Azərbaycan respublikasi prezidentiNİN



Yüklə 16,84 Mb.
Pdf görüntüsü
səhifə8/37
tarix20.09.2018
ölçüsü16,84 Mb.
#70020
1   ...   4   5   6   7   8   9   10   11   ...   37

`
    
  •  
Məruzəçilərin Tərcümeyi-halları 
35
YAşAR LƏTİfoV
SoCAR-IN YATAqLARIN İşLƏNMƏSİ ÜZRƏ VİTSE-PREZİDENTİ
Yaşar Aydın oğlu Lətifov 16 iyun 1965-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. 1987-ci ildə 
İ.M. Qubkin adına Moskva Neft və Qaz İnstitutunu “Neft və qaz yataqlarının işlənməsi texnologiyası 
və kompleks mexanikləşdirilməsi” ixtisası üzrə bitirərək “Azneft”in 2 saylı Binəqədi Neft-Qaz Çıxarma 
İdarəsində operator kimi əmək fəaliyyətinə başlamış, daha sonra usta vəzifəsinə keçirilmişdir. 1989-
cu ildən etibarən Vyetnam, Rusiya, Böyük Britaniya və Türkiyədə beynəlxalq səviyyəli uzunmüddətli 
layihələrdə  fəaliyyət  göstərmişdir.  2012-ci  ildən  SOCAR  prezidentinin  müşaviri  və  “Azəri-Çıraq-
Günəşli”,  “Şahdəniz”  layihələrinin  aktivləri  üzrə  SOCAR-ın  maraqlarının  idarə  edilməsi  ilə  məşğul 
olan SOCAR Upstream Management İnternational MMC-nin İcraçı Direktoru vəzifəsində çalışmışdır. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 aprel 2016-cı il Sərəncamı ilə SOCAR-ın 
yataqların işlənməsi üzrə vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur.
RAMİN ƏLİ oĞLU İSAYEV 
“SoCAR-Aqş” MMC-NİN BAş DİREKToRU
İlk təhsilini Ramin İsayev Bakı Dövlət Universitetinin fizika fakultəsində almışdır. Daha sonra Harvard 
Universiteti və Massaçusets Texnoloji İnstitutunda oxumuşdur. Ramin İsayevin beynəlxalq neft və qaz 
sənayyəsində 20 ildən artıq iş təcrübəsi vardır. O, BP, Statoil, KCA DEUTAG və SOCAR kimi şirkətlərdə 
işləmişdir. Ramin İsayev Azərbaycanın müxtəlif universitetlərində dərs demişdir və iqtisadiyyat, neft 
və  qaz  sahəsində  bir  neçə  məqalə  və  kitab  dərc  etmişdir.  Hal-hazırda,  Ramin  İsayev  neft  və  qaz 
quyularının inteqrə olunmuş qazma və xidməti göstərən “SOCAR-AQŞ”MMC-nin Baş Direktorudur.
XALİK MƏMMƏDoV
SoCAR-IN KADR, REJİM VƏ İNfoRMASİYA TEXNoLogİYALARI ÜZRƏ VİTSE-
PREZİDENTİ
Məmmədov Xalik Rəfi oğlu 1958-ci ildə Astara rayonunda anadan olmuşdur. 1984-cü ildə M.Əzizbəyov 
adına Azərbaycan Neft və Kimya İnstitutunu (Azərbaycan Dövlət Neft Akademiyası) mühəndis-elektrik 
ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildə Yeni Bakı Neftayırma Zavodunda başlamışdır. 
1985-1991-ci illər ərzində Yeni Bakı Neftayırma Zavodunun Həmkarlar İttifaqı Komitəsinin sədri, 1991-
1992 illərdə Bakı şəhəri Nizami rayonu XDS İcraiyyə Komitəsinin sədr müavini, Bakı şəhəri Nizami 
rayonu İcra Hakimiyyəti başçısının 1-ci müavini, Yeni Bakı Neftayırma Zavodu nəzdində “Azinteroyl” 
Müştərək Müəssisəsinin texniki direktoru, 1992-1994-cü illər ərzində Azərbaycan Həmkarlar İttifaqı 
Konfederasiyasının  Təşkilat  şöbəsinin  baş  mütəxəssisi,  1994-2005-ci  illərdə  “Azərneftyanacaq” 
İstehsalat Birliyində (daha sonra “Azərneftyanacaq” Neft Emalı Zavodu, Heydər Əliyev adına Bakı Neft 
Emalı Zavodu adlandırılmışdır) kadrlar şöbəsinin rəisi, baş direktorun müavini, direktorun rejim və 
kadrlar üzrə müavini vəzifələrində çalışmışdır. 2005-2007-ci illərdə ARDNŞ-nin İşlər İdarəsinin rəisi 
olmuşdur. 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kadr, rejim və informasiya 
texnologiyaları üzrə vitse-prezidentidir. 2008-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar 
mühəndis” fəxri adına layiq görülmüşdür.
XoşBƏXT BAĞI oĞLU YUSİfZADƏ
SoCAR-IN BİRİNCİ VİTSE-PREZİDENTİ, AZƏRBAYCAN MİLLİ ELMLƏR 
AKADEMİYASININ AKADEMİKİ
Azərbaycan Milli Elmlər Akademiyasının və Türk Dünyası Araşdırılmalar Beynəlxalq Elmlər Akademiyasının 
akademiki,  Gürcüstan  Milli  Elmlər  Akademiyasının  və  Rusiya  Təbiət  Elmləri  Akademiyasının  xarici 
üzvü, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının fəxri akademiki, Azərbaycan Dövlət Neft və 
Sənaye Universitetinin fəxri professoru, geologiya-mineralogiya elmləri doktoru, professor Xoşbəxt 
Bağı oğlu Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olmuşdur. 1947-ci 
ildə orta məktəbi, 1952-ci ildə isə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft 


   
 
Məruzəçilərin Tərcümeyi-halları
  • 
   
 
36
və Sənaye Universiteti) “neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” ixtisası üzrə bitirmişdir. 
Əmək  fəaliyyətinə  keçmiş  SSRİ  Neft  Sənayesi  Nazirliyi  “Dövlətxüsusineftlayihə”  təşkilatının  Bakı 
filialında başlamış, sonra “Azərdənizneft”  və “Azneft” birliklərində  çalışmış, 1954-cü ildə “Gürganneft” 
trestinin (indiki “Neft Daşları” NQÇİ) birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilmişdir. 
1970-1992-cı  illərdə  “Xəzərdənizneft”  İB-nin,  Ümumittifaq  “Xəzərdənizneftqaz”  Sənaye  Birliyinin, 
“Xəzərdənizneftqaz”  İB-nin  baş  direktor  müavini  –  baş  geoloqu,  1992-1994-cü  illərdə  “Azərineft” 
Dövlət Konserninin birinci vitse-prezidenti, Azərbaycan Respublikası Dövlət Neft  Şirkəti (SOCAR) 
prezidentinin müşaviri, 1994-2004-cü illərdə SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi 
üzrə vitse-prezidenti vəzifələrində çalışmışdır. 2004-cü ildən Şirkətin birinci vitse-prezidentidir. 
1960-cı ildə namizədlik, 1987-ci ildə isə Moskva şəhərində doktorluq dissertasiyasını müdafiə etmiş,  
2005-ci ildə professor elmi adına layiq görülmüş, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 
(AMEA) həqiqi üzvü seçilmişdir. 
X.Yusifzadə 200-dən çox elmi əsərin, o cümlədən 18 monoqrafiya və 8 ixtiranın müəllifidir.
X.Yusifzadə neft və qazçıxarmanın inkişafında xidmətlərinə görə keçmiş SSRİ-nin iki “Qırmızı Əmək 
Bayrağı” (1963 və 1976), “Şərəf nişanı” (1971), müstəqil Azərbaycanın “İstiqlal” (2000), “Şöhrət” (2004), 
“Şərəf”  (2010),  “1-ci  dərəcəli  Əmək”  (2017),  Vyetnam  Sosialist  Respublikasının  “Dostluq”  (2011) 
ordenləri, Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu (2015) ilə və bir sıra medallarla təltif 
edilmişdir. O, iki dəfə Azərbaycanın Dövlət mükafatına (1982, 1991), “Azərbaycan SSR-in Əməkdar 
Mühəndisi” (1964) və “Azərbaycanın Əməkdar Mühəndisi” (2005), “SSRİ neftçıxarma sənayesi əlaçısı” 
(1967),  “SSRİ-nin Fəxri neftçisi”  (1970), “Yer təkinin Fəxri kəşfiyyatçısı” (1965,1985), “Yatağı birinci 
kəşf edən” (1988) fəxri adlarına, Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının “Qızıl Ulduz 
Medalı”na, “İlin alimi” (2008) və “Türk Dünyasının Fəxri Alimi” (2011) adlarına, Avropa Təbiət Elmləri 
Akademiyasının  “Taclı  Orden”inə  (2014),  Rusiya  Təbiət  Elmləri  Akademiyasının  “Elm  və  incəsənət 
cəngavəri” fəxri adı və medalına, həmin Akademiyanın  “Akademik Azad Mirzəcanzadə adına Gümüş 
Medalı”na (2015), bir sıra digər mükafatlara layiq görülmüş, neft hasilatında  nanotexnologiyaların 
inkişafı və tətbiqinə görə 2010-cu ildə SOCAR-ın bir qrup mütəxəssisi ilə birlikdə YUNESKO-nun xüsusi 
medalı (2010) ilə təltif olunmuş, adı bu beynəlxalq təşkilatın ensiklopediyasına daxil edilmişdir.
2016-cı  ildə  Azərbaycan  Dövlət  Neft  və  Sənaye  Universiteti  geoloji-kəşfiyyat  fakultəsinin  əlaçı 
tələbələri üçün akademik Xoşbəxt Yusifzadə təqaüdü təsis olunmuşdur. 
EMİN MƏMMƏDoV
SUMqAYIT TEXNoLogİYALAR PARKININ BAş DİREKToRU
6 oktyabr 1973-cü ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət Neft Akademiyası 
“Energetika” fakültəsini, 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” 
fakültəsini bitirib. Əmək fəaliyyətinə 1992-ci ildə başlayıb. 1997-ci ildən bank sistemində çalışır. 2009-
cu ildən “Expressbank” ASC-nin İdarə Heyətinin Sədri seçilib.2017-ci ildən isə “Expressbank” ASC-nin 
Müşahidə Şurasının Sədri və,eyni zamanda, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin baş direktoru 
təyin olunub. 
Tofİq qƏHRƏMANoV 
SoCAR-IN STRATEJİ İNKİşAf ÜZRƏ VİTSE-PREZİDENTİ
Qəhrəmanov Tofiq Qəhrəmanov Tofiq Ridvan oğlu 1953-ci ildə Bakı şəhərində anadan olmuşdur. 
1976-cı  ildə  M.Əzizbəyov  adına  Azərbaycan  neft  və  kimya  institutunu  (Azərbaycan  Dövlət  Neft 
Akademiyası)  mühəndis-elektrik  ixtisası  üzrə  bitirmişdir.  1976-1983-cü  illərdə  Vladimir  İliç  adına 
Yeni Bakı Neftayırma Zavodunun (indiki Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) İnformasiya-
hesablama mərkəzində mühəndis vəzifəsində işləmiş, zavodun komsomol komitəsinin katibi olmuşdur. 
1983-1990-cı illərdə keçmiş partiya təşkilatlarında - əvvəlcə Nizami rayon Partiya Komitəsində, sonra 
Bakı şəhər Partiya Komitəsində təlimatçı vəzifələrində çalışmışdır. 1990-1991-ci illərdə Vladimir İliç 
adına Yeni - Bakı Neftayırma Zavodunda direktor müavini, 1991-1993-cü illərdə zavodun təsis etdiyi 
“Azinteroil” Birgə Müəssisəsinin Baş direktoru işləmiş, 1994-1998-ci illərdə isə özəl bizneslə məşğul 
olmuşdur.  1998-2006-ci  illərdə  “Azərneftyanacaq”  İB-də  texniki-iqtisadi  şöbənin,  Heydər  Əliyev 
adına Bakı Neft Emalı Zavodunda iqtisadi əməliyyatlar və investisiyalar şöbəsinin rəisi vəzifələrində 
çalışmışdır. 2006-2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Emalın strateji inkişafı 
şöbəsinin  rəisi,  2007-2010-cu  illər  ərzində  isə  Marketinq  və  İqtisadi  Əməliyyatlar  İdarəsinin  rəisi 
olmuşdur. 2010-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Strateji inkişaf üzrə vitse-


Yüklə 16,84 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə