Azərbaycan respublikasi prezidentiNİN



Yüklə 16,84 Mb.
Pdf görüntüsü
səhifə12/37
tarix20.09.2018
ölçüsü16,84 Mb.
#70020
1   ...   8   9   10   11   12   13   14   15   ...   37



45


  
İştirakçıların Siyahısı
 
46
1 NEWS İNfoRMASİYA AgENTLİYİ MMC
B.Səfəroğlu küç., 133, Sat Plaza, 12-ci mərt.
Bakı, AZ1009, Azərbaycan
Tel.: 
+994 12 4970073
Faks: 
+994 12 5963026
E-mail:  office@1news.az
www.1news.az
2007-ci ildə qurulan ‘ The First News” İnformasiya Agentliyi və 
onun veb səhifəsi www.1news.az indi Azərbaycanda və Cənubi 
Qafqaz regionunda ən məşhur xəbər mənbələrindən biridir.
Bizim  gündəlik  unikal  istifadəçi  auditoriyamız  10.000  nəfər 
civarındadı (Google Analytics görə) və bizim sosial şəbəkələrdəki 
Aktiv istifadəçilərin (yəni Facebook və Twitter) sayı 25,000 nəfər 
civarında (www.fb.com/1news.az və @ www_1news_az) təşkil 
edir.
Biz ən mühüm yerli və qlobal məsələlər üzrə faktiki və operativ 
məlumat vermək üçün bayram günləri də daxil olmaqla 24 saat 
fəaliyyət göstəririk.
Baş redaktor - Rahman Hacıyev - Bakı Dövlət Universitetinin 
beynəlxalq münasibətlər fakültəsinin Magistr dərəcəsi sahibidir 
və  ictimai  əlaqələr,  o  cümlədən,  iqtisadiyyatın  müxtəlif 
sahələrində böyük iş təcrübəsinə malikdir.
Biz rəsmi informasiya agentliyi kimi Ədliyyə Nazirliyi və Vergilər 
Nazirliyində qeydiyyatdan keçmişik (sənədlərin surətləri yalniz 
icazə ilə yayımlana bilər).
ABS
Baku Port
Nizami küç. 69 “ISR Plaza” 9-cu mərt.
Bakı, AZ1005, Azərbaycan
Tel.: 
+99412 493 36 01
Faks:   +99412 493 35 97
Email:  ABSBaku@eagle.org
www.eagle.org
Dənizçilik  və  “ofşor”  sənayeləri  üçün  təsnifat  və  texniki 
konsultasiya  xidmətlərinin  aparıcı  qlobal  təchizatçısı  kimi, 
“ABS”  şirkəti  layihələndirmə,  tikinti  və  istismar  sahəsində 
texniki  təhlükəsizlik  və  mükəmməllik  standartlarını  (etalon 
olaraq) müəyyən etmək əzmindədir. Əsas diqqətini qabaqcıl 
texnologiyalar  və  rəqəmsal  həll  variantlarının  təhlükəsiz  və 
praktiki  tətbiqinə  yönəltmiş  “ABS”  şirkəti  dənizdə  yerləşən 
obyektlər  üzrə  dəqiq  və  münasib  qiymətli  uyğunluq 
prinsiplərinin hazırlanması ilə məşğuldur.
ACE gRoUP CoNSULTANTS MMC
Xətai rayonu, Nobel pr., 15
Azure Biznes Mərkəzi, 7-ci mərtəbə,
Bakı, AZ1025, Azərbaycan
Tel.: 
+994 12 4886832
Faks: 
+994 12 4886791
E-mail:  office@aceconsultants.az
www.aceconsultants.az
ACE Group Consultants neft və qaz sektoru şirkətlərini Biznes 
Konsaltinq,  Əmək  münasibətləri/HR  Autsorsinq  və  Layihə 
İdarəolunması sahəsində yüksək keyfiyyətli xidmətlərlə təmin 
edən konsaltinq şirkətidir. Xidmətlər beynəlxalq standartlara və 
yerli qanunvericiliyə uyğun olaraq göstərilir.
APA HoLDINg
Nəcəfqulu Rəfiyev küç., məhəllə, 11/45
Bakı, AZ1025, Azərbaycan
Tel.: 
+994 12 4883542/43/44
Mob.:  +994 50 3975047
Faks: 
+994 12 4883579
E-mail:  info@apaholding.az
 
nazilya.u@mail.ru
www.apaholding.az
“APA  Holding”  MMC  bir  neçə  media  strukturu  və  struktur 
törəmələrinin birləşməsindən təşkil olunmuş qurumdur.
Holdinqə  “Azəri-Press”  İnformasiya  Agentliyi  (APA)  MMC, 
“Lent.az”  İnformasiya  Agentliyi  MMC,  “Vesti.az”  İnformasiya 
Agentliyi  MMC,  “APASport.az”  İnformasiya  Agentliyi  MMC 
və  “APA  SERVİS”  MMC-lər  daxildir.  “APA  Servis”  MMC-nin 
tərkibində APA TV internet televiziyası, “Lent.az” İnformasiya 
Agentliyi MMC-nin tərkibində “Kulis.az” və “Ailəm.az” törəmə 
strukturları fəaliyyət göstərir.
Holdinqin  əsas  fəaliyyət  istiqamətləri  informasiya,  reklam, 
rabitə,  internet  və  provayder  xidmətlərinin  göstərilməsidir. 
Qurum Azərbaycanda ilk xəbər şirkəti kimi öz brendlərini və 
əmtəə nişanlarını Standartlaşma, Metrologiya və Patent üzrə 
Dövlət Komitəsində sertifikatlaşdırıb və müvafiq patentlər alıb.
Şirkət “Global Certification Limited” 
agentliyinin keyfiyyət və idarəetmə sertifikatına sahibdir. 
ATLAS CoPCo 
Tel.: 
+90 216 5810581
Faks: 
+90 216 5810582
E-mail:  altan.kacar@tr.atlascopco.com
www.atlascopco.com
Atlas  Copco  davamlı  məhsuldarlığı  təmin  edən  məhsul  və 
xidmətləri  üzrə  dünya  lideri  mövqeyinə  sahib  olan  sənaye 
qrupudur.  Müştərilərimiz    kompressor  texnikası,  sənaye 
texnikası,  qaz  və  neft  kompressorları  və  hava  quruducuları, 
hava və qazların təmizləyici avadanlıqları və hava ilə idarəetmə 
sistemlərini neft-qaz sənayesi və istehsalat sahələrinə təqdim 
edir.  Biz  180-dən  artıq  ölkədə  güclü  bir  bazara  sahibik. 
Dünyanın  90-dan  çox  ölkəsində  müştərilərə,  tam  məxsusi 
müştəri  xidmətləri  mərkəzləri    tərəfindən  xidmət  göstərilir. 
Atlas Copco satış və satış sonrası xidmətlərini təqdim etmək 
üçün Azərbaycanda da fəaliyyət göstərməkdədir.




• 
İştirakçıların Siyahısı
  
49
AZƏRBAYCAN NEfT TƏSƏRRÜfATI AYLIq 
ELMİ-TEXNİKİ VƏ İSTEHSALAT JURNALI
H.Zərdabi küç., 88a
Bakı, AZ1012, Azərbaycan
Tel.: 
+994 12 5211548
Faks: 
+994 12 5211548
E-mail:  office.aoi@socar.az
www.ant.socar.az
1898-ci  ildə  Neft  Sənayeçiləri  Qurultaylarının  daimi  rəhbər 
orqanı olan Bakı Neft Sənayeçiləri Qurultayları Şurası özünün 
nəşrini – «Neftyanoe Delo» qəzet-jurnalını təsis etdi. Mətbu 
orqanın ilk sayı rus dilində 1899-cu ilin 10 yanvarında işıq üzü 
gördü.  Bununla  jurnal  nəinki  Bakıda,  bütövlükdə  dünyada 
neft  sənayesinin  nailiyyətləri  və  problemlərinin  hərtərəfli 
işıqlandırılmasında  əvəzsiz  rol  oynayan  ilk  sahə  mətbu 
orqanlarından  birinə  çevrildi.  Junnal  Azərbaycanda  Sovet 
höküməti qurulana kimi ayda 2 dəfə dərc olunurdu.
1920-ci  ilin  may  ayında  Azərbaycan  SSR  Xalq  Təsərrüfatı 
Şurasının  sərəncamı  ilə  «Neftyanoe  Delo»  jurnalının  adı 
dəyişdirilərək «Azərbaycan neft təsərrüfatı» (ANT) adı altında 
işıq üzü görmüşdür.
Bu gün jurnalda 3 dildə materiallar dərc olunur: azərbaycan, 
rus və ingilis.
Sahə  üzrə  ən  qocaman  mətbu  orqan  olan  bu  jurnal  böyük 
nüfuz  qazanaraq,  nəinki  respublikamızda,  eləcə  də  onun 
hüdudlarından çox-çox uzaqlarda aktual, yüksək peşəkarlıqlı 
elmi-texniki və istehsalat informasiya mənbəyi kimi tanınmışdır. 
Fəaliyyətinin  bütün  dövrü  ərzində  jurnal  öz  səhifələrində 
olduqca sanballı materiallar toplamış, özünəməxsus kiçik bir 
ensiklopediya rolunu oynamışdır.
Neft  sənayesi  sahəsində  texniki  tərəqqinin  çoxsaylı  başlıca 
prioritetlərini  əks  etdirən  materialların  dərc  olunması  məhz 
ANT jurnalına məxsusdur.
Jurnalın  müəllif  kollektivini  neft  sənayesi  və  ona  yaxın 
sahələrdə öz intelektual potensialını sərf edən milli və xarici 
mütəxəssislər,  mühəndis  və  alimlər  təşkil  edir.  Jurnal  neft 
sahəsi üçün çoxsaylı, tanınmış, yüksək ixtisaslı kadrlar nəslinin 
yetişdirilməsində böyük rol oynayır. Jurnalın fəaliyyəti dövründə 
onun  səhifələrində  çox  tanınmış  alimlər,  mütəxəssislər  və 
istehsalat  rəhbərlərinin  elmi-texniki  məqalələri  dərc 
olunmuş və bu gün də olunmaqdadır. Bunlar L.S.Leybenzon, 
D.V.Qolubyatnikov,  M.F.Mircink,  M.V.Barinov,  I.M.Qubkin, 
M.V.Abramoviç, A.C.Əmirov, I.M.Əsədov, T.A.Tahirov, V.Q.Şuxov, 
Y.H.Məmmədəliyev,  S.A.Vəzirov,  V.N.Selkacev,  A.Asan-Nuri, 
E.İ.Tağıyev, P.Sumilov, M.T.Qusman, Ə.Ə.Əlizadə, V.F.Neqreyev, 
Ə.Ə.Yaqubov, S.M.Quliyev, R.İ.Şisenko, S.Y.Litvinov, İ.Q.Yesman, 
AX.Mirzəcanzadə,  M.A.Abbasov,  A.A.Əlizadə,  X.B.Yusifzadə, 
A.Q.Əliyev,  R.S.Qurbanov,  F.İ.Səmədova,  İ.S.Quliyev, 
Z.H.Kərimov, A.M.Xasayev, Z.M.Əhmədov və başqalarını qeyd 
etmək olar. Bütün dövr ərzində jurnala milli neft sənayesinin 
fəxri  sayılan  baş  redaktorların  böyük  bir  pleyadası  rəhbərlik 
etmişdir.  Bunlardan  İ.M.Əsədovu,  Ə.C.Əmirovu,  M.K.Seyid-
Rzanı, A.X.Mirzəcanzadəni və b. göstərmək lazımdır. Müxtəlif 
vaxtlarda  akademiklərdən  İ.M.Qubkin,  Y.H.Məmmədəliyev 
redaksiya heyətinin üzvləri olmuşlar. Bu gün jurnal fəaliyyətini 
davam  etdirməklə  nəinki  oxucuların  sayının  artırılmasına, 
habelə səhifələrində öz yaradıcı əməyi və elmi axtarışları ilə neft 
sənayesinin  aktual  məsələlərinin  həllinə  köməklik  göstərən, 
yeni-yeni milli və xarici müəlliflərin çıxış etməsinə ümid bəsləyir. 
Redaksiyanın kollektivi, Baş redaktor, akademik İbrahim Səid 
oğlu Quliyevin rəhbərliyi və neft sənayesinin aparıcı alim və 
mütəxəssislərindən ibarət redaksiya heyəti ilə birlikdə jurnalın 
elmi-texniki səviyyəsini, istiqamətini bundan sonra da qoruyub 
saxlamaq və daha da inkişaf etdirmək üçün müəllif aktivi ilə 
böyük  və  səmərəli  iş  aparır.  Elmi-praktiki  maraq  kəsb  edən 
və  jurnalın  fəaliyyət  sahəsinə  uyğun  gələn  məqalələri  dərc 
etmək üçün biz həmişə hazırıq. Jurnal Azərbaycan Respublikası 
Dövlət Neft Şirkətinin bütun  müəssisə və təşkilatlarına, sahə 
elmi-tədqiqat və layihə institutlarına, ali məktəblərə, müştərək 
müəssisələrə, xarici şirkət və firmalara, eləcə də xarici ölkələrə 
abunə yazılışı yolu ilə, eləcə də İnternet vasitəsilə yayımlanır.
Dəstək 
AZƏRBAYCAN RESPUBLİKASI ENERgETİKA 
NAZİRLİYİ
Heydər Əliyev pr., 152, “Çinar Plaza” İş Mərkəzi
Tel.: 
+994 12 598 16 53/54
Faks: 
+994 12 598 16 78
www.mie.gov.az
Dəstək / Sponsor
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT 
NEfT şİRKƏTİ (SoCAR)
Heydər Əliyev pr., 121
Bakı, AZ1029, Azərbaycan
Tel.: 
+994 12 5210282
Faks: 
+994 12 5210383
E-mail:  socar1@socar.az
www.socar.az
Azərbaycan  Respublikasının  Dövlət  Neft  Şirkəti  (SOCAR) 
dünyada tanınmış iri və regionun ən böyük neft şirkətlərindən 
biridir. 
Missiyası  Azərbaycan  Respublikasının  yanacaq-enerji 
təhlükəsizliyini  və  neft-qaz,  neft-kimya  sənayesinin  inkişafı 
üzrə strateji maraqları təmin etmək, qabaqcıl və ekoloji təmiz 
texnologiyalardan istifadə edərək Azərbaycanın elmi-texniki, 
iqtisadi və intellektual potensialının artırılmasına dəstək olmaq, 
regional  və  beynəlxalq  enerji  layihələrində  həlledici  mövqe 
tutmaq,  karbohidrogen  ehtiyatlarının  və  emal  məhsullarının 
daxili  və  xarici  bazarlarında  satışından  maksimal  mənfəət 
əldə  etməkdir.  Şirkət  Azərbaycan  ərazisindəki  neft  və  qaz 
yataqlarının  axtarışı,  kəşfiyyatı  və  işlənməsi,  neftin,  qazın  və 
qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya 
məhsullarının, qazın  daxili və  xarici bazarlarda  satışı,  habelə 
ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə 
məşğul olur. 
Strukturuna Şirkətin Şurası, Baş ofisi, nümayəndəliklər, hüquqi 
şəxs statusuna malik olmayan təşkilatlar, Ortaq Neft şirkətləri, 
Şirkət tərəfindən yaradılan təsisatlar və 22 müəssisə daxildir.


Yüklə 16,84 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə