Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə2/14
tarix12.10.2018
ölçüsü0,89 Mb.
#73654
1   2   3   4   5   6   7   8   9   ...   14

 

6

Qısır inək dəriləri: 



yüngül 

ağır  


Bala verməyən inək 

 

13 kq-dan 17 kq-dək 



17  kq-dan  25  kq-dək 

və  25  kq-dan  artıq 

olan 

----"---- 



 

 

Cavan buğa dəriləri: 



yüngül  

ağır  


Cavan 

yaşında 


axtalanmış buğa 

 

17 kq-dan 25 kq-dək 



 25 kq-dan artıq 

----"---- 

Buğa dəriləri: 

yüngül  


ağır 

Axtalanmamış buğa 

 

17 kq-dan 25 kq-dək 



 25 kq-dan artıq 

----"---- 

At dəriləri:  

ağır 


Yaşlı at 

10 kq-dan 17 kq-dək 

17 kq-dan artıq 

----"---- 

At dəriləri: 

ön tərəf  

ağır 

Atın 


dərisinin 

ön 


tərəfi sağr  hissəsindən 

ayrılan 


 

12 kq-dan 

12 kq-dan artıq 

----"---- 

Atın 

xaz 


(sağrı) 

hissəsinin dərisi: 

yüngül  

ağır 


Atın 

arxa 


ayaqları 

olmaq  şərti  ilə  sağrı 

hissəsi 

 

 



5 kq-dək 

5 kq-dan artıq 

----"---- 

Dəvə dəriləri: 

orta 

ağır 


Yaşı dəvə 

 

10 kq-dan 17 kq-dək 



17 kq-dan 25 kq-dək 

25 kq-dan artıq 

----"---- 

Donuz dəriləri: 

orta 

Ev  və  vəhşi  donuz, 



qaban, çoşka 

Çəkisindən 

asılı 

olaraq 


30 dm

2

-dən 70 dm



2

-

dək 



70 dm

2

-dən 120 dm



2

-

dək 



120 dm

2

-dən artıq 



Maral dəriləri: 

xırda 


iri 

Maral  


----"---- 

 

100 dm



2

-dək 


100 dm

2

-dən çox 



 

Qaramal  dəriləri  heyvanın  yaşından  asılı  olaraq  xırda  və  iri  xammal  kimi 

ayrılır. 

Xırda dəri xammalına aşağıdakılar aid olunur: 

- ilkin yunu tökülməmiş südəmər (buzov) dərisi; 

- 1 yaşına qədər buzovların dəriləri (çəkisi 10 kq olan). 

Iri xammal isə aşağıdakılar hesab olunur: 

- polukojnik – 1,5 yaşına qədər buzov və dana dəriləri (çəkisi 10-13 kq olan) 

dana dəriləri; 

- cöngə 2 yaşına qədər (çəkisi 13-17 kq olan); 

- axtalanmış öküzlərin dəriləri (çəkisi 17 kq-dan çox olan); 

- axtalanmamış öküz dərisi (çəkisi 17 kq-dan çox); 




 

7

- çəkisi 13 kq-dan çox olan qısır inək dəriləri. 



At  dəriləri  də  iribuynuzlu  malqara  dərisi  kimi  xırda  və  iri  xammala  ayrılır. 

Xırda dərilərə cavan atların dəriləri aid edilir:  

- dayça, qulan dəriləri (çəkisi 5 kq-a yaşı 1 ilə qədər); 

- 1 ildən işlək yaşa qədər cavan at dəriləri (çəkisi 5kq-dan 10 kq-a qədər). 

Iri xammala isə çəkisi 10 kq-dan çox olan yaşlı at dəriləri aid edilir. 

Qoyun  dəriləri  xırda  gön  xammalına  aid  edilir  və  heyvanın  cinslərinə  görə 

də  fərqlənirlər  (rus,  çöl,  qarışıq,  quyruqlu  qarabağ,  merinos  və  s.).  Gön 

hazırlanması  üçün,  demək  olar  ki,  bütün  cins  qoyunların  dəriləri  istifadə  olunur, 

ancaq,  əsasən  tük  örtüyünün  keyfiyyətinə  görə  xəz  istehsalı  üçün  yaramayan 

dərilər gön istehsalına verilir. 

Keçi dəriləri də xırda gön-dəri xammalına aiddir. Bunlar üç qrupa bölünür: 

1) südlük cinsi, bəslənilən (evdə, fermada və s.) keçilərin dəriləri; 

2) çöl keçiləri – bunlar yunluq cinsli keçi dəriləridir; 

3) vəhşi keçilərin dəriləri. 

Donuz dəriləri aşağıdakı kimi ayrılır: 

- çəkisi 1,5 kq-a qədər olan çoşka dəriləri; 

- çəkisi 1,5 kq-dan çox olan donuz və axtalanmış erkək donuz dəriləri; 

- erkək donuz (xryak) – axtalanmamış donuz dəriləri. 

Gön xammalı dərinin ölçülərinə (sahəsi), qalınlığı və mikrostrukturuna görə 

fərqlənirlər.  Məhz  bu  fərqlər  dərinin  müxtəlif  xassəliyini  və  təyinatını 

müəyyənləşdirir. 

Gön istehsalı zamanı dəridən tüklər, epidermis, dərialtı hüceyrələr təmizlənir 

və  ancaq  dermadan  istifadə  olunur.  Bu  zaman  dermaya  verilən  xassələrlə  hazır 

gönün  istifadə təyinatı  müəyyən edilir. Beləliklə, gön anlayışına belə tərif  vermək 

olar.  Gön,  dərinin,  əsas  etibarilə  lifli  strukturu  saxlanılmış,  ancaq  struktur 

elementlərinin fiziki-mexaniki və kimyəvi xassələri məqsədəuyğun təyinatdan asılı 

olaraq dəyişdirilmiş dermasıdır. 

Gön və ya xəz istehsalında istifadə edilən dərilərin yararlılığı onun aşağıdakı 

xassələri  ilə  təyin  edilir;  sahəsi  boyunca  eyni  qalınlığa  malik  olması,  ölçüsü, 



 

8

kütləsi, sıxlığı, epidermisin və dərialtı hüceyrə təbəqəsinin qalınlığı, tük örtüyünün 



inkişaf  dərəcəsi,  dermanın  vəzli  və  torabənzər  qatlarının  nisbəti,  demada  liflərin 

toxunma  xarakteri,  topoqrafik  sahələrinin  inkişaf  dərəcəsi,  kimyəvi  tərkibi, 

nöqsanının olması, tük örtüyünün xarakteri. 

Dərinin  qalınlığı  –  gönün  təyinatını  və  hər  100  sm

2

  sahədən  gönün  istifadə 



edilməsini  təyin  edir.  Dərinin  qalınlığından  asılı  olaraq  onun  dartılma  zamanı 

möhkəmlik 

həddi 

və 


istehsal  əməliyyatlarının 

yerinə 


yetirilmə 

vaxtı 


müəyyənləşdirilir.  Dərinin  sahəsi  boyunca  qalınlığının  bərabərliyi  böyük 

əhəmiyyət  kəsb  edir,  biçilməsi  asan  və  yararlı  olur.  Adətən  dərinin  qalınlığı  bud 

tərəfindən  qarınaltı  tərəfə  qədər  (uzunu  boyunca)  və  köndələn  istiqamətdə  beldən 

ətək hissələrinə tərəf azalması «qaçışlıq» adlanır. 

Bu  hal  xüsusən  donuz  dərilərinə  xasdır.  Müxtəlif  növ  xəzlik  dəri 

xammallarında  isə  dərinin  qalınlığı  və  möhkəmliyi  ayrı-ayrı  topoqrafik  sahələrdə 

gözə çapacaq dərəcədə dəyişir. Adətən dərinin kürək tərəfi mexaniki cəhətdən çox 

möhkəm olur. 

Dərinin  sahəsi  onun  biçilmə  xassələrini  təyin  edir.  Gön  istehsalında  sahəsi 

20 dm


2

-dən az olan dərilərin emalı sərfəli deyil. Xəzlik dəri xammalının sahəsi isə 

çox müxtəlifdir və geniş intervalda 100-dən 20000 sm

2

-ə qədər dəyişir.  



Dərinin  kütləsi  iribuynuzlu  heyvanların,  at  və  digər  heyvan  dərilərinin 

istehsal  partiyası  üçün  qəbulunda  böyük  rol  oynayır.  Kütləsinə  görə  yaxın  olan 

dəriləri eyni partiyaya aid edirlər. Qoyun, keçi (tüklərinin kütləsinin böyük olması 

ilə  əlaqədar  olaraq)  və  həm  də  donuz  dərilərini  gön  istehsalı  zavodlarında 

sahələrinə görə istehsal partiyalarına ayırırlar. 

Xəzlik dəri xammallarının kütləsi də geniş intervalla fərqlənir. 

Dərinin  sıxlığı  –  onların  emal  müddətini  təyin  edir,  yəni  əsas  etibarilə 

onlarda  müxtəlif  maddələrin  diffuziya  sürətinə  və  dartılma  zamanı  möhkəmlik 

həddinə təsir edir. 

Epidermisin  qalınlığı  –  dermanın  yararlı  sahəsinə  müəyyən  dərəcədə  təsir 

edir. Epidermis nə qədər nazik olsa, dermanın çıxımı o qədər çox olar. 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə