33
vəzifələri qiymətli kağızlar bazarında klassik bazar anlayışına uyğun dövlət
siyasətinin formalaşdırılmasını tələb edirdi. 1998-ci il dekabrın 30-da Prezident
tərəfindən “Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsinin yaradılması haqqında” Fərmanın imzalanması ilə qiymətli
kağızlar bazarının inkişafının növbəti mərhələsi başlandı. İlk gündən yüksək statusa
malik Komitənin təsis edilməsi ilə ölkədə mütəşəkkil fond bazarlarının inkişafı və
tənzimlənməsi sahəsində əlaqələndirilmiş vahid strategiyanın həyata keçirilməsinə
başlandı. Bu əsasda qiymətli kağızlar bazarı üzrə normativ hüquqi baza
təkmilləşdirildi və bazarın fəaliyyəti və tənzimlənməsinə dair ikinci nəsil
qanunvericilik bazası formalaşdırıldı. İlk növbədə, Mülki Məcəlləyə müvafiq əlavə
və dəyişiklər edildi və müəyyən edilmiş hüquqi çərçivənin tətbiqi məqsədilə 70-dən
çox qanunaltı normativ sənədlər qəbul edildi. Yeni nəsil qanunvericilik əsasında
ölkədə mütəşəkkil qiymətli kağızlar bazarının baza institutları, ticarət və post-ticarət
institutları və maliyyə vasitəçiləri formalaşdırıldı. 1999-cu ilin sentyabrında
Azərbaycan qiymətli kağızlar bazarı infrastrukturunun əsas institutlarından biri olan
Milli Depozit Mərkəzi yenidən təşkil edilərək qiymətli kağızların saxlancı və
depozitar xidmətlərini göstərməyə başladı. Aparıcı maliyyə institutlarının təsisçiliyi
və tam özəl sərmayə əsasında 2000-ci ildə Bakı Fond Birjasının yaradılması ilə
müasir fond bazarı vasitəçiləri - broker və diler institutları formalaşmağa başladı.
Qısa müddət ərzində öz institusional potensialını gücləndirən və yetərli kapitallaşma
səviyyəsini təmin edən Bakı Fond Birjası qiymətli kağızlar bazarında ticarət
təşkilatçısı funksiyasını aktiv həyata keçirməyə başladı. Beləliklə, özəlləşdirmə
infrastrukturu institutlarının klassik fond bazarı təsisatlarına transformasiyası
prosesinin tamamlanması fond bazarında tələb və təklifin formalaşdırılması, maliyyə
alətlərinin bazara çıxarılması və ticarətinin təşkil edilməsinə əlverişli zəmin hazırladı.
2003-cu ildən etibarən cənab Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə ölkə
iqtisadiyyatının şaxələndirilməsi, regional inkişaf, özəl sektorun dəstəklənməsi və
əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi sahəsində həyata keçirilən uğurlu
iqtisadi islahatlar ölkə ÜDM-nin davamlı və rekord səviyyələrdə artımı ilə
34
nəticələndi. 2004-cü ildə Mülki Məcəlləyə müvafiq əlavə və dəyişikliklərin edilməsi
ilə kapital bazarlarının fəaliyyətini tənzimləyən qanunvericilik bazası əhəmiyyətli
dərəcədə təkmilləşdirildi. Yeni hüquqi mühit bazarın əməliyyat və institusional
arxitekturasında da köklü islahatlara zəmin yaratdı. Bazarın əməliyyat infrastrukturu
sadələşdirildi, yeni maliyyə vasitəçiliyi təsisatları broker və dilerlər formalaşdırıldı.
2004-cü ildən etibarən yerli və xarici valyutada korporativ istiqrazların və Mərkəzi
Bankın notlarının fond birjasında kütləvi ticarətinə başlandı. Kapital bazarlarındakı
pozitiv institusional proseslər və bu proseslərin ölkənin dinamik inkişafı və dayanıqlı
makroiqtisadi mövqeyi ilə dəstəklənməsi xarici investorların da diqqətini çəkirdi.
2006-cı ildən etibarən xarici investorlar Azərbaycan maliyyə alətlərinə sərmayələr
yatırmağa başladılar.
2009-cu ildən etibarən qiymətli kağızlar bazarının ticarət və postticarət
sistemlərinin inteqrasiya edilməsi və ticarətin avtomatlaşdırılması proseslərinə
başlandı.Maliyyə vasitəçilərinin əhatə dairəsi genişləndirildi və onlara ticarət
sisteminə məsafədən çıxış imkanları təqdim edildi. Bazara müddəti və gəlirliyinə
görə müxtəlif alətlər çıxarıldı, mövcud maliyyə alətlərinin ticarət həcmi əhəmiyyətli
dərəcədə artdı. Bakı Fond Birjasında listinq və ticarət mexanizmləri təkmilləşdirildi
və artıq 2009-cu ildə iki şirkət ən yüksək səviyyəli ticarət kateqoriyasına — listinqə
daxil edildi. İpoteka istiqrazlarının Bakı Fond Birjasında ticarətinə start verilməsi ilə
ipoteka kreditləşməsinin kapital bazarları vasitəsilə yenidən maliyyələşməsinə
başlandı. 2010-cu ildə “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının
Qanununun qüvvəyə minməsi ilə bazarda institusional investorların fəaliyyəti və
tənzimlənməsi üçün hüquqi və əməliyyat mühiti formalaşdırıldı.
Bütövlükdə bu proseslər nəticəsində 2003-2012-ci illər ərzində qiymətli
kağızlar bazarında ticarətin həcmi orta hesabla illik 130 faiz artaraq qeyri-neft ÜDM-
nə nisbətdə 2 faizdən 33 faizə yüksəldi. Bakı Fond Birjasında ticarətin həcmi 90 dəfə,
Milli Depozit Mərkəzində saxlanılan qiymətli kağızların həcmi 10 dəfədən çox artdı.
Azərbaycan iqtisadiyyatının son illərdəki dinamik inkişafı kapital bazarları
üçün yeni missiya və məqsədlər formalaşdırır. Azərbaycan Prezidenti cənab İlham
35
Əliyev tərəfindən müstəqilliyimizin 3-cü onilliyində ölkə iqtisadiyyatının ikiqat
artımı və rifah səviyyəsinin inkişaf etmiş ölkə standartlarına çatdırılması hökumətin
əsas iqtisadi prioriteti kimi müəyyən edilmişdir. Son 20 il ərzində həyata keçirilmiş
uğurlu iqtisadi siyasət bunun üçün dayanıqlı baza formalaşdırmışdır. Sosial-iqtisadi
həyatın bütün sahələrində əhəmiyyətli kəmiyyət və keyfiyyət dəyişiklikləri baş
vermiş, əhalinin rifah səviyyəsi orta gəlirli iqtisadiyyatların səviyyəsinə yüksəlmişdir.
Ölkədə insan kapitalı davamlı olaraq inkişaf etmiş, rəqabət qabiliyyətliliyi yüksəlmiş,
sosial rifahın təmin olunmasında qeyri-neft sektorunun rolu xeyli dərəcədə artmışdır.
Azərbaycan iqtisadiyyatının son 20 ildəki inkişaf dinamikasına baxsaq, onun iki aktiv
sərmayə dalğası ilə müşayiət olunduğunu görərik. 1994-2003-cü illərdə neft
sektoruna yatırılan birbaşa xarici investisiyalar və 2003-2012-ci illərdə iri dövlət
investisiyaları iqtisadiyyata zəruri kapitalizasiyanı təmin edirdi. Növbəti onillikdə
ÜDM-in ikiqat artımı və 120 milyard dollarlıq iqtisadiyyatın formalaşdırılması 3-cü
dalğa intensiv kapitallaşmanı — qeyri-neft sektoruna özəl investisiyaların illik
həcminin 3,5-4 dəfə artırılmasını tələb edir. Bu isə dinamik institusional inkişaf,
çevik biznes mühitinin təmin olunması, insan kapitalının yeni inkişaf səviyyəsinə
çatdırılması ilə yanaşı, maliyyə sektorunun şaxələndirilməsi və dərinləşdirilməsini də
tələb edir. Məqsəd növbəti onillik ərzində maliyyə vəsaitlərinin çevik və əlverişli
şərtlərlə əldə olunduğu, investorlara və bu xidmətlərin digər istehlakçılarına daha
yaxın olan maliyyə sisteminin formalaşdırılmasıdır. Bununla yanaşı, sistem
risklərinin adekvat tənzimlənməsi, investorların hüquqlarının qorunması və
bütövlükdə maliyyə sektorunun sabitliyi məsələləri də xüsusi diqqət mərkəzində
saxlanılmalıdır. Kapital bazarlarında dövlət siyasətinin əsasını da məhz bu prinsiplər
təşkil edəcəkdir. Məlum olduğu kimi, 2011-ci ilin may ayında möhtərəm
Prezidentimiz tərəfindən “2011-2020-ci illərdə Azərbaycanda qiymətli kağızlar
bazarının inkişafı” Dövlət Proqramı təsdiq olunmuşdur. Bu prinsiplərə əsaslanan
inkişaf strategiyası və onun taktiki addımları Dövlət Proqramında müəyyən
edilmişdir. Yeni iqtisadi doktrinanın əsas prinsiplərindən olan qeyri-neft sektorunun
inkişafının stimullaşdırılması Azərbaycan qiymətli kağızlar bazarının da keyfiyyətcə
Dostları ilə paylaş: |