Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə110/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   106   107   108   109   110   111   112   113   ...   122

Turizm  sənayesinin  idarə  edilməsinin  makro,  orta  və  mikro 
səviyyələri  mövcuddur.
Makro  səviyyədə  idarəetmə  dövlətin  bu  sahədə  yaratdığı 
qanunvericilik  bazasından  ibarət  olur.  Dövlətin  bu  sahədə  əsas 
vəzifələrinə daxildir:
-  Turizm  sənayesində  qanunvericilik  bazasının  yaradılması  və  bu 
sahədə  lisenziyalaşdırma və standartların müəyyən edilməsi;
- Turizm resurs fondunun  öyrənilməsi  və idarə edilməsi;
-  Bu  sahədə  dövlətin  strateji  planlarının  və  dövlət  proqramlarının 
hazırlanması və həyata keçirilməsi;
-  Bu  sahənin  elmi  əsaslarla  öyrənilməsinin  təmin  edilməsi  və  elmi 
tədqiqat  işlərinin aparılması  və s.  daxildir.
Orta  səviyyədə  idarəetməyə  regional  departanıentlər  səviyyəsində 
idarəetmə  daxildir.  Bu  avropa  ölkələrində  distant  menecmenti 
adlandırılır. Onun  funksiyalarına daxildir:
-  Regional  səviyyədə turizm proqram  və  layihələrinin hazırlanması;
-  Turizm  xidmətlərinin  əlaqələndirilməsi;
-  Ə traf mühitin  qorunması  və  bu  sahədə  tədbirlərin  əlaqələndirilməsi 
və ölkə  səviyyəsində həyata keçirilən  ekoloji  tədbirlərdə  iştirak etmə;
-  Turizm  məhsullarının  regional  səviyyədə  hazırlanması  və  onun 
bazarda  irəliləməsinin  təmin  olunmasından  ibarətdir.
Mikro  səviyyədə  idarəetmə  -  fiziki  və  hüquqi  şəxslərin  turizm 
müəssisələrindəki  idarəetmənin  tətbiqindən  ibarət  olur.  Burada 
menecment  fəaliyyəti  həmçinin  müəssisədə şaquli  tabelilik prinsipinə 
əməl  olunması  daxildir.  Şaquli  tabelilik  prinsipi  personal  idarə 
etmədən  və  bazarda  turizm  məhsulunun  menecment  və  marketinq 
siyasətindən  ibarətdir.
Bununla  yanaşı  turizm  menecmentinə  planlaşdırma,  nəzarət, 
təşkilatçılıq, əlaqələndirmə və motivləşdirmə daxildir.
Hazır  ki  dövrdə  turizm  müəssisələrində  planlaşdırma  qısa  \ə 
uzun  müddətli  perspektivdə  müəssisənin  inkişafını  əks  etdirməkdən 
ibarətdir.  Bununla  yanaşı  turizm  müəssisələrinin  idarə  edilməsində 
illik  maliyyə təsərrüfat  fəaliyyətinin  təhlili də əsas rol oynayır.
436
Jjlıyyə  sisteminin  təhlilində  əsas  üstünlük  müəyyən  müddətdə 
ştehlakçıların  xidmətlərindən  istifadəyə  görə  satılan  yollayışların 
qıy məti  və  bazarda  realizə  olunması  imkanları  aşkar  olunur.  Burada 
əsas  üstünlük  proqnoz  və  real  satışla  əlaqələndirilir.  Belə  ki,  turizm 
müəssisələrində  əsas  proqnoz  gəlirləri  müəyyənləşdirərkən  ölkəyə 
aələn turistlərin sayında  kurort  xidmətlərindən  istifadə  edənlərin  sayı 
əsasında  hesablanır.  Bu  baxımdan  da  turizm  sektoru  inkişaf  edən 
ölkələrdə  maliyyə  ilinə  görə,  turizmdən  əldə  olunan  gəlirlər əsasında 
Formalaşmış olur.  Bununla  paralel  istehlakçıların  turizm  xidmətlərin- 
dan  istifadə  imkanları  əsas  götürülür  ki,  bu  da  mövsümlər  üzrə 
tələbatın  proqnozlaşdırıİmasından  ibarət  olur.  Turizm  müəssisələrin­
də  maliyyə  hesabat  blankları  tərtib  olunarkən  mövsümlər  üzrə 
xidmətlərin  göstərilməsindən  əldə  olunan  gəlirlər  üstünlük  təşkil 
edir.  İdarə etmənin təşkilinin struktur formalarına daxildir:
• İstehsal və təsərrüfat sistemləri  problemlərinin  birgə həlli; 
-İdarəetmənin mərhələli  təşkili  imkanları;
Mərkəzi  idarəetmənin  əlaqəli  təşkili  üçün  şaquli  tabelilik  prinsipinin 
həyata keçirilməsi  və s.  daxildir.
Turizm  müəssisələrinin  menecmentində  əsas  istiqamətlərdən 
biri  də  məhsulların  satışı  ilə  bağlıdır,  turizm  müəssisələrində  bu 
funksiyanı  turizmlə  bağlı  olan  rəhbərlik  özü  yerinə  yetirir  ki.  bu 
baxımdan aparılan  idarəetmə  marketinq  və reklamla əlaqələndirilir.
Buna  görə  də  baza  marketinq  yanaşmasının  idarə  etməsində 
əhəmiyyətli  rol  oynayır.  Bu da aşağıdakılardan  ibarətdir:
-  mövcud  potensialın  sadalanması  və  asudə  vaxtın  təşkili  imkanları­
nın göstərilməsi;
-tələbat səviyyəsinin  və buraxılış potensialının  qiymətləndirilinəsi; 
-turist obyektlərində xidmətin  və  ınüvaliq  infrastrukturun  qiymətlən­
dirilməsi.
Yoxlama suallar:
1  İllik  planlaşdırma /amaııı  idarəetmənin lıan.sı  istiqamətləri  müəyyənləşir?
2  Orta  səviyyədə  idarəetmənin  əsas  funksiyalarına  nələr aiddir?
'  İdarə elmənin  təşkilinin struktur formalarına  nələr daxildir?
437


Ədəbiyyat
1.  Alpaslan  Usal, Saime Oral. Turizm Pazarlaması.  İzmir. 2001, 338s.
2.  Bahar Ozan.  Kozak Metin, Turizm Ekonoıııisi.  Ankara. 2013, 226 s.
3.  Scferov  R„  Hesenov  T.  Azerbaycan’ın  Turizm  Potansiyeli  ve  Turizm 
Etkinliklerinin  Değerlendirilmesi.  Selçuk  Üniversitesi  Türkiyat  Araştırmaları 
Enstitüsü, Türkiyat Araştırmaları  Dergisi, Sayı:  20, Konya.2006, s. 255-272.
10.2.  Turizmin lisenziyalaşdırılması, standartlaşdırılması 
və sertifikatlaşdırılması
Lisenziya  -   hər  hansı  bir  fəaliyyətlə  məşğul  olmaq  üçün 
verilən  icazə  sənədidir.  Bu  sənədi  əldə  etmək  üçün  istənilən  şəxs 
dövlətin  qarşıya  qoyduğu  müəyyən  tələbləri  yerinə  yetirməlidir. 
Bununla  da  dövlət  orqanları  həmişə  istənilən  turizm  müəssisəsi 
haqqında  məlumatlı  olur,  hazırlanan  turizm  məhsullarına  qarşı  daha 
tələbkar  yanaşırlar.  Xüsusən  bazarda  bu  əvvəlcədən  müəyyən 
olunmuş  tələbləri  yerinə  yetirmək  istəməyən  müəssisələrdə  nəzarəti 
gücləndirir.  Məlum  məsələdir  ki,  müxtəlif  dövlətlərdə  lisenziyalaş­
dırma fəaliyyəti  təşkil  olunsa da,  hər birində qoyulan tələblər ölkədən 
asılı  olaraq  dəyişir.  Dünyanın  bir  sıra  ölkələrində  yerləşmə 
mərkəzlərinin 
fəaliyyəti 
üçün 
lisenziyanın 
tələb  olunmasına 
baxmayaraq,  İspaniyada  lisenziyaya ehtiyac  yoxdur.  Mehmanxanalar 
restoranlarda  olduğu  kimi  lisenziyadan  fərqli  olaraq daima  sertifikat­
laşdırma  və standartlaşdırma prosesindən  keçirilir.  Yəni  onlar ümumi 
qaydaya  uyğun  attestasiya  edilir  və  təsnifat  prosesi  də  buna  uyğun 
aparılır.  Lakin  turizm  şirkətlərində  sertifikatlaşdırma  deyil,  məh/ 
lisenziyalaşdırma aparılır.
Sertifikatlaşdırma  -   müxtəlif xidmətləri  tələb  edən  vətəndaş­
ların  hüquqlarını  qorumaqdan  ötrü  həyata  keçirilən  prosesdir. 
Sertifikatlaşdırma  zamanı  istənilən  obyekt  turizm  xidmətlərini  təkli! 
edərkən  dövlətin  qoyduğu  normalar  və  qaydalara  əməl  etməlidir.  Bu 
proses  Rusiya  Federasiyasında  turizm  xidmətlərinə  tətbiq  olunsa  da. 
Avropa  ölkələrinin  əksəriyyətində  mehmanxana  xidmətlərinə  aid
438
edilir.  Dünyanın  bir  sıra  ölkələrində  sertifikatlaşdırmanın  iki 
::öv ündən istifadə edilir:  məcburi  və könüllü.
Məcburi  sertifikatlaşdırma  -  əsasən  o  ölkələrdə  tətbiq  olunur 
kı.  onlar  bazarın  formalaşmasına  mənfi  təsir  göstərməklə  yanaşı 
özlərini  idarəetmədə  çətinlik  çəkirlər.  Məhz  buna  görə  də  daima 
dinlət  nəzarətinin  aparılması  məcburi  bir  xarakter  almışdır.  Lakin 
İsveçrə  kimi  İEÖ -   lərdə  vəziyyət  tamamilə  fərqlidir.  Çünki  onlarda 
hər  bir  müəssisə  yüksək  səviyyəli  xidmətə  səy  göstərir,  bazardakı 
mövcud  rəqiblərdən  geri  qalmamaq  üçün  özünü  daha  da  inkişaf 
etdirir.  Həmçinin  müəssisə  bütün  standartlara  cavab  verməklə  yanaşı 
sənədləşmə  işlərini  də  düzgün  qaydada  tətbiq  edir.  Sertifikatlaş- 
dırmanın aşağıdakı  həyata  keçirilmə  məqsədləri  var:
•  Beynəlxalq 
və  yerli 
bazarda 
fəaliyyət  göstərmək 
üçün 
xidmətlərin  təşkil  olunması.  Həmçinin  beynəlxalq  arenada  əməkdaş­
lığın gücləndirilməsi.
•  Məhsul  seçimində  istehlakçılara  seçim  şansının  verilməsi
•  İstehlakçıların  hüquqlarını  qorumaq  və  mövcud  problemlərdən 
onları xilas etmək
•  Məhsulun  təhlükəsizliyini,  istehlakçıların  ətraf  mühitdən  müda­
fiəsini,  onların  həyat  risklərini  və  sağlamlıqlarım,  həmçinin  əşyaları­
nın təhlükəsizliyini  təmin  elmək
•  Məhsulu hazırlayarkən  keyfiyyətin  təsdiq  edilməsi
Mehmanxanalar  müntəzəm  olaraq  dövlət  tərəfindən  təyin 
edilmiş standartları  yerinə yetirməlidir.  Bu  zaman  onların  fəaliyyətini 
təsdiq  edən  sertifikatlar  verilir.  Yerləşmə  müəssisələrinin  hər  birində 
standartlaşdırma  işləri  vahid  tələblərə  uyğun  aparılır.  Lakin  motel 
tipli  müəssisələrdə  standartlaşdırma  işlərinin  aparılması  dağa 
fərqlidir.  Deməli,  yerləşmə  müəssisələrinin  növündən  asılı  olaraq 
tələblər  dəyişkəndir  və  hər  bir  müəssisə  də  bu  istiqamətə  uyğun 
yoxlanılır.  Xatırladaq  ki,  sertifikatlaşdırma  ilə  bağlı  hər  bir  dövlətin 
özünəməxsus  tələbləri  mövcuddur.
İspaniyada  15  iyun  1983  cü  ilin  qərarına  əsasən  minimal 
tələblər  otel,  apart  otel  və  motel  kimi  təsnif olunur.  Otellər  və  apart 
otellər  beş  ulduzla  təsnif  edilir,  lakin  mehmanxanalar  yalnız  bir
439


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə