Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə10/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

28
 
Ticarətdən kənarlaşma effekti PTS üzv ölkələrinin tələblərinin ayrı istiqamətə 
çerilməsi ilə müşahidə edilir. Belə ki, onlar əvvəllər bu məhsulları üçüncü ölkələrdən 
alırdılar,  indi  isə  bu  məhsullar  elə  PTS  ölkələrindən  alınır.  Nəticədə  isə  iştirakçı 
dövlətlər  aşağıdakılarla  üzləşirlər:  1)  tarif  gəlirlərini  itirirlər,  belə  ki,  üçüncü 
ölkələrdən  məhsul  aldıqda  tarif  gəlirləri  tətbiq  olunur.  2)  üçüncü  ölkələrlə  ticarət 
liberallaşdırılsaydı  həmin  məhsulları  elə  həmin  təchizatçılardan  -  PTS-dən  olan 
partnyorlardan daha ucuz qiymətə almaq olardı. Beləliklə, ticarətdən yayınma  xalis 
iqtisadi  itkilərə  gətirib  çıxardır.  Amma  ticarətin  təşkil  olunması  isə  xalis  qazancla 
nəticələnir. Bu, tələbin daha effektiv təklif mənbələrinə keçidi hesabına başa gəlir.   
  Transformasiya  iqtisadiyyatı  sahəsində  biz  beynəlxalq  kvazi-inteqrasiya  ilə 
qarşılaşırıq.  Belə  ki,  beynəlxalq  kvazi  inteqrasiyanın  öz  qanunları  var  və  elə  bu 
qanunlar  çərçivəsində  də  işləyir.  Öz  formasına  görə  zahirən  «standartı»  xatırladır. 
Kvazi formalar aradan götürüldükdən sonra həqiqi inteqrasiya başlaya bilər.  
Keçid  iqtisadiyyatında  gömrük  ittifaqı  ixracatçı  tərəfindən,  daha  dəqiq  desək 
rəqabətə  davamlı  olmayan  istehsalçı  tərəfindən  stimullaşdırmaya  əsaslanır. 
Sözügedən halda təbii olaraq belə ehtimal etmək olar ki, tələb əyrisi həm dünyada və 
həm də post sovet bazarında enişdədir. Başqa sözlə, qiymətlərin aşağı düşməsi tələbin 
artmasına  səbəb  ola  bilərdi,  eləcə  də,  tələbin  daha  elastik  olduğu  bazar,  daha  az 
elastikliyi olan bazardan olduqca geniş olardı. Əgər bu şərtlər yerinə yetirilirsə, onda 
qiymət diskriminasiyası buraxılışın (satışın) ümumi həcminin artması ilə nəticələnir; 
müştərək gəlirlərin artmasında maraqlı olan istehsalçılar, rəqabət üstünlüyünə demək 
olar  ki,  malik  olmasalar  da  belə  tələb  elastikliyinin  qeyri-bərabər  situasiyasının 
saxlanılması  tərədarıdırlar.  Bu  məqsədə  gömrük  ittifaqının  (kvazi-gömrük  ittifaqı) 
idxal tariflərinin artırılması yolu ilə daha təbii surətdə çatmaq olar.  
Keçid  iqtisadiyyatında  proteksionizm    daxili  bazarda  öz  məhsullarını  realizə 
edən  milli  istehsalçıların  marağında  deyil,  ilk  növbədə  (rəqabətə  davamlı  olmayan) 
ixracatçıların  marağındadır.  Həqiqətdə  isə  “gömrük  ittifaqı”  bazarında  tələbin 
elastikliyi yalnız bir halda nisbi olaraq aşağı ola bilər ki, bu da proteksionist maneələr 
kifayət  qədər  yüksək  olduqda  baş  verir.  Kvazi-gömrük  ittifaqında  rəqabətli  mühitin 
yaradılması  ittifaq  bazarının  nisbi  açıqlığına  bərabərdir.  “Daxili”  bazarda  tələb  o 


29
 
nöqteyi-nəzərdən elastik olacaq ki, idxal mallarına keçid etsin və kifayət qədər sərfəli 
qiymətlərdə  olan  xarici  məhsullar  bu  bazarı  əvəz  etsin.  Başqa  sözlə,  daxili  tələb 
qiymətlərin  elə  səviyyəsində  elastik  olur  ki,  xaricdən  gələn  idxal  gömrük  ittifaqı 
bazarında rəqabətə davamlı olsun. Tarif siyasəti - bir alətdir və onun vasitəsilə trade 
diversion
  effektini  elə  işləməyə  məcbur  etmək  olar  ki,  kvazi-inhisarçı  ixracatçılar 
seqreqasiya  (ayrıseçkilik  olan)  bazarının  üstünlüklərindən  tam  qaydada  istifadə  edə 
bilsinlər.  
“Standart”  gömrük  ittifaqında  ticari  axınların  kənara  yönəlməsi  effekti 
nəticəsində  istehlak  qalığının  xalis  müsbət  artımı  (istehsal  qalığının  mənfi  artımını 
çıxmaqla) adətən, hətta bu xalis artım dövlətin gömrük gəlirinin azalmasının qarşısını 
almasa  da  belə,  daxili  ticari  maneələri  aradan  qaldırmaq  üçün  stimullar  yaradır. 
Kvazi-gömrük ittifaqında bu cür maneələrin aradan qaldırılması başqa yolla (gömrük 
rüsumları  və  qeyri-tarif  məhdudiyyətləri  ilə)  həyata  keçirilir.  Burada  istehlak  qalığı 
sıfıra doğru istiqamətlənir, belə ki, daxili tarif istehlakçı tərəfindən ödənilən qiyməti 
üstələməməlidir, əksinə istehsalçı tərəfindən təyin edilən xalis qiyməti endirməlidir. 
Kvazi-gömrük  ittifaqı  daxilində  tələbin  milli  elastiklik  əyrisinin  formalarının 
differensasiyası  halında,  istehsalçılar  kvazi-ittifaq  daxilində  tarif  və  ya  valyuta-
maliyyə
  maneələrinin  tətbiq  edilməsinin  tərəfdarıdırlar.  Bu  addım  bazarın  milli 
seqmentlərə bölünməsi və ayrı-ayrı seqmentlərdə istehlak qalığının əmələ gəlməsinin 
qarşısını almaq məqsədini güdür.    
Beləliklə,  beynəlxalq  iqtisadi  inteqrasiyanın  xarakteri  haqqında  ən  azı  iki 
ümumiləşdirici  fikir  yürütmək  olar.  Birincisi,  iqtisadi  inteqrasiya  (yəni  bu  halda, 
gömrük  ittifaqı  formasında)  vahid  iqtisadi  məkanda  inflyasiya  tendensiyalarını 
inkişaf  etdirə  bilər və  bununla  yanaşı  məhsul  axınının  fiziki ixtisarı da  mümkünsüz 
deyil.  Eləcə  də  ÜMM  həcminin  də  ixtisara  düşməsi  istisna  deyil.  Bu  vəziyyət  milli 
iqtisadiyyatda  rəqabət  mühitini  stimullaşdırmır,  əksinə  səngidir,  elcə  də 
təsərrüfatçılığın  optimalaşması  stimul  çalarlarını  məhdudlaşdırır.  Başqa  sözlə, 
inteqrasiya  iqtisadi  dinamikaya  pozitiv  deyil,  neqativ,  bəzən  də  kəskin  neqativ  təsir 
göstərir.  kincisi, beynəlxalq iqtisadi inteqrasiya milli iqtisadiyyatın təşkili qaydasına 
qarşı neytral qala bilmir.    


30
 
1961-ci ildə dövlətlərarası valyuta inteqrasiyası problemini tədqiq edən Mandel 
diqqəti  iki  amil  üzərinə  çəkmişdir.  Bir  tərəfdən,    valyuta  inteqrasiyası  ticari 
ə
məliyyatlar zamanı xərcləri radikal surətdə ixtisara salır. Digər tərəfdən isə, valyuta 
sahəsində milli suverenlikdən imtina edən ölkənin qarşısında duran aktual məqsədlərə 
nail olmaq imkanlarını, pul-kredit siyasət rıçaqlarını istifadə etməyi  məhdudlaşdırır. 
Bu problem daha kəskin formada - ölkənin tamamilə zidd tədbirlər görərək pul-kredit 
siyasəti yeritməsilə təzahür olunur.  
Qravitasiya modelinin nəzəri əsaslandırılmalarının müxtəlifliyinə baxmayaraq, 
onlardan əksəriyyəti yalnız təxmini nəticə çıxarır. Qravitasiya modelinin ən bütöv və 
ə
saslandırılmış nəticəsi Anderson və van Vinkupun modelidir. Öz son tədqiqatlarında 
Ceyms  E.  Anderson  və  Erik  van  Vinkup  ənənəvi  qravitasiya  modelinə  ən  yaxın 
versiyanı  təklif  etdilər  ki,  bu  versiyaya  da  çoxtərəfli  müqavimətin  dəyişəni  əlavə 
edilmişdi. Onun ciddi nəzəri əsaslandırılması bu modelin üstünlüyüdür. 
Andersonun və van Vinkupun təklif etdiyi versiyaya əsasən üç nəticə çıxardılır: 
-  Ticarət  maneələri  nisbi  ifadədə,  böyük  ölkələrin  arasında  ticarəti  kiçik 
ölkələrin arasındakı ticarətə nisbətən daha aşağı salır; 
-  Ticarət  maneələri  nisbi  ifadədə,  kiçik  ölkənin  daxilində  regionlararası 
ticarəti böyük ölkənin daxilində regionlararası ticarətə nisbətən daha da artırır; 
-  Kiçik  ölkələr  nisbi  ifadədə,  ümumi  ticarətin  həcmi  ilə  müqayisədə  öz 
sərhədlərinin daxilində daha çox ticarət edir. 
Anderson  və  van  Vinkup  modeli  hər  ölkənin  ixrac  və  idxalı  üçün  və  ya  öz 
aralarında ticarət edən hər cüt ölkə üçün ayrı-ayrı təsbit edilmiş effektlərin tətbiqinin 
köməyi  ilə  MDB  və  Avropa  ttifaqının  4  ölkəsi  arasında  ticarət  potensialının 
qiymətləndirilməsi üçün  istifadə olunur. O keçid dövrü iqtisadiyyatlarında inistitusi-
onal islahatların dünya bazarında inteqrasiyaya olan təsirini qiymətləndirməyə icazə 
verir.  Nəticə  onların  potensialına  nisbətən  MDB  ölkələrinin  ticarətinin  aşağı 
səviyyəsini  vurğulayır.  Effektiv  ticarət  yalnız  potensial  ticarətin  11—  12%  nə  nail 
olur.  Nəticə  daha  az  əhəmiyyətli  deyil,  hansı  ki,  bu  nəticəyə  əsasən,  inistitusional 
mühit  ticarət axınlarının intensivliyinə təsir göstərir. Rusiyada - formal maneələrin, 
xüsusi  halda  tariflərin  aşağı  səviyyəsi  kifayət  qədərdir,  buna  görə  də  Ümumdünya 


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə