10
FƏS L I. M LL QT SAD YYATIN DÜNYA TƏSƏRRÜFATI LƏ
QARŞILIQLI ƏLAQƏS N N FORMALAŞMASININ KONSEPTUAL ƏSASLARI
1.1 Beynəlxalq iqtisadi inteqrasiya prosesləri və
onu şərtləndirən amillər
XX əsrin sonuna doğru dünya iqtisadiyyatının inkişafı ölkələrin və millətlərin
tələbatlarına cavab olaraq təbii resursların, insan resurslarının rasional istifadəsində,
ə
mtəələrin, kapitalın, texnologiyaların, nou-hauların və s. mübadiləsində öz səylərini
birləşdirməsinə səbəb olan bir sıra ümumi tendensiyaların yaranmasına gətirib
çıxartdı. Belə tendensiyaların arasında iqtisadi inteqrasiyaya istiqamət xüsusilə
güclənmişdir, belə ki, iqtisadi inteqrasiya özünü kinci Dünya müharibəsi bitdikdən
sonra göstərmiş və obyektiv proses kimi dövlətlərarası iqtisadi siyasətin
uzlaşdırılmasından sonra inkişaf etmişdir.Bununla belə inteqrasiya prosesi yalnız
hamar və yüksələn xətlə inkişaf etmir. Tarix göstərir ki, “soyuq müharibə” şəraitində
inteqrasiya eyni siyasi rejimli dövlətlərdən təşkil olunan qapalı iqtisadi blokların
yaranmasına gətirib çıxarır.
Dünyada ideoloji qarşıdurmanın tədricən aradan qaldırılmasına baxmayaraq,
müasir mərhələdə beynəlxalq iqtisadi inteqrasiya, hələ də keçmişin neqativ
təsirlərindən məhrum edilməmişdir. Ötən əsrin son rübü üçün ölkələrin əksəriyyətinin
iqtisadiyyatlarında böyük dəyişikliklər olmuş, dünyəvi, regional və milli
iqtisadiyyatların inkişaf tempi sürətlənmişdir. Beynəlxalq ticarətin şərtləri, həmçinin
təsərrüfatın təsiredici prinsipləri dəyişmiş və ölkənin daxili iqtisadi siyasətini özündə
ə
ks etdirmişdir. qtisadiyyat beynəlxalq münasibətlər sistemindən köhnə geosiyasi
istiqamətləri sıxışdırıb çıxartmağa başlamışdır.
stehsalın ictimai xarakterinin sürətləndirilmiş inkişafı, öz növbəsində dövlət
sərhədlərini keçərək, cəmiyyətin səmərəli həyatının təşkilinin daha geniş miqyaslı
formalarının axtarışını tələb edir. Sözsüz ki, belə axtarışın nəticəsi dərhal dünya
təsərrüfatını əhatə etmir. lkin olaraq bir neçə ölkədən regional komplekslər
formalaşdırılır, lakin onlar yalnız ərazisinə görə deyil, həm də iqtisadi və mədəni
inkişaf səviyyəsinə görə, həmçinin təsərrüfatçılıq tipinə görə yaxın olmalıdır. Bu
11
tədricən milli, iqtisadi və mədəni dəyərlərin yaxınlaşması yolu ilə baş verir. Bu
zəncirin bütün həlqələrində xüsusi yeri sənayenin beynəlmiləlləşdirilməsi tutur.
"Sənayenin beynəlmiləlləşdirilməsi fenomeni, müxtəlif ölkələrin sənaye
müəssisələri arasında iki əsr boyunca möhkəm, uzunmüddətli, istehsal və elmi-texni-
ki əlaqələrin qurulması prosesi öz həyat qabiliyyətini və effektivliyini sübut edir. Bu
fenomen XX əsrin sonuna doğru əvvəllər görünməmiş imkan və formaların müxtəlif-
liyinə nail olur". Bu halda yeni tarixi fenomen yaranır: "Monodövlətli, iqtisadi və
sosiomədəni milli təsərrüfatlar tədricən daha böyük çoxdövlətli komplekslərə
çevriləcəklər ki, nəticədə forma cəhətdən müəyyən bir dövrə onlar beynəlxalq qalsa-
lar da, məzmun üzrə tədricən vahid təsərrüfatlı və sosiomədəni orqanizmin hissələri-
nə çevrilirlər".
Bu şəraitdə iqtisadi inteqrasiya prosesi yeni keyfiyyətli xüsusiyyətlər əldə edir:
iqtisadi inkişaf templərinin sürətlənməsi, təsərrüfatların regionallaşması və beləliklə
də, siyasi maraqların inkişafı gedişatında yaranan proseslərin koordinasiyası;
beynəlxalq iqtisadi, elmi-texniki, texnoloji, informasiya əməkdaşlığının və əməkdaş-
lığın digər növlərinin təkmilləşdirilməsi daxili və dövlətləarası məsələlərin həllinə
böyük stimullaşdırıcı təsir göstərir.
Beləliklə, bu dünyəvi prosesin analizi yalnız nəzəri deyil, həm də son dərəcə
praktik əhəmiyyətə malikdir. V. Rıbalkin yazır ki, "Geniş miqyaslı, dayanıqlı və
daimi işgüzar əməkdaşlıq maraqları, qarşılıqlı səmərəliliyi, açıq insan ünsiyyətini
öncədən müəyyən edir, həmçinin milli qapalılığın və eqoizmin öhdəsindən gəlmək
ehtiyacını gücləndirir. Dövlət sərhədlərinin, xüsusilə rəsmi-bürokratik və maliyyə
proseduraları sahəsində şəffaflığının əlavə ilkin şərtləri yaradılır”.
" nteqrasiya" termini hələ Qədim Romada yaranmışdır. Latın dilindən
tərcümədə bərpa, tamamlama mənasını bildirir (integer – "tam"), iki və ya daha çox
ölkənin milli təsərrüfatlarının könüllü əsasda vahid orqanizmin yaradılmasına
yönəldilmiş qarşılıqlı uyğunlaşması və yaxınlaşması mənasını verir. Başqa cür desək,
bu iqtisadi subyektlərin birləşməsi, onların qarşılıqlı təsirinin dərinləşməsi, onların
arasında əlaqələrin inkişafıdır. " qtisadi inteqrasiya" termini ilk dəfə yalnız 30-cu
illərdə isveç və alman iqtisadçı-alimlərin tədqiqatlarında meydana çıxmışdır.
12
Beynəlxalq iqtisadi inteqrasiya milli təsərrüfat mexanizmlərinin yaxınlaşması-
na, qarşılıqlı uyğunlaşmasına və artımına gətirən, dövlətlərarası sazişlər formasını
qəbul edən və razılaşdırılmış şəkildə dövlətlərarası orqanlar tərəfindən tənzimlənən
obyektiv iqtisadi qarşılıqlı təsir prosesidir. qtisadi inteqrasiyanın əsasında müstəqil
fəaliyyət göstərən subyektlərin iqtisadi maraqları və beynəlxalq əmək bölgüsü durur.
qtisadi inteqrasiyaya nə öz-özünə baş verən bazar prosesi, nə də məqsədyönlü
tənzimlənən proses kimi baxmaq olmaz. Bu, dialektik vəhdət olmaqla eyni bir
prosesin hər iki tərəfini – həm obyektiv, həm də subyektiv tərəflərini əks etdirir.
nteqrasiya prosesləri iqtisadi regionalizmin inkişafına gətirib çıxarır ki, bunun
da nəticəsində ayrı-ayrı ölkələr qrupu öz aralarında ticarət üçün, bir sıra hallarda isə
istehsal amillərinin regionlararası hərəkəti üçün daha əlverişli şərait yaradırlar. Aydın
görünən proteksionist cəhətlərinə baxmayaraq, iqtisadi regionalizm beynəlxalq
iqtisadiyyatın inkişafı üçün mənfi amil hesab edilmir. Lakin bu zaman nəzərə
alınmalıdır ki, inteqrasiya edən ölkələr qrupu qarşılıqlı iqtisadi əlaqələrini
liberallaşdırarkən üçüncü ölkələrlə qarşılıqlı əlaqələr üçün inteqrasiya proseslərinin
başlanmasına qədər mövcud olmuş şərtlərdən daha pis şərtlər müəyyən
etməməlidirlər. Başqa sözlə, iqtisadi regionalizm bir qrup ölkələr arasında əlaqələri
sadələşdirərkən bütün digər ölkələrlə əlaqələri mürəkkbələşdirməməlidir. Regionali-
zm üçüncü ölkələrlə ticarət şəraitini pisləşdirməyənə qədər o beynəlxalq iqtisadiyya-
tın inkişafının müsbət amili hesab edilir.
nteqrasiyanın çıxış nöqtəsi iqtisadi sistemin ilkin subyektlər səviyyəsindəki
birbaşa beynəlxalq iqtisadi (istehsal, elmi-texniki, texnoloji) əlaqələr hesab edilir. Bu
ə
laqələr eninə və dərininə inkişaf etməklə bazis səviyyəsində milli təsərrüfatların
mərhələ-mərhələ artımına gətirib çıxarırlar. Bunun ardınca qaçılmaz olaraq dövlət
iqtisadi, hüquqi, fiskal, sosial və digər sistemlərin qarşılıqlı uyğunlaşması və
idarəetmə strukturlarının yaranması baş verir.
nteqrasiya onu digər qarşılıqlı iqtisadi fəaliyyət formalarından fərqləndirən bir
sıra əhəmiyyətli əlamətlərlə xarakterizə olunur:
• üzv-ölkələrin iqtisadi siyasətinin razılaşdırılması;
• milli qanunvericiliklərin, norma və standartların yaxınlaşması;
Dostları ilə paylaş: |