Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə3/14
tarix12.10.2018
ölçüsü0,89 Mb.
#73654
1   2   3   4   5   6   7   8   9   ...   14

 

9

Tük örtüyünün inkişaf dərəcəsi dermanın çıxımına təsir edir. Tük örtüyü çox 



inkişaf edərsə, dermanın çıxımı  az olur, çünki  xammal kütləsinə  yunun kütləsi də 

aiddir. 


Tük  örtüyünün  inkişaf  dərəcəsi  və  onun  sıxlığı  xəz-dəridə  xəzin 

keyfiyyətini, istiliksaxlama xassəsini yaxşılaşdırır və istifadə müddətini uzadır. 

Dərialtı  hüceyrənin  qalınlığı  xammalın  xarakterindən  asılı  olaraq  çox 

dəyişir.  Dəri  kütləsinin  10-25%-i  dərialtı  hüceyrə  təbəqəsinin  payına  düşür. 

Dərialtı  hüceyrə  təbəqəsinin  qalınlığı  az  olduqca,  hazır  məhsulun  yararlı  hissəsi 

artır, tullantı azalır. 

Dermanın  torabənzər  qatı  dərinin  dartılma  ərəfəsində  möhkəmliyinə,  vəz 

qatı isə gönün yumşaqlığına təsir edir. 

Derma  liflərinin  toxunma  xarakteri  dermanın  xassəsinə  artıq  dərəcədə  təsir 

edir. Liflərin toxunma bucağı və toxunma sıxlığı dərinin və hazır məhsulun fiziki-

mexaniki xassələrini təyin edir. 

Dərinin kimyəvi tərkibi onun ümumi xassəsinə təsir edir. Dərinin ən əsas və 

vacib tərkib hissəsi zülallardır. Gön xammalı üçün bu, kollagendən, xəz-dəri üçün 

isə  kollagen  və  keratindən  ibarətdir.  Dərinin  başqa  tərkib  hissələri  yuxarıda  qeyd 

olunmuşdur. 

Nöqsanların  olması  gön  və  xəz  xammallarının  keyfiyyətini  təyin  edir. 

Aydındır  ki,  nöqsanlar  nə  qədər  ciddi  və  çox  olarsa,  dərinin  qiymətli  topoqrafik 

sahələrini yararsızlaşdırır və keyfiyyəti pisləşir. 

Tük  örtüyünün  xarakteri  və  onun  qorunub  saxlanması  xəzlik  dərilərin 

keyfiyyətlərinin təyinində vacib rol oynayır. 

 



 

10

II. DƏRILƏRIN MIKROQURULUŞU VƏ TOPOQRAFIYASI 

 

Yaxşı  inkişaf  etmiş  tük  örtüyünün  və  davamlı  gön  toxumasının  olmasına 



görə bütün heyvan dərilərini gön və xəz-dəri məqsədli növlərinə ayırmaq lazımdır. 

Iribuynuzlu heyvanların, məsələn, inək, at, qoyun, keçi, donuz və bəzən maral və 

it dəriləri çox az tük örtüyünə və davamlı gön toxumasına  malik olduqları üçün gönlük 

xammal hesab olunur və onların istehsalı üçün istifadə edilir. 

Gön  istehsalında  heyvan  dərilərinin  topoqrafik  sxem  üzrə,  şəkil  1-də 

göstərildiyi  kimi,  hər  bir  hissəsinə  xüsusi  adlar  verilir.  Bu  ondan  irəli  gəlir  ki, 

dərilərin  əmtəə  kimi  qiymətləndirilməsində  bu  hissələrin  hamısı  eyni  keyfiyyət 

göstəricilərinə malik olmur. 

Ayrı-ayrı 

sahələrin 

sərhədləri 

təxmini göstərilmişdir. 

Dərinin  gön  təbəqəsinin  en  kəsiyinə 

mikroskopla  baxarkən  (şəkil  1)  onun  bir 

neçə  horizontal  qatlardan  ibarət  olması 

görünür.  Bu  qatlar  kiçicik  hissəciklərdən, 

yəni  hüceyrələrdən  ibarətdir.  Hüceyrələr 

isə  nüvə  və  özlülü  maye  protoplazmadan 

təşkil  olunmuşdur.  Gön  təbəqəsində  bir-

biri üzərində yerləşmiş 3 qat vardır. 

1) Xarici nazik qat – epidermis; 

2) Epidermisin altında yerləşən daha 

qalın qat – gönün özü və ya derma; 

3) Dərialtı yağ qatı. 

Epidermis  –  gön  örtüyünün  xarici 

qatıdır.  Onun  qalınlığı  dermanın  qalınlığına  nisbətən  çox  azdır,  məsələn,  ev 

dovşanının  kürək  hissəsində  epidermisin  qalınlığı  dermanın  2,5-3%-ni  təşkil  edir. 

Mürəkkəb tip epidermis bir-biri üzərində yerləşən bir neçə toxumalardan ibarətdir. 



 

Шякил 1. Дяри гурулушунун схеми: 

1-буйнузвари гат; 2-артан гат; 3-дерма; 

4-термостатик гат; 5-торвари гат; 

 

6-дермаалты тохума; 7-пий (йаь гаты);  



8-коллаэен лифляри дястяси; 9-коллаэен лифляри 

дястясинин ен кясийи; 10-тяр вязиляри;  

11-язяля; 12-тцк торбажыьы; 13-пий вязи; 

14-тцк. 



 

11

Inkişaf dərəcəsindən asılı olaraq onun aşağıdakı qatları ola bilər: əsas qat – 



derma  ilə  sərhəddə  yerləşir;  torabənzər  –  bir  qədər  yuxarıda;  dənəvari  –  lap 

yuxarıda;  xarici  buynuzvari.  Bəzi  məlumatlara  görə,  epidermis  6  təbəqədən 

ibarətdir. 

Əsas qat silindrik formalı hüceyrələrin bir qatından ibarətdir. Bu hüceyrələr 

bölünə  bilirlər.  Onlardan  tədrici  dəyişikliklər  nəticəsində  yuxarıda  yerləşən, 

torabənzər dənəvari və buynuza oxşar qatlar əmələ gəlir. 

Torabənzər  qat,  bircinsli  qeyri-müəyyən  ölçülü  hüceyrələrin  bir  neçə 

sırasından təşkil olunmuşdur. 

Bu cür hüceyrələr bölünmə qabiliyyətinə malik deyildir. 

Dənəvari  qat  torabənzər  qatın  üstündə  yerləşir  və  hüceyrələrinin 

protoplazmasında keratoqialin dənəcikləri əmələ gəlir. 

Bütün  bu  üç  qatın  üçü  də  eyni  bir  adla  –  silikli  qat  və  ya  bu  qatın  öyrənən 

alimin adı ilə – Malpigiyev qatı adı ilə eyniləşdirilir. 

Epidermisin  xarici qatı silikli qatın  buynuzlaşmış  hüceyrələrindən  ibarətdir. 

Tük tökülmə vaxtı belə buynuzvari lövhəciklər kəpək kimi tökülürlər. 

Derma dərinin əsasını yaradan kollagen, elastin və retikulin liflərindən ibarət 

olan  bir  toxumadır.  Bu  liflər  bir-birindən  toxunma,  xarakteri,  kimyəvi  tərkibi  və 

təyinatına görə fərqlənirlər.  

Kollagen  lifləri  dermanın  əsas  kütləsinin  98-99%-ni  təşkil  edir:  elastin  və 

retikulin liflərinin miqdarı isə çox azdır. 

Kollagen  lifləri  xüsusi  zülallardan  –  kollagendən  ibarət  olaraq,  çox  nazik 

fibrillərdən təşkil olunmuşlar. Fibrillər bir-biri ilə yapışqanlaşdırıcı (fibrillər arası) 

maddə ilə birləşmişlər. Kollagen lifləri öz növbəsində dəst halında da birləşmişlər. 

Bu  lif  dəstələrin  quruluşu  burulmuş  ipin  quruluşuna  oxşayır.  Kollagen  liflərindən 

birləşmiş dəstələr bir-birinə  dolanaraq  möhkəm,  hər bir  xammal  növünə  xas olan, 

toxunuş əmələ gətirir. Kollagen lifləri dartılmaya çox davamlı olub, demək olar ki, 

heç uzanmırlar. 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə