Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə6/14
tarix12.10.2018
ölçüsü0,89 Mb.
#73654
1   2   3   4   5   6   7   8   9   ...   14

 

18

Düzgün və tez donu açılmış xammalın kütləsi 5%-ə qədər və yuxarıda qeyd 



olunan nöqsanlı dərilərin kütləsi isə 25%-ə qədər azala bilər. 

Duzsuz  qurudulma  –  üsulu  mikroorqanizmlərin  həyat  fəaliyyətinin  susuz 

mühitdə  dayandırılmasına  əsaslanır.  Qurudulmanın  ilk  şərti  müəyyən  temperatur 

rejiminə  (20-35C)  ciddi  rəayət  etməkdir.  Çünki  temperatur  aşağı  olarkən 

susuzlaşma  çox  gec  gedir  və  bakterial  proses  üçün  əlverişli  mühit  qalır.  Günəş 

şüası  altında  (açıq  yerdə)  yüksək  temperaturda  qurudulmada  yaxşı  nəticə  vermir. 

Çünki dərinin səthi tez büzüşüb, yığılır və onun bütün qalınlığı boyunca qurudulma 

getmir, daxili təbəqələrdə su mühiti qalır. 

Qurudulmanın  ikinci  vacib şərti, qurudulma aparılan  yerin (otağın, binanın) 

havasının nisbi nəmliyi 45-60% olmasıdır. 

Qurudulmanın üçüncü şərti binanın və ya otağın havasının dövr edilməsi və 

tez-tez dəyişdirilməsidir ki, nəm hava tez çıxarılsın və dərinin bütün hissələri üçün 

eyni bərabər şərait yaransın. 

Qurudulmanın  dördüncü  şərti  odur  ki,  dəri  çox  dəqiqliklə  tam  açılmalı, 

qurudulma bərabər getməli və nöqsan alınmamalıdır. 

Duzsuz  qurudulmanın  üstün  cəhətləri  konservləşdirmədə  əməliyyatın 

sadəliyi,  konservləşdirici  maddələrə  ehtiyac  olmadığından  dərinin  təmiz  və 

saxlanılmasının etibarlı olmasıdır. 

Xəzlik  dərilərin  çox  qismini  ancaq  bu  üsulla  konservləşdirirlər.  Qurudulma 

ancaq  talvar  və  ya  xüsusi  quruducularda  (yuxarıda  qeyd  olunduğu  kimi) 

aparılmalıdır. 

Qurudulan  dərilərin  ölçüsünün  kiçilməsi  labüddür.  Bu  zaman  dərinin  həm 

sahəsi, həm də qalınlığı azalır. Təzə dərinin sahəsinin 15%-ə və qalınlığının isə 30-

40%-ə  qədər  azalması  müşahidə  olunur.  Yaxşı  qurudulmuş  dəri  özündə  15% 

nəmlik saxlamalıdır (20%-ə qədər icazə verilir). 

Standartla təyin olunmuşdur ki, duzsuz qurudulmada təzə dərilərin kütləsinə 

görə dəri çıxımı 40% (donuz dərisindən başqa bütün dəri  növləri  üçün), qoyun  və 

keçi dərilərinin yararlı sahəsinin çıxımı isə 90% olur. 




 

19

Yaşduzlama  üsulu  dəri  xammalların  konservləşdirilməsinin  ən  geniş 



yayılmış  üsuludur.  Bu  üsulda  məqsəd  dərinin  suyunun  kənar  edilməsi  və  dərinin 

qalınlığında,  mikroorqanizmlərin  və  fermentlərin  zülala  təsirinin  qarşısını  alacaq 

qatı natrium xlorid məhlulununda saxlanılmasıdır. 

Konservləşdirilmə üçün nəmliyi 5%-dən çox olmayan (kalsium, maqnezium 

duzları  və  başqa  üzvi  birləşmələrin  ən  minimal  miqdarı  ilə)  təmiz  quru  duz 

işlədilir. Konservləşdirmə zamanı tərkibində dəmir birləşməsi olan (0,01%-dən çox 

olmaz) duzların istifadəsi qadağandır. 

Konservləşdirilmədən  ayrılan  duzu  bərpa  etmək  üçün  mütləq  antiseptik 

preparatlar qatılandan sonra yenidən istifadə etmək olar.  

Dəriləri  xammalın  növlərinə  görə  ayırdıqdan  sonra  duzlaşdırırlar:  irilər, 

xırdalar, donuz dəriləri, qoyun və keçi dəriləri. 

Dərilərin yaş duzlanması ya qəfəsələr üzərində sərərək duzu səpməklə və ya 

şorabalama-qıcqırdılma (duz məhluluna salmaq) ilə başa çatdırılır. 

Səpməklə duz səpilmədə dəriləri arxa tərəfinə çevirib diqqətlə hamarlayır və 

üzərinə duz səpilir. Sərilmiş dərilərin qalaqları bir qədər mailli olmalıdır. Duzu elə 

səpmək  lazımdır  ki,  dərinin  qalınlığı  çox  olan  topoqrafik  sahələrdə  nisbətlər  çox 

olsun. 

Duz səpilmiş birinci dərinin üzərinə ikinci dərini yenə də arxa üzünü yuxarı 



sərib  (yaxa-yaxa,  bud-buda)  eyni  qayda  ilə  duzlayırlar.  Beləliklə,  dəriləri  bir-

birinin üzərinə 1m hündürlükdən az olmayaraq (1-2m-dən çox olmamalıdır) qalaq 

alınana qədər duzlayaraq yığırlar. 

Duzlanmış  və  yığılmış  dəri  qalaqları  müəyyən  müddət  saxlanılır.  Kiçik 

dərilər  4-5  gün,  iri  dərilər  isə  6-7  gün  saxlanılır.  Duzun    sərfi  bu  üsulda  təzə 

xammal  çəkisinin  orta  hesabla  40-45%-ni  təşkil  edir.  Natrium  xloridlə  birlikdə 

aşağıdakı  antiseptiki  maddələr  işlədilə  bilər:  silisiumftoridli  natrium  –  1,5%, 

paradixlorbenzol – 10% (duzun çəkisinə görə). 

Qıcqırdılma  üsulunda  dəriləri  qatı  natrium  xlorid  məhlulunda  («tuzluk»-da) 

saxlayırlar  və  qalaqları  əlavə  olaraq  quru  duzla  duzlayırlar.  Duzluq  (rusca 

«tuzluk»)  konservləşdirmə  üsulu  ədəbiyyatda  «tuzlukovanie»  adı  kimi  izah  edilir. 



 

20

Bu  da  onu  sübut    edir  ki,  dərilərin  emalı  türkdilli  xalqlar  arasında  çox  qədim 



vaxtlardan məlumdur. 

Qıcqırdılmanı  xüsusi  çənlərdə,  barkaslarda,  barabanlarda  və  şnek 

aparatlarında başa çatdırırlar. 

Qıcqırdılmanın  ümumi  müddəti  dəri  kütləsindən  və  tətbiq  olunan  aparatın 

növündən  asılı  olaraq  15-24  saatdır.  Qıcqırdılmadan  çıxarılan  dərilərin  suyu  2 

saatdan  az  olmayaraq  axıdılmalıdır.  Sonra  isə  onları  qalaqlarda  əlavə  olaraq  quru 

duzla duzlayırlar. 

Belə  əməliyyatlar  mexanikləşdirilmiş  axın  xəttində  fasilə  yaratmaması,  duz 

ləkələrinin alınmaması üçün duzlamadan çıxarılan dərilər dərhal presslənir və quru 

duz  əlavəsini  tərkibində  silisiumftorid  natrium  (2%),  natrium  karbonat  (6%)  olan 

suspenziya ilə əvəz edirlər.  

Duz  səpilmə  ilə  qıcqırdılmanın  arasında  prinsipcə  fərq  yoxdur. 

Qıcqırdılmadan  alınan  xammal  saxlanılmaya  daha  davamlı  olur,  dərilər  bütün 

sahələri boyu eyni dərəcədə duzlanır, nöqsan və çirki az olur.  

Qıcqırtma  üsulunun  çatışmayan  cəhəti  duzun  daha  çox  sərf  edilməsi  yəni 

xammal  kütləsinə  görə  50-60%  təşkil  etməsi  (səpmədə  40-50%),  işçi  qüvvəsinin 

çoxluğu və s. aiddir. 

Ümumiyyətlə,  yaşduzlama  üsulu  ilə  konservləşdirilmiş  dərilərin  uzun 

müddət  saxlanılması  zamanı  qızartı  və  duz  ləkələri  kimi  nöqsanlar  yaranır.  Bu 

nöqsanları  aradan  qaldırmaq  üçün  natrium  xloridə  natrium  karbonat, 

paradixlorbenzol, sink  xlorid, bisulfit, bisulfat natrium, kalium  fosfat, bor turşusu, 

naftalin, alyumokalium kvasları və ağ neft qatırlar. 

Məsələn,  dana  dərisinin  konservləşdirilməsi  üçün  natrium  xlorid-natrium 

karbonat-paradixlorbenzol qarışığı 100:3:2 nisbətində götürülməsi tövsiyə olunur. 

QOST-la  təyin  olunmuşdur  ki,  donuz  dərisindən  başqa  bütün  dəri 

xammallarının  yaşduzlama  üsulu  ilə  konservləşdirilməsində  dərinin  yararlı 

sahəsində duz səpilmədə 87%, şorabalamada 83%-dir. Donuz dərilərinin sahə üzrə 

yararlı alınması sahəsi müvafiq olaraq 95% və 90%-dir. 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə