Azərbaycan miLLİ еlmlər akadеmiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə114/116
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4137
1   ...   108   109   110   111   112   113   114   115   116

2007-Cİ İLDƏ 
AMEA NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTUNUN  
NƏŞR OLUNMUŞ ELMİ ƏSƏRLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh. 299 
fərqli cəhətləri aşkar edilmişdir. Müəllifin qənaətinə görə özündə arxaik dil 
faktlarını qoruyub saxlayan Lerik şivələri Azərbaycan  ədəbi dilinin tarixini 
izləmək baxımından çox əhəmiyyətlidir. 
Çap olunan kitablar içərisində dialektologiya şöbəsinin böyük elmi işçisi
f.e.n.Kubra Quliyevanın «Azərbaycan dilinin Quba-Dərbənd dialektində  qə-
dim türk leksilk qatı» monoqrafiyası da elmi dəyəri ilə diqqəti cəlb edir.Bu 
kitabda müəllif Quba və Dərbənd dialektinə aid materialları «Terminoloji və 
terminoloji olmayan leksika» adlı iki fəslin çərçivəsinə  sığışdırmış, bir qrup 
asemantik köklərin ekstra və intralinqvistik üsullarla etimoloji izahına cəhd 
göstərmişdir. Müəllif tədqiq etdiyi dialektlərlərdə digər dialekt və  şivələrdə 
rast gəlinməyən zəngin dil faktları aşkara çıxarmışdır. 
Dialektologiya şöbəsinin müdiri, f.e.d., prof.Qəzənfər Kazımovun «Müa-
sir Azərbaycan dili. Sintaksis»(Ali məktəblər üçün dərslik) kitabı da 2007-ci 
ildə təkmilləşdirilərək «Təhsil» nəşriyyatı tərəfindən III dəfə nəşr olunmuşdur. 
Adını çəkdiyimiz bu dərslik ümumi dilçiliyin və Azərbaycan dilçiliyinin son 
nailiyyətləri əsasında yazılmışdır. Ənənəvi sintaksis sahəsində görkəmli alim-
lərimizin tədqiq və araşdırmaları ilə yanaşı, söz birləşməsi, cümlə  və  mətn 
problemlərinin öyrənilməsinə yeni baxış əsas götürülmüş, mövzuların şərhinə 
nitqin aktuallaşdırılması imkanlarının öyrənilməsi mövqeyindən diqqət 
yetirilmişdir. Ona görə də dərslik nitqin funksional cəhətlərinin xüsusi nəzərə 
alınması baxımından  əvvəlki dərslikdən fərqlənir. Ali məktəblərin filologiya 
fakültələri üçün nəzərdə tutulan bu dərslikdən başqa fakültələrin tələbələri, 
magistrlər, aspirantlar, müəllimlər də istifadə edə bilərlər. 
2007-ci ildə çap olunan kitablardan biri də dil tarixi şöbəsinin əməkdaşı, 
f.e.d.,prof.Rəhilə  Məhərrəmovanın «Kitabi-Dədə Qorqud»un söz xəzinəsi» 
monoqrfiyasıdır. Kitabda türk dünyasının ölməz abidəsi,  şifahi xalq 
yaradıcılığının nadir incilərindən olan «Kitabi-Dədə Qorqud»un söz xəzinəsi 
araşdırılmışdır.Abidənin lüğət tərkibini türk dillərinin  əksəriyyəti üçün ortaq 
olan sözlər təşkil edir. Bu sözlər müəyyən fonetik, leksik, semantik dəyişmə-
lərə  uğrayaraq  ədəbi dildə müəyyən dövrə  qədər işlənmiş, sonralar arxaik-
ləşmişdir. Kitabın birinci hissəsində bu qədim türk sözləri semantik, leksik, 
fonetik dəyişmələr başlıqları altında qədim və orta əsr türk abidələri əsasında 
izlənmişdir. 
Kitabın ikinci hissəsində ümumişlək leksika(məişət sözləri, etnoqrafik 
leksika), söz-terminlər(bədən üzvlərinin adlarını, ailə  və qohumluq münasi-
bətlərini bildirən sözlər), hərbi terminlər, musiqi terminləri və onomastik 
vahidlərdən geniş bəhs edilmişdir. 


2007-Cİ İLDƏ 
AMEA NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTUNUN  
NƏŞR OLUNMUŞ ELMİ ƏSƏRLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh. 300 
Üçüncü hissə leksik-semantik söz qruplarına(sinonim, omonim, antonim-
lərə) həsr olunmuşdur. Monoqrafiyanın sonunda «Kitabi-Dədə Qorqud»da 
işlənmiş  qədim və orta əsr türk yazılı abidələri üçün səciyyəvi olan türk 
sözlərinin müxtəsər lüğəti verilmişdir. 
2007-ci ildə terminologiya şöbəsinin müdiri, f.e.d.Sayalı Sadıqovanın 
«Terminoloqiçeskie slovosoçetaniə v azerbaydcanskom literaturnom əzıke» 
adlı monoqrafiyası da çapdan çıxmışdır. Kitabda Azərbaycan dilində 
terminoloji söz birləşmələrinin spesifik xüsusiyyətləri araşdırılmış, forma-
laşma prosesi, dil sistemində rolu izlənilmiş, strukturu, komponentləri arasında 
semantik-qrammatik münasibətlər geniş  təsvir olunmuşdur. «Azərbaycan 
dilinin terminoloji leksikasında söz birləşməsi şəklində olan terminlərin xüsusi 
yer tutduğünü»
1
 qeyd edən müəllif Azərbaycan ədəbi dilində terminoloji söz 
birləşmələrinin əmələ gəlmə və işlənmə periodlarını da ardıcıl izləyə bilmişdir.  
Ötən 2007-ci ildə nəşr olunan kitablar sırasında terminologiya şöbəsinin 
əməkdaşlarından f.e.n.Xuraman Quliyevanın «Rus dilindən Azərbaycan dilinə 
kalkaetmə yolları» monoqrfiyasının da adını  çəkmək olar. Əsərdə kalkaların 
yaranmasını  şərtləndirən dildaxili və dilxarici amillər müəyyən edilmiş
kalkaların çoxaspektli xüsusiyyətləri təhlil olunmuşdur. 
Türk dilləri şöbəsi də 2007-ci ildə əldə etliyi uğurları ilə öyünə bilər. Be-
lə ki, şöbənin böyük elmi işçisi, f.e.n.Şəkər Orucovanın «Türk dillərində 
xitab» monoqrfiyası özünün həm bədii-estetik görüntüsü ilə, həm də elmi-
praktik məzmunu ilə diqqəti cəlb edir. «Elmi sahmanı və yanaşma ciddiliyi ilə 
fərqlənən»
2
 bu monoqrafiyada türk xalqlarının müxtəlif və rəngarəng müraciət 
formaları, onların yaranma və formalaşması tarixi-müqayisəli şəkildə nəzərdən 
keçirilmiş, qrammatik, leksik və üslubi-semantik xüsusiyyətləri araşdırılmış, 
xitabların digər həmhüdud kateqoriyalarla sərhədləri müəyyənləşdirilmişdir. 
Nəşr olunan kitablar içərisində türk dilləri  şöbəsinin digər  əməkdaşı, 
f.e.n.Elnarə Ələkbərovanın «Dilimizin ulu səsi-Dədə Qorqud abidəsi» monoq-
rafiyası misilsiz sənət abidəsinə – «Kitabi-Dədə Qorqud»a həsr olunmuşdur. 
Dastanda işlənmiş sözlər oğuz kontekstində müqayisə olunmuş, dəyərli elmi 
nəticələr  əldə edilmişdir. «Azərbacan qorqudşünaslığına layiqli töhvə»
3
 olan 
bu monoqrafiyanın sonunda dastanın lüğət tərkibi ilə  oğuz dillərinin 
                                                 
1
Садыгова С. Терминологические словосочетания в Азербайджанском литературном языке, 
Баку, Элм, 2007, с.10.
 
2
 
Orucova Ş. Türk dillərində хitab, Bakı, 2007, səh.3.
 
3
 
Ələkbərova Е. Dilimizin ulu səsi-Dədə Qorqud abidəsi, Bakı, 2007, səh.3.
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə