Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix14.10.2017
ölçüsü0,69 Mb.
#4638
1   2   3   4   5   6   7   8   9   ...   26

 

19 


Şagird: 

3.1. Düzgün oxu bacarıqlarını nümayiş etdirir. 

3.1.1. Kiçikhəcmli mətnləri düzgün və sürətli oxuyur. 

3.1.2.Oxuduğu kiçikhəcmli mətnlərin məzmununu danışır. 

3.1.3.Oxuduğu məlumat xarakterli kiçikhəcmli mətnləri lüğət vasitəsilə ana 

dilinə və əksinə tərcümə edir. 

 

4. Yazı 



Şagird: 

4.1. Düzgün yazı bacarıqlarını nümayiş etdirir. 

4.1.1.Öyrəndiyi sözləri və cümlələri düzgün yazır. 

4.1.2. Oxunmuş mətnin məzmununu yazır. 

4.1.3. Kiçikhəcmli mətnlər (açıqca, məktub, inşa) yazır. 



 

V sinif 

V sinfin sonunda şagird:  

 



dinlədiyi mətndəki əsas fikri müəyyənləşdirir; 

 



nitq prosesində danışıq səslərini düzgün tələffüz edir, jest və mimikalardan 

məqsədəuyğun istifadə edir;  

 

deyəcəyi əsas fikri müəyyənləşdirir və mülahizələrini bildirir; 



 

mətndə tanış olmadığı sözlərin mənasını lüğətlərdən istifadə etməklə müəyyən-



ləşdirir, orfoepik qaydalara uyğun oxuyur;   

 



mətndəki əsas fikrə uyğun fakt və hadisələri müəyyənləşdirir; 

 



müxtəlif yazı formalarını (ifadə, inşa,  hekayə) fərqləndirir; 

 



sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına, cümlənin sonunda və 

dialoqlarda durğu işarələri qaydalarına əməl edir;  

 

müxtəlif əməli yazılar (elan, məktub) yazır. 



 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

1. Dinləyib-anlama  

Şagird:  

1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.  

1.1.1. Suallara cavab verir. 




 

20 


1.1.2. Dinlədiyi mətndəki əsas fikri müəyyənləşdirir. 

 

2. Danışma  

Şagird:  

2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir. 

2.1.1. Nitq prosesində sait və samitləri düzgün tələffüz edir.  

2.1.2. Nitq prosesində jest və mimikalardan istifadə edir. 

2.1.3. Müzakirə olunan  mövzu ilə bağlı mülahizələrini bildirir. 

2.1.4. Deyəcəyi əsas fikri müəyyənləşdirir. 

 

3. Oxu  

Şagird:  

3.1. Mətni mənimsədiyini nümayiş etdirir.  

3.1.1. Mətndə tanış olmadığı sözlərin mənasını lüğətlərdən istifadə etməklə 

müəyyənləşdirir. 

3.1.2. Mətndəki sözləri orfoepik qaydalara uyğun oxuyur. 

3.1.3. Mətndəki əsas fikrə uyğun fakt və hadisələri müəyyənləşdirir.  

 

4. Yazı  

Şagird:  

 4.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir. 

4.1.1. Müxtəlif yazı formalarını (ifadə, inşa, hekayə) fərqləndirir. 

4.1.2. Topladığı fakt və məlumatlara əsasən plan tərtib edir. 

4.1.3. Sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına,  cümlənin sonunda 

və  dialoqlarda durğu işarələri qaydalarına əməl edir.  

4.1.4. Müxtəlif əməli yazılar (elan, məktub) yazır. 

 

VI sinif 



 

VI sinfin sonunda şagird:  


 

21 


 

dinlədiyi mətndəki əsas fakt və hadisələri seçir; 



 

nitq prosesində sözləri düzgün vurğu ilə tələffüz edir, nitqində ritm və tempdən 



məqsədəuyğun istifadə edir; 

 



fikirlərini əlavə fakt və hadisələrlə əsaslandırır və mətnin hissələrinə müvafiq 

qruplaşdırır; 

 

mətndəki əsas nitq hissələrini qrammatik mənasına görə izah edir;  



 

mətndəki sözləri düzgün vurğu ilə oxuyur;  



 

mətnin tərkib hissələrini (giriş, əsas hissə, nəticə) müəyyənləşdirir;  



 

mövzuya uyğun yazı forması (inşa, esse, hekayə) seçir və mətnin hissələri 



arasında əlaqələri müəyyənləşdirir; 

 



əsas nitq hissələri ilə bağlı yazılış və durğu işarələri qaydalarına əməl edir; 

 



müxtəlif əməli yazılar (teleqram, izahat) yazır. 

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 



1. Dinləyib-anlama  

Şagird:  

1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.  

1.1.1.Dinlədiyi fikirləri dəqiqləşdirmək məqsədilə suallar verir.  

1.1.2. Dinlədiyi mətndəki əsas fakt və hadisələri seçir. 

 

2. Danışma  

Şagird:  

2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir. 

2.1.1. Nitq prosesində sözləri düzgün vurğu ilə tələffüz edir. 

2.1.2.  Nitqində ritm və tempdən istifadə edir. 

2.1.3. Fikirlərini əlavə fakt və hadisələrlə əsaslandırır. 

2.1.4. Fikirlərini mətnin hissələrinə müvafiq qruplaşdırır. 

 

3. Oxu  

Şagird:  



 

22 


3.1. Mətni mənimsədiyini nümayiş etdirir.  

3.1.1. Mətndəki əsas nitq hissələrini qrammatik mənasına görə izah edir.  

3.1.2. Mətndəki sözləri düzgün vurğu ilə oxuyur.  

3.1.3. Mətnin tərkib hissələrini (giriş, əsas hissə, nəticə) müəyyənləşdirir.  



 

4. Yazı  

Şagird:  

4.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir. 

4.1.1. Mövzuya uyğun yazı forması (inşa, esse, hekayə) seçir.  

4.1.2. Mətnin hissələri arasında əlaqələri müəyyənləşdirir. 

4.1.3. Əsas nitq hissələri ilə bağlı yazılış və durğu işarələri qaydalarına əməl edir. 

4.1.4. Müxtəlif əməli yazılar (teleqram, izahat) yazır. 

 

VII sinif 

 

VII sinfin sonunda şagird:  

 

dinlədiyi mətnin hissələrini müəyyənləşdirir; 



 

ahəng qanununa uyğun şəkilçi variantı seçməklə sözləri düzgün tələffüz edir; 



 

nitqini uyğun səs tonu ilə tənzimləyir; 



 

müvafiq nümunələrdən mətnin hissələrinə uyğun istifadə edir; 



 

mətndəki əsas və köməkçi nitq hissələrini qrammatik mənasına görə izah edir; 



 

mətndəki cümlələr və abzaslar arasındakı əlaqələri müəyyənləşdirir, səs tonu, 



temp və fasiləni gözləməklə mətni oxuyur;  

 



nümunələrdən istifadə etməklə fikirlərini əsaslandırır; 

 



nitq hissələri ilə bağlı yazılış və durğu işarələri qaydalarına əməl edir; 

 



müxtəlif əməli yazılar (ərizə, tərcümeyi-hal) yazır. 

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 



1. Dinləyib-anlama  

Şagird:  


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə