Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə2/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
1   2   3   4   5   6   7   8   9   ...   43

4
 
xidmətləri  sferasının  liberalizasiyası,  idarəetmənin  administrativ  metodlarının  ləğvi 
baş verdi. 
Yeni  minilliyin  ərəfəsində  dünyanın  bir  çox  dövlətləri  qlobal  inteqrasiya 
proseslərinin  birgə  inkişaf  sxemlərini  hazırlayır,  hansı  ki,  öz  növbəsində  yeni 
geosiyasi  və  geoiqtisadi  mərkəzlərin  yaradılmasını  öz  tərkibinə  alır.  Bu  prosesdə 
Azərbaycan  gənc,  müstəqil  dövlət  kimi,  beynəlxalq  regional əməkdaşlığın  siyasi  və 
iqtisadi təhlükəsizliyi təmin edə biləcək stabil sisteminin yaradılmasına can atır. Bu 
meyl nəinki Azərbaycanın dünya cəmiyyətinə inteqrasiyasını stimullaşdırır, eləcə də 
ölkənin müxtəlif regionlarda təsirinin artmasına, ticari-iqtisadi əlaqələrin və istehsal 
kooperasiyasının  inkişafına,  məhsul  satışının  perspektiv  bazar  axtarışına  imkan 
yaradır. 
Ölkəmizin  dünya  iqtisadi sisteminə  inteqrasiyanın sürətləndirilməsi,  dünyanın 
bir  çox  ölkələri  ilə  ticarət-iqtisadi  əlaqələrin  genişləndirilməsi  Azərbaycan 
hökumətinin  qarşısında  duran  vacib  vəzifələrdəndir.  Mövcud  şəraitdə  dövlətimizin  
ə
n başlıca problemlərindən biri yeni formalaşan azad iqtisadiyyat şəraitində iqtisadi 
təhlükəsizliyin  təmin  edilməsi,  milli  iqtisadiyyatımızın  dünya  təsərrüfatı  ilə  sağlam 
qarşılıqlı əlaqələrinin qurulması idi. Xüsusilə də nəzərə alsaq ki, inteqrasiya prosesi 
keçid  dövrü  iqtisadiyyatına  malik  olan  dövlətlərə  EÖ-in  uzun  müddətli  bazar 
təcrübələrini  öyrənmək  üçün  əlverişli  şərait  yaradır,  onda  demək  olar  ki,  milli 
iqtisadiyyatın dünya təsərrüfatına inteqrasiyası dövlətimiz üçün  xüsusilə əhəmiyyətli 
məsələdir.    qtisadiyyatımızın  dünya  təsərrüfatına  inteqrasiyası  ölkəmizə    daxili 
istehsalçıların fəaliyyət bazarının həcminin genişləndirilməsinə, xarici investisiyalar-
dan  faydalanmağa,  əlverişli    xarici  siyasət  mühitinin  yaradılmasına,  istər  regionda, 
istərsə  də  dünyada  gedən  əsas  iqtisadi  layihələrdən  kənarda  qalmamasına,  dünya 
dövlətləri  ilə  iqtisadi,  siyasi,  hərbi,  sosial,  mədəni  əməkdaşlığının  inkişafına  və  s. 
şə
rait  yaradır.  Lakin  burada  bir  məsələni  nəzərdən  qaçırmaq  olmaz  ki,  keçid 
mərhələsində  dövlət,  daxili  bazarı  xarici  sahibkarlar  üçün  açmaqla  yanaşı,  daxili 
istehsalçıların  və  satıcıların  mənafeyini  qorumaq  üçün  müvafiq  iqtisadi  mühitin 
yaradılmasını  və  proteksionist  siyasətin  yeridilməsini  də  təmin  etməlidir.  Çünki  
dünya  təcrübəsi  göstərir  ki,  açıq  tipli  iqtisadiyyata  keçid  dövlətin    güclü,  çevik 


5
 
müdaxiləsi  yolu  ilə  sistemli  iqtisadi  və  hüquqi  islahatları  ilə  müşayiət  edilməzsə, 
müəyyən  müddətdən  sonra    inkişaf  etməkdə  olan  ölkələr  inkişaf  etmiş  sənaye 
ölkələrinin  xammal  əlavəsinə  çevrilmək  təhlükəsi  qarşısında  qalırlar.  Beləliklə  də 
sözü  gedən  proseslərin  Azərbaycanın  tam  maraqlarına  uyğunlaşdırılması  və  xarici 
iqtisadi  əlaqələrin  uzunmüddətli  milli  mənafeləri  nəzərə  alaraq  ölkənin  iqtisadi 
təhlükəsizliyinin  təmin  edilməsinə  yönəldilməsi  üçün  milli  iqtisadiyyatın  dünya 
təsərrüfatı ilə qarşılıqlı əlaqəsinin əsaslı hüquqi tənzimlənməsinə nail olmaq lazımdır.  
Məlumdur  ki,  ölkəmiz  müstəqillik  əldə  etdikdən  sonra  müstəqil  gömrük 
siyasəti  formalaşdırılmağa  başlandı  və  lazım  olan  gömrük  qanunvericiliyi  aktları 
qəbul  olundu.  Eyni  zamanda  gömrük  işinin  daha  səmərəli  təşkil  edilməsi  üçün 
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən lazım olan təlimat 
və  əsasnamələr  işlənib  hazırlanmışdır.  Bütün  sənədlərin  əsasını  Azərbaycan 
Respublikasının suverenliyinin və iqtisadi təhlükəsizliyinin təmin edilməsi təşkil edir. 
Həmin sənədlərdə ölkəmizin strateji inkişaf istiqamətlərinə uyğun olaraq yürüdüləcək 
vahid gömrük siyasəti öz əksini tapmışdır. 
Azərbaycanın  gömrük-tarif  siyasətinin  əsas  xüsusiyyəti  hər  şeydən  əvvəl 
müasir  şəraitində  xarici  iqtisadi  əlaqələrin  gömrük-tarif  tənzimlənmə  sisteminin 
təkmilləşdirilməsinin  zəruriliyi  və  onun  elmi-tədqiqat  predmeti  kimi  mühüm  nəzəri 
metodoloji  və  praktiki  əhəmiyyət  kəsb  etməsidir.  Hazırda  Azərbaycan  Respublikası 
qarşısında  dünya  iqtisadiyyatına  inteqrasiya  olunmaq,  dünya  bazarına  çıxmaq  və 
onun perspektivdə fəal subyektinə çevrilmək, müasir beynəlxalq iqtisadi münasibətlər 
sisteminin imkanlarından daha geniş istifadə etmək kimi mühüm vəzifə durur. 
Təsərrüfat  həyatının  beynəlmiləlləşməsi,  dünya  iqtisadiyyatında  ölkələrin 
qarşılıqlı  əlaqə  və  asılılığının  güclənməsi,  qlobal  problemlərin  yaranması 
kəskinləşməsi  xarici  iqtisadi  fəaliyyətin  məqsədyönlü  tənzimlənməsini  obyektiv 
zərurətə  çevirmişdir.  Burada  söhbət  ilk  növbədə  ölkələr  arasında  qarşılıqlı  ticarət, 
valyuta-maliyyə və kredit və s. münasibətlərinin, bir sözlə xarici iqtisadi fəaliyyətin 
tənzimlənməsindən  gedir.  Bu  əlaqələr  sistemində  ölkələrin  bir-biri  ilə  iqtisadi 
ə
laqələri və həmin əlaqələrin tənzim olunmasının hüquqi əsasının yaradılması xüsusi 
ə
həmiyyət kəsb etməkdədir.  


6
 
Xarici  iqtisadi  fəaliyyət  hər  bir  cəmiyyətin  sosial-iqtisadi  tərəqqisinin  güclü 
faktorlarından  biridir  və  o  bu  tərəqqini  sürətləndirə  və  ləngidə  bilər.  Bu  fəaliyyətin 
milli  iqtisadiyyata,  milli  maraqlara  müsbət  təsiri  onda  olur  ki,  o  dövlət  tərəfindən 
düzgün  tənzimlənməklə  ixracı  stimullaşdıra  bilsin,  ölkənin  ixrac  potensialı  artırsın, 
yəni  ixrac  yönümlü  istehsal  sahələrinin  inkişafına  diqqət  yetirilsin.  Xarici  iqtisadi 
fəaliyyətin tənzimlənməsi üzrə dövlət orqanlarının fəaliyyəti praktiki olaraq dünyanın 
bütün ölkələrində mövcuddur. Lakin onun miqyası, forma və metodları hər bir ölkədə 
qarşıya  qoyulmuş  məqsəd  və  vəzifələrə,  ölkənin  muasir  dünyada  yerinə  və  roluna, 
habelə  dövlətin  xarici  və  daxili  siyasətinə  uyğun  olaraq  müəyyən  edilir.  Məhz    bu 
məqamlar mövzunun aktuallığını şərtləndirir.  
Təqdim edilən problemin aktuallığı, onun nəzəri və praktiki əhəmiyyəti disser-
tasiyanın mövzusunun seçilməsini müəyyən etmişdir, tədqiqatın predmet və obyekti 
məqsəd və vəzifələri, həmçinin onun məntiqi və strukturunu şərtləndirir. 
Tədqiqatın  predmeti  xarici  iqtisadi  fəaliyyətlə  bağlı  yeni  tendensiyalar,  xarici 
iqtisadi fəaliyyətin tənzimlənməsində hüquqi mexanizmin, həmçinin bu tənzimlənmə 
prosesində milli, dövlətlərarası və beynəlxalq hüququn yeri və rolunun müəyyənləş-
dirilməsi təşkil edir. Dissertasiya tədqiqatının obyekti milli iqtisadiyyatların beynəl-
xalq iqtisadi münasibətlərlə təmas nöqtəsini formalşdıran fəaliyyət növü kimi xarici 
iqtisadi fəaliyyət və onuna bağlı digər proseslərdir.  
 Təqiqatın məqsədi dünya təsərrüfatnın beynəlmiləlləşməsi və qloballaşmasının 
müasir mərhələsində xarici iqtisadi fəaliyyətin gömrük-tarif tənzimlənməsinin hüquqi 
mexanizminin  nəzəri  və  praktiki  aspektlərinin  təhlilini  aparmaq,  bunun  əsasında 
hüquqi tənzimlənmənin mövcud vəziyyətini, onun aktual problemlərini üzə çıxarmaq 
və Azərbaycanın dünya dövlətləri ilə ticarət əlaqələrinin hüquqi tənzimlənməsinin və 
bu  istiqamətdə  həyata  keçirilən  dövlət  siyasətinin  xüsusiyyətlərini  müəyyənləşdir-
mək, həmiçinin preoritetləri dəqiqləşdirməkdən ibarətdir. Bu kimi mühüm vəzifələrin 
yerinə yetirilməsi baxımından aşağıdakı vəzifələr müəyyən edilmişdir: 
•  gömrük-tarif  tənzimlənməsinə nəzəri yanaşmaları səciyyələndirmək; 
•  gömrük  siyasəti  və  ümumi  iqtisadi  siyasətin  tərkib  hissəsi  kimi  onun 
ə
həmiyyətini xarakterizə etmək; 


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə