22
ardıcıllığa malikdir: məhsuldar qüvvələrin inkişafı istehsalın və kapitalın beynəl-
miləlləşdirilməsi iqtisadi inteqrasiya.
Göründüyü kimi alimlərin işlərində kifayət qədər aydın əsaslandırılır ki,
inteqrasiya prosesləri təsərrüfat həyatının beynəlmiləlləşdirməsinin çoxdan başlanmış
proseslərinin spesifik forması və birbaşa davamıdır. Buna Avropa Kömür və Polad
Birliyi (AKPB) nümunə ola bilər. Sözü gedən birlik Qərbi Avropada sonrakı inteqra-
siya proseslərinin özülü olmuşdur. Avropa Kömür və Polad Birliyinin təşkilatçıları
(1951-ci ildə) əsas məqsəd kimi mərkəzləşdirməni, planlaşdırmanı, kömürün
istehsalına nəzarət və onların təkmilləşdirilməsini irəli sürdülər. Artıq 90-cı illərin
başlanğıcına kömür sənayesinin və AKPB-nin on üzv ölkəsinin - AFR, Fransa,
taliya, Belçika, Niderland, Lüksemburq, Böyük Britaniya, Danimarka, rlandiya,
Yunanıstanın qara metallurgiya sahəsində birgə fəaliyyətinin geniş miqyaslı
nəticələrini görmək olar. Təsərrüfat həyatının beynəlmiləlləşdirilməsinin bu yeni
pilləsinin prinsipial fərqi ondan ibarətdir ki, AKPB çərçivəsində milli təsərrüfatlarda
baş verən təkrar istehsal prosesləri "yalnız bir-biriləri ilə əlaqədə olur və təsir
etmirlər, həm də perspektivdə, regional miqyasların bütöv təkrar istehsal proseslərini
yaradaraq, qarşılıqlı nüfuz edirlər və qovuşurlar ". Bu müddət ərzində Qərbi
Avropada onlar demək olar ki, daş kömürün bütün hasilatına, çuqunun əridilməsinin
85%-nə, polad istehsalının təqribən 80 %-nə, dəmir filizi hasilatının isə təxminən 50
%-nə nəzarət edirlər. Əgər iqtisadi ədəbiyyatlarda (E.F. Avdokuşin, R. Xasbulatov,
O. Çerkoves) sonrakı inteqrasiya ilə istehsalın beynəlmiləlləşməsinin formal və real
pillələri kifayət qədər dəqiq göstərilmişdirsə, onda Avropa Kömür və Polad Birliyini
real inteqrasiyanın ilk həlqəsi kimi götürmək olar.
nteqrasiyanın nəzəri və metodoloji konsepsiyalarının müxtəlifliyinə baxmaya-
raq, vurğulamaq olar ki, beynəlxalq iqtisadi inteqrasiya – qarşılıqlı beynəlxalq
iqtisadi təsirin əhəmiyyətli strategiyalarından biridir, xarici iqtisadi siyasətin və
irəliləyən davamlı inkişaf çərçivəsində milli dövlətlərin və şəxsi iqtisadi subyektlərin
maraqlarını xarakterizə edən istiqamətdir.
qtisadi inteqrasiya proseslərinin inkişafının praktiki zərurətinin işlənməsi və
ə
saslandırılması cəhdlərinə hələ 1950-1960-cı illərdə bir sıra elm adamlarının
23
(J.Rueff, R.Suman, V.Halsteyn, M.Paniç, E.Benua, J.Monne, P.Robson və s.)
ə
sərlərində rast gəlinmisdir.
Ə
nənəvi nəzəriyyə iqtisadi inteqrasiya proseslərini təhlil edərkən praktiki
olaraq gömrük birliyi çərçivəsində iqtisadi şərtlərdən (ticarət maneələrinin ləğvi,
müəyyən koordinasiyaedici reqlamentin tətbiqi və s.) çıxıs edir. Bu nəzəriyyənin
nümayəndəsi olan Kanada alimi Cekob Vaynerin (iqtisadi inteqrasiya, xüsusilə də
gömrük birliyi nəzəriyyəsinin formalaşmasını onun adı ilə bağlayırlar) analizinin
ə
sasında ölkələrin hər birinə məxsus gömrük tarifinin mövcudluğu şəraitində və onlar
arasında gömrük birliyi haqqında sazişin (hansı ki, bu saziş qarşılıqlı ticarətdə
tarifləri aradan qaldırır) imzalanması şəraitində ölkələr arasında ticarətin müqayisəsi
durur.
Ticarət siyasətinin bir modeli kimi gömrük birliyinə beynəlxalq iqtisadiyyatda
birmənalı müsbət hadisə kimi baxmaq olmaz. Azad ticarət siyasətindən sonra ikinci
elə bir alternativ ticarət siyasəti yoxdur ki, onun beynəlxalq rifaha təsiri birmənalı
surətdə müsbət olsun. ngilis iqtisadçısı C.Mid tərəfindən 1955-ci ildə irəli sürülmüş
“ikinci yaxşı” ideyası da elə bu fikrə əsaslanır. “ kinci yaxşı” nəzəriyyəsinə görə,
məcmu rifahın birmənalı surətdə yüksəlməsinə aparan azad ticarətdən başqa, bu cür
birmənalı surətdə məcmu rifahın artımını təmin edə biləcək heç bir ticarət siyasəti
variantı mövcud deyildir.
Digər məktəbin nümayəndələri (L.Keoxane, P.Robson, M.Dyuvatripon və
digərləri) inteqrasiya prosesində hakim mövqe tutan amil kimi qeyri-iqtisadi
xarakterli faktorları qeyd edirlər. Inteqrasiya qruplasmaları ölkələrə daha etibarlı
müdafiə qabiliyyətini təmin etməyə imkan verir, “elit klub”a daxil olma milli prestij
məsələsinə çevrilir və s. Siyasi amillərin əhəmiyyətini azaltmayaraq, qeyd etmək olar
ki, onlara əsas rolun verilməsi ölkələrin inteqrasiya səylərini tam izah etməyə imkan
vermir. Bir qədər sonra irəli sürülmüş nəzəriyyəyə görə isə, ölkələr iqtisadi
inteqrasiyaya “məhdudiyyət amili”nin (xammal, digər istehsal amilləri nəzərədə
tutulur) aradan qaldırılması üçün səy edirlər. Bildirilir ki, bu “amil” istehsalın
həcminin artmasına, əmtəə differensiasiyasının inkişafına və yeni texnologiyaların
inkişafına gətirib çıxarır.
24
Bu fikirləri əsas götürən bir sıra mütəxəssislər (P.Robson, A.Ryuqman) hesab
edirlər ki, inteqrasiyanın birbaşa nəticəsi olan istehsalın həcminin artımı statik
amillərin (istehsal müəssisələrinin ölçüsü) və dinamik amillərin (“istehsal etməyi
öyrənmək”) nəticəsidir. Bu amillər iqtisadi subyektlərə daha tutumlu bazarın
imkanlarından geniş surətdə istifadə etməyə imkan verir.
Sxem 1.1 qtisadi inteqrasiyanın nəzəri əsasları
Ümumiyyətlə regional iqtisadi inteqrasiyaya həsr edilmiş çoxlu sayda
konsepsiyalar mövcuddur ki, bunların da təsnifatını şərti olaraq aşağıdakı kimi
vermək olar:
- Bazar konsepsiyasının tərəfdarları iqtisadiyyatın tənzimlənməsində bazarın
ə
n səmərəli vasitə olması fikrini əsas götürürlər. Buna görə də, inteqrasiyanı bir neçə
qtisadi inteqrasiyanın nəzəri
ə
sasları
nteqrasiyanın siyasi hüquqi
konsepsiyaları
Ümumi inteqrasiya
konsepsiyaları
Funksional-sahəvi
konsepsiyalar
Funksionalist konsepsiya
Bazar konsepsiyası
Ticarət yaxud gömrük
ittifaqı konsepsiyası
Neofunksionalist konsepsiya
Bazar-institutsional
konsepsiya
Valyuta inteqrasiyası
konsepsiyası
Pluralist konsepsiya
Dirijist konsepsiya
Federalist konsepsiya
Struktur konsepsiya
Marksist konsepsiya
Dostları ilə paylaş: |