Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 4,04 Kb.
Pdf görüntüsü
səhifə4/48
tarix05.02.2018
ölçüsü4,04 Kb.
#24604
1   2   3   4   5   6   7   8   9   ...   48

Musiqi xadimləri UOT 78.071                                                                                                       Əfsanə Babayeva - Musiqidə yaşayan ömür 
 
 
 
ı 2016  No 3 (33) 

K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
sırasında  Azərbaycan  Təhsil  Nazirliyinin  və  Azərbaycan  Mədəniyyət  və  Turizm 
Nazirliyinin keçirdiyi dövlət əhəmiyyətli bədii tədbirləri, Təhsil Nazirliyinin “Sabah” 
qruplarının II Forumunun konsert  proqramının təşkilini qeyd etmək lazımdır. 
Yaqut xanımın Bakı Beynəlxalq  qadınlar klubuşurasının üzvü kimi fəaliyyəti 
də diqqətəlayiqdir. O, müxtəlif beynəlxalq konfrans və simpoziumlarda məruzələrlə 
çıxış  edərək  Azərbaycan  qadınlarının  problemlərinin  dünya  ictimaiyyətinə  çatdı-
rılması  yolunda  çalışır.  Onun  2007-ci  ildə  Stokholmda  İsveç  Qadın  İnstitutunun 
təşəbbüsü  və  “Günəş”  Azərbaycan  Qadın  Cəmiyyətinin  təşkilatçılığı    ilə  “Qadın 
hüquqları dünən, bu gün və sabah” mövzusunda  keçirilən konfransda etdiyi məruzə 
xüsusi  marağa  səbəb  olmuşdur.Yaqut  xanımın  bu  istiqamətdə  apardığı  işlərdən  biri 
kimi,  Azərbaycanda  akreditə   olunmuş  səfir xanımlarının iştirakı ilə təşkil  etdiyi 
konsertin  keçirilməsini  göstərə  bilərik.  Bu  konsertdə  bir  daha  Azərbaycan  xalq 
musiqisi  səslənərək  milli  mədəniyyətimiz  təbliğ  edilmişdir.  Məhz  belə  məsuliyyətli 
və  dəyərli  ictimai  fəaliyyətinə  görə  o,  dəfələrlə  dərin  təşəkkürlər    qazanmış,  fəxri 
fərmanlara layiq görülmüşdür. 
Milli  Konservatoriyanın  təlim-tədris  həyatında  Yaqut  xanımın  çoxşaxəli  
fəaliyyəti  daim özünü göstərir. O, sanki  konservatoriyanın böyük tələbə dəstəsinin 
ifaçılıq təcrübəsinin hərəkətverici qüvvəsi, “lokomotivi”dir. Məhz bu keyfiyyətlərinə  
görə  yetişməkdə  olan  yeni  nəsl  ondan  çox  şey  öyrənir.  Bu  yolda  Yaqut  xanıma 
tükənməz enerji və  yeni nailiyyətlər arzulayırıq.   


 
 
K
o
ns
er
v
a
to
riy
a
” 
ju
rn
alı 
20
16
 No
 3(
3
3

 
 
 
 
10 
Muğamşünaslıq UOT 781,7                                                                Nərgiz Qulamova – Muğam sənətində ənənə və varislik məsələsinin  tədqiqi 
 
 
 
10 
 
Nərgiz QULAMOVA 
BMA-nın dissertantı 
 
MUĞAM SƏNƏTİNDƏ ƏNƏNƏ VƏ VARISLİK MƏSƏLƏSİNİN 
TƏDQİQİ  
 
Xülasə:  Məqalədə  musiqişünaslıq  ədəbiyyatının  və  musiqi 
təcrübəsinin  əsasında  muğamın  Azərbaycan  musiqi  mədəniyyətində  tarixi 
təkamül  yolu  xarakterizə  olunur.  XX  əsrin  əvvəllərindən  bu  günə  kimi 
muğamların  səsyazılarını  əks  etdirən  qrammofon  vallarının  icmalı  verilir. 
Müəllif  muğam  sənətinin  inkişafına  və  səsyazıları  irsinin  qorunmasına 
yönəlmiş  layihələri,  səs  və  not  yazılarının  muğamın  ifaçılıq  variantlarının 
tədqiqində rolunu və əhəmiyyətini səciyyələndirir.   
Açar  sözlər:  muğam  irsi,  tədris  prosesi,  tədris  proqramları,  vokal-
instrumental ifaçılıq 
 
Muğam – musiqi mədəniyyətinin mühüm bir qolu kimi qədim və orta əsrlər 
dövründən  təşəkkül  tapmış  və  müasir  dövrdə  də  inkişafını  davam  etdirməkdədir. 
Muğam  ənənələrinin  bizim  günlərə  çatması  məhz  varislik  ənənələri  ilə  həyata 
keçirilmişdir.  Ənənə  və  varislik  məsələsi  şifahi  ənənəli  musiqi  yaradıcılığının  ən 
vacib  təkanverici  qüvvəsini  təşkil  edir.  Musiqidə  varislik  -  ənənənin  təsir  gücü, 
səbəb-nəticə əlaqəsi kimi çox mühüm inkişaf mənbəyidir.  
Muğam  yaradıcılığının  tədqiqi  musiqi  elminin  əsas  vəzifələrindən  olub,  hər 
bir muğamın ayrı-ayrılıqda öyrənilməsi, tarixi inkişaf yolunun araşdırılması, muğam 
sənətinin  keçdiyi  yolu  izləməyə  imkan  verir.  Muğam  sənətində  ənənə  və  varislik 
problemi  musiqişünaslıq  tədqiqatlarında  muğamın  inkişafında  mühüm  əhəmiyyətli 
amil kimi öz ifadəsini tapır.   
İllər  boyu  xanəndəlik  sənəti  inkişaf  etdikcə,  ifaçılıq  üslubları  və  oxuma 
texnikası  da  müəyyən  dərəcədə  dəyişikliyə  uğramışdır.  Oxuma  üslubları  arasında 
yaranmış fərqlər,  əlbəttə ki,  milli  musiqimizin  inkişafı  ilə bağlı olmuşdur. Nümunə 
üçün  qeyd  edək  ki,  “Rast”  muğamının  timsalında  üç  istiqamətdə  muğamın 
dəyişikliyə  uğraması,  variantlarının  yaranması,  ənənəvi  cəhətlərin  qorunması  və 
ötürülməsi  prosesi  müşahidə  olunur:  1.  Muğam  cədvəllərində  və  tədris 
proqramlarında;    2.  Ayrı-ayrı  muğam  bilicilərinin  ifasından  həyata  keçirilmiş 
müxtəlif  illərə  aid  not  yazılarında;  3.  Səs  yazılarında  xanəndələrin  təfsirində. 
Sadalanan  istiqamətlərdə  muğamın  tərkibinin  dəyişikliyə  uğramasını  izləmək 
mümkündür. 
Orta əsrlər dövrünün böyük  ensiklopediyaçı  alimlərinin  -  Səfiəddin   Urməvi 
(XIII  əsr), Əbdülqadir Marağayi (XIV-XV əsr), Mirzə bəy (XVII  əsr), Mir Möhsün 
Nəvvabın  (XIX  əsr)  musiqi  ilə  bağlı  risalələrində  tərtib  etdikləri  muğam  cədvəlləri 
diqqətəlayiqdir  (1).  XX  əsrdə  ustad  tarzənlər  -  Mirzə  Fərəc  Rzayev,  Əhməd 
Bakıxanov, Kamil Əhmədov və başqaları muğam proqramları yazmışlar. Azərbaycan 
bəstəkarlıq  məktəbinin  banisi  Üzeyir  Hacıbəylinin  muğamların  sistemləşdirilməsi 
əsasında  yaratdığı  proqram  tədris  prosesində  əsas  mənbəyə  çevrilmişdir  (2).  Qeyd 


Yüklə 4,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə