Azərbaycan respublikasi prezidentiNİN



Yüklə 16,84 Mb.
Pdf görüntüsü
səhifə17/37
tarix20.09.2018
ölçüsü16,84 Mb.
#70020
1   ...   13   14   15   16   17   18   19   20   ...   37

  
İştirakçıların Siyahısı
 
62
NEWSBASE
Centrum House, Dundas küç., 108-114
Edinburq, EH3 5DQ, Şotlandiya, BK
Tel.: 
+44 131 550 9285
Faks: 
+44 131 478 7001
E-mail:  kevinj@newsbase.com
www.newsbabse.com
“NewsBase” portalı enerji sektoru üçün yüksək keyfiyyətli bazar 
araşdırması apararaq, qlobal komandanızın ehtiyac duyduğu 
doğru məlumatları təmin edir.
Tərəfimizdən aparılan ətraflı təhlil, ideya və proqnozlar enerji 
sənayesində 36000-dən artıq qərar qəbul edən şirkətlərin ali 
rəhbərlərinə  ötürülür.  1995-ci  ildə  Şotlandiyanın  Edinburq 
şəhərində  təsis  edilmiş  şirkətimiz  hələ  də  öz  təsisçiləri  və 
kollektivi tərəfindən idarə edilir və onlara məxsusdur. Müstəqil, 
etibarlı  və  unikal  ideyaları  olan  portalımız  sənayedə  labüd 
vasitəyə çevrilib.
Özünüz qərar verin və www.newsbase.com veb-saytına daxil 
olaraq pulsuz demo versiyadan istifadə edin.
NEWSBASE şİRKƏTİNİN İKİ AYDA BİR DƏRC 
EDİLƏN INNoVoIL JURNALI 
Centrum House, Dundas küç., 108-114
Edinburq, EH3 5DQ, Şotlandiya, BK
Tel.: 
+44 131 5509285
Faks: 
+44 131 4787001
E-mail:  kevinj@newsbase.com
www.newsbabse.com
“InnovOil” neft-qaz sektorunda innovasiya, ideya və təcrübələri 
paylaşmaq  üçün  platforma  yaradan  və  iki  aydan  bir  dərc 
olunan  texnologiya  yönlü  rəqəmli  jurnaldır.  “NewsBase” 
şirkəti  fəal  şirkətlərin  ali  rəhbərlərindən  ibarət  abunələrin 
verilənlər bazasını tələb olunan və etibarlı məlumatlarla təmin 
edir.  Deməli,  siz  əmin  ola  bilərsiniz  ki,  sizin  məqalənizi  və 
ya  reklamınızı  hamı  görəcək  və  ən  əsası  da  oxuyacaqdır. 
“InnovOil”  jurnalı  çoxkanallı  çatdırma,  rəqəmsal  arxivlər  və 
axtarış funksiyasına malik məzmunu ilə dünyanın 80-dən çox 
ölkəsində  neft-qaz  sektorunun  peşəkarlarına  həqiqətən  də 
interaktiv və səmərəli mətbuat yayımı təklif edir.
 Tərəddüd etmədən www.inovoil.co.uk veb-saytına daxil olun 
və bizim informasiya bülleteninə abunə olun! 
oILgASCoM PoRTALI
Nahimova küç., 9
Sankt-Peterburq, 199226, Rusiya
Tel.: 
+7 925 2586319
E-mail:  info@oilgascom.com
www.oilgascom.com
Rusiyanın neft-qaz sənayesi ilə peşəkar münasibətləriniz:
“TechnoDigest”  neft-qaz  sənayesinin  texnologiyalarına  həsr 
edilmiş “onlayn” dövrü nəşr.
“TechnoPracticum” nüfuzlu mütəxəssislər, tanınmış şirkətlərin 
nümayəndələri    ən  son  neft-qaz  texnologiyaları  və  istehsal 
sirləri haqqında şərh verirlər. 
Sənaye  tədbirləri  –  aktual  tədbirlər:  konfranslar,  seminarlar, 
işgüzar  görüşlər,  texnoloji  dəyirmi  masalar,  dinləmələr  və 
“onlayn” seminarlar təşkil edirik.
oIL&gAS of KAZAKHSTAN JURNALI
Chaikina küç., #4, Bina 7
Almatı, 050020, Qazaxıstan
Tel.: 
+7 727 3870280
E-mail:  info@oilgas.kz
www.oilgas.kz
“Oil&Gas of Kazakhstan” qərar qəbul edənlər üçün Qazaxıstanın 
neft-qaz sənayesi məsələlərini əhatə edən ilk və bu günə kimi 
ən  yaxşı  işgüzar  jurnaldır.  Jurnal  ölkədə  investisiya  iqliminə, 
neft-qaz  sənayesinin  cari  layihələrinə,  həmçinin  icrası 
gözlənilən yeni layihələrə nəzarət edir. Bundan başqa, jurnalda 
karbohidrogenlərin hasilat həcmi, emalı və daşınması, neft və 
neft məhsullarının ixrac və idxalı və digər sahələrə aid bir sıra 
statistik rəqəmlər dərc edilir. Jurnal hər iki aydan bir ingilis və 
rus dillərində işıq üzü görür. “Oil&Gas of Kazakhstan” jurnalına 
abunə haqqı 150 ABŞ dolları təşkil edir. Jurnal 1996-cı ildən 
etibarən dərc edilir. 
E-poçt: info@oilgas.kz
oIL AND gAS VERTICAL ANALITIK JURNALI
The complex “Naberezhnaya Tower” block C
Presnenskaja naberezhnaja 10, mən. 47
Moskva, 123317, Rusiya 
Tel.: 
+7 495 5105724
Faks: 
+7 495 5105724
E-mail:  office@ngv.ru
www.ngv.ru
Milli sənaye təmayüllü “Oil and Gas Vertical” jurnalı 20 ildir 
ki, təsis olunub və Rusiyanın neft-qaz mətbuatı seqmentində 
aparıcı mövqe tutur.
Jurnal  yanacaq  və  energetika  sektorunu  təmsil  edən 
müəssisələrin mütəxəssis və rəhbərləri, siyasətçilər və yanacaq 
və  energetika  kompleksinə  dair  məsələlərə  maraq  göstərən 
orqanların nümayəndələri üçün nəzərdə tutulub. Jurnal Rusiya 
Energetika Nazirliyi ilə sıx əməkdaşlıq edir. 
Jurnalın məzmunu ölkənin neft-qaz kompleksinin inkişafı üçün 
optimal  həll  variantlarının  axtarışı  ətrafında  təmərküzləşib 
və  jurnal  neft-qaz  sektorunda  peşəkar  müzakirələr,  ən  yaxşı 
təcrübələrin ortaya çıxarılması və ictimailəşdirilməsini, eləcə də 
beynəlxalq əməkdaşlığın inkişafını diqqət mərkəzində saxlayır.
THE oIL & gAS YEAR JURNALI
Türkiyə - İrlandiya
Tel.: 
+90 212 2510640
E-mail:  fulden@theoilandgasyear.com
www.theoilandgasyear.com


• 
İştirakçıların Siyahısı
  
63
“The Oil & Gas Year” (“TOGY”) jurnalı qlobal enerji sənayesi 
üçün biznes araşdırmaları, strateji əlaqə və korporativ şəbəkə 
üzrə həll variantları təklif edir. 
“TOGY”  dərgisi  “TOGYiN”  qlobal  biznes  araşdırmaları 
portalının operatoru, tanınmış “The Oil & Gas Year” kitablar 
silsiləsinin  naşiri,  “The  Oil  &  Gas  Week”  həftəlik  xəbər 
resursunun provayderi və yüksək səviyyəli sənaye şəbəkələşmə 
tədbirlərinin təşkilatçısıdır. “TOGY” dərgisi dünyanın ən böyük 
sənaye sektoru üçün seçilmiş informasiya və kommunikasiya 
tərəfdaşıdır. 
Biznes araşdırmaları – strateji əlaqə - şəbəkələşmə -
Dubay – Dublin – İstanbul
İNFORMASİYA GÜC DEMƏKDİR!
PETRoLEUM JURNALI
Qoqol küç., 86, ofis 103
Almatı, 050000, Qazaxıstan
Tel.: 
+727 2582838
E-mail:  office@petroleumjournal.kz
www.petroleumjournal.kz
“Petroleum” jurnalı 2000-ci ildən bəri 
Qazaxıstanın Almatı şəhərində dərc olunur.
Qazaxıstanın  neft-qaz  sektoru  barədə  məlumat  verən  bu 
analitik nəşr Qazaxıstan bazarında fəaliyyət göstərən ixtiraçı, 
politoloq və iqtisadçılar üçün nəzərdə tutulub.
Jurnalın əsas mövzuları: investisiya qanunvericiliyinə nəzarət; 
yeni layihələr; sektorların inkişafı, neft və qazın hasilatı, emalı və 
daşınması; şirkətlərin təqdimatı; aparıcı nazirliklərin rəhbərləri 
ilə müsahibələr; karbohidrogenlərin hasilat statistikası. 
Jurnal iki aydan bir dərc olunur. Jurnalın abunə haqqı Qazaxıstan 
daxilində  30000  təngə,  Qazaxıstandan  kənarda  isə  320  ABŞ 
dolları təşkil edir. 
Jurnalın elektron versiyasına da abunə olmaq mümkündür. Siz 
həmçinin jurnalda öz reklamlarınızı yerləşdirə bilərsiniz. 
Jurnal ingilis və rus dillərində işıq üçü görür. 

PETRoNAS
Tower 1, PETRONAS Twin Towers, 
Kuala Lumpur City Centre
Kuala Lumpur, 50088, Malayziya
Tel.: 
+603 2051 5000
 
+603 2026 5000
Faks: 
+603 2026 5050 / 5055
“Petroliam Nasional Berhad” (“PETRONAS”) Malayziyanın tam 
inteqrasiya edilmiş beynəlmiləl neft-qaz şirkətidir. Şirkət 1974-
cü ildə təsis edildikdən bəri fasiləsiz olaraq bütövlükdə neft-qaz 
hasilatı və satış prosesi çərçivəsində yeni həll variantları axtarır 
və  fəaliyyət  sahəsinin  sərhədlərini  genişləndirir.  Biz  fəaliyyət 
göstərdiyimiz  istənilən  ərazidə  əməkdaşlıq,  texnologiyaların 
müasirləşdirilməsi  və  əməliyyat  mükəmməlliyi,  habelə 
korporativ məsuliyyət çərçivəsində şirkətin məhsul portfelini 
gücləndirməkdəyik. Bizim fərqli, güclü və səriştəli işçi heyətimiz 
hər gün ən yüksək təhlükəsizlik standartları əsasında tədarük 
prosesini həyata keçirmək və dünyanın artan enerji tələbatını 
qarşılamaq məqsədi ilə neft-qaz resurslarının potensialını kəşf 
etməyə və ona əlavə dəyər qazandırmağa çalışır. 
Tərəfdaş 
PREMIER ToUR
M. Araz küç., 81
Bakı, AZ1069, Azərbaycan
Tel.: 
+994 12 5679927
Mob.:  +994 50 2633837
E-mail:  exhibitions@premiertour.az 
www.premiertour.az
“Premier  Tour”  2006-cı  ildən,  turizm  xidmətləri  sahəsində, 
həmçinin dünyanın istənilən nöqtəsinə aviabiletlərin satışında 
uğur qazanan turizm şirkətidir. 
Müəssisələr və orqanlar daimi iş həmkarı olaraq bizim agentliyi 
seçirlər, yüksək səviyyədə xidmət və agentliyimizə qarşı olan 
etibara  şahid  olduqları  üçün  onların  sayı  get  gedə  artır. 
Mehmanxanalarda rezervasiya, viza alışı qaydaları, həmçinin 
qonaqların  qəbulu  və  yerləşdirilməsi  ilə  bağlı  Siz  Premier 
Tour  agentliyinə  müraciət  edə  bilərsiniz.  Şirkətin  göstərdiyi 
xidmətlərə  yüksək  səviyyədə  Bakının  daxili  otellərində 
korporativ qiymətlərlə yerləşdirmə daxildir.
Prinsiplərimiz:
• Qarşılıqlı əlaqələrdə dəqiqlik, diqqət və düzgünlük
• Şəxsi kuratorla yüksək səviyyədə xidmət
• Məxfilik
• Peşəkarlıq
• Tərəfdaşlar üçün ən uyğun şəraitin təmin olunması
• 24/7 tam informasiya dəstəyi
REACH ENERgY BERHAD 
D3-5-8, Block D3, Solaris Dutamas No.1, 
Jalan Dutamas 1,50480 Kuala Lumpur, Malayzia 
Tel.: 
+60364123000
E-mail:  shahul.hamid@reachenergy.com.my
www.reachenergy.com.my
“Reach Energy Berhad” Malayziyada yerləşən müstəqil neft-
qaz kəşfiyyatı və hasilatı şirkətidir. Şirkət Kuala Lumpur Fond 
Birjasına  (Bursa  Malayziya)  daxildir.  “Reach  Energy  Berhad” 
şirkəti Qazaxıstanın Aktau şəhərində yerləşən “Emir Oil LLP” 
şirkətinin nizamnamə kapitalının 60%-nin sahibidir və “Emir Oil 
LLP” şirkətinin əməliyyat tərəfdaşıdır.
“Emir Oil LLP” şirkəti hazırda Xəzər dənizi ilə həmsərhəd olan 
Mangistau  əyalətində  850  kvadrat  kilometrlik  ərazini  əhatə 
edən “Emir Oil” konsessiya bloku çərçivəsində 4 hasilat və 1 
kəşfiyyat sazişi imzalayıb.


Yüklə 16,84 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə