Azərbaycan respublikasi prezidentiNİN



Yüklə 16,84 Mb.
Pdf görüntüsü
səhifə10/37
tarix20.09.2018
ölçüsü16,84 Mb.
#70020
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

`
    
  •  
Məruzəçilərin Tərcümeyi-halları 
39
MELİH HAN BİLgİN
TÜRKİYE PETRoLLERİ şİRKƏTİNİN İDARƏ HEYƏTİNİN SƏDRİ VƏ BAş DİREKToRU
İTU Aviasiya Mühəndisliyi  Bölümünü bitirdikdən sonra, uzun illər özəl sektorda rəhbər vəzifələrdə 
çalışmışdır ve son olaraq CNK Havacılık şirkətində Baş Direktor vəzifəsində çalışmışdır.
21.09.2017 tarixində Türkiye Petrolleri şirkətinin İdarə Heyətinin Sədri və Baş Direktor vəzifəsinə təyin 
edillmışdir.
Yüksək səviyyədə İngiliscə bilir, evlidir və iki uşaq atasıdır.
BERNARD KLEMENT
ToTAL  şİRKƏTİNİN  KƏşfİYYAT  VƏ  HASİLAT  BÖLMƏSİNİN  AVRoPA  VƏ  XƏZƏR 
REgİoNU ÜZRƏ VİTSE-PREZİDENTİ
Bernard Klement (Bernard  CLEMENT),  59 yaş, Parisin Politexnik  İnstitutunu və Fransa Neft İnstitutunu 
(“Ecole Nationale Supérieure du Pétrole et des Moteurs”) geofizika ixtisas üzrə bitirib. O, 1983-cü 
ildə “Total” şirkətlər qrupunun Kəşfiyyat bölməsindəki Tədqiqat və İnkişaf departamentində layihə 
rəhbəri  kimi  fəaliyyətə  başlayıb.  O,  daha  sonra  şirkətlər  qrupunun  Strateji  planlaşdırma  və  Təbii 
qaz bölmələrində (ardıcıl vəzifələrdə) işləyərək karbohidrogenlərin  daşınması və saxlanması  işinin 
təkmilləşdirilməsinə  görə cavabdeh olmuşdur. O, 1996-cı ildə şirkətin Afrika filialında Konqo üzrə 
Vitse-prezident  vəzifəsinə  keçirilmişdir.  B.  Klement  2000-ci  ildə  “Total  E&P  Thailand”  şirkətinin 
prezidenti və Baş direktoru təyin edilmişdir. 2003-cü ildə isə Orta Şərq regionu (Yəmən, Suriya və 
Oman) üzrə cavabdeh Vitse-prezident olmuşdur. O,
2010-cu ildə Qaz və Enerji bölməsində qaz infrastrukturları, texnologiya, eləcə də Tədqiqat və İnkişafa 
cavabdeh olan Birinci vitse-prezident təyin edilmişdir. B. Klement 2012-ci ildə “Total” şirkətinin Yeni 
Enerji bölməsinin biznes və əməliyyatlar üzrə Birinci vitse-prezidenti olmuşdur. O, 2011-2016-cı illərdə 
“NASDAQ” fond birjasında qeydiyyatdan  keçmiş, 60%-ni “Total” şirkətinə məxsus olan “SunPower ” 
şirkətinin İdarə heyətinin üzvü olmuşdur. O, 2017-ci ilin yanvar ayında “Total” şirkətinin Kəşfiyyat və 
Hasilat bölməsinin Avropa və Xəzər regionları üzrə Vitse-prezidenti təyin edilmişdir.
ƏfqAN İSAYEV
“CƏNUB qAZ DƏHLİZİ” qSC-NİN BAş DİREKToRU
Əfqan Elçin oğlu İsayev 3 noyabr 1974-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə 
ABŞ-ın Nyu Cersi ştatında yerləşən Rutgers Universitetini Maliyyə üzrə bakalavr dərəcəsi, İqtisadiyyat 
üzrə bakalavr dərəcəsi və Avropa tədqiqatları üzrə əlavə dərəcə ilə bitirmişdir. 1998-ci ildə həmin 
universitetin Rutgers Ali Menecment Məktəbini Maliyyə və İdarəetmə ilə bağlı İnformasiya Sistemləri 
üzrə  magistr  dərəcəsi  ilə  bitirmişdir.  1998-2000-ci  illərdə  Əfqan  İsayev  ABŞ-ın  Nyu  York  ştatında 
“American Express International Bank”da Mərkəzi və Şərqi Avropa, habelə MDB bazarları üzrə regional 
maliyyə təhlilçisi vəzifəsində çalışmışdır. 2001-2002-ci illərdə “American Express” şirkətində Strateji 
Alyanslar  Qrupunda  risk-menecer  vəzifəsində  işləmişdir.  2002-2003-cü  illərdə  “American  Express” 
şirkətində İnvestisiya Portfelinin Təhlil Qrupunda menecer vəzifəsində işləmişdir. 2004-2009-cu illərdə 
“Bank of Baku” ASC-də İdarə Heyətinin sədr müavini, 2009-2012-ci illərdə isə Azərbaycan İnvestisiya 
Şirkətinin İcraçı Direktoru vəzifəsini tutmuşdur. 2012-2013-cü illərdə Əfqan İsayev “SOCAR Georgia 
Investments LLC”şirkətində Baş Direktor vəzifəsində çalışmışdır. 2013-cü ildən etibarən o, Azərbaycan 
Respublikası Dövlət Neft Şirkətinin Prezidentinin müşaviri, habelə 2014-cü il tarixindən indiyədək 
“Cənub Qaz Dəhlizi” QSC-nin Baş Direktoru vəzifəsini icra edir.


   
 
Məruzəçilərin Tərcümeyi-halları
  • 
   
 
40
CoN M. RoBERTS 
“METHINKS LTD” şIRKƏTİNDƏ ENERJİ TƏHLÜKƏSİZLİYİ ÜZRƏ MÜTƏXƏSSİS
Con M. Roberts enerji, iqtisadi inkişaf və siyasət sahəsində qarşılıqlı münasibətlər üzrə ixtisaslaşmış 
“Methinks  Ltd”  məsləhət  şirkətinin  baş  partnyorudur.  O,  həmçinin  Vaşinqtonda  Atlantik  Şurasının 
Qlobal Enerji Mərkəzinin Böyük elmi işçisi və BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) təbii 
qaz sahəsində ekspertlər qrupunun üzvüdür.
Hazırda  Con  M.  Roberts  Avropa  enerji  təhlükəsizliyi  məsələlərini,  o  cümlədən  təbii  qazın  bütün 
dünyada  bərpa  olunan  enerji  mənbələri  üzrə  inqilabi  dəyişikliklərə  töhfəsi,  Avropanın  enerji 
təhlükəsizliyində Türkiyənin rolu, Avropaya idxal olunan Rusiya qazı, Avropada yeni təchizat kəmərləri 
və əlaqələndirici kəmərlərin tikintisi, eləcə də Şərqi Aralıq dənizi regionunda yeni qaz mənbələrinin 
enerji təhlükəsizliyinə təsiri məsələlərini araşdırır.
Roberts enerji sahəsində Yaxın Şərq, Rusiya, Xəzər, Türkiyə və kürd enerji təhlükəsizliyi məsələləri 
ilə bağlı Birləşmiş Krallığın parlament komitələrində məruzə ilə çıxış etmiş mötəbər analitikdir. O, 
bir  sıra  mövzularda,  o  cümlədən  Arktik  dənizdə  neft-qaz  hasilatı,  Yaxın  Şərq  regionunda  sosial-
siyasi iğtişaşların təsiri və Xəzər dənizində sərhəd mübahisələri mövzusunda mühazirələr oxuyub. 
Onun kompleks tədqiqatlara son töhfələri arasında Avropanın Cənub Enerji Dəhlizi boyu regional 
enerji  əməkdaşlığı,  redaktorları  Meliha  B.  Altunişık  və  Oktay  F.  Tanrısever  olan  “Cənubi  Qafqaz: 
Təhlükəsizlik, Enerji və Avropalaşma” adlı tədqiqatın 12-ci fəsli (yanvar 2018, “Routledge” nəşriyyatı), 
“Cənub Qaz Dəhlizi”, redaktorları Manfred Hafner və Simon Taqliapiyetra (Simone Tagliapietra) və 
Palqreyv Makmilan (Palgrave Macmillan) olan “Avropanın Qaz Bazarları: Problemlər və İmkanlar” adlı 
tədqiqatın 14-cü fəsli (noyabr 2017) və İranın təbii qaz ixracı perspektivləri və enerji təhlükəsizliyi 
(təqdimat: FLAME, Amsterdam, may 2017) elmi işləri yer alır.
C. Roberts yaxın vaxtlarda Atlantik Şurası üçün “İraqın Kürdüstan regionunda neft-qaz” mövzusunda, 
Avropada birləşdirici qaz kəmərləri və Rusiyanın “Türk axını” boru kəmərinin inkişafı və onun Cənub 
Qaz Dəhlizinin inkişafına təsiri haqqında tədqiqatlarını tamamlayıb.
MİXAİL NoVİKoV 
“EAgE” şİRKƏTİNİN BAş DİREKToRU
Mixail  Novikov  Moskva  Xarici  Dillər  İnstitutunun  məzunudur  və  ixtisası  dilçilik,  etnologiya  və 
sosiologiyadır. O, SSRİ Elmlər Akademiyasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. M. Novikov 
bədii və elmi-texniki ədəbiyyat sahəsində tərcüməçidir və bir neçə dil bilir. O, münaqişələrin qarşısının 
alınması və tədris sahəsində, o cümlədən Amerika universitetlərində, eləcə də ABŞ və Rusiyanın digər 
universitetlərində  pedaqoji  sahədə  böyük  akademik  tədqiqat  və  praktiki  iş  təcrübəsinə  malikdir. 
M.  Novikov  sərgi,  konfrans,  müsabiqə  və  kütləvi  mətbuat  festivallarının  təşkilinə  cəlb  olunub.  O, 
informatika sahəsi üzrə jurnalların naşiri və baş redaktoru olub və biznesin inkişafı departamentlərinə 
və proqram təminatları, o cümlədən təhsil sahəsi üzrə proqram təminatları hazırlama şirkətlərinə 
rəhbərlik  edib.  O,  həmçinin  peşəkar  naşirlər,  proqram  təminatları  və  informasiya  texnologiyaları 
layihələndirənlər assosiasiyalarında fəal iştirak edib. Mixail Novikov 2011-ci ildən etibarən “EAGE” 
şirkətinin Rusiya və MDB ölkələri üzrə regional ofisinə rəhbərlik edir. 
BRƏNT HASEBE
BP AZƏRBAYCAN şİRKƏTİNİN YATAqLARIN İşLƏNMƏSİ ÜZRƏ VİTSE-PREZİDENTİ
 
Cənab Brənt Hasebe BP Azərbaycan şirkətində yataqların işlənməsi üzrə vitse-prezidentdir. O, BP 
şirkətindəki fəaliyyətinə 1997-ci ildə başlayıb və Azərbaycana yataqların işlənməsi üzrə vitse-prezident 
vəzifəsinə təyin olunmazdan əvvəl  Alyaska, Birləşmiş Krallıq, Azərbaycan və Hyustonda əməliyyat, 
mühəndis-layihələndirmə, kommersiya, texniki və biznes sahələrində bir sıra rəhbər vəzifələrdə işləyib. 
Cənab Hasebe Rays Universitetini kimya texnologiyası üzrə bakalavr diplomu ilə bitirib və ikinci ixtisas 
olaraq mühəndis-ekoloqdur.
Hazırkı vəzifəsində cənab Hasebe bütün yataqların idarə olunmasının və işlənməsinin planlaşdırılmasına 
cavabdehdir.


Yüklə 16,84 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə