Azərbaycan respublikasi təHSİl naz



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə14/29
tarix02.04.2018
ölçüsü0,69 Mb.
#35787
1   ...   10   11   12   13   14   15   16   17   ...   29

43 

 

maşınqayırma, kənd təsərrüfatı, yeyinti, tekstil sənayesi kimi müxtəlif sferaları təmsil 



edir. Qeyd etmək lazımdır ki, bütövlükdə dünya birjalarında ticarət olunan şirkətlərin 

sayı  50  mini  keçmir.  Maliyyələşmə  üçün  girovun  tələb  olunmaması,  onun 

qiymətləndirilməsi  və  sığortalanması  xərclərinin  olmaması,  vəsaitlərin  geri 

ödənilməsi şərtlərinin bizneslər tərəfindən müəyyən olunması və aylıq, rüblük əsasda 

ödənişlərin  tələb  olunmaması,  faiz  dərəcələrinin  aşağı,  müddətlərin  isə  uzun  olması 

və bir çox hallarda biznes risklərinin qarşılıqlı bölüşdürülməsi kimi  üstünlüklər artıq 

yerli şirkətlər tərəfindən anlaşılır  və onlar  bu bazarın  imkanlarından  yetərli dərəcədə 

istifadə edirlər. 

Keyfiyyətcə  yeni  səviyyəyə  qaldırılmış  kapital  bazarları  hal-hazırda  şirkətlərə 

ucuz  və  uzunmüddətli  vəsaitləri  daha  əlverişli  və  çevik  şərtlərlə  əldə  etmək  imkanı 

təqdim  edir.  Daha  öncə  qeyd  etdiyimiz  “Listinq  Məsləhət  Proqramı”  da  məhz  bu 

üstünlüklərin  şirkətlərə  çatdırılması,  onların  fond  bazarında  maliyyələşmə 

imkanlarının  genişləndirilməsi  və  bu  sahədə  zəruri  peşəkar  dəstəyin  göstərilməsinə 

hədəflənib. 

Texniki  və  hüquqi  infrastrukturun  beynəlxalq  standartlara  uyğunlaşdırılması 

həm  xarici  investorların  Azərbaycan  kapital  bazarlarında,  həm  də  yerli  investorların 

xarici  bazarlarda  daha  geniş  iştirakına  şərait  yaradacaqdır.  Məlum  olduğu  kimi, 

hazırda  qlobal  maliyyə  bazarlarında  gəlirlik  minimal  hədlərdədir,  bu  isə  investorları 

daim  yeni  bazarlar  və  daha  yüksək  mənfəət  axtarışına  sövq  edir.  Azərbaycan 

iqtisadiyyatı  isə  yüksək  investisiya  reytinqi  və  çevik  biznes  mühiti  ilə  xarici 

investorları  cəlb  edir.  Qeyri-neft  sektorunun  geniş  diversifikasiyası  fonunda  yeni, 

innovativ  biznes  sahələrinə  sərmayələr  yatırmaq  istəyən  investorlara  kapital  bazarı 

institutları  həm  əlverişli  giriş,  həm  də  çıxış  imkanları  təqdim  edir.  Kapital 

bazarlarının  yeni  fəaliyyət  mühiti  fərdi  investorların  da  xarici  bazarlara  sərmayə 

qoyuluşlarını  həyata  keçirmələri  üçün  şərait  yaradacaqdır.  Bu,  Azərbaycan  maliyyə 

bazarlarının  qlobal  iqtisadi  proseslərdə  daha  aktiv  iştirakı  deməkdir.  Həmçinin  qeyd 

etmək lazımdır ki, kapital bazarları şirkətlərə heç də birtərəfli qaydada preferensiyalar 

təqdim  etmir.  Kapital  bazarlarından  maliyyələşən  şirkətlər  eyni  zamanda  bir  sıra 




44 

 

ciddi tənzimləmə tələblərinə və normativlərinə cavab verməlidirlər. Onlar korporativ 



idarəetmə  standartlarını  tətbiq  etməli,  maliyyə  hesabatlığı  və  mühasibatlıq 

prosedurlarını 

təkmilləşdirməli, 

peşəkar 


kadr 

potensialını 

daha 

da 


gücləndirməlidirlər.  Bu  isə  bütövlükdə  iqtisadiyyatın  rəqabət  potensialının 

əhəmiyyətli dərəcədə artırılması deməkdir. 

Son  onilliklər  qlobal  iqtisadiyyatda,  xüsusilə  də  maliyyə  bazarlarındakı 

volatilliklər  bu  kimi  ehtiyatlı  fikirlərin  formalaşmasına  səbəb  olan  amillərdəndir. 

Lakin  unutmaq  olmaz  ki,  bütün  müşahidə  olunan  proseslərlə  birlikdə  dünya 

iqtisadiyyatı  son  10  illiklər  ərzində  qat-qat  sürətlə  inkişaf  etmişdir.  XX  əsrin 

əvvəllərindən  bu  günədək  Qərbi  Avropada  adambaşına  düşən  real  gəlir  10  dəfədən 

çox artıb. Müqayisə üçün bu gəlirlər 1500-cü ildən 1820-ci ilədək cəmi 56 faiz, ikinci 

minilliyin  ilk  doqquz  əsri  ərzində  isə  3  dəfədən  də  az  artmışdır.  Bu  inkişaf  yeni 

fəaliyyət  sferalarının  yaranması,  sənaye  istehsalının  artması,  informasiya 

texnologiyalarının  kütləvi  istifadəsi  ilə  yanaşı,  maliyyə  bazarlarının  və  maliyyə 

vasitəçiliyinin də qlobal miqyasda genişlənməsi ilə mümkün olmuşdur. 

İqtisadiyyatın  periodik  əsasda  müsbət  və  mənfi  dinamikası  isə  sərbəst  bazar 

iqtisadiyyatının  qaçılmaz  atributlarındandır  və  real  sektordakı  durğunluğun 

səbəblərini  həm  də  iqtisadi  artım  modellərində  axtarmaq  lazımdır.  Artıq  hamı 

tərəfindən  qəbul  edilən  faktdır  ki,  İkinci  Dünya  müharibəsindən  sonra  tətbiq 

edilməyə  başlanmış  artım  və  rifah  modelləri  bu  gün  öz  rəqabət  qabiliyyətliklərini 

itirməkdədir.  Son  5  ildə  dünya  iqtisadiyyatı  cəmi  2,9  faiz  artmışdır  ki,  bu  da  70-ci 

illərdən bəri 5 illik periodda müşahidə olunan ən aşağı artım sürətidir. Qlobal rifahın 

pisləşməsində  iqtisadi  artım  templərinin  azalması  ilə  yanaşı,  gəlirlərin  ədalətli 

bölgüsü  sferasındakı  fundamental  boşluqlar  da  əhəmiyyətli  rol  oynayır.  Bu 

baxımdan, maliyyə sektorunu günahlandırmaq doğru olmazdı. 

Bütün bunlarla yanaşı, 80-ci illərdən başlayaraq izafi derequlyasiya meyllərinin 

güclənməsi,  sistem  risklərinin  adekvat  qiymətləndirilməməsi,  iqtisadi  subyektlərin 

məsuliyyət  və  səlahiyyət  çərçivələrinin  təhrif  olunması  kimi  mühüm  tənzimləyici 



45 

 

boşluqların  mövcudluğu  da  danılmazdır.  Bu  baxımdan,  sahənin  mütəxəssisləri, 



akademik  çevrələr  və  iqtisadi  siyasəti  müəyyən  edənlər  tərəfindən  yeni  nəzarət  və 

tənzimləmə  yanaşmalarının  tətbiqinə  dair  axtarışlar  davam  etməkdədir.  QKDK  öz 

növbəsində  bu  prosesləri  diqqətlə  izləməklə  yanaşı  ölkənin  maliyyə  sektorunun 

dayanıqlılığı,  qiymətli  kağızlar  bazarının  sabit  fəaliyyətini  təmin  edən  qabaqlayıcı 

tənzimləmə və nəzarət mexanizmlərini tətbiq və inkişaf etdirir. 

Mütərəqqi  nəzarət  və  tənzimləmə  mexanizmlərinin  formalaşdırılması,  eyni 

zamanda onların tətbiqi üzrə peşəkar hazırlığın təmin edilməsi ölkənin orta müddətli 

strategiyasının  əsas  prioritetlərindəndir.  Hazırda  QKDK  tərəfindən  qiymətli  kağızlar 

bazarında sistem xarakterli risklərin vaxtında aşkarlanması və effektiv tənzimlənməsi 

vasitələri  tətbiq  edilir.  Son  iki  il  ərzində  bazar  iştirakçılarının  fəaliyyətinə  nəzarət 

gücləndirilib,  peşəkar  fəaliyyətin  lisenziyalaşdırılması  prosesləri  sistemləşdirilib, 

maliyyə  vasitəçilərinin  fəaliyyəti  risk  əsaslı  nəzarət  sistemi  vasitəsilə  tənzimlənir. 

Qiymətli  kağızlar  bazarında  hesabatlıq  gücləndirilib  və  məlumatların  açıqlanması 

mexanizmləri təkmilləşdirilib. Məlumat  və hesabatların QKDK tərəfindən  mütəmadi 

olaraq  sistemli  təhlili  bazarda  aparılan  əqdlərin  şəffaflığının  artırılmasını, 

manipulyasiya və insayder ticarəti hallarının erkən rejimdə aşkarlanmasını təmin edir. 

İnvestorların  hüquqlarının  müdafiəsi,  habelə  qiymətli  kağızlar  bazarı  sahəsində 

hüquqi  məsuliyyətin  gücləndirilməsi  və  effektiv  təsir  mexanizmlərinin  yaradılması 

üçün əsaslı işlər görülür. 

Beləki, 


Qiymətli 

Kağızlar 

üzrə 

Dövlət 


Komitəsinin 

fəaliyyətinin 

təkmilləşdirilməsi  və  mütərəqqi  idarəetmə  təcrübəsinin  formalaşdırılması  məqsədilə 

2010-cu  ildən  etibarən  ortamüddətli  strateji  planlaşdırma  mexanizmlərinin  tətbiqinə 

başlanılıb. 2013-cü ildə artıq ikinci ortamüddətli strateji planlama dövrünə başlanılıb. 

Hazırda  hər bir  funksional struktur bölmə  öz fəaliyyətini  qiymətli kağızlar bazarının 

inkişaf  strategiyasına  uyğun  olaraq  digər  struktur  bölmələri  ilə  əlaqəli  şəkildə 

hazırlanmış ortamüddətli strateji və illik fəaliyyət planları əsasında qurur. 

Komitənin  kadr  potensialının  gücləndirilməsi  və  peşəkar  hazırlığın  inkişaf 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə