Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 4,04 Kb.
Pdf görüntüsü
səhifə3/48
tarix05.02.2018
ölçüsü4,04 Kb.
#24604
1   2   3   4   5   6   7   8   9   ...   48

Musiqi xadimləri UOT 78.071                                                                                                       Əfsanə Babayeva - Musiqidə yaşayan ömür 
 
 
 
ı 2016  No 3 (33) 

K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
saylı  Macar  rəqsi”,  A.Dvorjakın  “2  saylı  Slavyan  rəqsi”  daxil  edilərək  kamança 
alətinin  repertuarını  həm  zənginləşdirmiş,  həm  də  onun  ifa  imkanlarını  
genişləndirmişdir. Məcmuəyə ön söz yazmış Azərbaycan  Milli Konservatoriyasının  
rektoru,  xalq  artisti, professor  Siyavuş Kəriminin  qeyd etdiyi kimi,  “...Tərtibçi bu  
dərs vəsaitində kamança ifaçılığının bütün  xüsusiyyətlərini nəzərə  almış  və   bunları 
əks  etdirə bilmişdir... Bu da  müəllifin aləti çox gözəl bildiyindən irəli gəlir”.   
Bunun  ardınca  Yaqut  xanım  professor  M.Kərimov  ilə  birgə  hazırladığı   
“Azərbaycan  və  xarici  ölkə  bəstəkarlarının    əsərləri.    Ney    və      fortepiano    üçün   
işləmələr”(2016)  məcmuəsi  də  xalq  çalğı  alətləri  repertuarının  zənginləşməsi  
yolunda  geniş  imkanlar  açır.  Burada  A.Məlikov,  T.Quliyev,  S.Rüstəmov, 
S.Ələsgərovla  yanaşı, rus və qərb bəstəkarlarından S.Raxmaninov, J.Bize və Quno-
nun əsərlərindən də maraqlı parçalar istifadə  edilmişdir.    
Yaqut Şıxseyidin daha bir fəaliyyət sahəsi onun uğurla apardığı elmi-tədqiqat 
işidir. O, milli musiqi alətimiz olan kamançanı təkcə təcrübi cəhətdən deyil, həm də 
elmi-nəzəri  baxımdan  öyrənilməsinin  daha  səmərəli  olduğunu  düşünür.  Bununla 
bağlı  onun  2008-ci  ildə  sənətşünaslıq  üzrə  fəlsəfə  doktoru  elmi  dərəcəsini  almaq 
üçün  müvəffəqiyyətlə  müdafiə  etdiyi  “Azərbaycan  bəstəkarlarının  əsərlərində 
kamançanın  istifadəsi  və  ifa  xüsusiyyətləri”  mövzusunda  dissertasiyası  diqqətə-
layiqdir.  Bu  işində  müəllif  ilk  dəfə  olaraq  kamançanın  sırf  milli  musiqi  aləti  kimi 
Azərbaycan  bəstəkarlarının  yaradıcılığında  Avropa  musiqi  janrlarında  istifadəsi 
problemlərini  işıqlandırmışdır.  İşdə  ilk  dəfə  olaraq  Azərbaycan  bəstəkarlarının 
kamança  üçün  yazdıqları  kiçik  və  iri  həcmli  əsərlərin  ifaçılıq  xüsusiyyətləri 
araşdırılaraq,  alətin  ifaçılıq  ənənələrinə  məlum  olmayan  yeni  imkanları 
aşkarlanmışdır. Dissertasiyada müəllif S.Rüstəmovun, S.Ələsgərovun solo kamança 
üçün  kiçik  həcmli  əsərlərini,  H.Xanməmmədovun,  Z.Bağırovun,  T.Bakıxanovun 
kamança və  simfonik  orkestr  üçün konsertlərini, həmçinin, F.Əmirov və A.Baba-
yevin  Fortepiano  və  Azərbaycan  xalq  çalğı  alətləri  orkestri  üçün  konsertində 
kamançanın rolunu professional ifaçı kimi dərindən təhlil edərək alətin özünəməxsus 
ifa prinsiplərini  müəyyənləşdirmiş və gələcəkdə  onun ifaçılıq imkanlarının daha da 
genişlənməsi və inkişafı üçün əsas perspektivləri göstərmişdir.   
Elmi-tədqiqata olan maraq Yaqut xanımda hələ tələbəlik illərindən  oyanmışdı. 
Həmin  dövrdə  Tələbə  Elmi  Cəmiyyətinin  üzvü  kimi  fəaliyyəti  ona  gələcəkdə  daha 
dərin  tədqiqat  işlərilə  məşğul  olmağa  stimul  vermişdir.  Dördüncü    kursda  oxuduğu 
zaman Respublika elmi konfransında “Müasir musiqidə millilik  və beynəlmiləlçilik” 
kimi  aktual  mövzuda  etdiyi  məruzəsinə  görə  diploma  layiq  görülmüş,  Tallində 
keçirilən  Ümumittifaq  Elmi-tələbə  konfransında  isə  dahi  bəstəkar  Qara  Qarayev 
haqqında məruzəsi maraqla qarşılanmışdır. 
Tələbəlik  illərində  Respublikanın  musiqi  həyatında  baş  verən  hər  bir  hadisə 
Yaqut xanımı maraqlandırırdı. Bu maraq onu həmin dövrdə çox sanballı və  nüfuzlu 
sayılan  “Ədəbiyyat  və  incəsənət”  qəzeti  ilə  əməkdaşlıq  etməyə  gətirib    çıxarır. 
Burada  o,  Azərbaycan  Dövlət  Filarmoniyasında  keçən  simfonik  konsertlər,    Süley-


 
 
K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
 
 
 

Musiqi xadimləri UOT 78,071                                                                                                                 Əfsanə Babayeva – Musiqidə yaşayan ömür 
 
ı 2016  No 3 (33) 
 

man Ələsgərovun yubileyi ilə bağlı təəssüratlar, Fərhad Bədəlbəyli ilə  söhbətlər və 
s.  haqqında  öz  düşüncələrini  bölüşürdü.  Belə  bir    təcrübə,  şübhəsiz  ki,    daha 
mükəmməl  elmi  işlərin  meydana  gəlməsinə zəmin    yaradırdı. Məhz musiqi   mədə-
niyyətinin  müxtəlif  tərəflərini  öyrənən  və  müşahidə  edən  Yaqut    xanım  onu  həyatı 
boyu  müşayiət  edən  kamançanın  Azərbaycan  musiqi    mədəniyyətində  rolunu 
araşdırmağa imkan verir. 
Bununla  bağlı  Yaqut  xanımın  Azərbaycanda  çox  sevilən  və  geniş  yayılan  
kamança  alətinin  musiqi  mədəniyyətimizdə  yerini  və  rolunu  düzgün    qiymət-
ləndirərək  bu  sənətin  YUNESKO-nun  qeyri-maddi  mədəni  irs  siyahısına    daxil 
edilməsi  ilə  bağlı  bu  mötəbər  təşkilatın  baş  direktoru,  xanım  İrina  Bokovaya  
ünvanladığı  məktubu  da  çox  önəmlidir.  Məktubda  Yaqut  xanımın  düzgün  qeyd  
etdiyi  kimi,  “Heydər  Əliyev  Fondunun  prezidenti,    YUNESKO  və  İSESKO-nun 
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın  bilavasitə təşəbbüsü və rəhbərliyi ilə 
həyata  keçirilən  muğam  layihələrində  kamança  ifaçılığının  da  özünəməxsus  yeri 
vardır.  Bütün  bu  layihələrin  sayəsində  milli  musiqi  alətlərimizlə  yanaşı,  kamança 
alətinə  də  maraq  olduqca  artmış,  alətşünaslıq  elmində  kamança  aləti  ilə  bağlı 
mövzuların xüsusi olaraq işlənilməsi aktuallaşmışdır”. 
Onu da qeyd edək ki, Yaqut Şıxseyidqızı Heydər Əliyev Fondunun və Fondun  
Prezidenti  Mehriban  xanım  Əliyevanın  təşəbbüsü  və  təşkilatçılığı  ilə  keçirilməsi  
artıq  Azərbaycanda  ənənə  halını  almış  “Muğam  aləmi”  Beynəlxalq  Muğam  
Festivallarının  (2009,  2011,  2013,  2015)  dördündə  də  bu  festivalların  təşkili    üzrə 
İşçi  qrupunun  üzvü  kimi  fəal  iştirak  etmişdir.  Bundan  əlavə  o,  həm  də  Təhsil 
Nazirliyi  tərəfindən  təşkil  olunan  “Muğam    aləmi”  festivalı  çərçivəsində  keçirilən 
Respublika və Beynəlxalq muğam müsabiqələrinin təşkilat komitəsinin üzvü kimi də 
yorulmadan çalışmışdır.  
Yaqut xanım əsl vətənpərvərdir. Harada olursa olsun, hər hansı şəraitdən asılı  
olmayaraq o, həmişə Azərbaycan musiqisinin yorulmaz təbliğatçısıdır. Bu  məqsədlə 
o,  1990-cı  ildə  Mədəniyyət  Nazirliyinin  Metodik  mərkəzinin  nəzdində  fəaliyyət 
göstərən  “Səyyah”  uşaq  vokal-xoreoqrafik  ansamblı  yaratmışdır.  Bu  kollektiv 
dünyanın  bir  çox  ölkələrində,  müxtəlif  Beynəlxalq  festivallarda  çıxış  edərək 
Azərbaycan  musiqisinin  təbliğinə  öz  töhvəsini  vermişdir.  Həmçinin,  2002-ci    ildə 
Milli  Konservatoriyada  ilk  dəfə  olaraq  xalq  çalğı  alətlərindən  ibarət  ansambl 
yaradılmışdır.  Bu  ansambl  kiçik  müddət  ərzində  geniş  dinləyici  auditoriyası 
qazanmışdır. Onu da qeyd etmək lazımdır ki, ansamblın ilk çıxışı 2 fevral “Gənclər 
günü”nə təsadüf etmişdir. Tələbələrdən ibarət ansambl Prezident seçkiləri ərəfəsində 
bir çox rayonlarda və dövlət tədbirlərində böyük konsert proqramı ilə maraqlı çıxışlar 
etmişdir.  
Y.Şıxseyidin  belə  fəal  ictimai  fəaliyyəti  özünün  həyat  ritminə  və  tempe-
ramentinə tamamilə uyğundur. Təsadüfi deyil ki, Azərbaycan Milli Konservatoriyası 
yarandığı  vaxtdan  bu  günədək  Yaqut  xanım  burada  İstehsalat  təcrübə  və  Konsert  
təşkili üzrə rəhbər kimi əzmlə çalışaraq müxtəlif yığıncaq, yaradıcılıq gecələri, digər 
mühüm  tədbirlərin  hazırlanması  və  keçirilməsində  yaxından  iştirak  edir.  Bunların 


Yüklə 4,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə