Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə4/14
tarix12.10.2018
ölçüsü0,89 Mb.
#73654
1   2   3   4   5   6   7   8   9   ...   14

 

12

Elastin  liflərinin  tərkibi  kollagendən  çox  fərqlənir  və  elastin  zülalından 



ibarətdir. Onlar dəst əmələ gətirmir və ən çox tük çantalarının, dəri vəzilərinin, qan 

damarlarının ətrafında yerləşirlər. 

Retikulin lifləri sabit zülaldan – retikulindən təşkil olunub, çox nazik, gödək 

və incədirlər. Dəstə ilə yox, ancaq şaxələnərək öz aralarında birləşirlər. 

Xəzlik  heyvanların çoxunun dərisinin derması ayrı-ayrı qatlara,  yəni  yuxarı 

– termostatik və aşağı torabənzər və ya retikulyar qatlara bölünür. 

Yuxarı  qat  ona  görə  termostatik  adlanır  ki,  burada  orqanizmin  istilik 

dəyişməsinin  tənzimlənməsini  yerinə  yetirən  tər  və  piy  vəziləri  yerləşir. 

Termostatik  qat  nazik  və  seyrəkdir.  Çünki  burada  tüklərin  kökü  və  çantası  tər  və 

piy vəziləri yerləşirlər. 

Termostatik  qatın  yuxarı  hissəsində  liflərin  toxunması  keçə  xarakterli  olur, 

səthə  yaxın  yerdə  isə  nazikləşərək  çox  zərif  lif  şəklində,  şəffaf  pərdə-bazal 

membransını əmələ gətirir. 

Bu  zaman  tüklər  arasındakı  qatlarda  daha  çoxalır  və  orqanizmin  istilik 

buraxması  azalır.  Eyni  zamanda  piy  vəziləri  maye  (sekret)  buraxır  və  gön  qatının 

səthini yağlayır. 

Dermanın  aşağı  qatı  –  torlu  qat  adlanır  və  kollagen  dəstələrinin  çox  sıx 

toxunmasından  (elastik  liflərinin  seyrək  qarışması  ilə)  əmələ  gəlmişdir.  Liflərin 

dəstələri çox müxtəlif istiqamətlərdə toxunur, ona görə də torabənzər qat retikulyar 

qat adlanır. Retikulyarın tərcüməsi «torvari» deməkdir. 

Termostatik  və torabənzər qatlar arasında  aydın sərhəd  yoxdur. Şərti olaraq 

bu  sərhəddi  tük  köklərinin  oturduğu  səviyyəni  hesab  edilər.  Termostatik  və 

torabənzər  qatların  qalınlığının  nisbəti  ayrı-ayrı  növ  heyvanlar  üçün  eyni  deyil. 

Dermanın  qalınlığı  və  sıxlığından  asılı  olaraq  xəz-dərinin  dartılması  zamanı 

davamlıq  həddi  ən  vacib  əmtəəlik  xassələrindən  hesab  edirlər.  Termostatik  və 

torabənzər  qatların  qalınlığının  nisbəti  ayrı-ayrı  növ  heyvanlar  üçün  eyni  deyil. 

Dermanın  qalınlığı  və  sıxlığından  asılı  olaraq  xəz-dərinin  dartılması  zamanı 

davamlıq həddi ən vacib əmtəəlik xassələrindən hesab olunur. 




 

13

Heyvandan  çıxarılan  dərinin  derması  heyvanın  növündən  asılı  olaraq  56-



70%  -  su  və  44-30%-i  isə  quru  qalıqdan  ibarətdir.  Quru  qalığın  tərkibində  2-dən 

10%-ə  qədər  yağ  və  yağa  bənzər  maddələr,  1-5%  mineral  maddələr  və  97-85% 

üzvi  maddələr  vardır.  Üzvi  maddələri  20-40C-də  həll  olmasına  görə  4  qrupa 

ayırmaq olar: 

1. Suda həll olan; 

2. Duz məhlullarında həll olan; 

3. Qələvilərdə həll olan; 

4. Suda və qələvidə həll olmayan. 

Yuxarıda  qeyd  olunduğu  kimi,  dermanın  əsas  hissəsini  kollagen  təşkil  edir. 

Kollagen  çox  böyük  miqdarda  su  udur  (öz  polyar  qrupları  ilə  birləşdirərək)  və 

diffuziya  prosesi  nəticəsində  öz  kapilyarlarını  doldurur.  Axırıncı  nəmişlik  sıxılma 

nəticəsində kollagendən asan çıxa bilir. 

Kollagenin  struktur  elementləri  arasındakı  əlaqə  qüvvəsi  onun  nəmliyindən 

asılıdır,  nəmlik  artdıqca,  o  çox  zəifləyir.  Quru  halda  isə  bu  qüvvələr  o  qədər 

güclənir ki, kollagen zənciri yapışqanlaşır, material çox möhkəm və davamlı olur. 

Nəm  halda  kollagenin  zəifləməsi  onun  molekullarının  hidratlaşması  və 

struktur  elementləri  arasındakı  məsafənin  artması  ilə  izah  olunur  və  nəticədə  bu 

elementlərin arasında əlaqə daha da zəifləyir. 

Kollagen nəm halda asanlıqla çürüyür və müəyyən şəraitdə fermentlərlə həll 

olmuş  vəziyyətə  düşür.  Isti  suda  (təxminən  80C)  kollagenin  bişməsi  müşahidə 

olunur.  Bu  zaman  onun  lifləri  öz  uzunluğunun  1/3-i  qədər  qısalır  və  qalınlaşaraq 

elastik  hal  alır.  Qələvilərlə  uzun  müddət  işlədilərsə,  o  xarakterik  xassəyə  malik 

olur, 35C-də suda həll olaraq həlməşik (jelatin) və ya yapışqan əmələ gətirir. 

Dermanın digər tərkib hissələrindən olan retikulin kollagendən fərqli olaraq 

məhlul halına çətin keçir, elastin isə hətta qaynar suda da həll olmur. 

Müasir  sinifləşdirməyə  görə  kollagen  suda  zülallara  (proteinlərə)  aid 

olmaqla  zülalın  hidrolizi  ilə  asan  çıxarıla  bilən  aşağıdakı  tip  birləşməli-

aminturşularından ibarətdir. 




 

14

Belə  aminturşuları  bir-biri  ilə  amin  və  karboksil  qruplarla  birləşərək  (su 



ayrılmaqla) uzun zəncir əmələ gətirirlər. Bu zəncirin əmələ gəlməsi aşağıdakı sxem 

ilə göstərilir: 

 

Göstərilən zəncir polipeptid zənciri adlanır. Kollagendəki polipeptid zənciri 



yağ  formasındadır.  Müasir  təsəvvürə  görə  makromolekulanın  ölçüsünün:  diametri 

12A, uzunluğu isə 2800 A. 

Bu tip makromolekullardan yüksək ölçülü struktur elementlər əmələ gəlir. 

Elektron  və  optiki  mikroskoplardan  istifadə  edərək  aşağıdakı  struktur 

elementləri ayırmaq olar (cədvəl 2). 

Cədvəl 2. 

Kollagenin struktur elementləri 

Struktur elementinin adı 

Diametri, mk 

Elektron mikroskopik fibril 

0,1 

Mikroskopik fibril 



0,5 

Lif  


1-2 

Lif dəstəsi 

30-200 

 

Gön toxumasında lif dəstələri bir-birləri ilə sıx toxunaraq gön qatının derma 



təbəqəsini əmələ  gətirir.  Liflər arasındakı  məsamələr  isə çox şaxələnmiş kapillyar 

sistem yaradır ki, bu da gönün gigiyenik xassəsində əsas rol oynayır. 

Gönün  strukturası  onun  mexaniki  xassələrini  təyin  edir.  Bu  baxımdan 

strukturun aşağıdakı ən vacib üç xarakteristikasını qeyd etmək lazımdır: 

1.  Struktur  elementlərin  dermanın  səthinə  görə  (yəni  horizantal  vəziyyətdə 

yaratdığı bucaq) vəziyyəti; 

2. Struktur elementlərin bir-biri ilə ayrılma dərəcəsi (toxunma kompaktlığı). 

Gönun və ya dermanın 100 çəki vahidi zülal saxlayan həcmi (həcmi çıxış) ayrılma 

xarakteristikası rolunu oynayır; 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə