Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə7/14
tarix12.10.2018
ölçüsü0,89 Mb.
#73654
1   2   3   4   5   6   7   8   9   10   ...   14

 

21

Quru  duzlama  –  üsulu  yaşduzlamanın  qurudulma  ilə  birgə  tətbiqi 

deməkdir. 

Əvvəlcə dərinin kütləsinin 20-25% miqdarı nisbətində natrium xloridlə (yəni 

yaşduzlamadakı sərfinin yarısı qədər) duzlayırlar. 

Quru duzlamadan çıxan dərilərin sortlaşdırılması çox çətinləşir. Çünki astar 

tərəfi  duzla  örtülür  və  tüklərin  isə  dib  tərəfindən  dermanın  qurumasına  görə 

zəifləməsi  çətinləşir.  Quruduzlama  isti  yay  ayları  üçün  az  miqdar  xammalların 

konservləşdirilməsi üçün məqsədə uyğundur. 

Hal-hazırda  quruduzlama  üsulu  ilə  bütün  xəzlik  dəri  növləri,  məsələn, 

dovşan, ev pişiyi, xəzlik it, dana və at balası dəriləri konservləşdirilir. 

Pikelləşdirmə-turşulu-duzlu  konservləşdirilmə.  Bu  üsulun  mahiyyəti 

dərilərin  turşu  və  duz  məhlulu-pikel  ilə  işlənilməsindən  ibarətdir.  Belə 

konservləşdirmə ən çox tükü təmizlənmiş  dərilər  («lüt»)  üçün tətbiq olunur. Pikel 

üsulunun  geniş  yayılmış tərkibi  natrium  xloridin 15-20%-li  məhlulunun,  xlorid  və 

ya sulfat turşusunun 2%-li məhlulunun suda qarışığıdır. 

Axır zamanlar  iri buynuzlu  mal-qara dəriləri  üçün  islatma-külləmə  və  pikel 

üsulu  çox  vaxt  heyvan  kəsilən  və  dəri  çıxarılan  yerdə  aparılır.  Bu  isə  həmin 

dərilərin  duzlanmasını  ixtisara  salır  və  nəticə  etibarilə  bir  dərinin  maya  dəyəri  7-

10% aşağı salınır. 

Pikelləşdirilmiş  tüksüz  dərilər  nəm  yerlərdə  və  ya  sonradan  islanma 

nəticəsində  kiflənə  və  ya  çürüyə  bilər.  Xammalın  yaxşı  saxlanması  üçün  pikel 

əməliyyatından yaxşı keçirilmiş dərini həm də xromlayırlar. 

Gəmiricilərdən  alınan  xəzlik  dəriləri  (eyni  vaxtda  çoxlu  miqdarda  əldə 

edilərkən) belə pikel  üsulu  ilə konservləşdirirlər. Bunun da  məlum  üstün cəhətləri 

vardır.  məsələn,  soyuq,  çiskinli  havalarda  böyük  miqdarda  əldə  olunan  dərilərin 

havada  qurudulması  çətinləşir.  Məhz  buna  görə  də  bəzən  belə  gəmiricilərin 

ovlanması dayanır. Odur ki, bu cür şəraitdə pikelləmə üsulu təklif olunur. 

Turşulu-duzlu  konservləşdirilmədə  dərilərin  yağsızlaşdırılması  tələb 

olunmur.  Təzə  dərini  stol  və  ya  taxta  üzərinə  lət  üzü  yuxarı  istiqamətdə  sərir, 



 

22

qıraqlarını  hamarlayıb  baş  və  pəncələrini  açıq  vəziyyətdə  düzəldirlər  ki,  səthdə 



qırış və qatlar alınmasın. 

Dərinin  ölçüsündən  asılı  olaraq  onun  orta  hissəsinə  30q-dan  40  q-a  qədər 

konservləşdirici maddə tökərək onu lət səthinin ortasından qıraqlara tərəf yaymaqla 

sürtüb  dəriyə  yeridirlər.  Bu  zaman  elə  etmək  lazımdır  ki,  dərinin  bütün  hissələri 

qarışığın nazik qatı ilə örtülsün. Belə konservləşdirilmiş dəriləri bir-birinin üzərinə 

elə  yığırlar  ki,  tük  təbəqəsi  altdakı  dərinin  lət  üzərinə  qoyulsun.  Beləliklə,  hər 

qalaqda  50  ədəd  dəri  yığılır  (hazırlıq  məntəqəsinə  təhvil  vermək  üçün).  Ən 

axırıncı, yəni üstdə qalan dərinin tük təbəqəsini yuxarı istiqamətdə qoyaraq qalağı 

xaç şəklində ön və dal pəncələri tərəfdən iplə bağlayırlar. Dərilərin tam duzlanması 

üçün  qalağı  2  gündən  az  olmamaq  şərtilə  saxlamaq  lazımdır.  Bu  vaxtdan  sonra 

onları sərin qapalı  yerdə  uzun  müddət saxlamaq olar və  ya qalağın  üstünə brezent 

material salınmalıdır ki, lət tam qurumasın.  



Şüalandırma.  Son  zamanlar  gön  və  xəz  istehsalında  işlədilən  dərilərin 

konservləşdirilməsi üzrə yeni tədqiqatlar aparılır ki, bunlardan da biri şüalandırma 

üsulu sayılır. Bu tədqiqatlara görə dərilərin konservləşdirilməsi 18-20C-də havada 

Co  (radioaktiv  kobalt  izotoplu)  mənbəyindən  alınan    qamma-şüalardan  istifadə 

etməklə aparılır. Şüalanma üsulu ilə təzə, yaşduzlanmış və quru duzlanmış xammal 

növləri konservləşdirilir. 

Təzə dəri kC/kq (0,1 Mrad) dozası ilə şüalanmadan sonra 7 gün ərzində heç 

bir bakterial təsiri nişanəsi olmadan saxlanıla bilir. Əgər doza 3 kC/kq (0,3 Mrad) 

götürülürsə, saxlanma  müddəti 12  günə qədər çatır.  Bu zaman  xammalın kimyəvi 

maddələrlə əlavə olaraq konservləşməsinə lüzum qalmır. 

Təzə  xammal  polietilen  paketlərə  qoyulub  şüalandırılarkən  onu  gözə 

çarpacaq korlanma nişanəsi olmadan 7 aydan çox saxlamaq olur. 

Hətta  təyin  olunmuşdur  ki,  gön  xammallarının  1-3  kC/kq  (0,1-0,3  M  rad) 

doza  ilə şüalandırılması  onların  fiziki-mexaniki  xassələrini  yaxşılaşdırır. Görünür, 

bu zaman dərinin zülal  maddəsi destruksiya olunmadan  müəyyən strukturlaşmaya 

məruz  qalır.  Şüalanmanın  effekti  hazır  göndə  də  qalır  və  ayaqqabının  üstünə 

işlədilən gönlərin dartılmada möhkəmlik həddi 20-28% artır. 



 

23

Xammalın  dezinfeksiyası.  Heyvanların  arasında  adətən  bir  çox  xəstəlik 

növləri  olur,  məsələn,  sibir  qarayarası,  manqo,  saqqo,  dabaq  (ağız  yarası), 

qanqrena və s. 

Sibir  qarayarasının  3  növü  məlumdur:  dəri  üzərində,  ciyərlərdə  və 

bağırsaqda.  Sibir  qarayarası  olan  xammalı  təyin  etmək  üçün  Askom-Valenti 

presipitasiya  üsulundan  istifadə  edirlər.  Bu  məqsədlə  xəstə  heyvandan  alınan 

xüsusi  zərdabı  tədqiq  olunan  dəridən  sorulan  məhlula  tökürlər.  Əgər  dəridə  sibir 

qarayara  xəstəliyi  vardırsa,  məhlulda  zülalın  ağ  həlqəsi  çöküntü  kimi  alınır. 

Xəstəliyə  düçar  olmuş  dərilər  yandırılır,  şübhəli  xammal  isə  mütləq  dezinfeksiya 

olunur. Dezinfeksiya üçün çox vaxt 30C-də 40 saat müddətində pikelləşdirmədən 

istifadə olunur. 

 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə