Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə16/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

46
 
edilməlidir; 
3. Əmək tutumlu məhsullara yüksək rüsumlar tətbiq olunmalıdır. 
4.   xrac  yönümlü  istehsalı  stimullaşdırmaq.  Bunun  üçün  ilk  növbədə  ixrac 
yönümlü istehsalı təşkil etmək, onlara dövlət tərəfindən güzəştlər verilməsi lazımdır; 
5.  Gömrük işinin hüquqi bazasını təkmilləşdirmək; 
6. Qabaqcıl  təcrübənin  öyrənilməsi  məqsədilə  başqa  ölkələriə  və 
beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi. 
Gömrük  siyasəti  ölkənin  ümumi  iqtisadi  siyasətinin  ayrılmaz  tərkib  hissəsi 
kimi  çıxış  edir.Bazar  münasibətlərinin  formalaşması  və  inkişafı  şəraitində  gömrük 
siyasəti daxili iqtisadi vəzifələrin yerinə yetirilməsi üçün böyük əhəmiyyət kəsb edir. 
Belə  ki,  gömrük  siyasəti  milli  iqtisadiyyatın  hərtərəfli  inkişafını    stimullaşdırmaqla 
yanaşı,  formalaşmaqda  olan  Azərbaycan  iqtisadiyyatını  xaricdən  daxil  ola  biləcək 
destruktiv    elementlərdən  və  ədalətsiz  rəqabətin  zərərli  təsirlərindən  qorumaq 
vəzifəsini də yerinə yetirir. 
Gömrük  siyasətinin  yerinə  yetirilməsi  vasitələri  gömrük  işinin  əsasını  təşkil 
edir.  Azərbaycanda  gömrük  işinin  hüquqi  bazasının  təşkil  edən  "AR  Gömrük 
Məcəlləsi"nin    2-ci maddəsinə  görə"Gömrük  işi-  malların  və  nəqliyyat  vasitələrinin  
AR-nın    gömrük    sərhəddindən    keçirilməsinin    qayda    və    prinsipləri,  gömrük 
ödənişlərinin  alınması,  gömrük  rəsmiləşdirilməsi,  gömrük  nəzarəti  və  gömrük 
siyasətinin həyata keçirilməsinin digər vasitələrindən ibarətdir".  lk baxışda gömrük 
işi mahiyyət etibarı ilə çox sadə görünür. Əslində isə sadə göründüyü qədər mürəkkəb 
və  kompleks  xarakterli  olan  gömrük  işi,  həm  də  elementlərinin  həmcins  olması  ilə 
diqqəti cəlb edir. Bu isə, gömrük işinin müxtəlif məqsədli məsələlərin həlli yolları ilə 
ə
laqədə  olması  ilə  bağlıdır.  Gömrük  Məcəlləsinin  2-ci  bəndində  göstərilir  ki, 
Azərbaycan  Respublikasında  dövlətin  daxili  və xarici siyasətinin  tərkib  hissəsi olan 
vahid  gömrük  siyasəti  həyata  keçirilir.  Bu  siyasətin  tələb  və  vəzifələri  Azərbaycan 
Respublikasının  Milli  Məclisi,  Azərbaycan  respublikasının  prezidenti  və  Nazirlər 
Kabineti  tərəfindən  Gömrük  Məcəlləsi  və  gömrük  hüququnun  digər  mənbələri 
ə
sasında  müəyyən  edilir  və  respublikanın  gömrük  ərazisində  mal  mübadiləsinin 
tənzimlənməsi  və  gömrük  nəzarəti  vasitələrindən  effektiv  istifadə  edilməsilə  daxili 


47
 
bazarın müdafiəsi üçün ticarət-siyasi məsələlərin həlli, milli iqtisadiyyatın inkişafının 
stimullaşdırılması,  dövlətin  iqtisadi  siyasətinin  əsas  məsələlərinin  həllinə  təkan 
vermək məqsədi güdür. Gömrük siyasəti ölkənin xarici iqtisadi fəaliyyətinin vacib bir 
sahəsidir. 
Gömrük  siyasətinin  başlıca  vəzifəsi  –  Azərbaycan  dövlətinin  qtisadi 
maraqlarının  və  təhlükəsizliyinin  təmin  edilməsidir
1
.  Qaçaqmalçılıq,  gömrük 
qaydalarının  və  vergi  qanunvericiliyinin  pоzulması  hallarına  qarşı  mübarizə 
aparılması,  narkоtik  vasitələrin,  silahların,  Azərbaycan  xalqının  bədii  və    arxeоlоji 
sərvətlərinin,  eləcə  də  intellektual  mülkiyyətin,  nadir  fauna  və  flоra  nümunələrinin 
qeyri-qanuni  daşınmasının  qarşısının  alınması  hüquq-mühafizə  fəaliyyətinin 
prinsipial müddəalarını əsas tutan gömrük оrqanlarının ən ümdə vəzifəsidir.  
Gömrük  siyasəti  ölkənin  iqtisadi  siyasətinin  mühüm  tərkib  hissəsi  оlmaqla 
yanaşı,  respublikanın  gömrük  ərazisində  mal  mübadiləsinin  tənzimlənməsi  və 
gömrük nəzarəti vasitələrindən effektiv istifadə edilməsi ilə daxili bazarın müdafiəsi 
üçün ticari-siyasi məsələlərin həlli, milli iqtisadiyyatın inkişafının stimullaşdırılması, 
dövlətin iqtisadi siyasətinin əsas məsələlərinin həllinə təkan vermək məqsədi güdür. 
Gömrük  siyasətinin  mahiyyəti  öz  əksini  gömrük-tarif  qanunvericiliyində,  müxtəlif 
istiqamətli  beynəlxalq  gömrük  birlikləri  və  münasibətləri  yaradılmasında,  sərbəst 
gömrük  və  ticarət  zоnalarının  təşkil  edilməsində  tapır.  Gömrük  siyasəti  dövlətin 
iqtisadi  və  xarici  ticarət  siyasətinin  ayrılmaz  hissəsidir  və  buna  görə  də  hökumətin 
ümumi iqtisadi strategiyasının məqsəd və vəzifələrindən asılıdır.  
Müasir mərhələdə gömrük siyasətinin əsas xüsusiyyəti yeni iqtisadi münasibət-
lərə keçidlə əlaqədar оlaraq оnun fоrma və məzmununda yeniliklər edilməsi, tarixən 
qazanılmış  müsbət  keyfiyyətlərin  qоrunub  saxlanılması  və  beynəlxalq  təcrübənin 
nailiyyətlərindən  istifadə  оlunması  əsasında  təkmilləşdirilməsidir.  Gömrük 
siyasətinin  inkişafı  xarici  iqtisadi  fəaliyyəti  tənzimləmə  mexanizminin  beynəlxalq 
tələblərə  uyğunlaşdırılması  və  milli  iqtisadiyyatın  maraqlarının  dünyəvi  qaydalar 
nəzərə  alınmaqla  müdafiəsi  ilə  bağlıdır.    Azərbaycan  Respublikasında  gömrük  işini 
                                                            
1
 Nuriyev C.Q., Əliyev A.Ə., Atakişiyev M.C. “Gömrük  işinin təşkili və idarə edilməsi”, 2009, Bakı, Şərq-Qərb, 452 s. 
 


48
 
və gömrük siyasətini Dövlət Gömrük Kоmitəsi həyata keçirir. Bakı Gömrüyü ilk dəfə 
Rusiya  mperiyası Senatının 25 yanvar 1807-ci il tarixli fərmanı ilə 1809-cu ildə təsis 
edilmiş,  Həştərxan  gömrük  dairəsinin  tərkibinə  daxil  edilmişdi.  “Zaqafqaziya 
ölkəsində  gömrük  idarəetməsi  barədə  Əsasnamə”yə  görə  o,  31  iyul  1831-ci  il 
tarixdən Zaqafqaziya gömrük dairəsinin tabeliyinə verilmiş və 1832-ci ildən etibarən 
“Bakı  anbar  gömrükxanası”  adını  almışdır.    4  may  1847-ci  ildən  Bakı  Gömrüyü 
Zaqafqaziya  Karantin-Gömrük  dairəsinin  tabeliyində  olan  Bakı  Karantin-Gömrük 
idarəçiliyinə  çevrilir.  Qafqaz  canişini  tərəfindən  31  mart  1861-ci  il  tarixdə  təsdiq 
edilmiş “Qafqaz və Zaqafqaziyada Karantin-gömrük hissəsinin yenidən təşkili barədə 
Ə
sasnamə”yə görə  bu  idarə Bakı Karantin – Gömrük Kontoruna çevrilmiş və yeni 
yaradılmış  Bakı  Karantin-Gömrük  dairəsinin  idarəçiliyinə  tabe  edilmişdi.  1897-ci  il 
dekabr  ayının  8-də  “Rusiyanın  Avropa  hissəsi  və  Qafqazda  gömrük  təşkilatlarının 
ş
tatları” barədə qanuna əsasən Bakı Karantin-Gömrük Kontoru Bakı Gömrük Dairəsi 
idarə  heyəti  tabeliyində  Bakı  Gömrükxanasına  çevrilir  və  1  iyun  1911-ci  ildə 
Tiflisdəki Qafqaz Gömrük Dairəsinin idarəçiliyinə tabe edilir. 1911-ci ildən 1918-ci 
ilə  qədər  Bakı  Gömrüyü  Senat  tərəfindən  21  yanvar  1911-ci  ildə  təsdiq  edilmiş 
“Rusiya  mperiyası Gömrüklərinin Nizamnaməsi” əsasında fəaliyyət göstərmişdir. 
”Gömrük  tarifi  haqda  AR  qanununa  görə,  gömrük tarifi – gömrük  sərhəddin-
dən  keçirilən  mallara  tətbiq  edilən gömrük  rüsum  dərəcələrinin  X F  ƏN –na  uyğun 
olaraq  sistemləşdirilmiş  məcmusudur.  Gömrük  Məcəlləsinin  218-ci  maddəsində 
göstərilir  ki,  malların  idxalı  və  ixracı  üzrə  gömrük  rüsumları  gömrük  tarifinə 
ə
saslanır.  Malların idxalı və ixracı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər 
tədbirlər bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur.  
Gömrük tarifi aşağıdakılar əsasında müəyyən edilir:  
1. tamamilə  və  ya  qismən  xarici  iqtisadi  fəaliyyətin  mal  nomenklaturasına 
ə
saslanan  və  malların  ticarəti  ilə  bağlı  tarif  tədbirlərinin  tətbiqi  məqsədilə  xüsusi 
sahələri tənzimləyən qanunvericilik aktları ilə müəyyən edilmiş digər nomenklatura;  
2. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının əhatə etdiyi mallara tətbiq 
olunması nəzərdə tutulan avtonom və ya konvensiya idxal gömrük rüsumları; 
3. xarici iqtisadi fəaliyyətin mal nomenklaturası;  


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə