimi,  həm  də  zərbli 
muğam  kimi  mövcuddur.  Not  yazısının  müəllifi  “Mənsuriyyə”  zərbli  muğamında 
çalınan rəngləri (ritmik) və muğam epizodlarını (solo) bir səsli şəkildə buraya daxil 
etmişdir. Bu da nəzərdən keçirdiyimiz not yazısını digərlərindən fərqləndirir.  
Eyni  zamanda  qeyd  etmək  lazımdır  ki,  Səid  Rüstəmovun  “Azərbaycan  xalq 
rəngləri”  (5),  Əhməd  Bakıxanovun  “Azərbaycan  xalq  rəngləri”  (6),  “Azərbaycan 
ritmik  muğamları”  (7)  və  Ramiz  Zöhrabovun  “Azərbaycan  təsnifləri”  (8),  “Zərbi-
muğamlar”  (9)  məcmuələrində  biz  “Çahargah”  muğamının  rənglərinin  və 
təsniflərinin, eləcə də “Mənsuriyyə” zərbli-muğamının not yazılarına rast gəlirik.  
Göründüyü  kimi,  “Çahargah”  muğamının,  onun  tərkib  hissəsi  olan 
“Mənsuriyyə”  zərbli-muğamının,  rəng  və  təsniflərin  bir  neçə  variantda  not  yazıları 
mövcuddur.  Bu  not  yazıları  ayrı-ayrı  bəstəkarlar  və  musiqişünaslar  tərəfindən 
müxtəlif ifalardan həyata keçirilmişdir.  
Biz  öz  tədqiqatımızda  not  yazıları  əsasında  muğamın  musiqi  dilinin 
quruluşuna və məqam əsasına nəzər salırıq. Not yazılarının müqayisəsindən görünür 
ki, burada öz əksini tapan ifaçılıq variantlarında şöbələrin sayı və həcmi müxtəlifdir. 
Lakin bütün not yazılarında “Çahargah” muğamı üçün ənənəvi şöbələr təkrarlanır ki, 
bunlar  da  muğam  kompozisiyasının  əsasını  təşkil  edir:  “Bərdaşt”,  “Mayeyi-
Çahargah”,  “Bəstə-Nigar”,  “Hasar”,  “Müxalif”,  “Mənsuriyyə”,  “Çahargaha  ayaq” 
(“Məğlub”).  


Yüklə 4,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə