Azərbaycan respublikasi təHSİl naz



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə16/29
tarix02.04.2018
ölçüsü0,69 Mb.
#35787
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

49 

 

fəallıqla aparılması, ödəmə balanslarının tənzimlənməsi, tənzimləyici orqanlarının,  o 



cümlədən  AMB-nin  tələblərinin  icrası  üçün  təkrar  paylaşmasını  təmin  edir.  Həmin 

seqmentdə  AMB  komersiya  banklarına  yenidən  maliyyələşdirmə  qaydasıyla  kredit 

təqdim  edir.  Bununla  belə,  maliyyə  bazarının  quruluşundan  asılı  olaraq  sabitliyi 

qorumaq,  pul  kütləsinin  tənzimlənməsi  və  bank  likvidliyinin  təmin  edilməsi 

məqsədilə AMB yenidən maliyyələşdirmə faizini müəyyən edir. Beləki, uçot dərəcəsi 

2010-cu il noyabr ayının 1-dən etibarən Azərbaycanda 2%-dən 3%dək, daha sonra isə 

2011-ci  il  martın  1-dən  3%-dən  5%-dək  qaldırılıb.  Son  dəfə  uçot  dərəcəsi  ötən  ildə 

müzakirə edilib. O zaman AMB idarə heyətinin qərarı ilə 2011-ci il mayın 6-dan uçot 

dərəcəsi  5%-dən  5,25%-dək  artırılıb.  Uçot  dərəcəsinin  artırılmasına  dair  qərar  hal-

hazırda  Azərbaycan  ödəmə  balansının  profisiti  və  valyuta  ehtiyatlarının  sürətlə 

artması və pul kütləsinin potensial mənbələrinin genişlənməsi prosesi nəzərə alınaraq 

qəbul  olunub.  Bu  şəraitdə  inflyasiyaya  təsir  göstərə  bilən  faktorların  əməli  sürətdə 

idarə  edilməsi  çox  vacib  bir  amildir.  Uçot  dərəcəsinin  5,25%-dək  qaldırılması 

sayəsində  AMB  sterilizasiyası  üzrə  məqsədyönlü  siyasətin  aparılması  imkanını  əldə 

edib.  Əlavə  olaraq  AMB  idarə  Heyətinin  qərarı  ilə  daxili  və  xarici  öhdəliklər  üzrə 

icbarı  ehtiyat  norması  0,5%-dən  2%-dək  yüksəldilib.  Pul  və  kredit  siyasətilə  uyğun 

olaraq  müxtəlif  alətlərdən  faydalanaraq  AMB  dövriyyədə  olan  pul  kütləsinin 

həcmini,  inflyasiyanın  səviyyəsinin  və  milli  manatın  inkişaf  etmiş  aparıcı  dünya 

ölkələrinin valyutalarına 

nisbi  məzənnəsini  tənzimləyir.  Özəl  və  dövlət  sektoru  şirkətləri  və  regional 

layihələrin  qiymətli  kağızlar  bazarı  vasitəsilə  maliyyələşməsi,  həmçinin  korporativ 

alətlərlə  təkrar  ticarətin  artması  nəticəsində  bazarın  korporativ  qiymətli  kağızlar 

seqmentində əqdlərin sayı 2014-cü ildə ötən  il ilə  müqayisədə 38  faiz, həcmi  isə 2,7 

dəfə  artaraq  4,7  milyard  manat  təşkil  etmişdir.  2014-cü  il  ərzində  real  sektor 

təmsilçilərinin  və  maliyyə  institutlarının  fond  bazarı  vasitəsilə  öz  kapitallarını 

artırmaq  təşəbbüsləri  korporativ  qiymətli  kağızlar  bazarının  səhm  seqmentində 

əməliyyatların sayının 37 faiz, həcminin isə 2,2 dəfə artaraq 1,3 milyard manat təşkil 

etməsinə  səbəb  olmuşdur  ki,  bu  da  tarix  boyu  qeydə  alınmış  ən  yüksək  göstəricidir. 




50 

 

Belə ki, səhmlərin ilkin bazarında əməliyyatların sayı ötən il ilə müqayisədə 1,9 dəfə, 



həcmi  isə  2,7  dəfə  artaraq  1,1  milyard  manata  çatmışdır.  Eyni  zamanda,  səhmlərin 

təkrar  bazar  ticarətində  hesabat  dövrü  ərzində  əməliyyatların  sayı  ötən  il  ilə 

müqayisədə  32  faiz,  həcmi  isə  ortalama  aylıq  2,3  dəfə  artaraq  141,6  milyon  manata 

yüksəlmişdir. 2014-cü il ərzində Mərkəzi Bankın qiymət stabilliyinin təmin olunması 

funksiyası  çərçivəsində  həyata  keçirdiyi  sterilizasiya  əməliyyatları  notlar  və  onlarla 

aparılan  repo  əməliyyatlarının  dinamikasında  özünü  qabarıq  şəkildə  büruzə 

vermişdir.  Belə  ki,  hesabat  dövrü 

ərzində  Mərkəzi  Bankın  notlarının 

yerləşdirilməsinin  ötən  il  ilə  müqayisədə  47  faiz  azalaraq  158,1  milyon  manat  təşkil 

etməsinə  baxmayaraq,  bu  növ  alətlərin  təkrar  bazar  ticarəti  8,0  dəfə  artaraq  349,8 

milyon manat təşkil etmiş, bütövlükdə not bazarı 48 faiz artaraq 507,9 milyon manata 

çatmışdır.  2014-cü  il  ərzində  3,5  milyard  manat  həcmində  repo/əks-repo 

əməliyyatları baş tutmuşdur ki, bu da ötən il ilə müqayisədə 46 faiz azdır. 2014-cü il 

ərzində  ilk  dəfə  olaraq  qiymətli  kağızlar  bazarında  valyuta  və  əmtəə  əsaslı  törəmə 

maliyyə  alətlərinin  ticarəti  həyata  keçirilmiş  və  dövr  ərzində  ümumi  məbləği  204,7 

milyon  manat  olan  əmtəə  əsaslı  və  ümumi  məbləği  4,1  milyard  manat  olan  valyuta 

əsaslı  törəmə  qiymətli  kağızlarla  ticarət  əməliyyatları  həyata  keçirilmişdir  ki,  nəticə 

də törəmə qiymətli kağızlar bazarının həcmi 4,3 milyard manat təşkil etmişdir. 2014-

ci  ildə  Maliyyə  Nazirliyi  tərəfindən  müddəti,  gəlirliyi  və  ödəniş  şərtlərinə  görə 

müxtəlif  alətlərin  bazara  çıxarılması  davam  etmişdir.  Bu  zaman  bank  sektorundakı 

izafi  likvidlik  nəzərə  alınmış,  real  sektorun  maliyyələşməsini  stimullaşdıran 

düşünülmüş  emissiya  siyasəti  həyata  keçirilmişdir.  Nəticədə,  2014-ci  il  ərzində 

dövlət istiqrazlarının  lkin  və təkrar bazarının  həcmi 38,5  faiz azalmış, lakin  müxtəlif 

müddətli  istiqrazların  gəlirlikləri  üzrə  artım  müşahidə  olunmuşdur.  Belə  ki,  1  aylıq 

dövlət  istiqrazlarının  gəlirliyi  ilin  əvvəlindən  sonunadək  1,36  faizdən  1,46  faizə,  3 

aylıq  dövlət  istiqrazlarının  gəlirliyi  1,61  faizdən  2,5  faizə,  6  aylıq  dövlət 

istiqrazlarının  gəlirliyi  2,01  faizdən  2,95  faizə  artmış,  1  illik  dövlət  istiqrazlarının 

gəlirliyi  3,5  faiz,  1  illik  geri  çağrılabilən  dövlət  istiqrazlarının  gəlirliyi  3,99  faiz,  2 

illik  dövlət  istiqrazlarının  gəlirliyi  4,49  faiz,  3  illik  dövlət  istiqrazlarının  gəlirliyi  isə 



51 

 

4,95  faiz  təşkil  etmişdir.  Son  illər  dövlət  qiymətli  kağızları  ilə  əməliyyatların  əsas 



hissəsini təşkil edən repo əməliyyatları  da artmışdır. Belə ki, 2014-ci  il ərzində repo 

əməliyyatlarının sayı ötən  ilin  müvafiq dövrü  ilə  müqayisədə 86  faiz, əməliyyatların 

həcmi  isə 6,9 dəfə artaraq 5781  milyon  manat təşkil etmişdir. Repo əməliyyatlarının 

99  faizi  Mərkəzi  Bankın  notları,  1  faizi  isə  dövlət  istiqrazları  vasitəsilə  həyata 

keçirilmişdir.  Dövlət  istiqrazları  ilə  aparılan  repo  əməliyyatlarının  həcmi  ötən  ilin 

müvafiq dövrü ilə müqayisədə 67,5 faiz artaraq 29,3 milyon manat təşkil etdiyi halda, 

Mərkəzi  Bankın  notları  ilə aparılan repo əməliyyatlarının  həcmi 7 dəfə artaraq 5752 

milyon manat təşkil etmişdir.  

Son illər korporativ qiymətli kağızlar bazarının dinamikasında da yüksək artım 

templəri  müşahidə  edilmiş,  özəl  sektorun  qiymətli  kağızlar  bazarı  vasitəsilə 

maliyyələşmə təşəbbüsləri genişlənmişdir. Belə ki, 2014-ci il ərzində korporativ 

qiymətli  kağızlar  bazarında  əməliyyatların  sayı  ötən  ilin  müvafiq  dövrü  ilə 

müqayisədə  13  faiz,  əməliyyatların  həcmi  isə  2,7  dəfə  artaraq  2144  milyon  manat 

təşkil  etmişdir.  Korporativ  qiymətli  kağızlarla  əməliyyatların  48  faizini  səhmlər,  52 

faizini  isə  korporativ  istiqrazlar  təşkil  etmişdir.  Bununla  yanaşı,  2014-ci  il  ərzində 

korporativ  qiymətli  kağızlar  sektorunun  ilkin  bazarında  əməliyyatların  həcmi  3  dəfə 

artaraq 1567 milyon manat təşkil etmişdir. 

Bu  gün  bütövlükdə  qiymətli  kağızlar  bazarının  tənzimləməsinin  əsas  hədəfi 

orta müddətli perspektivdə müasir, optimal tənzimlənən və effektiv fəaliyyət göstərən 

fond  bazarlarının  formalaşdırılmasıdır.  Bu  məqsədlə,  hüquqi-normativ  bazanın 

təkmilləşdirilməsi  və  beynəlxalq  standartlara  uyğunlaşdırılması;  inteqrasiya  edilmiş 

və  tam  avtomatlaşdırılmış  fond  bazarı  infrastrukturunun  formalaşdırılması;  tələb  və 

təklifin stimullaşdırılması vasitəsilə kapital bazarı alətlərinin və xidmətlərin çeşidinin 

genişləndirilməsi;  ictimaiyyətin,  yerli  və  xarici  investorların  Azərbaycan  qiymətli 

kağızlar  bazarı  haqqında  məlumatlandırılması  və  maarifləndirilməsi;  və  nəhayət 

müasir,  qabaqlayıcı  və  effektiv  tənzimləyici  rejimin  tətbiq  edilməsi  istiqamətlərində 

fəaliyyət  nəzərdə  tutulur.  Hazırda,  strategiyanın  əlaqələndirilmiş  və  kompleks 

tədbirlər  planının  tamamlanması  və  onun  icrası  üçün  geniş  beynəlxalq  texniki 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə