Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix14.10.2017
ölçüsü0,69 Mb.
#4638
1   2   3   4   5   6   7   8   9   10   ...   26

 

23 


1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.  

1.1.1. Dinlədiyi mətnin hissələrini müəyyənləşdirir. 

1.1.2. Dinlədiyi mətndə əsas fakt və hadisələri qruplaşdırır. 

 

2. Danışma  

Şagird:  

2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir. 

2.1.1. Ahəng qanununa uyğun şəkilçi variantı seçməklə sözləri düzgün tələffüz 

edir. 

2.1.2. Nitqini uyğun səs tonu ilə tənzimləyir. 



2.1.3. Müzakirədə deyilən müxtəlif  fikirlərə münasibət bildirir. 

2.1.4


Müvafiq nümunələrdən mətnin hissələrinə uyğun istifadə edir. 



 

3. Oxu  

Şagird:  

3.1. Mətni mənimsədiyini nümayiş etdirir.  

3.1.1. Mətndəki əsas və köməkçi nitq hissələrini qrammatik mənasına görə izah 

edir. 

3.1.2. Səs tonu, temp və fasiləni gözləməklə mətni oxuyur.  



3.1.3. Mətndəki cümlələr və abzaslar arasındakı əlaqələri müəyyənləşdirir. 

 

4. Yazı  

Şagird:  

4.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir. 

4.1.1. Nümunələrdən istifadə etməklə fikirlərini əsaslandırır. 

4.1.2.  Cümlələr və abzaslar arasında əlaqələri gözləməklə mətn yazır. 

4.1.3. Nitq hissələri ilə bağlı yazılış və durğu işarələri qaydalarına əməl edir. 

4.1.4. Müxtəlif əməli yazılar (ərizə, tərcümeyi-hal) yazır. 

 

 




 

24 


 

VIII sinif 

 

VIII sinfin sonunda şagird:  

 



dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını müəyyənləşdirir; 

 



söz birləşməsi və sadə cümlələri qrammatik normalara uyğun tələffüz edir, 

nitqində məntiqi vurğudan düzgün istifadə edir; 

 

müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim edir, mətnin hissələri 



arasında əlaqələri gözləməklə danışır; 

 



mətndəki  söz və ifadələrin mənasını sintaktik vəzifəsinə görə dəqiqləşdirir; 

 



oxuduğu mətndəki əsas fikri nəzərə çarpdırmaq üçün məntiqi vurğudan istifadə 

edir; 


 

seçdiyi nümunələrlə yazısını zənginləşdirir;  



 

həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı durğu işarələri qaydalarına 



əməl edir; 

 



müxtəlif əməli yazılar (arayış, protokol) yazır. 

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 



 

1. Dinləyib-anlama  

Şagird:  

1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.  

1.1.1. Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını müəyyənləşdirir. 

1.1.2. Dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirir. 

 

2. Danışma  



Şagird:  

2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir. 

2.1.1. Söz birləşməsi və sadə cümlələri qrammatik normalara uyğun tələffüz edir. 

2.1.2. Nitqində məntiqi vurğudan düzgün istifadə edir. 



 

25 


2.1.3. Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim edir. 

2.1.4. Mətnin hissələri arasında əlaqələri gözləməklə danışır. 



 

3. Oxu  

Şagird:  

3.1. Mətni mənimsədiyini nümayiş etdirir.  

3.1.1. Mətndəki  söz və ifadələrin mənasını sintaktik vəzifəsinə görə dəqiqləşdirir. 

3.1.2. Əsas fikri nəzərə çarpdırmaq üçün məntiqi vurğudan istifadə edir. 

3.1.3. Mətndəki fikirlərə münasibət bildirir. 



 

4. Yazı  

Şagird:  

4.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir. 

4.1.1. Topladığı fakt və məlumatlara  münasibətini bildirir. 

4.1.2. Seçdiyi nümunələrlə yazısını zənginləşdirir.  

4.1.3. Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı durğu işarələri 

qaydalarına əməl edir. 

4.1.4. Müxtəlif əməli yazılar (arayış, protokol) yazır. 



 

IX sinif 

IX sinfin sonunda şagird:  

 



dinlədiyi mətnin məzmununu şərh edir, fikirlərlə bağlı mühakimə yürüdür; 

 



mürəkkəb cümlələri qrammatik normalara uyğun tələffüz edir; 

 



nitq etiketlərindən məqamında istifadə edir; 

 



müzakirədəki ümumiləşmiş fikirlərə münasibətini bildirir, fikirlərini məntiqi 

ardıcıllıqla ifadə edir; 

 

mətndəki söz və ifadələrin kontekstə uyğun mənasını izah edir, məqsəd və into-



nasiyaya görə cümlələri düzgün oxuyur; 

 



mətndəki fikirlərə münasibətini əlavə fakt və nümunələrlə əsaslandırır; 


 

26 


 

mənbələrdən istifadə etməklə rabitəli mətnlər yazır, özünün və başqasının 



yazısını təkmilləşdirir;   

 



mürəkkəb cümlədə,  vasitəsiz nitqdə durğu işarələrindən istifadə edir; 

 



müxtəlif əməli yazılar (hesabat, akt) yazır. 

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 



1. Dinləyib-anlama  

Şagird:  

1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.  

1.1.1 Dinlədiyi mətnin məzmununu şərh edir. 

1.1.2. Dinlədiyi mətndəki fikirlərlə bağlı mühakimə yürüdür. 

 

2. Danışma  

Şagird:  

2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir. 

2.1.1. Mürəkkəb cümlələri qrammatik normalara uyğun tələffüz edir. 

2.1.2. Nitq etiketlərindən məqamında istifadə edir. 

2.1.3. Müzakirədəki ümumiləşmiş fikirlərə münasibətini bildirir. 

2.1.4. Fikirlərini məntiqi ardıcıllıqla ifadə edir. 

3. Oxu  

Şagird:  

3.1. Mətni mənimsədiyini nümayiş etdirir.  

3.1.1. Mətndəki söz və ifadələrin kontekstə uyğun mənasını izah edir.  

3.1.2. Məqsəd və intonasiyaya görə cümlələri düzgün oxuyur. 

3.1.3. Mətndəki fikirlərə münasibətini əlavə fakt və nümunələrlə əsaslandırır. 



 

4. Yazı  

Şagird:  

4.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir. 

4.1.1.  Mənbələrdən istifadə etməklə rabitəli mətnlər yazır.  




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə