Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix14.10.2017
ölçüsü0,69 Mb.
#4638
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

 

45 


Venn  diaqramı. Venn diaqramı nisbətən kəsişən iki və ya daha artıq çevrə 

üzərində qurulur. Çevrələrin üst-üstə düşdüyü hissədə nə isə yazmaq üçün kifayət 

qədər  yer  olur.  Həmin  yerdə  fərqli,  yaxud  ümumi  cəhətlər  qeyd  edilir.  Məsələn, 

şagirdlər  IV  sinifdə  “Mənsubiyyət  şəkilçilərini”  öyrənirlər  və  bu  mövzunu  rus 

dilində  “Личные  местоимения  в  родительном  падеже”  mövzusu  ilə  müqayisə 

etməli  olurlar.  Bu  zaman  müəllimin  aşağıdakı  məzmunda  Venn  diaqramına 

müraciət etməsi problemin həllini asanlaşdırır. 

 

 



                          kitabım       Hər ikisi    моя книга 

                                         aidlik 

                                        bildirir 

                                         

                                                                 

Metaforik  düşünmə.  Metaforik  düşünmə  interaktiv  metodlardan  biri  kimi 

fikirləşməyə,  müqayisələr  aparmağa,  müəyyən  anlayışların  oxşar  cəhətlərini 

meydana  çıxarmağa  imkan  verir.  Azərbaycan  dili  fənni  üzrə  fəndaxili  və 

fənlərarası  inteqrasiya  imkanlarının  reallaşmasına  şərait  yaradır.  Xüsusən  dövlət 

dili  kimi  Azərbaycan  dilinin  ana  dili  ilə  müqayisədə  mənimsənilməsinin 

səmərəliliyini artırır. 

 

 

              Xəbərlik      Şəxslərə görə dəyişir.      Оконча- 



                                                                          ние сказуе- 

             şəkilçıləri   Xəbər vəzifəsində işlənir    мости 

           (şagird-əm)                                            (Я ученик)  

                                        İsmi xəbər olur 

                    

                   İNSERT.  İNSERT  üsulundan  dərsin  dərketmə  mərhələsində  istifadə 

olunur.  Oxu  zamanı  şagirdlərin  öz  qavrayışını  yoxlamasına  imkan  yaradır.  Fəal 

dərketməni  inkişaf  etdirir.  Bu  üsuldan  istifadə  iki  mərhələdə  həyata  keçirilir. 




 

46 


 

 



 

 + 



Birinci,  üzərində  əməliyyat aparılacaq  mətn,  istifadə  olunacaq  zəruri  işarələr  (  bu 



işarələr şagirdlərin yaşına və hazırlıq səviyyəsinə görə müxtəlif ola bilər) müəyyən 

olunur. İkinci, şagirdlər tapşırığın məzmunu ilə tanış olur və onu yerinə yetirirlər. 

Məsələn,   

 

  



Əvvəldən bildiyiniz bir məlumatı təsdiq edən əlavə məlumatlara rast 

gəlmisinizsə, yoxlama işarəsi  (v) qoyun.  

 

Oxuduğunuz  məlumatlar  əvvəllər  bildiyinizi  rədd  edirsə,  yaxud  ona 



ziddirsə, mənfi (-) işarəsi qoyun.  

 

Müsbət (+)  işarəsi o zaman qoyulur ki, rast gəldiyiniz  məlumatın bir 



qismi sizin üçün təzə olsun.  

 

Qarışıq,  yaxud  haqqında  əlavə  məlumat  almaq  istədiyiniz  məsələ 



varsa, qarşısına sual (?) işarəsi qoyun. 

Məsələn:  

 “Aytənin rəfiqəsi Nigar ad günündə ona  nə hədiyyə olunduğunu soruşdu. 

Aytən bağışlanan hədiyyələri sadaladı: gəlincik, kitab, qələm və pişik. 

Nigar təəccübləndi:”Axı pişik nə deyil, kimdir.” 

Aytən cavab verdi: “Azərbaycan dilində heyvanlar nə? sualına cavab verir.” 

Şagirdlərə izah edilir ki, hər sətrin, yaxud hər fikrin qarşısında işarələr 

qoymaq lazım deyil. Sadəcə, məlumata ümumi münasibət bildirmək lazımdır. 



Rollu  oyunlar.    Rollu  oyunlar  təlim  qeyri-dildə  olan  məktəblərdə 

Azərbaycan  dili  tədrisinin  səmərəliliyini  yüksəldir.  Şagirdlərə    özləri  və  

ətrafdakılar haqqında şifahi məlumat əldə etməyə, danışıq səslərini, sözləri  düzgün 

tələffüz etməyə  imkan  verir. İfadəli  nitq bacarıqlarının  formalaşması  və  inkişafına 

təsir göstərir. 

Diskussiya.  Təlim  diskussiyası  konkret  problem  üzrə  fikirləri  mübadilə 

etməkdir.  Bu  metodun  köməyi  ilə  şagirdlər  Azərbaycan  dili  üzrə  yeni  biliklərə 

yiyələnir, öz mövqelərini müdafiə edirlər. Təlim diskussiyasının başlıca funksiyası 



 

47 


şagirdlərin  idraki  marağını  stimullaşdırmaqdır.  O  həm  də  təhsilverici, 

inkişafetdirici,  tərbiyəedici  və  nəzarətedici-təshihedici  kimi  köməkçi  funksiyaları 

da yerinə yetirir. 

Təlim  diskussiyasının  səmərəliliyinin  mühüm  şərtlərindən  biri  onun  həm 

məzmun, həm də forma cəhətdən əsaslı şəkildə hazırlanmasıdır. Məzmun etibarilə 

şagirdlər qarşıdakı diskussiya ilə bağlı lazım olan biliklər əldə etməlidirlər. Forma 

cəhətdən  isə  şagirdlər  biliklərini  ifadə  etmək  qaydalarına  hazırlaşmalıdırlar.  Onlar 

müəyyən  biliklərə  malik  olmayanda  aparılan  diskussiya  mənasız  və  məzmunsuz 

olur.  Şagirdlər  öz  fikirlərini  ifadə  etmək  bacarığına  malik  deyilsə,  opponentlərini 

inandıra bilmirsə, onda diskussiya cəlbedici xarakter daşımır. 

Diskussiyalar  məlum  olan  materialın  məzmununu  zənginləşdirməkdə,  onu 

qaydaya  salmaqda  və  möhkəmləndirməkdə  şagirdlərə  kömək  edir.  Müəllim    bu 

üsuldan  istifadə  etməklə  şagirdlərinin  biliklərinin  möhkəmliyi  və  dərinliyi 

haqqında etibarlı məlumat alır.  

Şagirdlər diskussiyalarda iştirak etməklə kommunikativ, nitq bacarıqlarını 

inkişaf etdirmək imkanı qazanırlar.  



 

2.3. Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr 

 

İllik  planlaşdırmanın  yaradılması  müəllimlərin  qarşısında  duran  ən  mühüm 

vəzifədir.  Planlaşdırma  əsas  məqsədləri  müəyyənləşdirmək  və  onlara  nail  olmaq 

üçün müəllimlərin  fəaliyyət istiqamətidir. İllik planlaşdırmada tədris vahidinin nə 

zaman  və  hansı  ardıcıllıqla  tədris  ediləcəyi  göstərilir.  Eyni  zamanda,  hər  bölməyə 

ayrılacaq vaxtı göstərilir. Fənnin planlaşdırılması  ardıcıllığı aşağıdakı kimidir: 

1. Tədris ediləcək tədris vahidlərini məzmun standartlarına əsasən  müəyyən 

etmək; 


2.  Tədris  vahidlərinin  ardıcıllıq  prinsiplərini  müəyyənləşdirmək  (Tədris 

vahidlərinin  ardıcıllıqla  müəyyənləşdirilməsi  dedikdə,  məzmunun  ardıcıllığı 

(asandan  çətinə  doğru),  xronoloji  ardıcıllıq  (zaman  ardıcıllığı),  məntiqi  ardıcıllıq 

(əvvəlcə,  o  anlayışlar  öyrədilir  ki,  onlar  növbəti  anlayışların  açılmasında  mühüm 

əhəmiyyət daşıyır)  nəzərdə tutulur).  



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə