Azərbaycan miLLİ еlmlər akadеmiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə115/116
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4137
1   ...   108   109   110   111   112   113   114   115   116

2007-Cİ İLDƏ 
AMEA NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTUNUN  
NƏŞR OLUNMUŞ ELMİ ƏSƏRLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh. 301 
müqayisəli lüğətinin verilməsi tarixi lüğətçilik üçün mühüm əhəmiyyət kəsb 
edir. 
2007-ci il Dilçilik Institutunun roman-german dilləri  şöbəsi üçün də 
uğurlu sayıla bilər. Bu baxımdan şöbənin müdiri, f.e.n.Məhəbbət Əsədovanın 
«Ingilis və Azərbaycan dillərində tamamlıq budaq cümlələri» monoqrafiya-
sında müxtəlifsistemli ingilis və Azərbaycan dillərinin materialları  əsasında 
tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələrin struktur-semantik və 
funksional xüsusiyyətləri nəzərdən keçirilir, onların struktur-semantik tiplə-
rinin təsviri verilir, bu tip budaq cümlələrin sintaktik omonimliyi və sinonim-
liyi araşdırılır, dillərarası uyğunluqlar və  fərqlər müəyyən edilir. «Ingilis və 
Azərbaycan dillərində tamamlıq budaq cümlələri» monoqrafiyası «ali və orta 
məktəb auditoriyalarında tələbə və şagirdlərə həm sözügedən cümlələrin öyrə-
dilməsi, həm də Azərbaycan dilinə və əksinə tərcümə prosesi üçün faydalı ola 
bilər».
1
  
Müxtəlifsistemli dillərin müqayisəli tədqiqinə  həsr edilmiş monoqra-
fiyalardan biri də f.e.n.Ilham Tahirovun «Azərbaycan və ingilis dillərində za-
man kateqoriyası» kitabıdır. 2007-ci ildə çap olunmuş bu monoqrafiyada 
dünyanın elmi mənzərəsinin  əsas konseptlərindən biri olan zaman problemi 
işıqlandırılır, perseptual və konseptual zamanların nisbəti əsasında dil zamanı 
təhlil edilir, zaman funksional-semantik sahə kimi araşdırılır. «Azərbaycan 
dilçiliyində universal zaman kateqoriyasının (ingilis və Azərbaycan dillərinin 
materialları üzrə) kontrastiv-tipoloji aspektdə öyrənilməsi»
2
 baxımından bu 
monoqrafiya olduqca dəyərlidir. 
Ötən 2007-ci ildə institutun müasir Azərbaycan dili şöbəsinin əməkdaş-
lərı da məhsuldar elmi yaradıcılıqları ilə diqqəti cəlb etdilər.  Şöbənin  əmək-
daşı f.e.d.,prof.Türkan Əfəndiyevanın «Azərbaycan  ədəbi dilinin üslubiyyat 
problemləri» kitabı ədəbi dilimizin aparıcı üslubiyyat problemlərinin tədqiqinə 
həsr olunmuşdur. Kitabda həmçinin  ədəbi dilin funksional üslublar sistemi, 
müxtəlif morfoloji və sintaktik kateqoriyaların üslubi xüsusiyyətləri də 
nəzərdən keçirilmişdir. 
Sözügedən şöbənin əməkdaşı, f.e.n.Fəridə Ləmanın «Müasir Azərbaycan 
dilində epitetlər» kitabında bədii dildə  işlənən orijinal epitetlərin ifadə va-
sitələrindən və üslubi xüsusiyyətlərindən söhbət açılır. 2007-ci ilin nəşrləri 
sırasına daxil olan bu kitabı «Azərbaycan dili üslubiyyatının və məcazlar sis-
                                                 
1
 
Əsədova M. Ingilis və Azərbaycan dillərində tamamlıq budaq cümlələri, Bakı, 2007, səh.3.
 
2
Tahirov I. Azərbaycan və ingilis dillərində zaman katеqoriyası, Bakı, 2007, səh.6.
 


2007-Cİ İLDƏ 
AMEA NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTUNUN  
NƏŞR OLUNMUŞ ELMİ ƏSƏRLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh. 302 
teminin nəzəri  əsaslarının öyrənilməsi üçün mötəbər elmi mənbələrdən biri 
hesab etmək olar»
1
.  
 2007-ci ildə  nəşr olunan kitablardan biri də müasir Azərbaycan dili 
şöbəsinin əməkdaşı f.e.n.Nərgiz Hacıyevanın «Azərbaycan dilində vokativlər» 
monoqrafiyasıdır. Monoqrafiyada vokativ vahidlərin dil sistemində yeri, on-
ların hal, imperativlər, xitablar və nidalarla kəsişən və ayrılan cəhətləri ve-
rilmiş, vokativ sözlərin fonetik, leksik-semantik, qrammatik və üslubi xüsusiy-
yətləri araşdırılmış, söz yaradıcılığındakı rolu işıqlandırılmışdır. Əsərdə voka-
tiv cümlələr və onların digər sintaktik vahidlərdən fərqi verilmişdir.  
     
 
                                                 
1
 
Fəridə Ləman  Müasir Azərbaycan dilində еpitеtlər, Bakı, 2007, səh.5. 
 


KİTABLAR, RƏYLƏR
   
 
____________________________________________________________________ 
_________________________________________________________________________________ 
 «Tədqiqlər», 2008, №1, səh. 303 
         
Elbrus ƏZIZOV, 
filologiya elmləri doktoru, professor 
«KITABI-DƏDƏ QORQUD» ABIDƏSININ OĞUZ 
DILLƏRI KONTEKSTINDƏ TƏDQIQI 
Elnarə Ələkbərova. Dilimizin ulu səsi- Dədə Qorqud abidəsi. «Nur-
lan»,2007, 250 səh.
                                          
«Kitabi-Dədə Qorqud» eposunun müxtəlif nəşrlərini və onun haqqında 
yazılanları bir yerə  yığsaq, yəqin ki, bir kitabxana yaranar. Ancaq bununla 
belə, türk-oğuz bədii düşüncəsinin parlaq nümunəsi olan bu əsər elə bir 
xəzinədir ki, onun bütün sirləri indiyədək tam aşkara çıxarılmayıb. Bu mənada 
filologiya elmləri namizədi Elnarə Ələkbərovanın «Dilimizin ulu səsi - Dədə 
Qorqud abidəsi» monoqrafiyasında dilimizin bu qədim abidəsini  - «Kitabi-
Dədə Qorqud»u yeni bir istiqamətdə – türk dillərinin oğuz qrupuna daxil olan 
dillər kontekstində araşdırması  təqdirəlayiqdir. Gənc türkoloq bu mövzunu 
tədqiq etməklə öz üzərinə  ağır bir yük götürmüş, «Kitabi-Dədə Qorqud» 
haqqında yazılmış saysız-hesabsız tədqiqatları nəzərdən keçirmiş, abidənin dil 
xüsusiyyətlərini hərtərəfli öyrənmiş, nəhayət, abidənin dili ilə oğuz qrupu türk 
dillərini – Azərbaycan, türk, türkmən və qaqauz dillərini həm ədəbi dil, həm 
də dialekt səviyyəsində müqayisə edərək uyğun və  fərqli xüsusiyyətlərin 
təhlilini vermişdir. «Kitabi-Dədə Qorqud» haqqında gurultulu ifadələrlə dolu 
və «filosofanə» yazılmış  bəzi  əsərlərdən fərqli olaraq yazılı abidənin dili 
zəngin faktlar və türkoloji dilçiliyin ənənələrinə uyğun bir şəkildə 
araşdırılmışdır. 
Tədqiqatda müqayisəli-tarixi, müqayisəli-tutuşdurma və statistik me-
todlardan səmərəli  şəkildə istifadə edən müəllif yeni elmi nəticələr  əldə 
etməyə nail olmuşdur. «Kitabi-Dədə Qorqud»un leksikası ilə müasir Azər-
baycan, türk, türkmən və qaqauz dillərinin ilk dəfə sistemli şəkildə 
müqayisəsi, abidənin dilində  işlənmiş  bəzi sözlərin mənalarının dəqiq-
ləşdirilməsi, dialektlərə məxsus bir sıra yeni faktların tədqiqata cəlb edilməsi 
bu işin əsas elmi yeniliyidir. 
Monoqrafiya  giriş, iki fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat siyahısı 
və əlavə kimi verilmiş «Kitabi-Dədə Qorqud»un lüğət tərkibi ilə oğuz qrupu 
dilləri leksikasının müqayisəli lüğətindən ibarətdir. 
Əsərin ««Kitabi-Dədə Qorqud» dilinin tarixi–linqvistik tədqiqi» adlı bi-
rinci fəslində dastanın ümumi filoloji tədqiqi, «Kitabi-Dədə Qorqud» dilinin 
fonetik, qrammatik xüsusiyyətləri, eposun dilində söz yaradıcılığı məsələsi və 
abidənin dialektoloji baxımdan öyrənilməsi məsələsi nəzərdən keçirilir. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə