Qaydalari (15 aprel 2010-cu IL tarixli dəyişikliklərlə)

Yüklə 206,92 Kb.
Pdf görüntüsü
tarix31.08.2018
ölçüsü206,92 Kb.
#65815
növüQaydalar

“Dövlət qeydiyyatına alınmışdır” 

Azərbaycan Respublikası 

Ədliyyə Nazirliyi  

Qeydiyyat № 3095 

16 noyabr 2004-cü il 

Nazir 

_____________ F.F.Məmmədov 

“Təsdiq edilmişdir” 

Azərbaycan Respublikası  

Mərkəzi Bankı İdarə Heyətinin 

03 noyabr 2004-cü il tarixli  

qərarı ilə  

Protokol № 19 

İdarə Heyətinin Sədri 

______________ E.S.Rüstəmov

BANK İNZİBATÇILARININ MƏRKƏZİ BANKDA 

ATTESTASİYADAN KEÇMƏSİ 

QAYDALARI 

(15 aprel 2010-cu il tarixli dəyişikliklərlə) 

BAKI - 2004 

1. Ümumi müddəalar 

1.1.  Bu  Qaydalar  “Banklar  haqqında”,  “Azərbaycan  Respublikasının 

Mərkəzi  Bankı  haqqında"  Azərbaycan  Respublikası  Qanunlarına  uyğun  olaraq 

hazırlanmış  və  bank  fəaliyyətinə  lisenziyaların  verilməsi  prosesində,  həmçinin 

bankların  fəaliyyəti  dövründə  bank  inzibatçıları  vəzifəsinə  namizəd  kimi  təqdim 

edilən şəxslərin  attestasiyadan keçirilməsi qaydalarını müəyyən edir. 

1.2.  Bu  Qaydalarda  attestasiyadan  keçməli  olan  bank  inzibatçıları  (bundan 

sonra  -  bank  inzibatçıları)  dedikdə,  bankın  idarə  heyətinin  üzvləri,  daxili  audit 

bölməsinin rəhbəri, bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri) və onun 

imza  hüququ  olan  müavinləri,  habelə  yerli  və  xarici  bankların  yerli  filiallarının 

rəhbərləri  və  baş  mühasibləri  (mühasibat  xidmətinin  rəhbəri)  və  onların  imza 

hüququ  olan  müavinləri  vəzifələrinə  namizəd  kimi  təqdim  olunan  şəxslər  başa 

düşülür. 

2. Attestasiyanın keçirilməsi proseduru 

2.1.  Bank  lisenziyasının  alınması  üçün  ilkin  müraciət  edilərkən  bank 

inzibatçıları vəzifələrinə namizəd kimi təqdim olunan şəxslərin sənədlərinə müsbət 

baxıldıqda, Mərkəzii Bank bu şəxslərin attestasiya yerini və vaxtını təyin edir və 

attestasiya  gününə  ən  azı  15  (on  beş)  təqvim  günü  qalmış  bu  barədə  müraciəti 

təqdim edən şəxsə(lərə) yazılı məlumat verir. 

2.2.  Bank  lisenziyası  alınması  üçün  yekun  müraciətin  edilməsi  zamanı 

attestasiyadan  keçmiş  bank  inzibatçıları  arasında  dəyişiklik  baş  verdikdə    həmin 

inzibatçılar  barədə  “Banklar  haqqında”  Azərbaycan  Respublikası  Qanununda 

nəzərdə  tutulmuş  sənədlər  təqdim  edilməli  və  bank  inzibatçısı  vəzifəsinə  təqdim 

edilən  şəxs(lər)  yekun  müraciətə  baxılması  üçün  həmin  qanunda  müəyyən 

olunmuş müddətdə Mərkəzii Bankda attestasiyadan keçməlidirlər.    

2.3.  Yerli  və  xarici  banklar  fəaliyyətləri  dövründə  bank  inzibatçıları 

vəzifələrinə  təqdim  edilən  namizədlər  haqqında  Mərkəzi  Banka  yazılı  bildirişlə 

birlikdə aşağıdakı sənədləri təqdim etməlidirlər:  

2.3.1.  təhsil  və  əmək  fəaliyyəti  haqqında  sənədlərin  notariat  qaydasında 

təsdiq edilmiş surətləri;  

2.3.2.  namizəd  tərəfindən  doldurulmuş  anket,  namizədin  bankda  və  digər 

hüquqi şəxslərdə mühüm iştirak payını göstərən siyahı; 

2.3.3.  bankın  İdarə  Heyətinin  üzvlüyünə  (xarici  bankın  yerli  filialının 

rəhbərliyinə) təqdim edilən namizədin bankda nəzarət edəcəyi sahə haqqında yazılı 

məlumat;   

2.3.4.  namizəd  tərəfindən  imzalanmış  və  imzası  notariat  qaydasında 

təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə; 

2.3.5.  inzibatçı  əcnəbi  olduqda,  rezidenti  olduğu  ölkənin  müvafiq 

hakimiyyət  orqanları  tərəfindən  onun  cinayət  məsuliyyətinə  cəlb  olunub-

olunmadığı  barədə  verilmiş  və  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada 

leqallaşdırılmış arayış. 

2.4.  Namizəd  haqqında  sənədlərə  Mərkəzi  Bankın  müvafiq  struktur 

bölmələri  tərəfindən    30  (otuz)  təqvim  günü  müddətində  baxılır  və  rəy  müsbət 

olduqda,  sənədlər  Mərkəzii  Bankın  Attestasiya  komissiyasına  (bundan  sonra  – 

Attestasiya  komissiyası)  təqdim  olunur.  Attestasiya  komissiyası  sənədlərin 

komissiyaya təqdim olunduğu gündən 7 (yeddi) təqvim günündən gec olmayaraq 

attestasiya gününü təyin edir.  

2.5.  Mərkəzii  Bank  attestasiyanın  keçirilmə  yeri  və  vaxtı  barədə  bank 

inzibatçısı vəzifəsinə namizədi irəli sürmüş banka attestasiya gününə ən azı 3 (üç) 

iş günü qabağcadan yazılı surətdə məlumat verir.  

2.6.  Namizədi  təqdim  edən  bankın  rəhbər  işçisi(ləri)  Mərkəzii  Bankın 

Attestasiya komissiyasının iclasında müşahidəçi qismində iştirak edə bilər. 

2.7.  Bank  inzibatçısı  vəzifəsinə  namizəd  kimi  təqdim  olunan  şəxs  üzürlü 

səbəbdən Attestasiya komissiyasının iclasına gəlmədikdə, Attestasiya komissiyası 

attestasiyanı  başqa  münasib  vaxta  keçirir  və  bu  barədə  müvafiq  banka  3  (üç)  iş 

günü müddətində yazılı məlumat verir. 

2.8.    Bank  inzibatçısı  vəzifəsinə  namizəd  kimi  təqdim  olunan  şəxs  təyin 

olunan  vaxtda  üzürlü  səbəb  olmadan  attestasiyaya  gəlmədikdə,  Attestasiya 

komissiyası  attestasiyanın  keçirilməsi  gününü  7  (yeddi)  təqvim  günü  müddətinə 

təxirə  salır və bu barədə  müvafiq banka  yazılı  məlumat  verir. Bu hal  ikinci  dəfə 

təkrar olunduqda həmin şəxs attestasiyadan keçməmiş sayılır. 

2.9. Attestasiya sual-cavab üsulu ilə keçirilir.  

2.10. Sual-cavabın məqsədi namizədin peşəkarlıq səviyyəsini və onun bilik, 

savad və məntiqinin iddia etdiyi vəzifəyə uyğunluğunu müəyyən etməkdir. 

2.11.  Suallar  hər  bir  vəzifənin  səlahiyyət  və  məsuliyyət  dərəcəsindən,  iş 

xüsusiyyətlərindən asılı olaraq əsasən aşağıdakı sahələr üzrə verilir: 

-

Azərbaycan Respublikasının bank qanunvericiliyi; 

-

Bankların fəaliyyətinə aid mülki və vergi qanunvericiliyi

-

Korporativ idarəetmə standartları; 

-

Bank hesabatlılığı və mühasibat uçotu; 

-

Bankdaxili nəzarət və audit; 

-

Ödəniş sistemləri və informasiya texnologiyaları; 

-

Azərbaycan Respublikasında valyuta tənzimi və s. 

2.12.  Attestasiya  zamanı  verilən  sualların  və  cavabların  qısa  məzmunu  

Attestasiya vərəqəsində qeyd olunur (Əlavə 1). 

3. Attestasiya komissiyası 

3.1.  Bank  inzibatçılarının  attestasiyasını  Attestasiya  komissiyası  həyata 

keçirir. 

3.2.  Attestasiya  komissiyası  7  (yeddi)  nəfərdən  az  olmamaqla  tək  sayda 

Mərkəzii  Bankın  əməkdaşları  sırasından  Mərkəzi  Bankın  İdarə  Heyəti  sədrinin 

sərəncamı ilə yaradılır. Attestasiya komissiyası daimi əsaslarla fəaliyyət göstərir. 

Mərkəzi  Bankın  İdarə  Heyətinin  sədri  Mərkəzii  Bankın  əməkdaşları 

sırasından  Attestasiya  komissiyasının  katibini  təyin  edir.  Attestasiya 

komissiyasının katibi komissiyanın iclaslarında səsvermə hüququna malik deyildir.  

3.3.  Attestasiya  komissiyasının  iclaslarında  komissiyanın  5  üzvü  iştirak 

etdikdə səlahiyyətli sayılır.  

3.4. Attestasiya komissiyasının işi bu Qaydaların tələblərinə cavab verməli,   

obyektivlik  və  qərəzsizlik  şəraitində  aparılmalıdır.  Komissiya  öz  qərarını  açıq 

səsvermə  yolu ilə iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edir. 

Səslər bərabər olduqda namizəd attestasiyadan keçmiş hesab edilir.  

3.5.  Attestasiya  komissiyası  attestasiyanın  nəticələrindən  asılı  olaraq 

aşağıdakı qərarlardan birini qəbul edir:  

-

bank inzibatçısı vəzifəsinə təqdim edilən namizəd vəzifəyə uyğundur

-

bank inzibatçısı vəzifəsinə təqdim edilən namizəd vəzifəyə uyğun deyil. 

3.6. Attestasiyanın nəticələri attestasiya günü elan olunur. 

3.7.  Attestasiyanın  nəticələri  iki  nüsxədə  tərtib  edilən,  Attestasiya 

komissiyasının sədri, katibi və attestasiya komissiyasının səsvermədə iştirak etmiş 

üzvləri  tərəfindən  imzalanan  Attestasiya  vərəqəsi  ilə  rəsmiləşdirilir.  Nüsxələrdən 

biri  Mərkəzii  Bankda  saxlanılır,  digəri  isə  3  (üç)  iş  günündən  gec  olmayaraq 

müvafiq banka təqdim olunur.  

3.8. Attestasiyada iştirak edən bankın rəhbər işçisi(ləri) attestasiyaya dair öz 

xüsusi  rəyini  Attestasiya  komissiyasına  bildirə  bilər.  Verilmiş  rəy  Attestasiya 

vərəqəsində qeyd edilir. 

3.9.  Attestasiya  komissiyasının  qərarından  qanunvericilikdə  nəzərdə 

tutulmuş qaydada şikayət verilə bilər. 

4. Yekun müddəaları 

4.1.  Attestasiyadan  müvəffəqiyyətlə  keçmiş  şəxs  başqa  bankda  eyni 

səlahiyyətli vəzifəyə namizəd kimi təqdim olunduqda onun yenidən attestasiyadan 

keçməsi  tələb  olunmur.  Bu  zaman  namizəd  haqqında  hazırki  Qaydaların  2.3-cü 

bəndində  göstərilən  sənədlər  qanuna  müvafiq  qaydada  Mərkəzii  Banka  təqdim 

olunur. 

4.2. Barəsində “bank inzibatçısı vəzifəsinə təqdim edilən namizəd vəzifəyə 

uyğun  deyil”  qərarı  qəbul  edilən  şəxsin  namizədliyi  bu  və  ya  digər  bankda  eyni 

inzibatçı  vəzifəsinə  attestasiya  günündən  ən  azı  6  (altı)  ay  keçdikdən  sonra 

namizəd kimi təqdim oluna bilər. 

4.3. Bu Qaydalar dövlət qeydiyyatına alındığı tarixdən qüvvəyə minir. 

“Bank inzibatçılarının Mərkəzii Bankda 

attestasiyadan keçməsi Qaydaların”a                        

Əlavə № 1 

A T T E S T A S İ Y A   V Ə R Ə Q Ə S İ 

1.

Soyadı, adı, atasının adı_________________________________________ 

2.

Doğulduğu il_________________________________________________ 

3.

Təhsili barədə məlumatlar_______________________________________ 

(haranı və nə vaxt bitirmişdir) 

_______________________________________________________________ 

(təhsilinə görə peşəsi və ixtisası, elmi dərəcəsi, elmi adı) 

_______________________________________________________________ 

(ixtisasını nə vaxt və harada artırmışdır) 

4.

Attestasiya keçirilən zaman  attestasiya keçənin iddia etdiyi vəzifə 

________________________________________________________ 

5.

Ümumi əmək və bank stajı    

__________________________________________________________ 

(o cümlədən namizədliyi irəli sürülmüş bankda əmək stajı) 

6.

Əvvəlki attestasiyaların nəticələri__________________________________ 

7.

Attestasiya edilən şəxsə verilən suallar və cavablar

8.

Attestasiya Komissiyası üzvlərinin rəyi ____________________ 

________________________________________________________________

________________________________________________________________

________________________________________________________________ 

9.

Namizədi təqdim etmiş bank rəhbərinin rəyi  

_____________________________________________________________

_____________________________________________________________

____________________________________________________ 

 Suallar və cavabların qısa məzmunu qoşmada verilir.  

10.

Attestasiya edilən şəxsin rəyi ____________________________ 

________________________________________________________________

________________________________________________________________

________________________________________________________________ 

11.

Attestasiyanın  nəticələrinə görə qəbul edilmiş qərar__________________ 

_______________________________________________________________ 

_______________________________________________________________ 

Səslərin miqdarı: lehinə __________                         əleyhinə__________ 

12.

Qeyd_________________________________________________________ 

________________________________________________________________

________________________________________________________________ 

Attestasiya komissiyasının sədri   

_________________________ 

(imza) 

Attestasiya komissiyasının  

katibi 

__________________________ 

(imza) 

Attestasiya komissiyasının  

üzvləri   

          __________________________ 

(imza) 

          __________________________ 

(imza) 

          __________________________  

(imza) 

          __________________________ 

(imza) 

Attestasiyanın keçirilmə tarixi__________________________ 

Attestasiya edilən şəxsə verilən suallar və cavablar. 

__________________________________________________________________

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə