Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə31/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   41

67 

 

UĢağın  tərbiyə  üçün  ailəyə  verilməsi  barədə  müqavilə  üzürlü  sabəb  olarsa  (xəstəlik,  ailə  və  əmlak 



vəzifələrinin  dəyiĢməsi,  uĢaqla  qarĢılıqlı  anlaĢmanın  olmaması,  uĢaqlar  arasında  münaqiĢəli  vəziyyət) 

himayədar valideynlərin təĢəbbüsü ilə, eləcə də uĢağın kilsədə tərbiyəsinə, təhsilinə və sağlamlığına əlveriĢsiz 

Ģəraitin olduğu və ya uĢaq öz ailəsinə qaytarıldığı, yaxud övladlığa götürüldüyü hallarda qəyyumlun və himayə 

orqanının təĢəbbüsü ilə vaxtından əvvəl pozula bilər. 

 

Himayədar valideynlər 

AĢağıdakılar istisna olmaqla, yetkinlik yaĢına çatmıĢ hər iki cinsdən olan Ģəxslər himayədar valideyn ola 

bilər: 

1.

 



Məhkəmə  tərəfindən  fəaliyyət  qabiliyyəti  olmayan  və  ya  fəaliyyət  qabiliyyəti  məhdud  hesab  edilən 

Ģəxslər; 

2.

 

Məhkəmə  tərəfindən  valideynlik  hüquqlarından  məhrum  olunan  və  ya  valideynlik  hüquqları 



məhdudlaĢdırılan Ģəxslər; 

3.

 



Üzərinə  qanunla  qoyulan  qəyyumluq  (himayəçilik)  vəzifələrini  lazımi  qaydada  yerinə  yetirmədiyi 

üçün həmin vəzifələrdən kənarlaĢdırılan Ģəxslər; 

4.

 

KeçmiĢ  övladlığa  götürülənlər, əgər  övladlığa  götürmə  onların təqsiri üzündən  məhkəmə  tərəfindən 



ləğv olunmuĢsa; 

5.

 



Səhhətinə görə uĢağı tərbiyə etmək vəzifəsini həyata keçirə bilməyən Ģəxslər. 

Himayədar  valideynlər  tərbiyə  olunmaq  üçün  qəbul  olunmuĢ  uĢaqlara  münasibətdə  qəyyumun 

(himayəçinin) hüquq və vəzifələrinə malik olurlar. 

 

Qəyyumluq və himayəçiliyin xitam edilməsi 

Qəyyumluq (himayəçilik) aĢağıdakı hallarda xitam edilə bilər: 

1.

 



Qəyyumluqda olan uĢaqlar valideynlərinin (valideynin) tərbiyəsinə qaytarıldıqda; 

2.

 



UĢaqlar övladlığa götürülməyə verildikdə; 

3.

 



Himayədə  olan  uĢaqlar  dövlət  idarələrində  və  ya  ictimai  idarələrdə  yerləĢdirildikdə,  çünki  bu  halda 

qəyyumların (himayəçilərin) vəzifəsini həmin idarələrin müdiriyyəti həyata keçirir; 

4.

 

Qəyyumun  (himayəçinin  vəsatəti  üzrə  üzürlü  səbəblərə  görə  (qəyyumun  və  ya  himayəçinin  xəstəliyi, 



baĢqa yerə getməsi və i.a.; 

5.

 



Himayəçilik  həmçinin  yetkinlik  yaĢına  çatmayan  Ģəxs  nikaha  daxil  olduqda,  əgər  rayon  icra 

hakimiyyəti nikah yaĢına aĢağı salmıĢsa, xitam edilir. Deməli, yetkinlik yaĢını çatmayan müvafiq icazə olmadan 

nikaha daxil olduqda himayəçilik xitam edilmir; 

6.

 



Qəyyum (himayəçi) və ya himayədə olan öldükdə; 

7.

 



Öz  vəzifələrini  lazımınca  yerinə  yetirmədikdə  qəyyumun  (himayəçinin)  kənar  edilməsi  nəticəsində 

xitam edilir. 




68 

 

 



MÖVZU 9. 

 

CĠNAYƏT HÜQUQUNUN ƏSASLARI 

 

Plan 

1.

 

Cinayət hüququnun anlayıĢı 



2.

 

Cinayətlərin təsnifatı 



3.

 

Cinayət məsuliyyətinin yaranma əsasları 



4.

 

Cinayət və cinayət tərkibi və tərkibin ünsürləri 



5.

 

Cinayəti yüngülləĢdirən və ağırlaĢdıran hallar 



6.

 

Cinayətdə iĢtirakçılıq 



7.

 

Cinayətin qəsdən və ehtiyatsızlıqdan törədilməsi 



8.

 

Yetkinlik yaĢına çatmayanların cinayət məsuliyyətinin xüsusiyyətləri. 



 

 

Ədəbiyyat  

1.

 

Azərbaycan Respublikasının CM-si. Bakı, 2000. 



2.

 

Ġsmayılov Ġ. Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları. Bakı, Qanun, 2002. 



3.

 

Səməndərov F. Y. Cinayət hüququ Ümumi hissə. Bakı, Bakı Universiteti nəĢriyyatı, 1999. 



4.

 

Səməndərov F. Y. Cinayətin subyektiv cəhəti. Bakı,  «Azərbaycan Universiteti nəĢriyyatı», 1989. 



5.

 

Qafarov T. Cinayət və cinayət məsuliyyəti. Bakı,  «Azərbaycan Dövlət NəĢriyyatı», 1978. 



6.

 

Cinayət hüququ. Ümumi hissə. Bakı, “BDU nəĢriyyatı”, 1995. 



7.

 

Naumov A. V. Cinayət hüququ. Bakı, «Qanun» nəĢriyyatı, 1998. 



8.

 

 Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Bakı, “Hüquq ədəbiyyatı” nəĢriyyatı,  2010. 



9.

 

Uqolovnoe pravo. Obhaə çastğ. Moskva, 1997. 



 

1. Cinayət hüququnun anlayıĢı 

 

Cinayət hüququ hüququn müstəqil sahəsi kimi bircinsli normaların məcmusundan ibarətdir. Normaların 



bircinsliyi onun məzmunu ilə bağlıdır. Bu normaların köməyi ilə bir tərəfdən ölkədə cinayət sayılan əməllərin 

dairəsi  müəyyən  edilir,  digər  tərəfdən  bu  normaların  tələbləri  əsasında  qanunu  tətbiq  edən  orqanlar  törədilən 

əmələ cinayət hüquqi qiymət verirlər. Cinayət hüquq normalarının bircinsliliyi həm də onların vahid funksional 

təsir istiqamətilə-cəmiyyəti kriminal dərslərdən qorumaq kimi funksiya ilə bağlıdır. 

Beləliklə, cinayət hüququ vahid hüquq sisteminin müstəqil sahəsi kimi, hansı əməllərin cinayət olduğunu 

müəyyən edən, cinayət məsuliyyətinin əsaslarını və həddini, eləcə də, məsuliyyətdən və cəzadan azad etmənin 

Ģərtlərini  nəzərdə  tutan  dövlət  hakimiyyətinin  ali  orqanı  tərəfindən  qəbul  edilən  hüquq  normalarının 

məcmusudur. 

Cinayət  hüququ  iki  hissədən,  ümumi  və  xüsusi  hissələrdən  ibarətdir.  Ümumi  hissə  özündə  cinayətin 

anlayıĢını, cinayət hüquq normalarının ümumi prinsiplərini, cinayət və cəza məsələlərini əhatə edir. Xüsusi hissə 

isə hansı əməllər konkret cinayətin məzmununu təĢkil etməsini, bu əməllərə görə hansı növ cəzaların təyin edilə 

bilməsini əhatə edir. 

Cinayət  hüququnun  predmeti  dedikdə  –  cinayət  əməli  törədilməsi  nəticəsində  yaranan  ictimai 

münasibətlərin nizama salınması anlaĢılmalıdır. 

Cinayət  hüququnun  metodu  dedikdə  –  cinayət  hüququna  olan  cinayətkarlığın  müəyyən  edilməsi, 

cəmiyyət üçün təhlükə törədən hərəkət və hərəkətsizliklərin yalnız bu hüquqa məxsus olan yollar və qaydalara 

qarĢısı,  Ģəxsiyyət  və  dövlətə  qarĢı  törədilən  hüquq  pozğunluqlarının  müəyyən  edilib  günahkar  Ģəxsin 

məsuliyyətə  alınıb  cəzalandırılması  kimi  anlaĢılmalıdır.  Əgər  iki  hissəsini  bir-birindən  təcrid  edilmiĢ  halda 

təsəvvür etmək olmaz. 

Azərbaycan cinayət məcəlləsi cinayət hüququna əsaslanaraq həmçinin iki sadalanan hissələrdən ibarətdir. 

Cinayət  məcəlləsinin  ümumi  hissəsi  ictimai  təhlükəli  əməllərin  hamısına  aid  edilən  ümumi  normalar 

nəzərdə  tutulur.  Burada  cinayətin  anlayıĢı,  cinayət  qanunvericiliyinin  məqsədləri,  cinayət  məsuliyyətinin 

əsasları, cinayət qanunun zamana və məkana görə qüvvəsi, cəzanın məqsədi, cəzanın əhəmiyyəti və məsuliyyəti 

istisna  edən  hallar  əsas  götürülür.  Cinayəti  ağırlaĢdıran  və  yüngülləĢdirən  hallar,  tərbiyə  və  məcburi  müalicə 

tədbirlərinin tətbiqinə əsas verən hallar həmçinin bu hissədə öz əksini tapmıĢdır. 

Cinayət məcəlləsinin xüsusi hissəsindən konkret cinayətlərin məzmunu və onları iĢlətməyə görə cəzalar 

ayrı-ayrı maddələrdə göstərilir. 



Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə