Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə6/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
1   2   3   4   5   6   7   8   9   ...   43

16
 
"şəxsi güclərə dayaqlar" konsepsiyası qoyulmuşdur. Beləliklə, inkişaf etmiş ölkələrin 
inteqrasiyasından  ( EÖ-də  inteqrasiya  məhsuldar  qüvvələrin  yüksək  səviyyəsinin 
nəticəsidir)  fərqli  olaraq,  inkişaf  edən  dünyada  inteqrasiya  –  "iqtisadi  artımın 
sürətlənməsi və müasir təsərrüfat strukturunun yaradılması vasitəsidir".  nkişaf edən 
ölkələrin  əksəriyyəti  praktik  olaraq,  sözün  əsl  mənasında  inteqrasiya  prosesindən 
kənardırlar, "inkişaf edən ölkələrin iqtisadi əməkdaşlığı, onlar tərəfindən inteqrasiya 
hədəflərinin bəyan edilməsi yalnız real inteqrasiya prosesinin hazırlıq pilləsidir"; 
-  nteqrasiya  ölkə  iqtisadiyyatları  inkişafda  olduğu  zaman  daha 
müvəffəqiyyətlə  inkişaf  edir.  Tarix  artıq  sübut  edib  ki,  böhranda  olan  ölkələr  bir-
birləri  ilə  çox  ağır  inteqrasiya  olunurlar.  Böhran  dövründə  ölkələrdə  ahtiböhran 
tədbirləri,  qanunları,  məhdudiyyətləri  və  s.  qəbul  edilir,  məsələn,  kapital  ixracına 
məhdudiyyət  tətbiq  edilir.  Məlumdur  ki,  inteqrasiya  üçün  əksinə,  işçi  qüvvəsinin, 
kapitalın,  əmtəə  və  xidmətlərin  hərəkətinin  sərbəstliyi  lazımdır.  Hələ  ki  tarixdən 
böhranda olan ölkələrin yaratdığı dayanıqlı inteqrasiya qruplaşması məlum deyildir; 
-  nteqrasiya edən ölkələrin coğrafi yaxınlığı, əksər hallarda ümumi sərhədin 
və  tarixən  formalaşmış  iqtisadi  əlaqələrin  mövcudluğu.  Dünyanın  əksər  inteqrasiya 
birlikləri  bir  qitədə  yerləşən,  bir-birləri  ilə  bilavasitə  coğrafi  yaxınlıqda  olan, 
nəqliyyat  kommunikasiyalarına  malik olan və  çox  zaman  bir dildə danışan  bir neçə 
qonşu  ölkədən  başlayıb.  lkin  ölkələr  qrupuna,  yəni  inteqrasiya  birliyinin 
təşəbbüsçüləri  olan  “inteqrasiya  nüvəsi”nə  sonradan  digər  qonşu  dövlətlər  də 
qoşulmağa başlamışlar; 
-  nteqrasiya edən ölkələrin liderlərinin siyasi iradəsi. Hazırda mövcud olan 
bütün  iri  inteqrasiya  qruplaşmalarının  yaradılmasına  maraqlı  ölkələrin  siyasi 
rəhbərlərinin təşəbbüsləri təkan vermişdir. Siyasi rəhbərliyin rolu ondan ibarətdir ki, 
onlar öz ölkələri üçün inteqrasiya vasitəsilə əldə ediləbiləcək məqsəd müəyyən etməli 
və  formlaşdırmalıdırlar.  Ölkə  üçün  bütün  siyasi-iqtisadi  nəticələr  mümkün  qədər 
dəqiq proqnozlaşdırılmalı, ilkin mərhələdə ölkənin uğrayacağı xərclər və bu xərclərin 
nə  vaxt ödəniləcəyi  və  ölkənin  inteqrasiyadan  nə  vaxtdan  etibarən  fayda  götürəcəyi 
hesablanmalıdır.  Siyasi  rəhbərlik  bazar  təsərrüfatı  sistemi  şəraitində  inteqrasiyanın 
səmərəli  getdiyini  bilməlidir.  Bundan  əlavə,  ölkənin  siyasi  rəhbərliyi  hansı 


17
 
səlahiyyələrin  “ümumi  zənbil”ə  ötürüləcəyini,  hansıların  isə  saxlanılacağını  dəqiq 
müəyyən  etməlidir.  Nəzərə  alınmalıdır  ki,  ölkə  üstmilli  qurumların  yaradılmasına 
hazır  deyilsə,  onda  inteqrasiya  təşəbbüsü  kağız  üzərində  qalacaq.  Beləliklə,  təsdiq 
etmək olar ki, təsərrüfat həyatının beynəlmiləlləşdirilməsi özünün çoxdankı köklərinə 
və  dərin  ənənələrinə  malikdir,  təsərrüfat  əlaqələrinin  strukturu  isə  bu  region 
ölkələrinin arasında adi beynəlxalq münasibətlərdən hökümətlərarası qarşılıqlı təsirin 
rolunun tədricən artdığı  daha mürəkkəb sistemə  keçidin ən əlverişli ilkin şərtlərini 
qoyur.  
-  Ölkələr  qarşısında  inkişaf,  maliyyələşdirmə,  iqtisadiyyatın  tənzimlənməsi, 
siyasi  əməkdaşlıq  və  s.  sahələrdə  duran  iqtisadi  və  digər  problemlərin  ümumiliyi. 
qtisadi  inteqrasiyaya  adətən  ölkələr  qarşısında  real  şəkildə  duran  konkret 
problemlərin  həlli  üçün  müraciət  edirlər.  Elə  buna  görədir  ki,  əsas  problemi  bazar 
iqtisadiyyatının əsaslarının yaradılması olan ölkələr artıq ümumi valyutanın tətbiqini 
tələb  edən    bazar  inkişafı  səviyyəsinə  malik  dövlətlərlə  inteqrasiya  edə  bilmirlər. 
Ə
sas  problemi  əhalini  su  və  qida  ilə  təmin  etmək  olan  ölkələr  kapitalın  sərbəst 
hərəkəti problemini müzakirə edən dövlətlərlə bir yerdə ola bilməzlər; 
-  nteqrasiya  birliyinə  daxil  olan  ölkələrdəki  müsbət  dəyişikliklərin  bu 
dəyişiklikləri  izləyən  digər  ölkələrə  psixoloji  təsir  göstərməsi.  nteqrasiya  birlikləri 
yaratmış  ölkələrdə  adətən  müsbət  iqtisadi  meyllər  (iqtisadi  artım  templərinin 
sürətlənməsi, inflyasiyanın aşağı düşməsi, məşğulluğun artımı və s.) baş verir ki, bu 
da  baş  verən  dəyişiklikləri  izləyən  digər  ölkələrə  müəyyən  psixoloji  təsir  göstərir. 
Nəticədə də həmin ölkələr inteqrasiya birliklərinə üzv olmağa çalışırlar; 
-  Bəzi  ölkələrin  maraqları  olmadığı  halda  belə  inteqrasiya  proseslərindən 
kənarda qalmamaq üçün inteqrasiya birliyinə daxil olağa  razılıq verməsi.
 
Bu və ya 
digər  regionun  əksər  ölkələri  inteqrasiya  birliyinin  üzvləri  olduqdan  sonra  həmin 
birlikdən  kənarda  qalan  digər  region  ölkələri  mütləq  bir  sıra  çətinliklərlə  üzləşirlər. 
Bu  çətinliklər  birliyə  daxil  olan  ölkələrin  iqtisadi  əlaqələrinin  bir-birlərinə 
istiqamətlənməsindən qaynaqlanır. Bu bəzən inteqrasiyadan kənarda qalmış ölkələrin 
ticarətinin  azalmasına  gətirib  çıxarır.  Bu  ölkələrdən  bəziləri  inteqrasiya 
proseslərindən kənarda qalmaq qorxusundan hətta inteqrasiya üçün əhəmiyyətli ilkin 


18
 
marağa  malik olmadan belə, inteqrasiya proseslərinə qoşulmağa maraqlı olduqlarını 
bildirirlər; 
-  Miqyas  iqtisadiyyatının  üstünlüklərindən  istifadə.  Miqyas  iqtisadiyyatı 
ə
sasında  bazarın  həcmini  genişləndirmək,  tranzaksiya  xərclərini  azaltmaq  və  digər 
üstünlüklərin  əldə  edilməsini  təmin  etmək  mümkündür.  Bu,  öz  növbəsində,  birbaşa 
xarici  investisiyaları  cəlb  etməyə  imkan  verəcəkdir.  Belə  ki,  bu  cür  investisiyalar 
ə
həmiyyətli  ölçüyə  malik  bazarlara  daha  həvəslə  yatırılır.  Çünki,  böyük  ölçülü 
bazarlarda  onların  ehtiyaclarını  ödəyən  müstəqil  istehsalın  yaradılması  daha 
məqsədəuyğun olur; 
-  Əlverişli  xarici  siyasət  mühitinin  yaradılması.  Əksər  inteqrasiya 
birliklərinin  vacib  məqsədlərindən  biri  də  bu  birlikdə  iştirak  edən  ölkələrin  siyasi, 
hərbi,  sosial,  mədəni  və  digər  qeyri-iqtisadi  hadisələrdə  qarşılıqlı  anlaşmalarının  və 
ə
məkdaşlıqlarının  gücləndirilməsidir.  Coğrafi  baxımdan  bir-birinə  yaxın  olan  və 
inkişaf  sahəsində  eyni  cür  problemlərə  malik  ölkələr  üçün  qonşularla  yaxşı 
münasibətlərin  olması,  bu  münasibətlərin  qarşılıqlı  iqtisadi  öhdəliklərlə 
möhkəmləndirilməsi mühüm siyasi prioritet təşkil edir; 
-  Ticarət siyasəti vəzifələrinin həlli. Regional inteqrasiyadan çox zaman ÜTT 
çərçivəsində  həyata  keçirilən  çoxtərəfli  ticarət  danışıqlarında  danışıq  mövqelərinin 
gücləndirilməsi vasitəsi kimi də istifadə edilir. Hesab edilir ki, hər hansı blok təşkil 
edən ölkələr adından razılaşdırılmış çıxış daha çəkilidir və ticarət siyasəti sahəsində 
daha  arzuolunan  nəticələrə  gətirib  çıxarır.  Bundan  əlavə,  regional  bloklar  qarşılıqlı 
ticarət üçün daha sabit və proqnozlaşdırıla bilən mühit yaradır.; 
-  qtisadiyyatın  struktur  dəyişikliklərinə  dəstək.  Bazar  iqtisadiyyatını  quran 
və  ya  ciddi  iqtisadi  islahatlar  həyata  keçirən  ölkələrin  daha  yüksək  bazar  inkişafı 
səviyyəsinə  malik  ölkələrin  regional  ticarət  sazişlərinə  qoşulmasına  bazar 
təcrübəsinin  ötürülməsinin  mühüm  kanalı  kimi,  həmçinin  seçilmiş  bazar  kursuna 
sədaqətlilik amili kimi baxılır. Daha inkişaf etmiş ölkələr öz qonşularını inteqrasiya 
proseslərinə qoşmaqla onların bazar islahatlarının sürətlənməsində və onlarda tam və 
tutumlu bazarların yaradılmasında maraqlı olurlar; 


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə