Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə5/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
1   2   3   4   5   6   7   8   9   ...   43

13
 
•  milli  istehsal  proseslərinin  bir-birləri  ilə  qarşılıqlı  qovuşması,  region 
çərçivəsində istehsal prosesinin texnologiya vahidliyinin formalaşması; 
•  istehsalda,  elm  və  texnikada  beynəlxalq  ixtisaslaşma  və  kooperasiyanın 
geniş inkişafı; 
•  üzv-ölkələrin iqtisadiyyatlarında baş verən struktur dəyişiklikləri; 
•  inteqrasiya  prosesinin  məqsədyönlü  tənzimlənməsi,  regional  idarəetmə 
orqanlarının inkişafı. 
Müasir beynəlxalq iqtisadiyyatda yaranmış və inkişaf edən çoxsaylı inteqrasiya 
birlikləri  öz  qarşılarına  prinsipcə  eyni  vəzifələri  qoyurlar.  Bu  vəzifələrdən  isə 
inteqrasiyanın məqsədləri irəli gəlir: 
1.  Miqyas iqtisadiyyatının üstünlüklərindən istifadə 
2.  Əlverişli xarici siyasət mühitinin yaradılması 
3.  Ticarət siyasəti vəzifələrinin həlli 
4.  Iqtisadiyyatın struktur dəyişikliklərinə dəstək 
5.  Milli sənayenin gənc sahələrinin dəstəklənməsi 
6.  Dünya bazarlarında mövqelərin gücləndirilməsi 
Tarixən  inteqrasiya  bir  neçə  əsas  mərhələdən  keçməklə  təkamül  edir  ki,  bu 
mərhələlərdən hər biri onun yetkinlik dərəcəsini xarakterizə edir. 
Beynəlxalq  iqtisadi  inteqrasiya  milli  inteqrasiyadan  növbəti  parametrlərlə 
fərqlənir: 
-  Keyfiyyətli iştirakçı heyətinə görə; 
-  Səlahiyyətlərinin  həcminə  və  inteqrasiya  mərkəziylə  qarşılıqlı  təsirin 
xarakterinə görə. 
Beynəlxalq  iqtisadi  inteqrasiya  qlobal  inteqrasiyadan  isə  aşağıdakı 
parametrlərlə fərqlənir: 
-  Miqyasına görə; 
 
-  ştirak edən subyektlərin miqdar tərkibinə görə; 
-  Onların bir-biri ilə və üçüncü ölkələrlə qarşılıqlı təsirinin xüsusiyyətlərinə 
görə. 


14
 
Qeyd  etmək  zəruridir  ki,  inteqrasiya  inkişaf  etdikcə  meydana  gələn  müxtəlif 
ölkələrin istehsalçıları arasında artan rəqabət müşahidə edilməyə başlayır. Bu rəqabət 
qiymətlərin  artımının  qarşısını  alır,  əmtəələrin  keyfiyyətinin  yaxşılaşmasına  gətirib 
çıxarır,  yeni  texnologiyaların  yaradılmasını  stimullaşdırır  və  s.  nteqrasiya 
nəticəsində  üzv-ölkələr  masştab  iqtisadiyyatının  üstünlüklərindən  istifadə  etməyə 
başlayırlar ki, bu da istehsalın həcminin artırılmasına, eyni zamanda xərclərin aşağı 
salınmasına  imkan  verir.  nteqrasiyanın  ziddiyyəti  özünü  əsasən  tərəflərin 
maraqlarının  müxtəlifliyində,  təkrar  istehsal  strukturunun  ayrı-ayrı  həlqələrinin 
inteqrasiya  prosesində  iştirak  üçün  eyni  bacarığa  malik  olmamasında  göstərir. 
Inteqrasiya  prosesi  bazar  mübadiləsi  (xüsusilə  əmtəə)  sferasında  daha  asan  cərəyan 
edir, istehsal sferası isə inteqrasiya proseslərinə çətinliklə cəlb olunur. 
nteqrasiyanın obyektiv ilkin şərtləri aşağıdakılardır: 
-  nteqrasiya  edən  ölkələrin  iqtisadi  inkişaf  səviyyəsinin  və  bazar  yetkinliyi 
dərəcəsinin  yaxınlığı.  Çox  nadir  hallar  istisna olmaqla,  dövlətlərarası  inteqrasiya  ya 
sənayecə inkişaf etmiş ölkələr arasında, ya da inkişaf etməkdə olan ölkələr arasında 
olur.  Hətta  inkişaf  etməkdə  olan  ölkələr  çərçivəsində  də  təxminən  eyni  iqtisadi 
inkişaf  səviyyəsinə  malik  ölkələr  arasında  inteqrasiya  prosesləri  daha  aktiv  surətdə 
gedir.  Müasir  şəraitdə  tədricən  beynəlxalq  iqtisadi  inteqrasiyanın  müasirləşdirmə 
amillərinin  əhəmiyyəti  daha  da  güclənir.  "Ayrı-ayrı  nəzəri  baxışlara    uyğun  olaraq,  
məhz  texnologiya  (S.  Linder)  və  rəqabət  (M.  Porter)  amilləri  dünya  iqtisadi 
ə
laqələrində  üstünlükləri  formalaşdırır  və  B M-in  daha  yüksək  formalarına  keçidi 
təmin  edir".  Əgər  bundan  çıxış  edərək,    inteqrasiya  sisteminin  yaradılması  iştirakçı 
ölkələrə ümumi məqsədlər (istehsalın və məşğulluğun artırılması, bazar mexanizmləri 
çərçivəsində iqtisadiyyatın strukturunun müasirləşdirilməsi, sosial sabitlik və s.) irəli 
sürməyə  icazə  verirsə,  bu  halda  iqtisadi  inkişafın  səviyyəsinin  və  inteqrasiya  edən 
ölkələrin bazar yetkinliyi dərəcələrinin əhəmiyyəti açıq-aydın güclənir. Hətta sənaye 
ölkələri  çərçivəsində  inteqrasiya  prosesləri  yalnız  eyni  inkişaf  səviyyəsində  olan 
dövlətlərin arasında fəal gedə bilər. "1994-cü ildə Avropa Azad Ticarət Assosiasiyası 
(EFTA-  European  Free  Trade  Association)  və  Avropa  Birliyi  əsas  prinsipi  
kapitalların,  malların,  xidmətlərin  və  fiziki  şəxslərin  müstəqil  yerdəyişməsi  olan 


15
 
vahid  iqtisadi  məkanın  yaradılması  haqqında  razılaşma  imzaladı.  Ona  daxil  olan 
dövlətlərin  və  onların  arasındakı  iqtisadi  əlaqələrin  inkişafının  yüksək  səviyyəsinə 
baxmayaraq, EFTA (azad ticarət zonasının yaradılması məqsədilə 1960-cı ildə təşkil 
olunan  bu  qurumun  üzvləri  qurumu  tərk  edib  A -na  üzv  olduqdan  sonra  4  üzvü  – 
slandiya,  Norveç,  sveçrə,  Lixtenşteyn  qalmışdır)  dəyərli  inteqrasiya  qruplaşması 
olmadı.  Faktiki  olaraq  o,Vahid  qtisadi  Məkan  və    Avropa  Birliyinin  yeni  üzvləri 
üçün  xüsusi  "hazırlıq  sinifi"  oldu".  Sənayecə  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan 
ölkələr  arasında  inteqrasiya  tipli  birliklərin  yaradılmasına  cəhd  göstərilsə  də,  bu 
cəhdlər  özünün  formalaşmasının  başlanğıc  mərhələsindədir  və  bu  baxımdan  onların 
səmərəlilik  dərəcəsi  barədə  birmənalı  nəticə  çıxarmaq  mümkün  deyildir.  Bu  halda 
təsərrüfat  mexanizmlərinin  uyğun  olmaması  səbəbindən  inkişaf  etmiş  və  inkişaf 
etməkdə olan ölkələr arasında inteqrasiya prosesinə assosiasiya, məxsusi əməkdaşlıq, 
ticarət  imtiyazları  və  s.  barədə  keçid  sazişlərinin  imzalanması  ilə  başlanır.  Bu 
sazişlərin  müddəti  daha  az  inkişaf  etmiş  ölkədə,  daha  inkişaf  etmiş  ölkədə  mövcud 
olan  mexanizmlərin  yetkinlik  dərəcəsinə  uyğun  olan  bazar  mexanizminin 
yaranmasına  qədər  uzadılır.  Müəyyən  ölkələrdə  (məsələn,  Afrika  ölkələrində), 
ehtimal edilir ki, sənaye cəhətdən inkişaf etmiş ölkələrdə iqtisadi inteqrasiyaya uyğun 
olaraq xarici tədqiqatçılar tərəfindən yaradılmış məşhur nəzəriyyələr daha az istifadə 
olunurlar. Xüsusi halda, Afrikanın inkişaf edən ölkələri üçün iqtisadi inteqrasiyanın 
bazar modelinin nəzəriyyəsinin istifadə edilə bilməsi məsələsi həll olunmamış qalır. 
B. Balaş (ABŞ) və R. Striten (  ngiltərə) kimi görkəmli qərb alimləri tərəfindən 
təklif edilmiş nəzəriyyələrdə hələ vaxtıykən "azad ticarət zonası",  " gömrük birliyi", 
"ümumi bazar", "iqtisadi birlik",  sonra isə "siyasi birləşmə"yə inteqrasiyasının əsas 
pillələri  kimi  baxılır.  Afrika  ölkələri  iqtisadi  və  gömrük  birliklərinə  daxil  olarkən, 
uyğunlaşdırılmış  siyasət  əsasında  qarşılıqlı  iqtisadi  əlaqələri  inkişaf  etdirəcəklərini, 
iqtisadiyyatın  müasirləşdirməsi  üçün  baza  kimi  daxili  bazarları  inkişaf 
etdirəcəkilərini  güman  edirdilər.  Bu  halda  "inteqrasiyaya  alternativ  yolun  inkişafı 
kimi, bütün daxili amillərin səfərbərliyinin və inkişafının ilkin şərti kimi, çox şeydə 
şə
xsi güclərə dəstək göstərilməsinə nail olmaq vasitəsi kimi baxılırdı". Afrika iqtisadi 
cəmiyyətinin  2005-ci  ilə  yaradılması  üzrə  Afrika  birliyi  Təşkilatının  tezislərində 


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə