Azərbaycan respublikasi prezidentiNİN



Yüklə 16,84 Mb.
Pdf görüntüsü
səhifə7/37
tarix20.09.2018
ölçüsü16,84 Mb.
#70020
1   2   3   4   5   6   7   8   9   10   ...   37

`
    
  •  
Məruzəçilərin Tərcümeyi-halları 
33
oMAR İTçoVİçİ 
ERNST AND YoUNg şİRKƏTİNİN RUSİYA VƏ MDB ÜZRƏ BAş PARTNYoRU
Omar  EY  Şirkətinin  Rusiya  və  MDB  ölkələrində  olan  təcrübəsində  neft-qaz  sahəsində  məsləhət 
xidmətləri üzrə məsuliyyətli Baş Partnyordur. O, 4 qitədə, onlarla, əsasən Upstream və Midstream, 
aktivlər üzrə iyirmi dörd illik peşəkar təcrübəyə malikdir. O, Beynəlxalq Neft Şirkətlərinin əksəriyyətinə, 
həmçinin  Şimali və Cənubi Amerikada, Avropada, Asiya və Afrikada 20-yə yaxın milli neft şirkətlərinə 
xidmət göstərmişdir.
1994-cü  ildə  Buenos-Ayres  Texnologiyalar  İnstitutunu  Sənaye  Mühəndisi  ixtisası  üzrə  fərqlənmə 
diplomu ilə bitirmişdir. Həmin il o, Buenos-Ayresin qlobal məsləhət və peşəkar xidmətlər şirkətində öz 
peşəkar karyerasına başlamışdır. 1999-2002 illərdə Cənubi Amerikanın ən böyük və ən çox işlənmiş 
yerüstü  neft  yataqlarından  birinin  tam  əməliyyat  transformasiyasına  şərikli  başçılıq  etmişdir.  Bu 
işlənmiş yatağın bərpası proqramı istehsalın kəskin artması, xərclərin azalması və kapital qoyuluşlarının 
səmərəliliyinin  artırılması  ilə  nəticələnmiş  və  işlənmiş  aktivlərin  dünya  standartlarına  cavab  verən 
transformasiyası sayılır. 2002-ci ildə o, istismar proqramı və “sıfırdan” işlənən yatağın istismarı və 
transformasiyası, həmçinin karbohidrogenlərin uçotu, arxa ofis və maliyyə xidmətləri qərarları üzrə 
müşavir qismində çalışmaq üçün Rusiyaya köçmüşdür. 
2004-cü ildən 2009-cu ilədək o, qlobal məsləhət və peşəkar xidmətlər şirkətinin MDB ölkələrinin 
neft-qaz sahəsi üzrə məsləhətlər təcrübəsinə rəhbərlik etmişdir. 2009-cu ildə, o, neft-qaz məsləhəti 
sahəsində qlobal məsləhət və peşəkar xidmətin regional məsləhət təcrübəsinə rəhbərlik etmək üçün 
Latın Amerikasına qayıtmışdır. 2018-ci ilin mart ayında o, EY şirkətinə neft-qaz sahəsində məsləhətlər 
üzrə Baş partnyor qismində qoşulmaq üçün Rusiyaya qayıtmışdır. 
İspan, ingilis, portuqal və rus dillərini səlis bilir.
CEYMS HoqAN
DENToS şİRKƏTİNİN İDARƏEDİCİ oRTAĞI
Ceyms Hoqan Dentons beynəlxalq hüquq şirkətinin Bakı ofisində idarəedici ortaq vəzifəsində çalışır. 
1984-cü ildə hüquqşünas kimi fəaliyyətə başlamış cənab Hoqan, 1988-ci ildən etibarən müstəsna 
olaraq keçmiş SSRİ və Şərqi Avropa ölkələri üzrə korporativ hüquq, kommersiya hüququ və təbii 
ehtiyatlara  aid  olan  qanunvericilik  üzrə  çalışmışdır.  Cənab  Hoqanın  fəaliyyətində  xüsusi  yeri 
Azərbaycan, Qazaxıstan, Rusiya Federasiyası, Ukrayna və MDB-nin digər ölkələrində neft-qaz, dağ-
mədən işləri və təbii ehtiyatların işlənməsi ilə əlaqədar layihələrin strukturunun işlənib hazırlanması, 
müvafiq danışıqların aparılması və bu kimi layihələrin icrası ilə əlaqədar hüquq üzrə məsləhətlərin 
təqdim  olunması  tutur.  Onun  təcrübəsi  sırasına  müxtəlif  hasilatın  pay  bölgüsü  sazişləri,  xidmət 
müqavilələri, təbii ehtiyatlar yataqlarının ayrılması haqqında müqavilələr, neft yataqları üzrə xidmət 
və qazıma işləri müqavilələri, lisenziyalaşdırma, boru kəmərlərinin çəkilməsi və istismarı, habelə dəniz 
ilə daşımaçılıq, o cümlədən maye təbii qazın daşınması və satışı, məsələləri ilə əlaqədar hüquq üzrə 
məsləhətlərin verilməsi daxildir. 
O,  həmçinin,  aparıcı  xarici  şirkətlərə  investisiya  qoyuluşu  strategiyası,  habelə  birgə  müəssisələrin 
yaradılması və birgə iş birliyi üçün strukturlarının işlənib hazırlanması, layihələrin maliyyələşdirilməsi, 
infrastruktur layihələrinin icrası, özəlləşdirmə, lisenziyalaşdırma, və aidiyyatı vergi, gömrük, ekologiya, 
korporativ idarəetmə məsələləri, və digər müvafiq məqamlar üzrə məsləhətlər vermişdir. Deyilənlərə 
əlavə olaraq, o, beynəlxalq maliyyə təşkilatları, inkişaf bankları, və investisiya fondlarına investisiyalar 
və təminatlı kreditləşdirmə məsələləri ilə əlaqədar tez-tez hüquq üzrə məsləhətlər təqdim edir.
Cənab  Hoqan  təhsilini  Miçiqan  Universiteti  (Rusiya  və  Şərqi  Avropaşunasılıq  fakültəsi,  fərqlənmə 
ilə  bakalavr  dərəcəsi,  1979-cu  il),  Moskvada  yerləşən  Puşkin  adına  İnstitut  (1980  1981)  və  Texas 
Universitetində  (fərqlənmə  ilə  hüquq  üzrə  magistr  dərəcəsi,  1984-cü  il)  almışdır.  1984-cü  ildə  o, 
ABŞ-ın Kolumbiya Dairəsinin Vəkillər Kollegiyasına qəbul edilmiş, 1991-ci ildə Fransada hüquqşünas 
kimi fəaliyyət göstərməyə icazə almış, 1992-ci ildə isə Paris şəhəri Vəkillər Kollegiyasına üzv qəbul 
edilmişdir. Cənab Hoqan ingilis, fransız və rus dillərini sərbəst bilir.
O, Azərbaycan, Qazaxıstan, Rusiya və Ukraynada xarici investisiyalar və energetika sektorları üzrə 
bir  çox  məqalələrin  müәllifidir  və  bir  sıra  beynəlxalq  konfranslarda  məruzələr  ilə  çıxış  etmişdir. 
Cənab Hoqan Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin (BVİM), habelə Fransa-Azərbaycan Ticarət 
Palatasının İdarə Heyətinin Üzvüdür. Chambers Global, Legal 500 (Hall of Fame), “Who’s Who Legal 
– Energy”, “Who’s Who Legal – CİS” və həmçinin “Best Lawyers-Azerbaijan” nəşrləri cənab Hoqanı 
tövsiyə edilən hüquqşünasların sırasında qeyd etmişdir.dilən hüquqşünasların sırasında qeyd etmişdir.


   
 
Məruzəçilərin Tərcümeyi-halları
  • 
   
 
34
SÜLEYMAN qASIMoV
SoCAR-IN İqTİSADİ MƏSƏLƏLƏR ÜZRƏ VİTSE-PREZİDENTİ
Qasımov  Süleyman  Mehrəli  oğlu  1961-ci  ildə  Gürcüstan  Respublikası,  Bolnisi  rayonunun  Faxralı 
kəndində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (Azərbaycan Dövlət 
İqtisad Universiteti), 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik 
Akademiyasını  bitirmişdir.  1982-1991-ci  illər  ərzində  neft-qaz  sənayesində  müxtəlif  vəzifələrdə 
(mühasib, iqdisadçı, baş mühasibin müavini, baş mühasib) çalışmışdır. 1991-2003-cü illərdə “Azərineft” 
Neft və Qaz çıxarma Baş İdarəsinin “Xəzər dəniz neftqaz”, “Dənizdə neft və qaz çıxarma” İstehsalat 
Birliklərinin baş mühasibi vəzifəsində işləmişdir. 2004-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət 
Neft Şirkətinin Baş Ofisində İqtisadiyyat və Uçot İdarəsinin şöbə rəisi, İdarə rəisinin müavini, İdarə rəisi 
olmuşdur. 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqdisadi məsələlər üzrə vitse-
prezidentidir. 2006-cı ildə “Tərəqqi” medalı, 2011-ci ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir. İqtisad 
elmləri doktorudur, 1 elmi əsər, 15-dən çox elmi məqalə müəllifidir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
BƏHRAM HÜSEYNoV
SoCAR-IN gEoLogİYA VƏ gEofİZİKA MƏSƏLƏLƏRİ ÜZRƏ VİTSE-PREZİDENTİ
Bəhram Bəhlul oğlu Hüseynov 1983-cü ildə Azərbaycan Neft və Kimya  İnstitutunu  Faydalı qazıntı 
yataqlarının  geofiziki  üsullarla  axtarışı  və  kəşfiyyatı  ixtisası  üzrə  bitirmişdir  və  həmin  ildən    Qum 
adası  dənizdə  qazma  işləri  idarəsində  geoloq  və  geoloji  şöbənin  böyük  geoloqu  vəzifələrində 
çalışmışdır. 1988-ci ilin iyulundan “Xəzərdənizneftqaz” İB İstehsalat Birliyində baş ofisində Neft və 
qaz  yataqlarının  kəşfiyyatı  üzrə  geoloji  şöbəyə  böyük  geoloq  vəzifəsinə  keçirilmiş,  1992-ci  ildən 
geoloji şöbənin rəis müavini vəzifəsində çalışmışdir. 1993-1994-cü illərdə ABŞ-ın Amoko şirkətinin 
Talsa şəhərində olan elmi-tədqiqat mərkəzində ezamiyyətdə olmuş və birgə layihədə iştirak etmişdir. 
Ezamiyyətdən qayıtdıqdan sonra Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində əmək fəaliyyətini 
işini davam etdirmişdir. 1995-ci ilin may ayından Azərbaycan Beynəlxalq Əməliyyat Sirkətində vitse-
prezidentin müşaviri vəzifəsində, 1997-ci ilin iyun ayından geoloji şöbənin böyük geologu vəzifəsində 
çalışmışdır.  1998-ci  ilin  iyunundan  BP  şirkətinin  operatoru  olduğu  “Şahdəniz”  layihəsində  geolojı 
kəşfiyyat qrupunun rəhbəri vəzifəsinə qəbul edilmişdir. 2000-ci ilin martından 2002-ci ilin dekab ayına 
qədər BP-nin Böyük Britaniyanıin London ofisində ezamiyyətdə olmuş və “AÇG” yataqlarının II və III 
fazalarının işlənməsinin geologiya, geofizika və lay mühəndisliyi layihə qrupunun rəhbəri vəzifəsində 
çalışmışdır. 2002-ci ilin dekabrından 2011-ci ilin yanvarına qədər  Bakıda BP-nin operatorluq etdiyi 
“AÇG”  yatağının  işlənməsi  layihəsində  geolojı  qrupun  rəhbəri,  kəşfiyyat  bölümündə  yeni  quyu 
planlaşdırılması (New well planning) qrupunun rəhbərı, “Azəri” yatağında hasilatın idarə olunması 
(Base management) qrupunun rəhbəri, “Azəri” yatağında yeni quyuların layihələndirilməsi və yerinə 
yetirilməsi (New well delivery) qrupunun rəhbəri vəzifələrində çalışmışdır. 2009-cu ildə Azərbaycan 
Respublikasının  Prezidenti  İlham  Əliyevin  Sərəncamı  ilə  “Tərəqqi”  medalına  layiq  görülmüşdür. 
2011-ci  ilin  yanvarından  Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkətinin  Geologiya,  geofizika  və 
yataqların işlənməsi üzrə birinci vitse-prezidentinin müavini vəzifəsinə təyin olunmuşdur. Azərbaycan 
Respublikasının  Prezidenti  İlham  Əliyevin  18  aprel  2016-cı  il  tarixli  Sərəncamı  ilə  Azərbaycan 
Respublikası  Dövlət  Neft  Şirkətinin  Geologiya  və  geofizika  məsələləri  üzrə  vitse-prezidenti  təyin 
edilmişdir. İngilis və rus dillərini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür
qREqoRİ RAYLİ
BP AZƏRBAYCAN şİRKƏTİNİN gEoLoJİ KƏşfİYYAT ÜZRƏ VİTSE PREZİDENTİ
Elmlər  Doktoru  Qreqori  Rayli  BP  Azərbaycan  şirkətində  Geoloji  Kəşfiyyat  üzrə  Vitse  Prezident 
vəzifəsində çalışır. Doktor Rayli Cənubi İllinoys Universitetinin Geologiya və Zoologiya  fakültəsini 
bitirib  və Geologiya elmi  üzrə magistr dərəcəsinə yiyələnib. Sonra isə Luiziana Dövlət Universitetində 
Geologiya elmi üzrə doktorluq dərəcəsi qazanıb.
Elmlər Doktoru Qriqori Rayli BP şirkətində öz karyerasına 1991-ci ildə Afrika və Orta Şərqdə işləməklə  
başlayıb. 1994-cü ildən bəri Doktor Rayli Xəzər regionunda Azərbaycan və Qazaxıstanda kəşfiyyatçı-
geoloq, geoloq ekspert və geoloji kəşfiyyat üzrə menecer vəzifəsində çalışıb.


Yüklə 16,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə