Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix14.10.2017
ölçüsü0,69 Mb.
#4638
1   2   3   4   5   6   7   8   9   ...   26

 

12 


 

Yazı 

Şagird: 

 



davamlı və aydın yazı bacarığı nümayiş etdirir; 

 



öyrəndiyi orfoqrafiya, durğu işarəsi qaydalarını yazısında tətbiq edir; 

 



təqdim  olunmuş  mövzuda  kiçikhəcmli  nəqli  və  təsviri  xarakterli  yazılı 

mətnlər qurur; 

 

verilmiş mövzu üzrə kiçik təqdimatlar hazırlayır. 



 

Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri 

1. Dinləyib-anlama  

Şagird: 

 



dinlədiyi söz, ifadə, cümlə və mətnin mənasını anladığını nümayiş etdirir; 

 



dinlədiyi fikirlərlə bağlı mühakimələr yürüdür. 

 

2. Danışma 



Şagird:  

 



nitqində düzgün tələffüz qaydalarına əməl edir;  

 



nitqində müxtəlif yardımçı vasitələrdən (uyğun səs tonu, jest, mimika, nitq 

etiketləri) istifadə edir; 

 

fikirlərini  nitqin müxtəlif formalarında (monoloji, dialoji) ardıcıl ifadə edir; 



 

3. Oxu  

Şagird:  

 



mətndəki söz və ifadələrin kontekstə uyğun mənalarını izah edir;  

 



elmi-kütləvi və bədii mətnləri düzgün və ifadəli oxuyur;  

 



elmi-kütləvi və bədii mətnləri məzmun və strukturuna görə təhlil edir. 

 

4. Yazı 



Şagird: 


 

13 


 

mənbələrdən istifadə etməklə müxtəlif formalı (inşa, esse, hekayə) rabitəli 



mətnlər yazır;  

 



özünün və başqasının yazısını təkmilləşdirir;  

 



yazısında orfoqrafiya, qrammatika və durğu işarəsi qaydalarını tətbiq edir;   

 



əməli yazılar (elan, məktub, teleqram, izahat, ərizə, tərcümeyi-hal, arayış, 

protokol, hesabat, akt) yazır. 



 

Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri 

1. Dinləyib-anlama  

Şagird: 

 



müxtəlif janr və üslublarda olan mətnlərə münasibət bildirir;  

 



dinlədiyi fikirlərlə bağlı mühakimələrini əsaslandırır;  

     


2. Danışma 

Şagird: 

 



fikirlərini sərbəst ifadə edir;  

 



yardımçı nitq vasitələrindən istifadə etməklə fikirlərini əsaslandırır; 

 



fikirlərini əsaslandırmaqla müxtəlif tipli mətnlər qurur, təqdimatlar 

hazırlayır. 

 

3. Oxu 

Şagird: 

 



mətndəki söz və ifadələri üslubi xüsusiyyətlərinə görə izah edir;  

 



üslubi xüsusiyyətlərini nəzərə almaqla mətni oxuyur;  

 



mətni üslubi-struktur xüsusiyyətlərinə görə təhlil edir.   

 

4. Yazı 



Şagird: 


 

14 


 

üslubi xüsusiyyətlər nəzərə alınmaqla müxtəlif tipli (nəqli, təsviri, 



mühakimə) mətnlər yazır;  

 



üslubi xüsusiyyətləri nəzərə almaqla mətni təkmilləşdirir;  

 



yazısında düzgün yazı qaydalarına əməl edir;  

 



müxtəlif mənbələrdən istifadə edərək çıxışlar, təqdimatlar hazırlayır. 

 



əməli yazılar (rəy, məruzə, referat, təqdimat) yazır.  

 

 



1.4. Fəaliyyət xətləri 

Ana dili üzrə məzmun standartları müəyyənləşdirilərkən aşağıdakı fəaliyyət 

istiqamətləri ilə əlaqəlilik nəzərə alınmışdır:  

 



Problemin həlli 

 



Mühakiməyürütmə və əsaslandırma 

 



Ünsiyyət 

 



Tədqiqetmə 

 



Tətbiqetmə 

 

1.5. Məzmun standartları 



 

I sinif 

 

I sinfin sonunda şagird: 

 



sadə şifahi nitq nümunələrinin məzmununu başa düşdüyünü nümayiş etdirir; 

 



öyrəndiyi sözlərin mənasını izah etməklə onların əsasında cümlələr qurur; 

 



müxtəlif  əşyalar,  sadə  süjetli  şəkillər  və  hadisələr  ətrafında  fikirlərini  ifadə 

edir. 


 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

1. Dinləyib-anlama 

Şagird: 

1.1.Sadə şifahi nitq nümunələrinin məzmununu başa düşdüyünü nümayiş 

etdirir. 


 

15 


1.1.1.Sadə şifahi göstərişləri təkrarlayır və onlara əməl edir. 

1.1.2. Aydınlaşdırmaq məqsədi ilə suallar verir. 

1.1.3. Adını eşitdiyi əşya və hadisəni şəkildə göstərir. 

 

2. Danışma 



Şagird: 

2.1. Öyrəndiyi sözlərin mənasını izah etməklə onların əsasında cümlələr 

qurur. 

2.1.1. Öyrəndiyi sözün mənasını izah edir. 

2.1.2. Öyrəndiyi sözlərdən birləşmə və cümlələr qurur. 

2.2. Müxtəlif əşyalar, sadə süjetli şəkillər və hadisələr ətrafında fikirlərini 

ifadə edir. 

2.2.1. Müşahidə etdiyi əşya və hadisələri  adlandırır. 

2.2.2. Müşahidə etdiyi əşya və hadisələri sadə formada təsvir edir. 

2.2.3. Özü, ailəsi, məktəb və yoldaşları haqqında sadə dialoqlar qurur. 



                           

 

II sinif 

II sinfin sonunda şagird:  

təqdim olunan nitq nümunələrini anlayır; 



verilmiş söz və söz birləşmələrini düzgün tələffüz edir; 

verilmiş nitq nümunələrindən istifadə etməklə ünsiyyət qurur; 



ilkin oxu bacarıqları nümayiş etdirir; 

kiçikhəcmli mətndəki sözləri lüğət vasitəsilə ana dilinə və əksinə tərcümə 



edir; 

ilkin yazı bacarıqları nümayiş etdirir. 



 

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

1. Dinləyib-anlama 

Şagird: 

1.1. Təqdim olunan sadə nitq nümunələrini anladığını nümayiş etdirir. 

1.1.1. Müraciətlərə uyğun sadə tapşırıqları icra edir

1.1.2. Dinlədiyi kiçikhəcmli mətnlərdəki çətin sözləri müəyyənləşdirir. 

1.1.3. Dinlədiyi kiçikhəcmli mətnlərin məzmununa aid suallar tərtib edir. 

 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə