Azərbaycan respublikasi prezidentiNİN



Yüklə 16,84 Mb.
Pdf görüntüsü
səhifə9/37
tarix20.09.2018
ölçüsü16,84 Mb.
#70020
1   ...   5   6   7   8   9   10   11   12   ...   37

`
    
  •  
Məruzəçilərin Tərcümeyi-halları 
37
prezidentidir. 2010-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına 
layiq görülmüşdür. 
RƏfİqƏ HÜSEYNZADƏ
SoCAR-IN EKoLogİYA ÜZRƏ VİTSE-PREZİDENTİ
Hüseynzadə  Rəfiqə  Abdul  Ağa  qızı  Bakı  şəhərində  anadan  olmuşdur.  Azərbaycan  Neft  və  Kimya 
institutunun “Neft qaz yataqlarının axtarışı və kəşfiyyatı” fakültəsini bitirmiş, həmin fakültənin əyani 
aspiranturasına  daxil  olmuşdur.  “Aşağı  Küryanı  neft-qaz  yataqlarının  geokimyəvi  xüsusiyyətləri” 
mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
Azərbaycan Neft-Kimya İnstitutunda mühəndis vəzifəsində, Azərbaycan Dövlət Universitetinin “İzotop 
tədqiqatları” laboratoriyasında elmi işçi, baş elmi işçi və laboratoriya rəhbəri vəzifəsində çalışmışdır.
1999-cu  ildən  2011-ci  ilin  mart  ayına  qədər  SOCAR-ın  təsis  etdiyi  “Azlab”MMC-də  baş  direktor 
vəzifəsində çalışmışdir. 
2011-ci  ilin  mart  ayında    Azərbaycan  Respublikasının  Prezidentinin  Sərəncamı  ilə  Azərbaycan 
Respublikasının Dövlət Neft Şirkətinin Ekologiya üzrə vitse – prezidenti vəzifəsinə təyin olunmuşdur.
2001-ci ildən bu günə qədər BDU-nun “Faydalı qazıntılar” kafedrasında elmi fəaliyyətini davam etdirir. 
Elmi sahədə 60-a yaxın məqaləsi var və eyni zamanda xarici və ölkədaxili konfranslarda məruzələrlə 
çıxış etmişdir.
1997-ci ildə Hyustonun HARC elmi-tədqiqat Mərkəzində (TEXACO şirkətinin dəvəti ilə) çalışmışdır. 
Norveçdə  Tronheym  şəhərində  “Geolab”  şirkətində  treyninq  keçmişdir.  Bundan  əlavə  Norveçdə 
Statoyl şirkətinin “Reserch Center” mərkəzində çalışmışdır.
2004-cü  ildə  “Bone  and  Robertson”  (Boyük  Britaniya)  şirkətinin  təşkil  etdiyi  rəhbərlik  kurslarının 
sertifikatını almışdır.
Ailəlidir, bir qızı var.
Rus, İngilis və Türk dillərində sərbəst danışır.
METYU BRAYZA
“LAMoR TURKEY” şİRKƏTİNİN BAş İCRAçI DİREKToRU
“LAMoR AB” şİRKƏTİNİN İDARƏ HEYƏTİNİN ÜZVÜ
Səfir  Metyu  Brayza  neft  dağılmalarına  qarşı  cavab  tədbirləri  üzrə  dünyanın  aparıcı  “Lamor  Ab” 
şirkətinin İdarə heyətinin üzvü və İstanbulda yerləşən “Lamor Turkey” şirkətinin Baş icraçı direktorudur. 
O, həmçinin diversifikasiya edilmiş enerji şirkəti və Türkiyənin ən böyük korporasiyalarından biri olan 
“Turcas” şirkətinin qeyri-icraçı (müstəqil) direktorudur. Bundan başqa, Metyu Brayza Böyük Britaniyada 
fəaliyyət göstərən “apstrim” (kəşfiyyat və hasilat)  şirkətlərinin idarə heyətinin üzvü, Türkiyədə kiber-
təhlükəsizlik firmasının həmtəsisçisi və Baltik dənizi regionuna ABŞ-ın maye təbii qazını ixrac edən 
yüksək  səviyyəli  investisiya  qrupunun  üzvüdür.  Səfir  Metyu  Brayza  Estoniyanın  paytaxtı  Tallinndə 
yerləşən Müdafiə və təhlükəsizlik məsələləri üzrə Beynəlxalq mərkəzin Beynəlxalq məşvərət şurasının 
üzvüdür və 2012-2015-ci illər ərzində həmin mərkəzin direktoru vəzifəsində çalışmışdır. O, həmçinin 
Vaşinqtonun beyin mərkəzləri olan Atlantika Şurasının qeyri-rezident  baş elmi işçisi və “Jamestown” 
Fondunun İdarə heyətinin üzvüdür. Səfir Metyu Brayza 23 il ərzində ABŞ diplomatı vəzifəsini icra 
etmişdir. O, 2011-ci ilin fevralından 2012-ci ilin yanvarına qədər ABŞ-ın Azərbaycandakı səfiri təyin 
edilmişdir. 2005-2009-cu illər ərzində o, Avrasiyanın enerji təhlükəsizliyi, eləcə də Cənubi Qafqaz, 
Türkiyə, Yunanıstan və Kipr regionu üzrə  Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin müavini 
vəzifəsində çalışmışdır. Eyni zamanda, Metyu Brayza Dağlıq Qarabağ münaqişəsinin sülhlə həlli ilə 
məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri və Kipr məsələsi, eləcə də Gürcüstandakı Abxaziya  
və Cənubi Osetiya separatçı münaqişələrinin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün ABŞ-ın 
vasitəçisi vəzifəsini icra etmişdir. 2001-2005-ci  illərdə səfir Metyu Brayza Ağ Evdə Milli Təhlükəsizlik 
Şurasının islam pərdəsi altında ekstremizm ilə yanaşı, yuxarıda qeyd olunan sahələri də əhatə edən 
Avropa və Avrasiya məsələləri üzrə direktor vəzifəsində çalışmışdır. Bundan əvvəl isə o, ABŞ-ın Dövlət 
Departamentində aşağıdakı vəzifələri icra etmişdir: Xəzər enerji mənbələri üzrə Dövlət katibinin və 
Prezidentin  xüsusi  müşaviri;  Cənubi  Qafqaz  və  Mərkəzi  Asiya  regionunda    İqtisadi  islahatlar  üzrə 
müşavir; Rusiya (1995-97) və Polşadakı (1989-91) ABŞ nümayəndəliklərində diplomat.


   
 
Məruzəçilərin Tərcümeyi-halları
  • 
   
 
38
DAVİD MƏMMƏDoV 
SoCAR-IN EMAL ÜZRƏ VİTSE-PREZİDENTİ
Məmmədov David Niyazi oğlu 1955-ci ildə Kürdəmir şəhərində anadan olmuşdur.1980-ci ildə M. 
Əzizbəyov adına Neft və Kimya İnstitutunu ( Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) “Neftin 
və qazın kimya texnologiyası” ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1976-ci ildə Vladimir İliç adına 
Yeni Bakı neft emalı zavodunda başlamışdır.1994-cü ilədək Yeni Bakı neft emalı zavodunun operatoru, 
qurğu  rəisi,  sex  rəisinin  müavini,  sex  rəisi,  şöbə  rəisi  vəzifələrində  işləmişdir.1994-2005-ci  illərdə 
“Azərneftyanacaq” İB-nin baş direktorunun birinci müavini – baş mühəndis, Heydər Əliyev adına Bakı 
neft emalı zavodunun baş mühəndisi olmuşdur.2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft 
Şirkətinin emal üzrə vitse-prezidentidir. 2005-ci ildə “Azərbaycan Respublikasının əməkdar mühəndisi” 
fəxri adına layiq görülmüş,2010-cu ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir. 
XƏYAL CƏfƏRoV
KARBAMİD ZAVoDUNUN DİREKToRU
Xəyal  Vilayət  oğlu  Cəfərov  1974-cü  ildə  Bakı  şəhərində  anadan  olmuşdur.  Neft-qaz  sahəsində 
fəaliyyətinə 1995-ci ildə ARDNŞ-nin Xarici Sərmayələr İdarəsində İqtisadiyyat üzrə aparıcı mütəxəssis 
kimi başlamışdı. 1998-ci ildə ARDNŞ-nin Xarici Sərmayələr İdarəsində Layihələrin Maliyyələşdirilməsi 
şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 
2000-ci ildə BP Exploration Caspian Sea Ltd şirkətində Kommersiya məsələləri üzrə Analitik vəzifəsində 
çalışmağa  başlamışdır.  2002-ci  ildə  Xəyal  Cəfərov  çalışmaq  üçün  Rusiya  Federasiyasının  Moskva 
şəhərindən  dəvət  alıb  və    2006-cı  ilin  sonlarınadək  orada  əvvəlcə  Eni  Energy  Rusiya  şirkətində 
Kommersiya və Biznes inkişafı üzrə Baş məsləhətçi, daha sonra isə Eni Management International 
Services şirkətinin Rusiya Federasiyası üzrə filialının Baş direktoru vəzifəsində çalışmışdır. 
Xəyal Cəfərov 2006-cı ilin sonlarında Bakıya qayıtmış və 2011-ci ilin avqust ayına qədər BP Exploration 
Caspian Sea Ltd. şirkətində karyerasını davam etdirərək ARDNŞ-lə əlaqələr üzrə Məsləhətçi, İxrac 
əməliyyatları üzrə Maliyyə Direktoru, daha sonra isə Sanqaçal Neft Terminalında Maliyyə Direktoru 
vəzifəsində  çalışmışdır. 
2011-ci ilin avqust ayında o, SOCAR-ın Karbamid zavodunun direktoru vəzifəsinə təyin edilmişdir. 
Xəyal Cəfərov Bakı Dövlət Universitetindən İqtisadiyyat üzrə Bakalavr dərəcəsinə və John Hopkins 
Universitetindən Beynəlxalq İqtisadiyyat üzrə Magistratura dərəcəsinə malikdir. 
BABAYEV MUXTAR
AZƏRBAYCAN RESPUBLİKASININ EKoLogİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRİ
Babayev Muxtar Bahadur oğlu  16 oktyabr 1967-ci il  tarixində Bakı şəhərində anadan olmuşdur.
1984-cü ildə Bakı şəhəri 6 №-li orta məktəbi bitirmişdir və həmin  il Moskva Dövlət Universitetinə 
daxil olmuşdur.
1991-ci  ildə  Moskva  Dövlət  Universitetinin  fəlsəfə  fakültəsinin  politologiya  ixtisasını  fərqlənmə 
diplomu ilə bitirmişdir.
1991-1992-ci  illərdə  Azərbaycan  Respublikası  Dövlət  İqtisadiyyat  və  Planlaşdırma  Komitəsində 
çalışmışdır.
1992-1993-cü illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində çalışmışdır.
1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin xarici iqtisadi əlaqələr ixtisasını bitirmişdir.
1994-2003-cü illərdə Socar-ın  Xarici İqtisadi Əlaqələr İdarəsində çalışmışdır.
1999-cu ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının dünya iqtisadiyyatı ixtisasını  bitirmişdir.
2007-ci ilin dekabr ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə SOCAR-IN Ekologiya 
üzrə vitse-prezidenti vəzifəsinə  təyin olunmuşdur.
2010-cu ilin aprel ayından SOCAR-IN “Azərikimya” İstehsalat Birliyinin baş direktoru, 2010-cu ilin 
oktyabr ayından Müşahidə Şurasının Sədri vəzifəsinə təyin olunmuşdur.
2010-cu ilin noyabrından Milli Məclisin deputatıdır.
Azərbaycan  Respublikası  Prezidentinin  23  aprel  2018-ci  il  tarixli  sərəncamı  ilə  Azərbaycan 
Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri vəzifəsinə təyin olunmuşdur. 
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir, iki uşağı var. 


Yüklə 16,84 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə