Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə8/26
tarix14.10.2017
ölçüsü0,69 Mb.
#4638
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

 

27 


4.1.2. Məntiqi ardıcıllığı gözləməklə özünün və başqasının yazısını təkmilləşdirir.   

4.1.3. Mürəkkəb cümlədə,  vasitəsiz nitqdə durğu işarələrindən istifadə edir. 

4.1.4. Müxtəlif əməli yazılar (hesabat, akt) yazır. 

 

X sinif 



X sinfin sonunda şagird:  

 



KİV-dən dinlədiyi mətnləri şərh edir, fikirləri real həyatla müqayisə edir; 

 



nitqində dil vahidlərindən, yardımçı vasitələrdən (atalar sözü, məsəllər və 

sitatlar) məqsədyönlü istifadə edir; 

 

fikirlərini müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlərlə ifadə edir; 



 

oxuduğu mətndəki söz və ifadələri üslubi xüsusiyyətlərinə, mətnləri üslubuna 



görə fərqləndirir; 

 



müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlər yazır və təkmilləşdirir; 

 



mətnin tərtibat formasına uyğun yazılış və  durğu işarələri qaydalarına əməl 

edir; 


 

müxtəlif əməli yazılar (rəy, məruzə) yazır. 



 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

1. Dinləyib-anlama  

Şagird:  

1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.  

1.1.1. KİV-dən dinlədiyi mətnləri şərh edir. 

1.1.2. Dinlədiyi mətndəki fikirləri real həyatla müqayisə edir. 

 

2. Danışma  

Şagird:  

2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir. 

2.1.1. Nitqində dil vahidlərindən məqsədyönlü istifadə edir. 

2.1.2. Nitqini zənginləşdirmək məqsədilə atalar sözü, məsəllər və sitatlardan 

istifadə edir. 




 

28 


2.1.3. Müxtəlif mövqeli fikirləri real hadisələrlə müqayisə edir. 

2.1.4. Fikirlərini müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlərlə ifadə edir.  



 

3. Oxu  

Şagird:  

3.1. Mətni mənimsədiyini nümayiş etdirir.  

3.1.1. Mətndəki söz və ifadələri üslubi xüsusiyyətlərinə görə fərqləndirir. 

3.1.2. Oxuduğu mətnləri üslubuna görə fərqləndirir. 

3.1.3. Oxuduğu  mətnin tipini (nəqli, təsviri, mühakimə) müəyyənləşdirir. 



 

4. Yazı  

Şagird:  

4.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir. 

4.1.1. Müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlər yazır. 

4.1.2. Mətni tipinə (nəqli, təsviri, mühakimə) uyğun olaraq təkmilləşdirir. 

4.1.3. Mətnin tərtibat formasına uyğun yazılış və  durğu işarələri qaydalarına əməl 

edir. 

4.1.4. Müxtəlif əməli yazılar (rəy, məruzə) yazır. 



 

XI sinif 

XI sinfin sonunda şagird:  

 



dinlədiyi müxtəlif janr və üslubda olan mətnlərə münasibət bildirir,  

mühakimələrini əlavə fakt və nümunələrlə əsaslandırır;  

 

mənbələrə istinad etməklə əsaslandırılmış müxtəlif tipli mətnlər qurur, 



fikirlərini sərbəst ifadə edir;  

 



üslubi xüsusiyyətlərini nəzərə almaqla mətni oxuyur; 

 



mətni üslubi-struktur xüsusiyyətlərinə görə təhlil edir;  

 



müxtəlif  üslublarda mətnlər yazır və təkmilləşdirir; 

 



üslubi çalarlarından asılı olaraq sözləri böyük və kiçik hərflərlə yazır, durğu 

işarələri qaydalarına əməl edir; 




 

29 


 

müxtəlif əməli yazılar (referat, təqdimat) yazır. 



 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

1. Dinləyib-anlama  

Şagird:  

1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.  

1.1.1. Dinlədiyi müxtəlif janr və üslubda olan mətnlərə münasibət bildirir. 

1.1.2. Dinlədiyi mətndəki fikirlərlə bağlı mühakimələrini əlavə fakt və nü-

munələrlə əsaslandırır.  



 

2. Danışma  

Şagird:  

2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir. 

2.1.1. Fikirlərini sərbəst ifadə edir.  

2.1.2. Yardımçı vasitələrdən istifadə etməklə əsaslandırılmış nitq qurur. 

2.1.3. Müxtəlif mənbələrə istinad etməklə əsaslandırılmış təqdimatlar hazırlayır. 

2.1.4. Fikirlərini əsaslandırmaqla müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlər 

qurur. 


 

3. Oxu  

Şagird:  

3.1. Mətni mənimsədiyini nümayiş etdirir.  

3.1.1. Mətndəki söz və ifadələri üslubi xüsusiyyətlərinə görə izah edir. 

3.1.2. Üslubi xüsusiyyətlərini nəzərə almaqla mətni oxuyur.  

3.1.3. Mətni üslubi-struktur xüsusiyyətlərinə görə təhlil edir.  



 

4. Yazı  

Şagird:  

4.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir. 

4.1.1. Müxtəlif  üslublu mətnlər yazır. 




 

30 


4.1.2. Üslubi xüsusiyyətlərini nəzərə almaqla mətni təkmilləşdirir.  

4.1.3. Üslubi çalarlarından asılı olaraq sözləri böyük və kiçik hərflərlə yazır, durğu 

işarələri qaydalarına əməl edir. 

4.1.4. Müxtəlif əməli yazılar (referat, təqdimat) yazır. 




 

31 


1.6. Fəndaxili və fənlərarası inteqrasiya 

 

Fəndaxili  və  fənlərarası  inteqrasiyanın  nəzərə  alınması  ümumpedaqoji 



prinsiplərdən  biri  kimi  təlim  digər  dillərdə  aparılan  ümumtəhsil  məktəblərində 

Azərbaycan  dili  təliminin  didaktik  əsasını  təşkil  edir,  məzmun  və  təlim 

strategiyalarının   formalaşmasında əhəmiyyətli rol oynayır. İlk  növbədə,  məzmun 

standartlarının müəyyən olunmasında və qruplaşdırılmasında ona istinad olunur. 

Hər  sinifdə  məzmun  xətləri  üzrə  təqdim  olunan  standartlar  arasında  üfüqi 

əlaqələrin olması diqqət mərkəzində saxlanılır. Bu əlaqələr daha çox standartlarda 

istifadə edilmiş məzmun və fəaliyyətlərə əsasən qurulur. 

Belə  üfüqi  inteqrasiyanın  nəzərə  alınması  fənn  daxilində  anlayışların, 

bacarıq  və  vərdişlərin,  əlaqələnmiş  sistemli  məzmunun  formalaşmasına  imkan 

yaradır. Eləcə də, dərslik və digər vəsaitlərin hazırlanması işini, müəllimlərin tədris 

fəaliyyətini istiqamətləndirir. 

          Fənn  daxilində  şaquli  əlaqələr  (cədvəl  №  2)  siniflər  üzrə  məzmun 

standartları  arasında  bağlılığı  təmin  etməklə  onların  inkişafını      tənzimləyir. 

Şagirdlərin  Azərbaycan  dilinə  aid  bacarıq  və  vərdişlərindəki  dəyişiklikləri 

izləməyə,  onların  bilik,  bacarıq  və  vərdişlərinin  səmərəliliyinə  şərait  yaradır. 

Öyrənilmiş  bilikləri 

möhkəmləndirir,  daha  etibarlı 

nitq  vahidlərinin 

formalaşmasına təkan verir.  

 

Fəndaxili  inteqrasiya  zamanı  Azərbaycan  dili  ilə    digər  fənlərin  uyğun 



anlayışları    arasında  əlaqələr  müəyyənləşdirilir,  dərsliklərdə,  təlim  prosesində 

ondan  istifadə  imkanları  konkretləşdirilir.  Bu  əlaqələrin  müəyyən  olunmasında 

şagirdlərin  ümumi  bacarıqlarının  formalaşdırılması  zəruri  məqsəd  kimi  diqqət 

mərkəzində saxlanılır. 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə