Azərbaycan respublikasi prezidentiNİN



Yüklə 16,84 Mb.
Pdf görüntüsü
səhifə1/37
tarix20.09.2018
ölçüsü16,84 Mb.
#70020
  1   2   3   4   5   6   7   8   9   ...   37






3


4


5
AZƏRBAYCAN RESPUBLİKASI 
PREZİDENTİNİN
XXV YUBİLEY
BEYNƏLXALq
 “XƏZƏR NEfT VƏ qAZ” 
SƏRgİ VƏ KoNfRANSININ İşTİRAKçILARINA 
MÜRACİƏTİ
THE PRESIDENT of 
THE REPUBLIC of AZERBAIJAN
THE offICIAL gREETINg
To THE PARTICIPANTS of THE 
25
th
 ANNIVERSARY
INTERNATIoNAL 
CASPIAN oIL AND gAS 
EXHIBITIoN AND CoNfERENCE 


Hörmətli sərgi və konfrans iştirakçıları!
Sizi Bakı şəhərində XXV Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının açılışı münasibəti ilə səmimi 
qəlbdən salamlayır, hamınıza cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Xəzəryanı regionda neft və qaz sahəsi üzrə ən mötəbər tədbir olan  Beynəlxalq “Xəzər neft və qaz, neftayırma 
və neft kimyası” sərgi və konfransı bu il öz uğurlu fəaliyyətinin 25-ci ildönümünü qeyd edir.
Bünövrəsi 1994-cü ildə qoyularaq Ümummilli liderimiz Heydər Əliyevin yeni neft strategiyasının başlanğıcı ilə 
eyni vaxta təsadüf edən ənənəvi tədbirimiz Xəzər regionunun və Azərbaycanın neft-qaz sektorunun inkişafında 
mühüm əhəmiyyətə malikdir. Həmin dövrdən etibarən Bakıda ardıcıl keçirilən sərgi və konfransların ölkəmizin 
müəllifi  və  bilavasitə  iştirakçısı  olduğu  strateji  layihələrin  gerçəkləşdirilməsində,  cəlbedici  təşəbbüslərin 
beynəlxalq işgüzar dairələrə çatdırılmasında, dünya iqtisadiyyatına inteqrasiyanın sürətləndirilməsi və qlobal 
tərəfdaşlığın qurulmasında xüsusi rolu vardır.
Son illər bir sıra ölkələrdə qlobal böhranın özünü aydın büruzə verdiyi şəraitdə belə biz daxili potensialdan 
səmərəli istifadə yolu ilə həyata keçirdiyimiz düzgün iqtisadi strategiya sayəsində respublikamızın inkişaf 
tempinin saxlanılmasına nail olmuşuq. Nəticə etibarilə Azərbaycan iqtisadiyyatı qlobal böhrana qarşı yüksək 
dayanıqlıq nümayiş etdirmiş, iqtisadi artım dinamikası və sosial inkişaf səviyyəsini qoruya bilmişdir.
Hazırda “Cənub Qaz Dəhlizi”nə daxil olan “Şahdəniz - II” və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, 
həmçinin TANAP və TAP layihələr ilə bağlı görülən işlər fasiləsiz şəkildə davam etdirilməkdədir. Şahdəniz - II” 
və Cənubi Qafqaz boru kəmərinin genişIəndirilməsi layihələri artıq yekunlaşmaq üzrədir. Yaxın zamanlarda 
TANAP layihəsinin Şahdəniz qazının Türkiyəyə çatdırılması üçün nəzərdə tutulan hissəsinin istifadəyə verilməsi 
təntənəli sürətdə qeyd ediləcəkdir. 2020-ci ildə isə Azərbaycan qazı Avropaya nəql olunacaqdır.
Dünya  miqyasında  əsas  enerji  mənbələrinə  nəzarət  uğrunda  rəqabətin  gücləndiyi  indiki  mərhələdə 
Azərbaycan  əlverişli  coğrafi  mövqeyinə,  təbii  ehtiyatlarına  və  zəngin  potensialına  arxalanaraq,  digər 
ölkələrlə və eləcə də dünyanın tanınmış iqtisadi, maliyyə qurumları və şirkətləri ilə geniş əməkdaşlıq edir. 
Böyük həcmdə xarici investisiyaların respublikaya cəlb edilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin 
formalaşdırılması ölkəmizin iqtisadi siyasətinin əsas istiqamətlərindəndir.
İnanıram ki, mötəbər tədbiriniz qarşılıqlı münasibətlərin daha da dərinləşməsi baxımından əhəmiyyətli olacaq 
və fəaliyyətinizin gələcək illər üçün aparıcı inkişaf meyllərinin müəyyənləşməsinə töhfəsini verəcəkdir.
                                                                                                             
                   
 
 
 
 
 
 
 
 
 
             
İlham Əliyev
                                                                                                             Azərbaycan Respublikasının Prezidenti
6


Dear Exhibition and Conference Participants;
- I cordially greet you on the opening of the 25th International Caspian Oil & Gas Exhibition and Conference 
in Baku, and I wish you all good health and continued success in your endeavours.
The International Caspian Oil & Gas Exhibition and Conference Incorporating Refining and Petrochemicals, 
which is the major oil and gas event in the Caspian region, celebrates its 25th anniversary of successful 
operation this year. 
The founding of the Caspian Oil & Gas exhibition coincided with the announcement of the new oil strategy 
developed under the wise guidance of our National Leader Heydar Aliyev in 1994, and this traditional event 
has been crucial to the development of the oil and gas sector of Azerbaijan and the Caspian region as a 
whole. Throughout this period, the continued staging of these exhibitions and conferences in Baku have 
played a special role in the implementation of strategic projects, of which Azerbaijan has been not only 
the initiator, but also a direct participant. These exhibitions and conferences have also been instrumental in 
presenting attractive initiatives to the international business community, speeding up integration into the 
global economy and establishing global partnerships.
Despite the recent global economic crisis in many countries worldwide, we have succeeded in maintaining 
the stable development of our country; and to do so, we have been pursuing appropriate economic strategy 
through the effective use of our internal resources. As a result, Azerbaijan has successfully withstood the 
global economic downturn, while maintaining a steady pace of economic growth and social development.
Further work is currently ongoing under the Southern Gas Corridor (SGC) initiative that incorporates the 
Shah Deniz Stage 2 and South Caucasus Pipeline Expansion (SCPX) projects, as well as the Trans-Anatolian 
Natural Gas Pipeline (TANAP) and Trans-Adriatic Pipeline (TAP) projects; the Shah Deniz 2 and South Caucasus 
Pipeline Expansion (SCPX) projects are about to be completed soon. The commissioning of the TANAP section 
which will transport the Shah Deniz gas to Turkey will be celebrated in the near future. Azerbaijan will start 
transporting its natural gas to Europe in 2020.
Currently, we can see growing competition for the control over key energy resources worldwide. Hence, 
relying on its favourable geographical position, natural resources and rich domestic potential, Azerbaijan is 
cooperating with other countries and well-known economic, financial institutions and companies around the 
globe. Attracting major foreign investment, creating favourable business environment and fostering the right 
conditions for entrepreneurs are among the key priorities of the economic policy pursued by our country.
I am confident that this prestigious event will be valuable in terms of deepening mutual relations and will 
contribute to identifying the main development trends of your endeavours for the coming years.
 
 
 
 
 
 
 
 
 
 
     
 
 
 
 
 
 
 
 
 
       Ilham Aliyev
 
 
 
 
 
 
 
     The President of the Republic of Azerbaijan
77


Yüklə 16,84 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə