Azərbaycan respublikasi prezidentiNİN



Yüklə 16,84 Mb.
Pdf görüntüsü
səhifə13/37
tarix20.09.2018
ölçüsü16,84 Mb.
#70020
1   ...   9   10   11   12   13   14   15   16   ...   37


• 
İştirakçıların Siyahısı
  
51
AZƏRBAYCANDA AMERİKA TİCARƏT 
PALATASI (AMCHAM)
Xaqani küç., 45A, Landmark II, 2-ci mərtəbə
Bakı, AZ1010, Azərbaycan
Tel.: 
+994 12 4971333
Faks: 
+994 12 4971091
E-mail:  chamber@amchamaz.org
www.amchamaz.org
Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) 
ölkədə  işgüzar  əlaqələrin  qurulması  üçün  imkanlar  yaradan 
aparıcı  biznes  assosiasiyasıdır.  1996-cı  ildə  təsis  edilmiş 
AmCham Azərbaycan ölkə iqtisadiyyatının hər bir sektorunda 
fəaliyyət  göstərən  250-dən  artıq  “Regular”  və  “Associate” 
üzv  təşkilatlardan  təşkil  olunmuşdur.  AmCham  Azərbaycan 
Azərbaycandakı bütün xarici sərmayənin 80% -ə yaxın hissəsini 
və yerli sərmayənin böyük bir hissəsini təmsil edir.
AZƏRİ EM-AY DRILLINg fLUIDS MMC
M. Muxtarov küç., 201, Karat Business Mərkəzi, 6-ci mər.
Bakı, AZ1065, Azərbaycan
Tel.: 
+994 12 4974213
 
+994 12 4974219
Faks: 
+994 12 4972221
E-mail:  office@azerimi.co-az.net
«Azəri EM-AY Drillinq Flüids» MMC yüksək səviyyədə xidmət 
göstərməyi, qazma məhlullarının şlamdan təmizlənməsi üzrə 
yüksək texnologiya avadanlığından geniş spektorda istifadəni, 
tullantıların minimuma çatdırılmasını və şlamın laya vurulması 
avadanlığının istifadəsini təklif edirik.
İstismarda və ümumilikdə quyunun təmizlənməsi üçün istifadə 
olunan kimyəvi maddələr, quyunun mexaniki təmizlənməsi və 
qazmada həmçinin quyunun tamamlanmasında tətbiq olunan 
kompleks məhlullar da bizim göstərdiyimiz xidmət növlərinə 
aiddir.
AZƏRTAC
Bülbül pros., 30
Bakı, AZ1000, Azərbaycan
Tel.: 
+994 12 5980281, 4935929, 4986007
Mob.:  +994 50 3510451
 
+994 55 3919910
Faks: 
+994 12 4936265, 5985334
E-mail:  lachin-s@yandex.ru
www.azertag.az
Azərbaycan Dövlət Informasiya Agentliyi (AZƏRTAC) yerli və 
xarici KİV-lər üçün rəsmi dövlət informasiyasının yeganə etibarlı 
mənbəyidir. 1920-ci il martın 1-də yaradılan AZƏRTAC sonralar 
müxtəlif  adlar  altında  fəaliyyət  göstərib.  AZƏRTAC  rəsmi 
məlumatlarla bərabər, fasiləsiz olaraq Azərbaycan, ingilis, rus, 
fransız, alman, ərəb və çin dillərində ictimai-siyasi və iqtisadi 
mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, 
ətraf mühit və s. barədə dəqiq və operativ informasiya yayır. 
AZƏRTAC-ın Video-saytı və Uşaq Bilik Portalı fəaliyyət göstərir.
AZƏRTAC    45  ölkənin  milli  xəbər  agentliyi  ilə  tərəfdaşdır.  
Agentlik  Asiya  və  Sakit  Okean  Ölkələri  Xəbər  Agentlikləri 
Təşkilatının  (OANA),    Avropa  Xəbər  Agentlikləri  Alyansının,  
Dünya Xəbər Agentlikləri Konqresinin üzvüdür, MDB ölkələri 
Milli İnformasiya Agentlikləri Assosiasiyasının, Türkdilli Xəbər 
Agentlikləri Birliyinin, QDİƏT üzvü olan ölkələrin Milli Xəbər 
Agentlikləri Assosiasiyasının  təsisçilərindən biridir. AZƏRTAC-
ın  21  xarici  ölkədə  və  respublikanın  bütün  regionlarında 
müxbir məntəqələri fəaliyyət göstərir. 
BAKUINfoRM.AZ INfo PoRTAL
Zahid Xəlilov, 74/42
Bakı, AZ1141, Azərbaycan
Tel.: 
+994 55 3223552
E-mail:  larabaku@gmail.com
 
ldj@bakuinform.az
www.bakuinform.az
Media, gəzet və jurnallarin nəşr jlunmasi, promosyon maddələr.
BIZNESINfo.AZ
Tələt Şıxəliyev küç., 20, Green Palace
Bakı, AZ1008, Azərbaycan
Tel.: 
+994 12 4920820
 
+994 12 4970820
Faks: 
+994 12 4377131
E-mail:  bi@biznesinfo.az
www.biznesinfo.az
Biznesinfo.az Azərbaycanın aparıcı biznes-portalıdır. Biz ölkənin 
bazarları  və  şirkətləri  haqqında  aktual  və  yeni  məlumatlar 
veririk.
Portalın  auditoriyası  ayda  120.000-dən  çox  ziyarətçidən 
ibarətdir. Onların arasında yüksək və orta səviyyəli menecerlər, 
şirkət rəhbərləri, sahibkarlar və dövlət məmurları var.
Bizim biznes-kataloqda 7.000-dən çox şirkət barədə məlumat 
var. Biz müştərilərimizə korporativ sifarişlərin sayını artırmağa 
və B2B tərəfdaşlığı genişləndirməyə kömək edirik.
BoSToN CoNSULTINg gRoUP (BCg)
Gasheka küç, 6 Ducat Place III
Moskva, 125047, Rusiya  
Tel.: 
+7 499 7553 100
E-mail:  MoscowReceptionTeam@bcg.com
www.bcg.com 
www.bcg.ru
“The  Boston  Consulting  Group”  (“BCG”)  qlobal  idarəetmə 
konsultasiya şirkəti və biznes strategiyası üzrə dünyanın aparıcı 
məsləhətçi müəssisəsidir. Şirkət bütün sektorlarda müştərilərin 
ən dəyərli imkanlarını müəyyən etmək və onların ən mühüm 
problemlərini  həll  etmək  və  bizneslərini  dəyişdirmək  üçün 
onlarla  əməkdaşlıq  edir.  Şirkətin  dünyanın  50-dən  artıq 



• 
İştirakçıların Siyahısı
  
53
ölkəsindən  90-dan  çox  ofisi  var.  “BCG”  şirkəti  1990-cı  ildən 
Rusiyada, 2013-cü ildən etibarən isə Azərbaycanda fəaliyyət 
göstərir. 
Sponsor
BP / AZƏRBAYCAN
Neftçilər prospekti 153, 
Bakı, AZ1010, Azərbaycan
Tel.: 
+994 (0) 12 599 3000
Faks: 
+994 (0) 12 599 3665
www.bp.com/xezer
 
BP Azərbaycan-Gürcüstan-Türkiyə regionunda bir sıra dünya 
səviyyəli layihələrin əməliyyatçısıdır. 
Bu layihələrə Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) neft yatağı, 
Şahdəniz qaz və kondensat yatağı, üç ixrac boru kəməri – Bakı-
Tbilisi-Ceyhan  (neft),  Cənubi  Qafqaz  Boru  Kəməri  (qaz)  və 
Qərb İxrac Boru Kəməri (neft), həmçinin Dayazsulu Abşeron və 
Şəfəq-Asiman geoloji-kəşfiyyat strukturları daxildir.
Hal-hazırda AÇG yatağında altı platformadan neft və Şahdəniz 
yatağında bir platformadan qaz və kondensat hasil olunur. 
Hasil edilən neft və qaz Bakıdan cənubda yerləşən və dünyanın 
ən  böyük  terminallarından  biri  hesab  edilən  Səngəçal 
terminalına  nəql  edilir,  oradan  isə  üç  əsas  ixrac  marşrutu 
vasitəsilə dünya bazarlarına ixrac olunur.
BP-nin  Azərbaycanda  3100  nəfərdən  çox  ixtisaslı  işçisi  var, 
onların  87%-i  Azərbaycan  vətəndaşlarıdır.  Hazırda  şirkətdə 
yüksək vəzifələri tutan işçilərin əksəriyyəti yerli mütəxəssislərdir. 
BRUNEL INTERNATIoNAL 
John M. Keynesplein 33
1066 EP Amsterdam, Hollandiya 
Tel.: 
+7 7122 307752 daxili 250
E-mail:  m.refaie@brunel.net
www.brunel.energy
“Brunel”  beynəlxalq  neft-qaz,  mədənçilik,  mühəndislik  və 
tikinti, istehsal, infrastruktur, təbiət haqqında elmlər, elektro-
kommunikasiya, dənizçilik, neft-kimya, İT, nəqliyyat və bərpa 
olunan enerji sənayelərinə yüksək səviyyəli layihələri təminetmə 
xidmətləri və qlobal qayğı və mobillik üzrə həll variantları təklif 
edən (qlobal miqyaslı) beynəlxalq xidmət şirkətidir.
“Brunel” şirkətinin müştəriləri 6 qitə və 5 regional qovşaqda 
yerləşən 97 ixtisaslaşmış ofisdən ibarət olan geniş beynəlxalq 
şəbəkə  sayəsində  qlobal  miqyasda  mütəxəssis  biliyi  və 
əhəmiyyətli təcrübəsindən faydalana bilirlər.
“Brunel”  şirkətinin  neft-qaz  xidmətləri  kəşfiyyatdan  tikintiyə, 
istismardan  çıxarmaya  qədər  layihənin  bütün  reallaşma 
mərhələlərində dəstəyin verilməsi və istedadlarla təminetməni 
ehtiva edir.
Geniş  ixtisaslaşmış  xidmət  diapazonu  “Brunel”  şirkətindən 
tam dəstək alacaqlarını bilən şirkətin müştərilərinə layihələrin 
mürəkkəb problemlərini əminliklə və peşəkarcasına həll etmək 
imkanı verir.
CALIK ENERJI 
Ak Plaza, Yaşam küç No 7, 16-cı mərtəbə
Söğütözü-Ankara, Türkiyə
Tel.: 
+90 312 207 70 06  
www.calikenerji.com
“Calik Enerji” Türkiyənin yüksək motivasiyalı və sürətlə inkişaf 
edən  enerji  şirkətlərindən  biridir  və  bütün  dünyada  səriştəli 
layihələndirmə, satınalma və tikinti (EPC), eləcə də enerjinin 
istehsalı və distribyusiyası da daxil olmaqla, neft və qazın emalı, 
daşınması və satışı üzrə həll variantları təklif edir.
Şirkət  ən  böyük  layihələrini  mükəmməl  izləmə  qeydləri  ilə 
tamamlayıb və beynəlxalq enerji sektorunda etibarlı tərəfdaş 
kimi tanınır. 
Aydın  və  açıq  şəkildə  bəyan  edilmiş  inkişaf  strategiyalarına 
malik  olan,  yaradıcı  və  proaktiv  işgüzar  yanaşmaya  yüksək 
dəyər verən “Calik Enerji” şirkəti öz tərəfdaş və səhmdarlarına 
əlavə dəyər qazandırmaqla, sabit templə inkişaf etməkdədir.
CASPIAN ENERgY INTERNATIoNAL MEDIA 
gRoUP
C.Cabbarlı küç,. 44, Caspian Plaza 2, 5-ci mərtəbə
Bakı, AZ1065, Azərbaycan
Tel.: 
+994 12 4472187, 4472186
Faks: 
+994 12 4470236
E-mail:  arg@ caspianenergy.net
www.caspianenergy.net
CASPİAN  ENERGY  -  Caspian  Energy  International  Media 
Group (www.caspianenergy.net) beynəlxalq şirkətinin aparıcı 
informasiya-analitik jurnalıdır. 
Caspian European Club (www.caspianenergy.org) informasiya 
dəstəyi ilə 28 may 1999-cu ildən dərc olunur. Jurnal həmçinin 
Xəzər-Qara  dəniz  regionu,  Aİ  və  MDB  ölkələrində  keçirilən 
bütün tematik sərgi və konfranslarda yayılır.
Bütün çap nəşrlər rus və ingilis dillərində 10000 nüsxə ilə dərc 
olunur, Caspian Energy International Media Group abunəçiləri 
və Caspian European Club (CEIBC) üzvləri arasında yayılır.
CASPIAN EURoPEAN CLUB 
C.Cabbarlı küç., 44, Caspian Plaza 2
Bakı, AZ1065, Azərbaycan
Tel.: 
+994 12 4470236/38
Faks: 
+994 12 4470236/38
E-mail:  club@caspianenergy.net
www.caspianenergy.club
Caspian European Club (CEIBC) – Xəzər-Qara dəniz və Baltik 
regionu ölkələri ərazisində öz fəaliyyətini həyata keçirən (və ya 
məqsədi olan) dünyanın 50 ölkəsindən 5000-dən artıq şirkət 
və təşkilatı öz sıralarında birləşdirən, ən iri və dinamik inkişaf 
edən regional təşkilatdır.
CEIBC  -  Caspian  Energy  International  Media  Group-un  fəal 
iştirakı və Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən iri 
neft-qaz şirkətlərinin dəstəyi ilə 2002-ci ilin iyun ayında təsis 
edilmişdir.  


Yüklə 16,84 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə