Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə16/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   12   13   14   15   16   17   18   19   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

Əşyalar və oyuncaqlarla didaktik oyun~məşğələlər 
Oyunun bu növü erkən yaşdan uşaqlann əşyalarla oyun 
fəaliyyətinin inkişaf etdirilməsi vəzifələrinə daha çox uyğundur. 
Balacalar əşyalarla hərəkəti mənimsəyir və bununla da 
onun müxtəlif xüsusiyyətlərini dərk etməyə alışırlar. Onlar artıq 
təcrübi olaraq qabanq və yastı əşyalar arasında fərqi başa düşürlər 
(məsələn, kub ilə şarı). 
Didaktik oyuncaqlarla 
oyun-məşğələlər 
sakitlik, 
diqqətlilik, birgəlik, müəyyən müddət ərzində hər hansı eyni işlə 
məşğul olmağı tərbiyə edir, yaşlılan təqlid etməyə alışdırır. Oxşar 
əşyalarla hərəkət adətən uşağın qarşısında əqli- iradi vəzifə 
qoyur. O, nəticə əldə etməyə çalışır. Buna görə də bu prosesin 
icrasına qabaqcadan müəyyən zəruri şərtlər qoyulur, zəmin 
yaradılır. 
Böyüklərin rəhbərliyi 
altında uşaqlann 
didaktik 
oyuncaqlarla oyunun da əldə etdikləri vərdiş və bacarıqlann 
müstəqil oyunlann inkişafında böyük əhəmiyyəti var. Tədricən 
oyun-məşğələlərə sensor xarakterli vəzifələr daxil edilir. 
Obyektin rəngini, forma və ölçüsünü fərqləndirmək öyrədilir. 
Onlar 6 aydan 1 yaşa qədər bir əlaməti öyrənirlərsə (məsələn, 
böyük və kiçik top), yaşyarımdan sonra eyni vaxtda iki əlamətə 
bələdləşə bilirlər. Məsələn, ölçü və rəngi (toplar 
6 7


böyük və kiçikdir, rəngi san və qırmızıdır), forma və ölçünü 
(böyük və kiçik toplar, şarlar) fərqləndirməyi bacanrlar. 
Stolüstü didaktik oyunlar 
Stolüstü didaktik oyunlar erkən yaşlardan nümayiş- 
etdirici təfəkkürə əsaslanır. Bu oyun prosesində uşaqlar praktik 
fəaliyyətdə əşyalarla deyil, onların şəkildəki əkslərini 
mənimsəməklə biliklərini möhkəmləndirirlər. Kiçik uşaqlar cüt 
şəkillər, loto, domino, kubiklər və s. kimi müxtəlif maraqlı 
stolüstü oyunlar təşkil etməyi bacanrlar. 
Məşğələlərdə həll olunan əqli vəzifələr müxtəlifdir: 
əşyalar haqqında məlumatlan möhkəmləndirmək, onlann 
təyinatım müəyyənləşdirmək, əlamətinə görə tanımaq, əşyalar 
arasında qarşılıqlı əlaqəni yaratmaq, hissələrdən tam düzəltmək 
və s. 
Bu oyunlar prosesində uşaqlar şəkillərə «müştəri» gözü ilə 
baxmağı öyrənirlər, tanış əşyalan, onlann yastı əkslərini tapırlar. 
Uşaq 1 yaşdan 1,8 yaşadək tərbiyəçi ilə birlikdə ona yaxşı tanış 
olan oyımcağa (kukla, ayı, it) baxır və onu adlandırmağı öyrənir. 
Sonra tərbiyəçi oyuncağı gizlədir və onun şəkildəki əksini 
göstərir. Şəkildəki oyuncağın adını deyir, əksi aşağı çevirib, 
uşaqdan ayını, iti açıb göstərməyi tələb edir. Şəkillərdəki 
udmanın müxtəlif üsullan (oyuncaqlarla udmanın analoci 
üsullan) oyun-məşğələnin məşğulluğunu təmin edir. Uşaqlar 
artıq hər hansı bir təsviri tanımağa başlayanda tərbiyəçi yeni şəkil 
qoyur. 
Məşğələnin bu növünü daha maraqlı keçirmək üçün 
balacalara şəkilli kubiklər təklif etmək olar. Tərbiyəçi uşağa 
kubikin müxtəlif tərəflərində əks olunmuş iti, pişiyi, ördəyi tapıb 
barmağı ilə göstərməyi tapşınr. Uşaq kubiİd çevirir, baxır, ona 
lazım olam tapır, tanıyanda, adlandıranda sevinir. 
Kublarla məşğələ barmaq hərəkətlərinin məşqi üçün çox 
faydalı olmaqla yanaşı, öz növbəsində həm də nitqin inkişafına 
müsbət təsir göstərir. 
Uşaqlarda oyun-məşğələyə maraq oyatmaq, eləcə də 


əşyalann əlamətləri haqqında dolğun təsəvvür formalaşdırmaq 
məqsədilə onlara müxtəlif didaktik materiallar vasitəsilə eyni 
tapşırığı həll etməyi təklif etmək lazımdır (şan, kubiki, çubuqlan 
rənginə görə yığmaq, müxtəlif sökülən oyuncaqlardan istifadə 
etmək). Bütün bu oyuncaqlar avtodidaktizm (oyuncağın 
xüsusiyyəti onunla fəaliyyət üsulunu öyrədir) prinsipləri əsasında 
qruplaşdınlır. 
Metodik vəsaitlərə uşaqlann erkən yaşlardan təlim və 
tərbiyəsi üzrə müxtəlif növ oyım-məşğələlərin məzmunu salınır. 
Tapşırıqlann tədriclə mürəkkəbləşməsi ardıcıllığı göstərilir. 
Oyuncaqlarla oyun-məşğələlər uşaqlann ətraf aləmlə bələdliyini 
genişləndirir, onlann lüğət ehtiyatını zənginləşdirir, müstəqil 
fəaliyyətinin düzgün istiqamətləndiril- məsinə kömək edir. 
Şifahi didaktik oyunlar 
Uşaqlann nitqinin inkişafında şifahi didaktik oyunlann 
böyük əhəmiyyəti var. Bunlar, adətən, eşitmə diqqətini, nitqin 
səslərini dinləmək bacanğını formalaşdınr, səs birləşmələrini və 
sözləri təkrar etməyi öyrədir. Uşaqlar zəngin xalq yaradıcılığına 
həvəs göstərməyə başlayırlar. Belə oyunlar prosesində qazanılmış 
ifadəli nitq vərdişləri sonralar müstəqil kupletli oyunlarla 
əvəzlənir. 
Səsli didaktik oyunların icrası bu və ya digər səs 
birləşməsinin dəfələrlə təkrarına əsaslanır ki, bu da səs və sözlərin 
düzgün tələffüzü vərdişlərini tədricən cilalayır. 
Nitq tərbiyəsində laylalar, bayatılar, nəğmələr böyük rol 
oynayır. Bunlann yaratdığı rəngarəng nitq mühiti balacalann ana 
dilini daha yaxşı mənimsəməsi prosesini asanlaşdınr. Onlar 
qafiyə və ahəngi hiss edirlər, layla və nəğmələrin, lətifə və 
nağıllann sistematik oxunması ilə onlarda bədii sözə sonsuz 
məhəbbət hissləri aşılanır. 
Tərbiyəçi çalışır ki, uşaqlar diqqətlə dinləsinlər, əşyanı 
dəqiq və düzgün adlandırsınlar, onu səsin gücünə görə təyin edə 
bilsinlər. Məsələn, səs nəyə məxsusdur? Böyük heyvana, 
6 9


yoxsa onun balasına? 
Didaktik oyun prosesində erkən yaşlı uşaqlann qazanmış 
olduqlan dərketmə təcrübəsi əşyaların təyin edilməsi və 
xüsusiyyətləri haqqında biliklərin zənginləşməsinə, ətraf aləm 
haqqında təsəvvürlərin genişlənməsinə müsbət təsir göstərir. 
Şifahi didaktik oyunlarda uşaqlar pedaqoji münasibətdə 
çox qiymətli olan hiss, duyğu və həyəcana, başqasının dərdinə 
şərik olmaq vərdişlərinə yiyələnirlər. 
Əgər təlim prosesində mütəmadi olaraq müxtəlif didaktik 
oyunlardan istifadə edilərsə, uşaqlar, xüsusilə məktəbəqədər 
yaşlılar özləri də belə oyun növləri təşkil etməyə həvəslənirlər. 
Onlar özləri oyunu seçər, oyunun qaydasına və icrasının düzgün 
yerinə yetirilməsinə riayət etməklə oynayan- lann fəaliyyətini 
obyektiv qiymətləndirməyə cəhd göstərərlər. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə