Azərbaycan respublikasi prezidentiNİN



Yüklə 16,84 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix20.09.2018
ölçüsü16,84 Mb.
#70020
1   2   3   4   5   6   7   8   9   ...   37

`
    
  •  
Məruzəçilərin Tərcümeyi-halları 
31
texniki  nümayəndə  heyətinin  rəhbəri  vəzifəsini  tutur.  O,  İqlim  Dəyişikliyi  üzrə  Birləşmiş  Millətlər 
Təşkilatı Çərçivə Konvensiyasında (UNFCCC) 77-lər və Çin Qrupunun rəhbəri vəzifəsini icra edib və 3 
dəfə Tərəflər Konfransının Vitse-prezidenti seçilib.
YURİ P. SENTYURİN 
qAZ İXRAC EDƏN ÖLKƏLƏR foRUMUNUN (gECf) BAş KATİBİ 
Yuri P. Sentyurin Qaz İxrac Edən Ölkələr Forumunun (“GECF”) Baş katibidir və bu vəzifəyə 1 yanvar 
2018-ci  il  tarixində  təyinat  alıb.  “GECF”  Forumuna  qoşulmazdan  əvvəl,  o,  Rusiya  Federasiyasının 
Dövlət katibi və energetika nazirinin müavini, dövlət katibi, təhsil və elm nazirinin müavini, Dövlət 
Dumasının Enerji, Nəqliyyat və Kommunikasiya Komitəsinin sədr müavini, Nijeqorodsk rayonunda 
qubernatorun Birinci müavini və Anti-inhisar Siyasəti və Biznesə Dəstək Nazirliyinin departament 
rəhbəri vəzifələrində çalışıb.  
Dr.  Sentyurin  həmçinin  Rusiya  Federasiyası  ilə  Boliviya,  Əfqanıstan  və  Konqo  arasında  bir  sıra 
hökumətlərarası  komissiyaların  həmsədri  və  Hindistan,  Pakistan,  Sinqapur,  Braziliya,  Venesuela, 
Vyetnam, Kuba, Suriya və Cənubi Afrika ilə neft-qaz sahəsində əməkdaşlıq barədə Baş müzakirəçi 
olub. 
Bir sıra mükafatların, o cümlədən Rusiya Federasiyası Prezidentinin Fəxri Təşəkkürnaməsinin laureatı 
olan Dr. Sentyurin rus, fransız və fars dillərini bilir, politologiya üzrə fəlsəfə doktorudur və hüquq 
ixtisası üzrə magistr elmi dərəcəsi alıb. Həmçinin Dr. Sentyurin iqtisadiyyat ixtisası üzrə magistr elmi 
dərəcəsinə də malikdir.  
RÖVNƏq ABDULLAYEV
SoCAR-IN PREZİDENTİ
Rövnəq İbrahim oğlu Abdullayev 1965-ci il aprel ayının 3-də Naxçıvan şəhərində anadan olmuşdur. 
1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. 1983-1985-ci illərdə ordu 
sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1985-ci ildə köçürmə yolu ilə V.V. Kuybışev adına Moskva 
İnşaat Mühəndisləri İnstitutuna göndərilmiş, 1989-cu ildə həmin institutu bitirərək “Neft Daşları”nda 
əmək  fəaliyyətinə  başlamışdır.1990-cı  ildən  “28  May”  NQÇİ-də  mühəndis,  1991-1997-ci  illərdə 
“Xəzərdənizneftqazinşaat” Trestində şöbə rəisi, baş mühəndis vəzifələrində çalışmış, 1997-ci ildən 
Trestin müdiri olmuşdur. 2003-cü ildə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru təyin 
edilmişdir.9 dekabr 2005-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidentidir. 14 
mart 2008-ci ildə AFFA-nın (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) prezidenti seçilmişdir.2005-
ci ildə üçüncü çağırış, 2010-cu ildə dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı 
seçilmişdir. 
Ailəlidir. Bir oğlu, bir qızı var.
qƏRİ CoUNZ 
BP-NİN AZƏRBAYCAN, gÜRCÜSTAN VƏ TÜRKİYƏ ÜZRƏ REgİoNAL PREZİDENTİ
Qəri Counz 30 ildən artıq iş təcrübəsi olan özünü təsdiq etmiş bir biznes rəhbəridir. 
Qəri hazırda BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidentidir və bu vəzifədə BP-
nin bu regiondakı bütün apstrim biznesinə rəhbərlik edir.
Qəri BP-yə 1981-ci ildə gəlib və indiyədək şirkətin qazma, əməliyyatlar və layihələr üzrə bir çox rəhbər 
vəzifələrində çalışıb. 
BP-də işləməyə başladığı ilk illərdə Qəri qazma və quyular üzrə bir sıra mühəndis və texniki vəzifələrdə 
çalışıb,  o  cümlədən  Meksika  Körfəzində  dərinsulu  əməliyyatlarda,  Şimal  dənizində,  həmçinin  Çin, 
Niderland və Afrikada çoxsaylı qazma əməliyyatlarında fəaliyyət göstərib.
Onun çalışdığı əsas rəhbər vəzifələrə BP-nin İraqdakı əməliyyatlarına Rumeyla yatağı üzrə baş icraçı 
menecer/əməliyyatlar üzrə vitse-prezident kimi başçılıq etmək, Rusiyada  Verxneçonskoye yatağı üzrə 
layihə direktoru/prezident kimi əsas rəhbər vəzifə və BP-nin Şimal dənizindəki bizneslərində bir çox 
yüksək  rəhbər vəzifələr daxildir.
Qəri Counz Birminqem Universitetinin məzunudur və kimya mühəndisliyi üzrə ixtisas dərəcəsi var. 
Evlidir, iki oğlu var


   
 
Məruzəçilərin Tərcümeyi-halları
  • 
   
 
32
TİM DoDSoN 
“STAToİL” şİRKƏTİNİN KƏşfİYYAT İşLƏRİ ÜZRƏ İCRAçI VİTSE-PREZİDENTİ
Böyük Britaniya vətəndaşı olan Tim Dodsonun “Statoilda” keçirdiyi 33 il daxil olmaqla 38 illik sənaye 
təcrübəsi var. O, Böyük Britaniya Kil universitetinin geologiya sahəsində bakalavr dərəcəsini tutur. 
Tim Dodson neft və qaz sənayesində öz karyerasını 1980-ci ildə neft-qaz servis şirkətində başlayıb, 
sonrakı 5 il ərzində Cənubi Amerika və Orta Şərq ölkələrində işləmişdir. O, Statoil şirkətinin Norveçdəki 
Kəşfiyyat  və  İstehsalat    bölməsinə  1985-ci  ildə  qoşulmuşdur.  İstehsalat  və  texnologiya,  kəşfiyyat 
və insan resursları sahələrində müxtəlif rəhbər vəzifələri tutmuşdur. 2004-2008 müddət ərzində o, 
Norveçdə Kəşfiyyat üzrə Birinci Vitse Prezident vəzifəsini daşıyıb və 2008-ci ildə Statoil şirkətinin 
beynəlxalq əməliyyatlar bölməsinin Dünya Kəşfiyyat işləri üzrə Birinci Vitse Prezident vəzifəsinə təyin 
olunmuşdur. 1 yanvar 2011-ci ildən Tim Dodson Kəşfiyyat üzrə iş bölməsinə İcraçı Vitse Prezident 
vəzifəsində  başçılıq edir. 
STEfANo CAo 
SAIPEM S.P.A şİRKƏTİNİN BAş İCRAçI DİREKToRU
Stefano Cao (İtaliya) enerji və infrastruktur sektorunda zəngin təcrübəsi olan mühəndis və biznesin 
idarə edilməsi üzrə baş icraçı direktordur.
O, 2015-ci ilin aprel ayından etibarən uzaq ərazilərdə və dərin sularda neft-qaz sektoru ilə əlaqədar 
fəaliyyətlərə daha yaxından cəlb olunan və mühəndislik, tikinti və qazma sahəsində ixtisaslaşan dünya 
üzrə aparıcı “Saipem  S.p.A.” şirkətinin Baş direktoru vəzifəsini icra edir.
S. Cao Romada yerləşən “La Sapienza” Universitetinin mexaniki mühəndislik fakültəsini bitirdikdən 
sonra 1976-cı ildə “Eni” şirkətlər qrupuna daxil olan “Saipem S.p.A.” şirkətində işə başlayıb və icraçı 
sədr  vəzifəsinə  qədər  yüksəldiyi  bu  şirkəti  2000-ci  ildə  tərk  edərək  2008-ci  ilə  qədər  “Eni  S.p.A.” 
şirkətində Kəşfiyyat və Hasilat Bölməsinin Baş əməliyyat direktoru vəzifəsində çalışıb.
S. Cao 2009-cu ilin fevral ayından 2012-ci ilin iyun ayına qədər “Edizione Holding”, “Goldman Sachs 
Infrastructure  Partners”,  “Mediobanca”  və  “GIC”  şirkətləri  arasında  birgə  müəssisənin  yaradılması 
nəticəsində təsis edilmiş, infrastruktur sektorunda holdinq şirkəti olan “Sintonia SA” şirkətinin İcraedici 
direktoru və baş direktoru olub.
O, öz karyerası ərzində həmçinin “Eni” Korporativ Universitetinin sədri, “Assomineraria” Assosiasiyasının 
sədri, “Telecom Italia S.p.A.”, “Aeroporti di Roma (ADR) S.p.A.” və “Autostrade per l’Italia (ASPI) S.p.A.” 
şirkətlərinin İdarə heyətinin üzvü, “A2A S.p.A.” şirkətinin idarəedici orqanının üzvü və “Petrofac Ltd.” 
Şirkətinin qeyri-icraçı direktoru vəzifələrini tutub.
ELşAD NƏSİRoV
SoCAR-IN SƏRMAYƏLƏR VƏ MARKETİNq ÜZRƏ VİTSE-PREZİDENTİ
Nəsirov Elşad Mustafa oğlu 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur.1982-ci ildə Moskva Dövlət 
Beynəlxalq Əlaqələr İnstitutunu bitirmişdir. 1981-1982-ci illərdə SSRİ-nin Əfqanıstandakı səfirliyində, 
1982-1985-ci  illərdə  SSRİ  Elmlər  Akademiyasının  Şərqşünaslıq  İnstitutunda,  1985-1989-cu  illərdə 
SSRİ  Xarici  İşlər  Nazirliyində  müxtəlif  vəzifələrdə  çalışmışdır.  1989-1992-ci  illər  ərzində  SSRİ-nin 
Hindistandakı səfirliyində işləmişdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra 1992-1995-ci illər 
ərzində Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyində çalışmış, 1995-1997-ci 
illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi aparatında şöbə müdiri vəzifəsinə irəli çəkilmişdir. 
1997-2003-cü  illərdə  Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkətinin  Xarici  İqtisadi  Əməliyyatlar 
İdarəsinin,  2003-2005-ci  illərdə  isə  Marketinq  və  İqtisadi  Əməliyyatlar  İdarəsinin  rəisi  vəzifəsində 
işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan 
Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti vəzifəsinə təyin 
olunmuşdu. 2003-cü ildən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir. 2010-
cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdi. Rus, ingilis, fars, hind 
dillərini bilir. 
Yeni Azərbaycan Partiyasının üzvüdür.


Yüklə 16,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə