Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə5/14
tarix12.10.2018
ölçüsü0,89 Mb.
#73654
1   2   3   4   5   6   7   8   9   ...   14

 

15

3.  Struktur  elementlərin  nazikliyi,  gön  istehsalında  lif  dəstələrinin  kiçik 



ölçülü elementlərə ayrılması nəticəsində yaranır. 

Yağ  qatı  –  dermanın  retikulyar  qatı  ilə  əzələ  qatı  arasında  yerləşir.  Bu  qat 

dermanın  retikulyar  qatının  altında  toplanan  yağ  hüceyrələrindən  ibarətdir  və  ona 

görə də bu qatın toxuması yumşaq və boş olur. Bu qatda yay-payız aylarında çoxlu 

miqdarda yağ ehtiyatı toplanır ki, heyvanlar bundan qış aylarında qidalanırlar. Ona 

görə də bu qatın qalınlığı mövsümdən asılı olaraq dəyişir. Məsələn, payızda bu qat 

yay  aylarındakı  bol  yemdən  sonra  qalın  olur,  yazda  isə  qış  mövsümündə  yemin 

çatışmamazlığından nazikləşir və ya tam sorulur. 

Əzələ  qatı  –  yağ  qatının  altında  yerləşir  və  köndələn-zolaqlı  əzələ 

toxumasından  təşkil  olunmuşdur.  Bu  qat,  yağ  qatı  və  dərialtı  hüceyrələrlə  zəif 

birləşir,  dərinin  möhkəmliyi  üçün  bir  əhəmiyyət  kəsb  etmir  və  dəri  xammalının 

aşılanmaya hazırlıq prosesində təmizlənir. 



Dərialtı  hüceyrə  –  aralarında  qan  damarları  yerləşən,  yumşaq  bağlayıcı 

toxumaların  pərdəciyindən  ibarətdir.  Bu  qatın  aşağı  hissədə  yerləşən  əzələ  və 

dermanın  qatları  ilə  zəif  əlaqədə  olması  cəmdəkdən  dərinin  çıxarılmasını 

asanlaşdırır.  Dərinin  çıxarılması  zamanı  yağ  toxumalarını  tamamilə  təmizləmək 

lazımdır  (onları  cəmdəkdə  saxlamaq  lazımdır),  çünki  quyruq  kökünün  dibində  və 

başqa  yerlərdə  qalan  yağ  yığımları  uzunmüddətli  saxlanma  zamanı  oksidləşir  və 

dərinin xarab olmasına şərait yaradır. 

Piy  və  tər  vəziləri  –  Piy  vəziləri  tüklərin  ətrafında  və  ya  kənarında 

yerləşərək,  ayrı-ayrı  xırda  çantalara  bənzəməklə  çıxış  yolları  ilə  tük  çantasının 

kanalcıqları  ilə  birləşir.  Piy  vəzilərindən  ayrılan  maddə  epidnomis  və  tükün 

səthlərinə  yaxılır.  Tər  vəzi  boru  şəkilli  olur,  yuxarı  hissəsi  çıxış  xətti  kimi  gönün 

səthində  tərin  ayrılması  üçün  açıq  olur.  Aşağı  hissəsi  isə  dolaşıq  borucuq  şəkilli 

olaraq dermanın termostativ qatında yerləşməklə tər ayırır. 

Tər  vəziləri  orqanizmin  termotənzimlənməsində  tərin  epidermis  səthinə 

çıxarılaraq buxarlanmasında iştirak edir.  




 

16

Tər  vəzilərinin  inkişafı  müxtəlif  heyvanlarda  eyni  cür  deyil.  Məsələn, 



qoyunlarda  tər  vəziləri  bütün  dəri  səthində  çoxlu  miqdarda  olur.  Tər,  piy 

vəzilərinin ayırdığı maddə ilə birləşərək özlülü tərkibli yağlı tər əmələ gətirir. 

Xəzlik heyvanların çoxunda (yırtıcı, gəmirici) tər vəziləri dərinin ancaq bəzi 

sahələrində yerləşir. 



 Qan damarları və sinir telləri. Dərinin derma qatından qan damarları keçir 

ki,  damarlar  onu  qidalandırır,  lakin  əsəb  telləri  isə  hissiyyatı  qavrayır.  Xəzlik 

heyvanların,  xüsusilə  ilgəglə  və  ya özü tutulan  heyvanların dərilərinin  lətində qan 

damarları  yaxşı  gözə  çarpır.  Ancaq  heyvan  tələ  ilə  tutularsa,  bəzən  qan 

damarlarının partlaması və daxilə qan yayılması nəticəsində qaralmış yerlər olur.  

Tük  əzələsi.  Tüklərin  çoxusu  hamar  əzələ  lifləri  ilə  təchiz  olunmuşlar  ki, 

bunlar tük əzələsi kimi dikəlir. Əzələ bir ucu ilə tük çantasının xarici divarına, o bir 

ucu  ilə  digər  tükün  tük  çantasının  yuxarı  hissəsinə  bərkidilmiş  olur.  Tük  əzələsi 

bilavasitə piy  vəzinin altında  yerləşmişdir. Əzələnin  yığışması zamanı tüklü çanta 

dartılır,  nəticədə  tük  qalxır  və  «dimdik»  şəklini  alır.  Bu  zaman  tüklər  arasındakı 

qatlarda  hava  çoxalır  və  orqanizmin  istilik  buraxması  azalır.  Eyni  zamanda  piy 

vəziləri maye buraxır və gön örtüyünün səthini yağlandırır. 

 



 

17

III. DƏRILƏRIN KONSERVLƏŞDIRILMƏSI VƏ ONUN XAMMALIN 



XASSƏLƏRINƏ TƏSIRI 

 

Heyvan cəmdəyindən  yenicə çıxarılmış  dərilər  isti  və buğlanan olduğundan 



təzə dəri adlanır. Heyvanın öldürülməsindən başlayaraq onun dərisi bakterioloji və 

fermentli  proseslərin  təsirinə  məruz  qalır,  xammalın  keyfiyyətini  aşağı  salan 

nöqsanlar  əmələ  gəlir  və  gönlərin  yararlı  sahəsi  azalır.  Təzə  dəri  bu  vəziyyətdə 

saxlanıla  bilməz,  çünki  nəmlik  və  zülallar  dərinin  çürüməyə  gətirib  çıxaran 

bakterioloji prosesin inkişafı üçün ən yararlı mühitdir. 

Təzə  dərilər  temperaturu  və  nəmliyi  yüksək  olan  örtülü  yerlərdə  saxlanılan 

zaman onlarda çürümə xüsusilə tez gedir. Bu vaxt çürüdücü bakteriyalar (aeroblar 

və anaeroblar) birinci növbədə lətin yumşaq örtüyünü və epidermisi zədələyir. 

Dərinin  xarab  olmasının  ilk  əlaməti  onun  seliklənməsi,  təzəliyinin  itirməsi 

və lət üzünün rənginin dəyişməsidir. Sonra lət arabir qaralır, çürümədən xarakterik 

ammonyak  iyi  gəlir  və  axırda  dərinin  əsas  zülalı  olan  kollagen  tez  dağılmağa 

başlayır. 

Ona  görə də dərinin  ilkin emalının ən  vacib əməliyyatlarından biri də onun 

konservləşdirilməsidir. Bu əməliyyatı dondurulma, duzsuz qurudulma, yaşduzlama 

(natrium xloridlə susuzlaşdırılma), quru duzla (natrium xloridlə susuzlaşdırıb sonra 

qurutmaq),  pikelləşdirmə  (turşu  və  duz  məhlulu  ilə  işlənilmə),  qıcırtma  və 

şüalandırma ilə aparmaq olar. 

Dondurulma-aşağı 

temperaturda 

bakteriya 

və 

fermentlərin 



həyat 

fəaliyyətinin dayandırılması deməkdir. Ancaq bu  üsulla konservləşdirmədə  nəzərə 

almaq  lazımdır ki, dondurma  və donu açılmanın sürəti dərinin keyfiyyətinə  mənfi 

təsir  edir.  Əgər  dəri  çox  aşağı  temperaturda  və  güclü  küləkdə  dondurularsa,  bu 

zaman dəridə çox güclü susuzlaşma, örtüyündə dəyişilmə gedir və ağarmış ləkələr 

tipli nöqsan alınır. Bu nöqsanlı yerləri isə aşılamaq mümkün olmur. 

Ümumiyyətlə,  dondurulma  müvəqqəti  bir  üsul  kimi  çox  az  hallarda  tətbiq 

olunur.  Ona  görə  də  dəri  qəbulu  və  tədarükü  ilə  məşğul  olan  təşkilatlar  belə 

dərilərin donunu tez açaraq yaş duzlaşdırma ilə konservləşdirməlidirlər. 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə