Azərbaycan miLLİ еlmlər akadеmiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə108/116
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4137
1   ...   104   105   106   107   108   109   110   111   ...   116

GERMANİSTİKA MƏSƏLƏLƏRİ 
__________________________________________________________ 
 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.282 
 
 
 
zəngin variativlik imkanlarının yaranmasında mühüm rol oynayır. Nümunələrə 
nəzər salaq: sterben – verscheiden – verbleichen – entschlafen – verrecken – 
krepieren – abkratzen – versterben – ableben – einschlummern – 
hinübergehen – heimgehen – verröcheln – erlöschen – zugrundegehen – 
umkommen – eingehen – vereenden – verhungern – fallen – erfrieren – 
erliegen. 
*
   
Bu fellər üslubi sinonimlərdir və bir-birindən emosional-ekspressiv rəng 
çalarları ilə fərqlənir. Belə ki, sterben üslubi cəhətdən neytral hesab olunduğu 
halda  einschlafen, verbleichen, verscheiden, ableben, einschlummern felləri 
yüksək bədii üslub əlamətlərini tərənnüm etdirir.Bu fellərin bəziləri effemizm-
lər (heimgehen, erlöschen, erliegen), bəziləri isə vulqarizmlər (verrecken, 
krepieren, abkratzen, verröcheln), digərləri isə arqotizm və jarqonizmlər kimi 
müxtəlif funksional üsullarda tətbiq olunur.  
Sinonimlər müxtəlif tematik qruplarda cəmləşir. Hər bir tematik qrup 
çoxsaylı tematik cərgələri,onlar da öz növbəsində sinonim cərgələri təşkil edir. 
Tərkibi yalnız alman mənşəli tam sinonimlərdən ibarət olan sinonim cərgə 
olduqca azdır. Məsələn,  krabbeln – kitzeln, jauchzen – jubeln, anreden – 
ansprechen, fliehen – flüchten, fordern – verlangen, vollführen – vollbringen 
və s. Bu sinonimlər eyni üslub çalarına və istifadə xüsusiyyətlərinə malik 
olduqlarından bir-birini müvafiq kontekstlərdə asanlıqla əvəz edə bilir. 
Əvvəldə qeyd olunduğu kimi, tam sinonimlərdən ibarət sinonim cərgələ-
rin çoxunun alman mənşəli və alınma sözlərdən ibarət olduğunu müşahidə 
etmək çətin deyildir. Tədqiqat zamanı dəqqəti cəlb edən başlıca cəhət feli si-
nonim cərgələr arasında fransız mənşəli – ieren  məsdər  şəkilçili alınma 
fellərin üstünlük təşkil etməsidir.  
 Nümunələr maraqlıdır:  besprechen – diskutieren, veranstalten – 
organisieren, mitteilen – informieren, überprüfen – kontrolieren, befördern – 
transportieren, zerstören – demolieren, nachdenken – sich konzentrieren
anrufen – telefonieren, drahten – telegrafieren, achten – respektieren, 
beschleuniegen – forcieren, annehmen– akzeptieren,  
 
fortschreiten – stagnieren, spritzen – infizieren, berichtigen – 
korrigieren  və s. Nümunələrdə nəzərdən keçirilən mütləq sinonimlərin təhlili 
bir daha sübut edir ki, onlar birmənalı sözlərdən ibarət olur və əsasən də ter-
minləri, sənət-peşə bildirən sözləri əhatə edir. Bu qrupa daxil olan sinonimlə-
                                                 
*
 Bu fellər L. Waysqerberin məşhur “Aufhören des Lebens” (həyatın kəsilməsi / dayanması) 
paradiqmatik söz sahəsindən götürülmüşdür.   


GERMANİSTİKA MƏSƏLƏLƏRİ 
__________________________________________________________ 
 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.283 
 
 
 
rin mənimsənilmiş beynəlmiləl sözlərdən ibarət olduğunu söyləmək də  çətin 
deyildir.  
S. Ulman (1976) da mütləq sinonimlərin məhdud  şəkildə olduğunu və 
buraya professionalizmlərin daxil olduğunu qeyd edir. O, həmçinin texniki və 
ya digər sahənin terminləri arasındakı mütləq sinonimlərin mövcudluğunun 
zamanla məhdudlaşdığını da vurğulayır.  
Alman dili kifayət qədər zəngin bir dil kimi sinonim fellərin çoxluğu ilə 
diqqəti cəlb edir. Gehen və essen fellerinin çoxsaylı tematik və sinonim cərgə-
lərinin təhlili də bu baxımdan maraqlıdır.  
Gehen” felinin sinonimləri hərəkətin sürətini, müəyyənliyini, həmçinin 
hərəkət edən şəxsin sosial-psixoloji və sağlamlıq durumunu ifadə etmək baxı-
mından bir sıra sinonim cərgələri əhatə edir:  
1) heç bir məqsəd olmadan yavaş-yavaş getmək,veyillənmək: schlendern, 
trotteln, bummeln, flanieren, waten; 
2) çox sürətlə getmək:  wetzen, laufen, rennen, sprinten, hetzen, hasten, 
eilen, wieseln, sausen, rasen, huschen, flitzen, trödeln;  
3) axsaya-axsaya getmək/ axsamaq: hinkeln, humpeln, hatschen; 
4) sürünə-sürünə getmək/çox asta getmək: sich schleppen, schlurfen, 
latschen, watscheln, schleichen. 
Bu fellər üslubi çalarlarından asılı olaraq müxtəlif funksional üslublarda 
eyni tərzdə istifadə oluna bilmir. Onlar çox zaman kobud danışıq üslubunda və 
ərazi dialektlərində nəzərə çarpır.  
Essen” felinin əmələ gətirdiyi tematik qrupa aid olan tematik və sinonim 
cərgələr haqqında da eyni fikirləri desək, yanılmarıq:  essen – fressen – 
genießen – verzehren – einhauen – herunterschlingen
Araşdırmadan belə məlum olur ki, sinonim felləri bir-birindən ayıran üs-
lub çalarları müəyyən hallarda onların işləndiyi kommunikasiya şəraitindən 
asılı olur. Nümunələr maraqlıdır: sterben felinin sinonimləri olan eingehen və 
verenden felləri heyvanlara münasibətdə istifadə olunduqda neytral üslub ça-
larına malik olursa, insanlarla əlaqədar ədəbsiz, kobud və güclü ekspressiv üs-
lub çalarının markerləri kimi çıxış edir:Unser Hund ist aus Kummer einge-
gangen. Gestern sind viele Schweine verendet. (Sendung Tagesschau”). Mein 
Nachbar ist gestern eingegangen / verendet.  
Fressen” felinin üslub çalarlarının da kontekstdən asılılığı bu fikri təs-
diqləyir:  Meine Katze frißt mir aus der Hand. Jürgen frißt Würstchen  (L. 
Ossovski vater und Sohn”). 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə