25
ölkənin ərazisi çərçivəsində vahid bazar məkanının yaradılması kimi başa düşürlər.
Bu vəziyyətin yaranması üçün da xarici ticarət və valyuta sferalarında dövlət
müdaxiləsi olmamalıdır. nteqrasiya blokuna daxil olan ölkələr arasında bazar
subyektlərinin fəaliyyəti üzərindən bütün məhdudiyyətlər götürülməli və nəinki hazır
məhsul və xidmətlərin, eləcə də istehsal amillərinin blokdaxili sərbəst hərəkəti təmin
olunmalıdır. Beynəlxalq ticarətin neoklassik nəzəriyyəsinin prinsiplərini rəhbər
tutmaqla bazar konsepsiyasının tərəfdarları regional inteqrasiyanı istehsal amillərinin
sərbəst hərəkətini təmin edən ən əlverişli vasitə kimi qəbul edirdilər. Buna görə də
həmin istiqamətdə aparılan nəzəri tədqiqatlarda əsas mövqe gömrük ittifaqı
konsepsiyasına məxsusdur ki, bunu da C.Vayner hazırlamışdır.
- Bazar institutsional konsepsiya inteqrasiya prosesində bazarın öncül rolunu
inkar etməməklə yanaşı, həmin prosesin səmərəli gedişi üçün fövqəl hökumət komitə
və komissiyaların yaradılmasını nəzərdə tutur. Blokdaxili ölkələr öz milli
müstəqilliklərini saxlamaqla yanaşı iqtisadiyyatın əlaqələndirilmiş proporsiyalarına
uyğun idarəetmə sferasında bəzi səlahiyyətlərini həmin qurumlara həvalə edirlər.
Başqa sözlə, inteqrasiya prosesi nəinki milli bazarların birləşdirilməsinə gətirib
çıxarır, o həm də təsərrüfat siyasətinin müxtəlif cəhətlərinin dövlətüstü orqanlar
tərəfindən əlaqələndirilməsinə də səbəb olur. Bazar institutsional konsepsiya bazar
mexanizmindən fərqli olaraq bir sıra problemlərin həllini də nəzərdə tutur. Bunlara –
iqtisadiyyatda durğunluğa yol verməmək, iqtisadiyyatda məşğulluğa nail olmaq, geri
qalmiş rayonları inkişaf etdirmək, milli və beynəlxalq korporasiyaların fəaliyyətini
tənzimləmək və sairə.
- Dirijist konsepsiyanın tərəfdarları kimi tanınan tədqiqatçıları (R.Kuper,
A.Marşall, Q.Murdal, Y.Tinberqen) neoliberal cərəyanın əsası kimi istifadə olunan
beynəlxalq ticarətin neoklassik nəzəriyyəsinə kəskin tənqidi münasibət birləşdirir.
Onların fikrincə, birləşmiş, inteqrasiya olunmuş bazarda mal və istehsal amillərinin
sərbəst hərəkəti inteqrasiya prosesinin əsas hərəkətverici qüvvəsi kimi qəbul edilə
bilməz. Bu konsepsiyanın görkəmli nümayəndələrindən olan Q.Murdal dünya
bazarının inkişaf etməkdə olan ölkələrə mənfi təsirini önə çəkərək siyasi amillərin
inkarına əsaslanan “xalis” iqtisadi nəzəriyyənin əlehinə çıxış etmişdir: “...Milli siyasi
26
mənafelər istehsal amillərinin real surətdə yerləşməsinə təsir göstərə bilməz. Bazar
mexanizminin tam sərbəst fəaliyyəti şəraitində bu hal regionun inkişaf etmiş
ölkəsinin surətli tərəqqisinə və digərlərinin iqtisadi-sosial vəziyyətinin pisləşməsinə
gətirib çıxaracaqdır”. Başqa sözlə azad rəqabətə əsaslanan birləşmiş bazar öz-
özlüyündə resursların səmərəli yerləşdirilməsi və tarazlaşdırılmış inkişafı üçün
kifayət deyildir. Bu fikrini davam etdirərək Q.Murdal belə bir nəticəyə gəlir: “...Real
məzmunlu beynəlxalq inteqrasiya üçün dünya bazarında azad rəqabətin formalaşması
deyil, şansların bərabərliyi zəruridir ki, bu da dövlətin bazar proseslərinə aktiv
müdaxiləsi olmadan qeyri-mümkündür”.
- Struktur konsepsiyanın əsası Y.V.Şişkov tərəfindən formalaşdırılmışdır. Bu
konsepsiya öz mahiyyəti etibarı ilə dirijist yanaşmanın təməl prinsipinə əsaslanır. Bu
yanaşmada başlıca diqqət inteqrasiya prosesində inhisarların yeri və roluna, eləcə də
onların fəaliyyəti nəticəsində meydana çıxan struktur problemlərə yönəldilir.
- Marksist konsepsiya haqqında isə yalnız retrospektiv səpkidə danışmaq
mümkündür. Belə ki, ifrat ideologiyalaşdırılmış yanaşmanın bariz nümunəsi olan
marksist
konsepsiya
inteqrasiya
prosesinin
mərkəzləşdirilmiş
direktiv
idarəedilməsinə əsaslanır və bu prosesdə bazar mexanizminin rolunu təmamilə inkar
edir. Marksist iqtisadçılar inteqrasiyanın əsas prinsiplərindən biri kimi proletar
beynəlmiləlçiliyini önə çəkirdilər. Bu baxımdan V. .Leninin fikri səciyyəvidir:
“...Marksizm - ən ədalətli, təmiz, incə və sivilizasiyalı olsa da belə milliyətçiliyin
ə
lehinədir”. Marksist iqtisadçılardan olan Y.S.Şiryayev inteqrasiyanın 3 mərhələsini
– region ölkələrinin əməkdaşlığının ilkin iqtisadi və təşkilati strukturlarının
yaradılması, struktur inteqrasiyası yəni qarşılıqlı iqtisadi tamamlanmanın planauyğun
surətdə genişləndirilməsi və inkişafı və funksional inteqrasiya başqa sözlə
regiondaxili vahid xalq təsərrüfatı kompleksinin formalaşmasını – fərqləndirir.
Marksist konsepsiya iqtisadi inteqrasiyanın yalnız şaquli istiqamətdə getdiyi fikrinə
gəlir ki, bu da nəticədə region ölkələrinin milli müstəqilliklərinin itirilməsi və güclü
partnyordan ifrat asılılığa gətirib çıxarır.
nteqrasiyanın müxtəlif konsepsiyalarını tədqiq etdikdə, iki başlıca istiqamətin
mövcud olması faktını mütləq nəzərə almaq lazımdır. Birincisi, regional
27
inteqrasiyanın iqtisadi təhlili ilə bağlıdır. Bu istiqamət çərçivəsində beş pilləli sxem
(azad ticarət zonası, gömrük ittifaqı, ümumi bazar, iqtisadi və valyuta ittifaqı, siyasi
inteqrasiya) hakim mövqe tutur. Burada hər bir pillə sonrakı pillənin məntiqi davamı
kimi başa düşülür və regional inteqrasiya istiqaməti kimi siyasi birləşməyə doğru
atılan addımdır. Öz növbəsində siyasi elmlər və beynəlxalq münasibətlər nəzəriyyəsi
(ikinci istiqamət) nümayəndələri inteqrasiyanın siyasi və iqtisadi qarşlıqlı nisbətini
tədqiq etmişlər.
Bununla əlaqədar olaraq, ilk növbədə inteqrasiya proseslərinin iqtisadi
aspektlərini nəzərdən keçirmək lazımdır. Söhbət dörd konseptual istiqamətdən gedir:
Ceykob Viner və Con Midin gömrük ittifaqı haqqında elmi işlərinə uyğun olan
preferensial ticari sazişlər nəzəriyyəsi (PTS); Robert Mandellanın optimal valyuta
zonaları nəzəriyyəsi; Andreson və Van Vinkupun qravitasiya modelləri, eləcə də
büdcə federalizm nəzəriyyəsi. Sonuncu nəzəriyyə spesifik regional əhəmiyyəti
məsələlərin maliyyələşməsini və üst milli instutların formalaşdırılması arasında
ə
laqəni xüsusilə qeyd edir.
«Proteksionist imicə» görə əsas məsuliyyəti PTS nəzəriyyəsi daşıyır və
regional birliklərin imicini iqtisadçılar daim nəzarətdə saxlayırlar. Azad ticarət
zonaları bu növ sazişlərə aiddir və bu zona çərçivəsində iştirakçı dövlətlər öz
aralarındakı ticarəti liberallaşdırırlar. Bununla yanaşı, üçüncü ölkələrlə aparılan
ticarət əlaqələrində milli maneələri aşağı səviyyədə saxlayırlar. Gömrük ittifaqının
şə
rtlərinə əsasən iştirakçı dövlətlər öz aralarındakı ticarət əlaqələrini liberallaşıdırır,
üçüncü dövlətlərə qarşı isə vahid ticari maneələr tətbiq edilir. Bu nəzəriyyədə
«ticarətin təşkil olunması» (trade creation) və «ticarətdən kənarlaşma» (trade
diversion) anlayışları başlıca rol oynayır. Bunlardan birincisinə əsasən, PTS iştirakçı
dövlətlərində ticarət edən istehlakçılar yerli məhsullarla yanaşı xarici istehsalçıların
məhsulları ilə də ticarət edirlər, çünki ticarət maneələrinin aşağı salınması xarici
məhsulların qiymətini aşağı salır. Başqa sözlə desək, daha az effektli milli təklif
mənbələri daha effektli olan xarici təkliflərlə əvəz edilir, bu da öz növbəsində
ticarətin həcminin artması ilə nəticələnir.
Dostları ilə paylaş: |