KİTABLAR, RƏYLƏR
____________________________________________________________________
_________________________________________________________________________________
«Tədqiqlər», 2008, №1, səh. 304
E.Ələkbərova «Kitabi-Dədə Qorqud»un ümumi filoloji tədqiqindən
bəhs edərkən bu əsər haqqında yazılmış bütün tədqiqatları deyil, əsas etibarilə,
Azərbaycanda, qismən də digər ölkələrdə aparılmış bəzi tədqiqatları
xatırlatmış, ayrı-ayrı fikirlərə münasibət bildirmişdir. Digər tədqiqatlardan
fərqli olaraq burada «Kitabi-Dədə Qorqud»un Türkmənistan alimləri
tərəfindən tərtib edilmiş nəşrlərinə və türkmən tədqiqatçılarının fikirlərinə də
xeyli diqqət yetirilmişdir.
«Kitabi-Dədə Qorqud» dilinin əsas fonetik və qrammatik xüsusiy-
yətlərinin müəyyənləşdirilməsi bu fəsildə xüsusi yer tutur. Bu məsələdə
dəqqəti cəlb edən cəhət həm fonetik, həm də qrammatik səviyyədə nəzərə
çapdırılan dil xüsusiyyətlərinin müasir Azərbaycan, türk, türkmən və qaqauz
dillərinin müvafiq xüsusiyyətləri ilə müqayisədə verilməsidir. Böyük zəhmət
hesabına başa gəlmiş bu müqayisə abidənin dili ilə türk dillərinin oğuz qrupu-
na aid olan dillərin uyğun və fərqli əlamətlərini əyani şəkildə üzə çıxarmışdır.
Bu məsələ ilə bağlı olaraq tədqiqatçı eyni zamanda dastanın qrammatik
xüsusiyyətlərinə həsr olunmuş araşdırmaların xülasəsini də vermişdir.
Birinci fəslin üçüncü yarımbaşlığında söz yaradıcılığı məsələsini
araşdırmağı nəzərdə tutan müəllif söz yaradıcılığına aid qısa bir şərhdən sonra
əsas diqqəti abidənin leksikasına dair tədqiqlərə, ayrı-ayrı sözlərin oxunması
və onların izahı ilə əlaqədar olan fikirlərə yönəldir, yeri gəldikcə öz
mülahizələrini də söyləyir.
Birinci fəsil «Kitabi-Dədə Qorqud» dilinin dialektoloji baxımdan
öyrənilməsi məsələsi ilə yekunlaşır. E.Ələkbərova burada, bir qədər xəsisliklə
olsa da, «Kitabi-Dədə Qorqud» dilinin Azərbaycan dili dialektləri ilə
uyğunluğunu araşdırmış tədqiqatçıların əsərlərini təhlil edir.
Monoqrafiyanın həcmcə ən böyük ikinci fəsli «Kitabi-Dədə Qorqud»un
lüğət tərkibinin leksik-semantik təhlilinə həsr edilmişdir. Müəllif dastandakı
sözləri ədəbi dilə və ya dialektlərə münasibət baxımından müxtəlif qruplara
ayırır:1.Ümumişlək sözlər; 2.Işləkliyini qismən itirmiş sözlər; 3. Bəzən ədəbi
dil, bəzən dialektlərdə işlənən sözlər; 4. Dialektizmlər; 5. Köhnəlmiş
sözlər.
E.N.Ələkbərova ayrı-ayrı söz qruplarının təhlilinə keçməzdən əvvəl
türk dillərinin oğuz qrupuna daxil olan türk, türkmən, qaqauz və Azərbaycan
dillərinin lüğət tərkibinin səciyyəvi xüsusiyyətləri barədə qısa məlumat verir
və belə bir nəticəyə gəlir ki, Azərbaycan türk, türkmən və qaqauz dilləri
özünəməxsus keyfiyyətlərlə yanaşı, ümumoğuz xüsusiyyətlərinə də malikdir.
Ümumişlək sözlər qrupunda ümumi isimlər və hərəkət bildirən sözlər
araşdırılır. Bu sözlər aşağıdakı qruplarda təqdim edilir:qohumluq terminləri,
bədən üzvlərinin adları, zoonimlər, fitonimlər, məişət leksikası, hərbi leksika,
KİTABLAR, RƏYLƏR
____________________________________________________________________
_________________________________________________________________________________
«Tədqiqlər», 2008, №1, səh. 305
təbiət cisimlərinin adları, mücərrəd isimlər, hal-vəziyyət felləri, iş felləri, nitq
felləri, təfəkkür felləri, hərəkət felləri.
Ayrı-ayrı qruplara daxil olan sözləri qeyd etdikdən sonra E.Ələkbərova
bir sıra sözlərin şərhinə ayrıca diqqət yetirmiş, həmin leksik vahidləri oğuz
dilləri kontekstində izah etmişdir. O, eyni zamanda statistik metod əsasında
müəyyən etmişdir ki, «Kitabi-Dədə Qorqud»un leksikasına daxil olan 114
ümumi isim, 90 fel oğuz qrupu dillərinin bəzilərində ümumişləklik
xüsusiyyətlərini saxlamışdır.«Kitabi-Dədə Qorqud»dakı sözlərin müəyyən bir
qrupu hazırda oğuz dillərinin bəzisində ədəbi dildə, bəzisində isə dialektlərdə
işlənir. Əsərdə bu tipli sözlər də tematik qruplara ayrılaraq təhlil edilir. Burada
gözə çarpan cəhət oğuz qrupu dillərinin materiallarından çıxış edən müəllifin
bəzi sözlərin mənalarını dəqiqləşdirməsidir. Fikrin aydınlığı üçün deyək ki,
«Kitabi-Dədə Qorqud»un 1988-ci il Bakı nəşrində və Nəsimi adına Dilçilik
Institutunda hazıranıb nəşr olunmuş ««Kitabi-Dədə Qorqud» dilinin izahlı
lüğəti»ndə «belbağı» mənasında verilmiş taraqlıq sözü E.N.Ələkbərova
tərəfindən «əl və ayaq barmaqlarındakı sümüklər» mənasında izah olunur.
Həqiqətən, bu izah mətnə daha uyğundur: Qanturalı niqabın sərpdi. Qız
köşkdən baqardı. Daraqlığı boşaldı, kedisi mavladı. Avsal olmuş dana kimi
ağzınıŋ suyu aqdı. Yəni, «Qanturalı niqabını yana atdı. Qız köşkdən baxırdı.
Əl barmaqları boşaldı, pişiyi miyoldadı (Müəllifə görə, görünür, pişiyi əlindən
çıxır). Öysəl olmuş dana kimi ağzının suyu axdı».
Göründüyü kimi, E.Ələkbərovanın daraqlıq sözünün mənasını dəqiq-
ləşdirməsi nəticəsində qədim xalq dastanındakı təsvir bütün gözəlliyi ilə üzə
çıxır.
Ikinci fəsildə araşdırılan sözlərin müəyyən bir hissəsini dialektizmlər
təşkil edir. Araşdırıcı dialektizmləri hansı meyar əsasında müəyyənləşdirdiyini
qeyd etməsə də, onun verdiyi nümunələrdən aydın olur ki, bunlar oğuz qrupu
türk dillərinin hamısında ədəbi dil səviyyəsində işlənməyən sözlərdir
(Azərbaycan ədəbi dilində işlənən qaşqa sözü istisnadır). Yəqin bu ondan irəli
gəlir ki, E.Ələkbərovanın qənaətinə görə, «Kitabi-Dədə Qorqud» ümumoğuz
abidəsidir (Yeri gəlmişkən deyim ki, mən onun bu fikri ilə tam şərik deyiləm).
Monoqrafiyada dialektizm kimi təqdim edilən sözlər sayca çox deyil,
onların dialektizm olması da, demək olar ki, şübhə doğurmur, həmin leksik
vahidlər isə diqqətəlayiq bir şəkildə təhlil edilmişdir. Müəllifin «Kitabi-Dədə
Qorqud»un dilində və Azərbaycan dili şivələrində işlənən sərmüzə «başmaq»,
qağan(«Kitabi-Dədə Qorqud»da «vəhşi,yırtıcı», Azərbaycan dili şivələrində
«qüvvətli») sözlərinə verdiyi izahlar xüsusilə qeyd olunmalıdır.
Ikinci fəslin sonunda «Kitabi-Dədə Qorqud»un dilində işlənmiş və
müasir dil baxımından köhnəlmiş hesab olunan arğış «xüsusi seçilmiş
KİTABLAR, RƏYLƏR
____________________________________________________________________
_________________________________________________________________________________
«Tədqiqlər», 2008, №1, səh. 306
nümayəndə», ağban «başı dik ev, çadır», sağış «məhşər günü» və s. sözlər
araşdırılır.
Tədqiqat prosesində əldə edilmiş nəticələr monoqrafiyanın nəticə
hissəsində ümumiləşdirilmişdir.
Monoqrafiyaya əlavə kimi verilmiş ««Kitabi-Dədə Qorqud»un lüğət
tərkibi ilə oğuz qrupu dilləri leksikasının müqayisəli lüğəti» müəllifin irəli
sürdüyü müddəaların möhkəmləndirilməsinə xidmət edir.
Mən E.Ələkbərovanın müəyyən məsələlər üzrə polemika aparmasını
təbii sayıram. Fikrimcə, elmi həqiqətin üzə çıxarılması məqsədilə edilən hər
bir cəhd normal qarşılanmalıdır.
Zəngin elmi ədəbiyyat, konkret dil faktları və dərin elmi təhlil əsasında
yazılmış bu monoqrafiyanı qorqudşünaslığa layiqli bir töhfə kimi
qiymətləndirmək olar.
E.Ələkbərovanın «Dilimizin ulu səsi-Dədə Qorqud abidəsi» monoq-
rafiyasının məziyyətlərindən çox danışmaq olar, lakin hesab edirəm ki, deyi-
lənlər bu əsərin məzmunu və onun elmi əhəmiyyəti barədə kifayət qədər aydın
təsəvvür yaradır.
E.Ələkbərova tədqiqat prosesində qarşıya qoyduğu məqsədə – «Kitabi-
Dədə Qorqud» abidəsinin oğuz dilləri kontekstində öyrənilməsinə nail
olmuşdur. Əminliklə demək olar ki, E.Ələkbərovanın «Dilimizin ulu səsi-
Dədə Qorqud abidəsi» monoqrafiyası türk-oğuz bədii təfəkkürünün qədim və
parlaq nümunəsi olan «Kitabi-Dədə Qorqud» eposunun elmi əsaslarla
öyrənilməsi yolunda uğurlu bir addımdır və heç şübhəsiz ki, bu əsər müəllifinə
böyük şöhrət gətirəcəkdir.
MÜNDƏRİCAT
__________________________________________________________
____________________________________________________________________
«Tədqiqlər», 2008, №1,səh. 307
BАKI DILÇILIK MƏKTƏBINDƏ
Professor Tofiq Ismаyıl oğlu HАCIYEV
M.Füzulinin lüğət tərkibi………………………………………………………3-11
fil.e.n. Qətibə MAHMUDOVA
Türkiyədə keçirilən beynəlxalq simpozium
və konfranslardа……………………………………………………………….12-13
ÜMUMI VƏ TƏTBIQI DILÇILIK MƏSƏLƏLƏRI
AYNEL MƏŞƏDİYEVA
Antonimiyа problemi dilçi və filosoflаrın şərhində………………………….14-17
Аytən HАCIYEVА
Tipololoji definisаsiyаdа sinхronik və diахronik yаnаşmа fərqliliyi və onun tipoloji
sаpmа fаktlаrının təsbiti işindəki fəsаdlаrı
hаqqındа………………………………………………………………………..18-24
Babaş ƏZIMOV
Qloballaşmanın linqvistik əsasları. Qlobal dil, beynəlxalq dil və milli dil
anlayışlarının qarşılaşdırılması……………………………………………….25-32
Фариза ШАХБАЗОВА
О роли оппозиции новой – старой информации
в построении текста-дискурса………………………………………………...33-40
Fəridə АLLАHVERDIYEVА
Mürəkkəb sintаktik bütövlərin birləşmə prinsipləri…………………………41-49
İlham TAHİROV
Temporallığın təktərkbli cümlələrlə ifadəsi………………………………..... 50-56
Kаmilə VƏLIEVА
Ingilis və Аzərbаycаn dillərində sintаktik əlаqələrin
formаl təsviri…………………………………………………………………..57-61
Гюней МАГЕРРАМОВА
О значении порядка слов в синтаксических единицах
с параллелизмом………………………………………………………………62-67
Muharrem TANRIVEREN
Düşünme ve dil gerçegi……………………………………………………….68 -74
Наталья ДУПИКОВА
Диалог как основная форма общения
пилот-авиадиспетчер…………………………………………………………..75-81
MÜNDƏRİCAT
__________________________________________________________
____________________________________________________________________
«Tədqiqlər», 2008, №1,səh. 308
TÜRK DILLƏRI MƏSƏLƏLƏRI
Bаbа MƏHƏRRƏMLI
Türk dillərində ilkin köklərin qurluşu və mənşəyi………………………82-89
Ruslan ABDULLAYEV
Аdverbiаllаşmа (zərfləşmə) leksik-semаntik
konversiyаnın bir növü kimi………………………………………………….90-99
Şəkər ORUCOVА
Qıpçаq qrupu türk dillərində etnonimlər:
Ümumi mənzərə……………………………………………………………..100-108
Tərаnə ŞÜKÜROVА
Аzərbаycаn və özbək dillərində semаntik
və morfoloji yollа yаrаnаn terminlər…………………………………….109-116
MÜАSIR АZƏRBАYCАN DILI VƏ TERMINOLOGIYА MƏSƏLƏLƏRI
Dinаr QOCАYEVА
Səməd Vurğun yаrаdıcılığındа klаssik ədəbi dil məsələləri…………….….117-124
Florа NАMАZOVА
Ilyаs Əfəndiyev drаmlаrının dili üzərində necə işləmişdir…………………...125-
131 Həcər HÜSEYNOVА
Nəsr əsərlərində bənzətmələrin işlənmə хüsusiyyətləri
(Mir Cəlаl Pаşаyevin əsərləri əsаsındа)………………….
……………………...132-136
İradə ABDULLAYEVA
XX əsrin ахırlаrındаАzərbаycаn terminologiyаsının inkişаfı……………137-145
Kюnül Əzizаğа qızı HƏBIBOVА
Reklаmlаr və yаzı mədəniyyəti…………………………………………...…146-149
Könül İSMAYILOYA
Azərbаycаn dilində rus mənşəli ədəbi modernizm terminləri………….....150-155
Mətаnət HАCIYEVА
Morfoloji üsullа yаrаnаn hüquq terminləri………………………………..156-161
Nаtаvаn HÜSEYNOVА
M.F.Ахundov və аnа dili……………………………………………………162-166
Nərgiz MUSА QIZI HАCIYEVА
Uşаq şerlərində təkrаrlаrın üslubi хüsusiyyətləri…………………………..167-175
Vəfа RZАYEVА
Müаsir mətbuаtın dilində türkizmlər…………………………………….....176-184
MÜNDƏRİCAT
__________________________________________________________
____________________________________________________________________
«Tədqiqlər», 2008, №1,səh. 309
DIL TАRIХI VƏ DIАLEKTOLOGIYА MƏSƏLƏLƏRI
Elmirа MƏMMƏDOVА
“Kitаbi-Dədə Qorqud»dа ismi frаzeologizmlər…………………………….185-194
Heybət HEYBƏTOV
Cəmаləddin Məhəmməd ibn Əbdülqəni əl-Ərdəbilinin
ﻮﺤﻨﻟا ﻰﻓ جذﻮﻤﻧﻻا حﺮﺷ
Əsərinin qrаmmаtik хüsusiyyətləri……………………………………….….195-201
Kübra QULIYEVA
Ayrım şivəsində düzəltmə sifətləri əmələ gətirən şəkilçilərə
tarixilik nюqteyi-nəzərindən baxış…………………………………………...202-207
Nüşаbə KƏRIMOVА
Mehri Хаtunun "Divаn"ındа sаylаrın işlənməsinə dаir( XV əsr)………….208-216
S.M.SEYIDOVА
M.P.Vаqifin şerlərində sinonimlər…………………………………………… 217- 223
Vahid ZAHIDOGHLU
Die Etymologie einiger Wörter, die in der Chronik
„Kitabi - Dede Gorgud“ gebraucht werden………………………………….224-236
Vаhidə CƏFƏRZАDƏ
Mühibbinin Divanı və dili haqqında bəzi qeydlər………………………….237-243
DIL ƏLАQƏLƏRI MƏSƏLƏLƏRI
Cəmilə Murtuzəli qızı KEYSEROVSKАYА
Аvаr dilinin leksikаsındа аlınmаlаrın yeri………………………………….244-250
Gülrux HƏSƏNOVA
Rus dilindəki fellərin gələcək zaman formalarının Azərbaycan dilinə
transformasiyası və transpozisiya məsələsinə dair…………………………251-257
İradə QASIMOVA
Sadə cümlənin genişlənməsinə dair bəzi qeydlər………..………………….258-263
Тарана ДЖАФАРОВА
Индийское морфологизирование тюркских основ…...……………………264-272
GERMАNISTIKА MƏSƏLƏLƏRI
Аygün Hüseynаğа qızı ƏLIYEVА
Ingilis dilində vurğu…………………………………………………………273-278
Ulduz ASLANOVA, Nurşərəf BABAYEVA
Alman dilində sinonim fellərin
üslubi səciyyəsi və tədrisi problemləri………………………………………279-286
MÜNDƏRİCAT
__________________________________________________________
____________________________________________________________________
«Tədqiqlər», 2008, №1,səh. 310
2007-CI ILDƏ АMEА NƏSIMI АDINА DILÇILIK INSTITUTUNUN
АSPIRАNT VƏ DISSERTАNTLАRININ DISSERTАSIYА MÜDАFIƏLƏRI
____________________________________________________________________
Elnarə ƏLƏKBƏROVA
Azərbаycаn dilçiliyinin yeni uğurlаrı ..…………………………………….287-296
2007-CI ILDƏ АMEА NƏSIMI АDINА DILÇILIK INSTITUTUNUN NƏŞR
OLUNMUŞ ELMI ƏSƏRLƏRI
___________________________________________________________________
Elçin MƏMMƏDOV
2007-ci ilin yeni nəşrləri…………………………………………………….297-302
KITАBLАR, RƏYLƏR
___________________________________________________________________
Prof.Elbrus ƏZIZOV
«Kitаbi-Dədə Qorqud» аbidəsinin oğuz dilləri kontekstində tədqiqi.
(f.e.n.E.N.Ələkbərovаnın «Dilimizin ulu səsi-Dədə Qorqud аbidəsi» monoqrаfiyаsınа
rəy
)…………………………………………………………….……………… 303-306
Kompüter dizaynı: Nurlan Mətləboğlu
Yığılmağa verilib: 25.12.2007
Çapa imzalanıb: 02.03.2008
Şərti çap vərəqi 15,5, Sifariş
Kağız formatı 70х100 1/16
Tiraj 500
Kitab «Nurlan» nəşriyyat-poliqrafiya müəssisəsində
hazır diapozitivlərdən çap olunmuşdur.
Direktor: prof.N.B.MƏMMƏDLI
E-mail: nurlan 1959@ rambler.ru
Tel.:497-16-32; 850 311-41-89
Ünvan: Bakı,Içərişəhər, 3-cü Maqomayev dюngəsi 8/4
Dostları ilə paylaş: |