Azərbaycan respublikasi prezidentiNİN



Yüklə 16,84 Mb.
Pdf görüntüsü
səhifə3/37
tarix20.09.2018
ölçüsü16,84 Mb.
#70020
1   2   3   4   5   6   7   8   9   ...   37

12
Xanımlar və cənablar! Hörmətli qonaqlar!
Sizi  qədim  Odlar  yurdu  Azərbaycanda  səmimi  salamlayır,  25-ci  beynəlxalq 
“Xəzər Neft və Qaz” və 8-ci beynəlxalq “Energetika və Alternativ Enerji” sərgi-
konfraslarının açılışı münasibəti ilə təbrik edirəm.   
Azərbaycan  neftçiləri  dünya  neft  sənayesinin  beşiyi  başında  durmuş,  onun 
inkişafına mühüm töhfələr vermiş, çoxsaylı innovativ yeniliklərə imza atmışlar. 
Bu  gün  də  zəngin  ənənələrimizi  yaşadır,  inkişaf  yolunda  inamla  irəliləyirik. 
Azərbaycanın milli lideri Heydər Əliyevin qalibiyyətli enerji strategiyası ilbəil yeni 
zəfərlər qazanır. Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev 
cənablarının rəhbərliyi ilə uğurla davam etdirilən bu strateji kurs ölkəmizi qlobal 
enerji təhlükəsizliyi sistemində layiqli mövqeyə çıxarmışdır.
1994-cü  ildən  ənənəvi  olaraq  keçirilən  “Xəzər  Neft  və  Qaz”  sərgi-konfransı 
vasitəsilə Azərbaycanın zəngin enerji potensialını dünyaya təqdim etmiş, uğurla 
icra olunan qlobal və regional əhəmiyyətli neft-qaz layihələrinin gedişi haqqında 
beynəlxalq ictimaiyyəti ətraflı məlumatlandırmışdır. Elə buna görədir ki, ötən 25 
ildə sərgi-konfrans həmişə böyük maraq və rezonansa səbəb olmuşdur. 1994-cü 
ildə keçirilmiş 1-ci forumda 12 ölkədən 158 şirkət iştirak edirdisə, bu ilki yubiley 
sərgisində dünyanın 38 ölkədən 311 şirkət təmsil olunur. 
Azərbaycan  son  illərdə  qazandığı  nailiyyətlərlə  həm  etibarlı  neft  təchizatçısı, 
həm  də  zəngin  əlavə  təbii  qaz  mənbəyi  kimi  dünya  ictimaiyyətinin  diqqət 
mərkəzindədir.  Ölkəmizdə  enerji  resurslarının  axtarışı,  hasilatı,  emalı  və 
dünya  bazarına  çıxarılması,  təchizat  marşrutlarının  diversifikasiyası,  regionda  
təhlükəsizliyin təminatı məqsədi ilə həyata keçirilən irimiqyaslı layihələr qlobal 
enerji prosesinin başlıca yenilikləri sırasında əhəmiyyətli yer tutur. 
Cənub Qaz Dəhlizinin reallaşması istiqamətdə uğurla addımlayırıq. Bu il Dəhlizin 
3 önəmli seqmentində istismara başlanılacaq - “Şahdəniz-2” layihəsi üzrə hasil 
olunan  qaz  genişləndirilmiş  Cənubi  Qafqaz  Boru  Kəməri  və  TANAP  vasitəsi 
ilə  Türkiyəyə  nəql  olunacaq.  Cənub  Qaz  Dəhlizi  Azərbaycanın  böyük  təbii 
potensialının daha geniş həcmlərdə reallaşmasına, enerji ehtiyatlarının Avropa 
bazarlarına çıxarılmasına əlverişli imkan yaradacaqdır. SOCAR-ın Azərbaycanda 
Türkiyə,  İsveçrə,  Avstriya,  Gürcüstan,  Ukrayna,  Rumıniya  və  başqa  ölkələrdə 
göstərdiyi uğurlu fəaliyyət tutulan yolun müvəffəqiyyətlə davam edəcəyinə inam 
yaradır. 
Şübhə  yoxdur  ki,  sərgi-konfrans  həmişə  olduğu  kimi  Azərbaycanın  həyata 
keçirdiyi layihələrin miqyas və əhəmiyyətini daha aydın nümayiş etdirəcəkdir. 
Əziz dostlar, dəyərli həmkarlar!  
Sizi bir daha səmimi salamlayır, ən xoş arzularımı bildirir, forumun işinə uğurlar 
arzulayıram! 
Hörmətlə,
Rövnəq Abdullayev, 
SOCAR-ın prezidenti
12


13
Dear Ladies and Gentlemen; 
Dear Guests;
Today I am delighted to welcome you in the Land of Fire, Azerbaijan. I heartily 
congratulate  you  all  on  the  opening  of  the  25th  Anniversary  International 
Caspian Oil & Gas Exhibition and Conference, Caspian Oil & Gas 2018 and the 
8th  Caspian  International  Power  and  Alternative  Energy  Exhibition,  Caspian 
Power 2018.  
As you may well know, Azerbaijani oil workers were among the pioneers of the 
global oil industry; they contributed greatly to its development and introduced 
numerous innovations. Today we continue honouring our rich traditions and 
confidently  marching  down  on  the  path  of  development.  The  oil  strategy 
initiated by the National Leader of Azerbaijan Heydar Aliyev continues to yield 
successful results from year to year. This strategy, which has been pursued under 
the wise guidance of the President of the Republic of Azerbaijan Ilham Aliyev, has 
secured our country a much-deserved spot in the energy security arena. 
Since its inception in 1994, the Caspian Oil & Gas Exhibition and Conference has 
turned into an efficient platform to demonstrate Azerbaijan’s energy potential 
on a global scale; this exhibition and conference have also been instrumental in 
keeping international community well informed about the progress of successful 
oil and gas projects of both global and regional significance. This is the reason 
why this exhibition and conference have garnered so much interest and attention 
over the past 25 years. In 1994, the first forum was attended by 158 companies 
from 12 countries, while the current exhibition welcomes 311companies from 38 
different countries worldwide.
Thanks to its numerous achievements over the past several years, Azerbaijan 
has become a focus for world community as a reliable oil supplier and a rich 
source  of  additional  natural  gas;  the  exploration,  production,  refinement 
and  transportation  of  our  energy  sources  to  global  markets,  as  well  as  the 
diversification  of  supply  routes  and  large-scale  regional  projects  aimed  at 
providing energy security ranks at the top among major innovations of the 
global energy process.
We  have  achieved  many  milestones  in  our  journey  of  implementing  the 
Southern Gas Corridor (SGC) project. This year will see commissioning in three 
important  segments  of  the  Southern  Gas  Corridor;  the  Shah  Deniz  Stage  2 
project will transport natural gas to Turkey via the expanded South Caucasus 
Pipeline and Trans-Anatolian Natural Gas Pipeline (TANAP), and the Southern 
Gas Corridor will enable bigger energy transportation capacity for Azerbaijan 
and create a favourable opportunity to deliver our rich energy resources to 
European markets. The operations of SOCAR in Azerbaijan, Turkey, Switzerland, 
Austria, Georgia, Ukraine, Romania and other countries gives us a confidence 
and assurance in a successful pursuance of our  strategic policy.
I am confident that this exhibition and conference once again will demonstrate 
the extent and importance of the projects implemented by Azerbaijan in a much 
clearer way.
Dear friends, dear colleagues!
Once again, I extend my warmest greetings and wish you and the Forum every 
success!
Sincerely,
Rovnag Abdullayev, 
SOCAR President 


Yüklə 16,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə