Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


Resurslar  İstifadə olunmuş ədəbiyyat



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix14.10.2017
ölçüsü0,69 Mb.
#4638
1   2   3   4   5   6   7   8   9   ...   26

 



Resurslar 



İstifadə olunmuş ədəbiyyat  

 

 

 

 

 

 

Giriş 

Ümumtəhsil  məktəbləri  üçün  Azərbaycan  dili  (dövlət  dili  kimi)  fənni 

üzrə  təhsil  proqramı  (kurikulumu)  və  onun  xarakterik  cəhətləri.  Təlim  digər 

dillərdə aparılan ümumtəhsil məktəbləri üçün Azərbaycan dili kurikulumu bu fənn 

üzrə  ümumi  məqsəd  və  vəzifələrə  doğru  istiqamətlənmiş  standartların 

reallaşdırılması  üçün  bütün  fəaliyyətlərin  əsasını  təşkil  edir.  Ümumi  təlim 

nəticələrini, 

siniflər 

üzrə  məzmun  standartlarını,  təlim  strategiyalarını, 

qiymətləndirmə  məsələlərini əhatə etməklə çərçivə sənədi kimi ümumi konseptual 

xarakter  daşıyır.  Dərslik  və  dərs  vəsaiti  müəlliflərinin,  müəllimlərin,  şagirdlərin, 

eləcə  də  idarəetmə  və  qiymətləndirmə  ilə  məşğul  olanların  fəaliyyətini 

istiqamətləndirir. 

Təhsil  proqramında  (kurikulumda)  məzmun  standartları  idraki,  hissi  və 

psixomator  fəaliyyətləri  əks  etdirən  nəticələr  formasında  ifadə  olunur.  Ümumi  və 

siniflər səviyyəsində müəyyən olunmuş bu standartlar şagirdlərin təlim sahəsindəki 

nailiyyətini və inkişafını izləməyə imkan yaradır. 

Təhsil  proqramının  (kurikulumun)  məzmununa  daxil  olunan  hissələr 

hazırlanarkən  onların  əlaqəliliyi,  şagird  şəxsiyyətinin  formalaşdırılmasındakı  rolu 

nəzərə  alınır.  Bütün  məzmun  standartları,  öyrənmə  və  qiymətləndirmə 

sahələrindəki fəaliyyətlər bilavasitə şagirdlərə, onların ümumi inkişafına yönəldilir. 

Fənnin  əhəmiyyəti,  məqsəd  və  vəzifələri.  Azərbaycan dili dövlət dili kimi 

ümumtəhsil 

məktəblərində 

tədris 


olunmaqla 

Azərbaycan 

Respublikası 

Konstitusiyasının  hüquqi  tələblərindən  birinin  yerinə  yetirilməsi  təmin  olunur. 




 

Respublikada  yaşayan  vətəndaşların  dövlət  dilini  öyrənmələrinə  şərait  yaranır. 



Təlim  digər  dillərdə  aparılan  məktəblərdə  şagirdlər  dövlət  dili  kimi  Azərbaycan 

dilini öyrənmək imkanı əldə edirlər. 

Bu məktəblərdə şagirdlər Azərbaycan dilində dinləyib-anlama, danışma, oxu 

və  yazı  üzrə  müvafiq  nitq  vərdişlərinə  yiyələnirlər.  Cəmiyyətdə,  onun  müxtəlif 

sahələrində  informativ-kommunikativ fəaliyyət göstərmək üçün əlaqə və ünsiyyət 

bacarıqları qazanırlar. 

Azərbaycan  dilinin  öyrənilməsi  şagirdlərin  bu  dildə  olan  elmi-kütləvi  və 

bədii  ədəbiyyatları,  radio  və  televiziya  verilişlərini,  qəzet  və  jurnalları  izləməsinə, 

onların  vasitəsilə  bilik  və  məlumatlar  əldə  etməsinə  şərait  yaradır,  onların  həyatı 

öyrənmək imkanları genişlənir. Dil və nitq vahidlərinə həssas yanaşmaq, onlardan 

ehtiyatla  istifadə  etmək,  ümumilikdə  dili  qorumaq  və  inkişaf  etdirmək  üçün 

şagirdlərdə ümumi bacarıqlar formalaşır. 

Təlim  digər  dillərdə  aparılan  ümumtəhsil  məktəblərində  Azərbaycan  dilinin 

tədrisi prosesində şagirdlərin öz ana dilinə müraciət olunması, yeri gəldikcə leksik, 

fonetik,  qrammatik  xüsusiyyətlərin  izah  edilməsi,  bədii  nümunələrə  münasibət 

bildirilməsi  onların  ana  dili  və  ədəbiyyatla  bağlı  bilik  və  bacarıqlarının 

möhkəmlənməsinə  təsir  göstərir.  Şagirdlər  dövlət  dili  kimi  Azərbaycan  dilini 

öyrənməklə dünyada geniş yayılmış türk dillərinə bələd olur, türk dilli ölkələrdə və 

ərazilərdə fəaliyyətlərini səmərəli qurmaq imkanları əldə edirlər. 

Dövlət  dili  kimi  Azərbaycan  dili  təliminin  məqsədi  şagirdlərdə  dinləyib-

anlama,  danışma,  oxu  və  yazı  bacarıqları  formalaşdırmaqla  onların  nitqini  inkişaf 

etdirməkdən ibarətdir. 

Bu məqsədlə aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur: 

ibtidai  təhsil  səviyyəsində  Azərbaycan  əlifbasının,  çox  işlək  sözlərin,  söz 

birləşməsi  və  cümlə  modellərinin,  ən  zəruri  nitq  etiketlərinin,  tələffüz  və  yazı 

qaydalarının  mənimsənilməsini  təmin  etmək,  şagirdlərdə  dinləyib-anlama,  sürətli 

oxu, ilkin şifahi nitq və tərcümə bacarıqları formalaşdırmaq; 



ümumi  orta  təhsil  səviyyəsində  Azərbaycan  dilinin  praktik  öyrənilməsi 

üçün  ibtidai  təhsil  üzrə  qazanılan  bacarıqlar  inkişaf  edilməklə  zəruri  fonetik, 




 

leksik,  qrammatik  xüsusiyyətləri,  dil  və  nitq  vahidlərinin  məna  və  intonasiyasını 



mənimsətmək,  şüurlu  və  ifadəli  oxuya,  nitqin  müxtəlif  forma  və  tiplərinə  dair 

bacarıqları,  dövlət  dili  kimi  Azərbaycan  dilinə  hörmət  və  məhəbbət  hissini 

formalaşdırmaq; 

tam  orta  təhsil  səviyyəsində  nitqi  müxtəlif  üslublarda  dəqiq  və  düzgün 

qurmaq, Azərbaycan dilində düşünmək, ünsiyyət məqamına görə fikri sərrast ifadə 

etmək, zəruri yazı qaydalarını tətbiq etmək bacarıqları formalaşdırmaq. 

 

I. Azərbaycan dili  (dövlət dili kimi) təliminin məzmunu 

 

1.1. Ümumi təlim nəticələri 

İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə şagird: 

 



dinlədiyi fikirlərə münasibət bildirir; 

 



kiçikhəcimli mətnləri sürətli və düzgün oxuyur, məzmununu izah edir; 

 



söz  birləşməsi  və  cümlə  nümunələrindən,  zəruri  tələffüz  və  yazı 

qaydalarından  istifadə  edərək  kiçikhəcmli  şifahi  və  yazılı  mətnlər  qurur, 

tərcümə edir; 

 



müşahidə etdiyi şəkil və illüstrasiyaların məzmun və əlamətlərini təsvir edir; 

 



məlumat  xarakterli  kiçik  mətnləri  lüğət  vasitəsilə  ana  dilinə  və  əksinə 

tərcümə edir. 



 

Ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə şagird:  

 



dinlədiyi mətnin məzmununu izah edir, ona münasibət bildirir; 

 



şüurlu və ifadəli oxu bacarıqları nümayiş etdirir; 

 



müxtəlif formalı  rabitəli

 

mətnlər qurur və təqdim edir; 

 

öz fikirlərini sərbəst, ardıcıl və aydın ifadə edir. 



 

nitq bacarıqlarını  inkişaf etdirmək  üçün  müxtəlif  mənbələrdən  istifadə edir, 



tərcümə bacarıqları nümayiş etdirir; 

 

Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird: 

 



dinlədiyi fikirlərlə bağlı mühakimələrini əsaslandırır;  

 



Azərbaycan dilində aparılan tədbirlərdə çıxış və təqdimatlar edir; 

 



oxuduğu  mətnlərin  məzmunu  və  üslubu  haqqında  rəy  və  mülahizələrini 

bildirir; 

 

nitqin  müxtəlif  üslub  və  tiplərində  mətnlər  qurur;  sərbəst  tərcümə  bacarığı 



nümayiş etdirir.   


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə