Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə21/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   17   18   19   20   21   22   23   24   ...   114

elmi  kitab”  rus  məktəbinin  8-ci  sinfində  oxuyarkən  hərdən 
qiymət  almaq  üçün vərəqlədiyi  “rus  dili”  dərsliyi  olan  qeyri- 
dil  daşıyıcıları Azərbaycan və türk dilində,  demək olar ki,  ək­
sər  qrammatik  forma  və  kateqoriyalan  düzgün  dərk  edə  və 
onları yerli-yerində işlədə bilmişlər.
2001-ci  ilin yanvar-iyun aylarında “Fortuna Lux” tərcü­
mə  və dil  öyrənmə mərkəzində bir ukraynalı,  bir alman və üç 
rus  dinləyici  ilə  ayn-ayrılıqda  tərəfimizdən  apanlan  eksperi­
ment dərslərin nəticələri  göstərir ki,  qrammatik  formanın m ə­
nimsənilib düzgün şəkildə işlədilə bilməsi  üçün həmin form a­
ların  tarixən  əmələ  gəlmiş  olduğu  leksik  forma  ilə  əlaqəsini 
bilib-bilməməyin heç bir əhəmiyyəti yoxdur.
Deməli, müasir dillərdə mövcud olan qrammatik form a­
ların  dərk  olunması  mexanizmini  onların  tarixən  əmələ  gəl­
miş  olduğu  leksik  formaların  dərk  olunması  mexanizmi  ilə 
əlaqələndirmək və ya eyniləşdirmək heç bir halda düzgün nə­
ticə verə bilməz.
Qrammatik form aların mənimsənilməsi.
Qrammatik formalar bu və ya digər şəxs tərəfindən dərk 
olunarkən  və  ya  mənimsənilərkən  mahiyyət  etibarı  ilə  eyni 
olan,  sadəcə,  cərəyan ardıcıllığı  ilə  fərqlənən iki  mənimsəmə 
üsulundan istifadə  edilir.  Əks  ardıcıllıqla cərəyan  edən  ikinci 
dərketmə  və  ya  mənimsəmə  üsulunda,  ilk  növbədə,  dilin 
müasir  səviyyəsində  mövcud  olan  qrammatik  formanın  şəkli 
əlaməti  və  ya  maddi  hissəsi  ilə,  başqa  sözlə  desək,  dil  struk­
tur vahidi  ilə tanışlıq baş verir (məsələn, türk dilində -da,-də,- 
ta,  -tə  şəkilçisi  ilə  düzələn  qrammatik  formanm  olması  haq­
qında  məlumat  daxil  olur).  Bu  zaman  dinləyicinin  beynində 
bu  dil  struktur  vahidlərinin  hər  birinə  ekvivalent  olan  ikinci 
intellekt obrazları yaranır.
M  ayıl В.  ƏSGƏROV.Söz və formaların yaranma və mənimsənilmə
mexanizminin linqvopsixoloji modeli
__________
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 82
Əvvəldə  də  qeyd  etdiyimiz  kimi,  əgər  ikinci  intellekt 
obrazlarının yaranmasından sonra keçən qısa vaxt ərzində ob­
yektiv aləmdə mövcud  olan gerçəklik  elementi  haqqında m ə­
lumat  daxil  olmazsa və  həmin  gerçəklik  elementinin real  ob­
razına  ekvivalent  olan  birinci  intellekt  obrazı  yaranmazsa, 
qismən  qısa  bir  vaxtdan  sonra  dil  struktur  vahidinin  dərk 
olunması nəticəsində yaranmış  ikinci  intellekt  obrazı  da unu­
dulur1.  Linqvopsixoloji  problemlərə həsr olunan bəzi  araşdır­
malarımızda  qeyd  etmişdik  ki,  dərk  olunan  gerçəklik  ele­
mentlərinin tipindən asılı olmayaraq onlarla bağlı bütün dərk­
etmə və təfəkkür prosesləri  analoji vahidlər vasitəsilə,  analoji 
ardıcıllıqla cərəyan  edir*
 2.  Həmin  fikri  davam  və  inkişaf etdi­
rərək  belə  deyə  bilərik  ki,  potensial  olaraq  hiss  orqanlarına 
təsir  imkanına  malik  olan  və  olmayan,  dildə  əks  olunan  və 
olunmayan  bütün  gerçəklik  elementləri  ilə  bağlı  bütün  dərk­
etmə və təfəkkür proseslərinin həm appelyativ vahidləri, həm 
də cərəyan ardıcıllıqları tam identikdir.
Qrammatik  formanm  birinci  intellekt  obrazı  haqqında 
danışmazdan  əvvəl,  ona ekvivalent  olan  gerçəklik elementini 
digər tipdən olan  gerçəklik  elementləri  ilə  müqayisəli  şəkildə 
nəzərdən  keçirməyə  ehtiyac  duyulur.  Klassik  psixolinqvisti- 
kanın stimul-reaksiya, stimul-oppozisya-reaksiya kimi əsasla­
rına  istinadən  gerçəklik  elementinin  üç  tipini  fərqləndirmək 
mümkündür:  1) birbaşa  fizioloji  hiss  orqanlarına təsir edə  bi­
lən  və  dildə  əks  olunan  gerçəklik  elementləri  (məs.:  “kitab”
AMEA  Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Tiirk dillərinin tarixi-müqayisəli teksikologiyası məsələləri, III cild, Bakı,  2012
'Ə s g ə ro v   M .B .D il  v ə  d ə rk etm əd ə  qarşılıqlı  əkso lu n m alar.E lm i  -axtarışlar, 
A M E A  F o lk lo r in stitu tu n u n   elm i  top lu su , X V   b u rax ılış,  B akı,  200 6 ,  s. 111 -1 15.
2  Əsgərov  M.B.  Dərketmə  və  təfəkkürün  vahidləri.  Azərbaycan  Dövlət 
Pedaqoji  Universitetinin  “Xəbərlər”i,Humanitar  elmləri  seriyası,Bakı, 
№ 4,  2 0 0 6 ,s.l  15-119.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 83


kimi);  2) birbaşa fizioloji  hiss orqanlarına təsir edə bilməyən, 
amma  dildə  əks  olunan  gerçəklik  elementləri  (məs.:“xəyal” 
kimi);  3)  birbaşa fizioloji  hiss orqanlarına təsir edə bilən,  am­
ma  dildə  əks  olunmayan  (məs.:  “üst  dodaqdakı  kanalcıq”  ki­
mi).
Təbii  ki,  klassik  psixolinqvistik  mövqedən  yanaşmaqla 
gerçəklik  elementinin  başqa  tiplərinin  də  olduğunu  iddia  et­
mək  mümkün  deyil.  Çünki  mövcud  meyarlar  sadəcə  bu  üç 
tipi  fərqləndirməyə  imkan  verir.  Meyar  yetərsizliyi  və  naqis­
liyi  səbəbindən klassik psixolinqvistika bir sıra çatışmazlıqla­
ra  yol  vermiş  və  o  cümlədən dil  struktur  vahidlərinin  müstə­
qil gerçəklik elementləri  olmasım nəzərə almamışdır.
Klassik psixolinqvistika bazasında yaranıb,  özünü onun 
varisi  və  üçüncü pilləsi  və  ya  yeni  məktəbi  elan  etsə  də,  mə­
sələnin  linqvistik  yönünü,  demək  olar  ki,  əhəmiyyətsiz  bir 
şey hesab edib bir tərəfə atan nitq fəaliyyəti nəzəriyyəsi prob­
lemi  həll  etmək  əvəzinə,  dili  dərketmə  və  təfəkkür proseslə­
rinin içində əritməklə bu problemin həllindən yan keçmişdir.
Əslində  isə  hər  bir  dil  struktur  vahidi  öz-özlüyündə 
ikinci sıra gerçəklik elementidir1.  Dillərin sinxron səviyyəsin­
də ,  qrammatik  formalar  müstəqil  gerçəklik  elementi  kimi 
məhz dil struktur vahidləri arasında mövcuddur.
Dil  struktur  vahidlərini  obyektiv  aləmin  birbaşa  təbiət 
tərəfindən  yaradılan  əşyalar,  varlıqlar,  faktlar,  hadisələr kimi 
birinci  sıra  gerçəklik  elementləri  arasında  axtarmaq,  yumşaq 
desək,  sadəlövhlük  olardı.  Çünki  dil  struktur  vahidi  aktiv  bir 
sistemin  vahidi  olaraq  insanın beyin  aparatı  vasitəsilə yaradı­
lır  və  həmin  aktiv  sistemin  aktiv  vahidi  xüsusiyyətini  məhz
'Daha ətraflı  bax:Əsgərov  M.B.Dilin psixolinqvistik  mahiyyəti. 
“Tədqiqlər".
  AMEA 
Dilçilik  institutu,Bakı,“Elm”, 2004, N 2, s.  60-64.
May ıl В.  ƏSGƏROV.Söz və formaların yaranma və mənimsənilmə
__________________  
mexanizminin linqvopsixoloji modeli
__________
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 84
yenidən  beyin  aparatı  ilə  birləşdikdə  qazanır.  İnsanın  beyin 
aparatından  kənarda  mövcud  olan  forma  və  ya  nitq  mənasız 
səsdən və ya işarələr zəncirindən başqa bir şey deyildir.
Dillərin müasir səviyyəsində ilk baxışdan elə görünə bi­
lər  ki,  qrammatik  formaya  ekvivalent  olan  birinci  sıra  ger­
çəklik elementi həmin formanın şəkli əlamətidir, yəni, cəmlik 
məzmunu  ifadə  edən  qrammatik  formaya  ekvivalent  olan 
əsas  gerçəklik  elementi  məhz  -lar,-lər  şəkilçisidir.  Belə  dü­
şünmək, əlbəttə, yanlışdır.
Dərk  olunma  və  ya  mənimsənilmə  üsulundan  asılı  ol­
mayaraq qrammatik formanın şəkli  əlaməti bu formanın ikin­
ci  intellekt  obrazına  ekvivalent  olan  ikinci  sıra  gerçəklik 
elementidir.  Başqa sözlə  desək,  cəmlik məzmununu dildə  və 
ya nitqdə ifadə  edən  -lar,  -lər şəkilçisi  bu formanın ikinci  in­
tellekt obrazına ekvivalent olan gerçəklik elementidir.
Biz  insanlar  cəmiyyətin  fərdi  kimi  daima  nitq  vasitəsi 
ilə  ünsiyyətdə  olduğumuza görə,  bizə  elə  gəlir ki,  qrammatik 
formanın  birinci  intellekt  obrazı  təfəkkürümüzdə,  düşüncə­
mizdə  izahedici  mətn  formasında  mövcuddur.  Eyni  qaydada 
“xəyal”,  “fikir”,  “düşüncə”  kimi  mücərrəd  isimlərin  birinci 
intellekt obrazını  da  izahedici  mətn  formasında təsəvvür  edi­
rik.  Nəzərə  almaq  lazımdır  ki,  bu mətnin  özündə  belə  həmin 
leksik  və  ya  qrammatik  formanın  bütün  xüsusiyyət  və  çalar- 
larını  əhatə  edən  bitkinlik,  hərtərəflilik  yoxdur.  Bu  mətn  bi­
rinci  intellekt  obrazı  yox,  onun  bəzi  cəhətlərinin  dil  güzgü- 
sündəki  əksinin  sözlərlə  ifadəsidir.  Həmin  xüsusiyyətləri  nə 
qədər  çox  saysaq  da,  bu  mətni  nə  qədər  uzatsaq  da,  bizə  elə 
gəlir ki, həmin leksik və ya qrammatik  formanın tam təsvirini 
verə bilməmişik.
Kənardan  bizi  müşahidə  edənlər  də  dediyimiz  sözlərə
AMEA Nəsimi adma Dilçilik institutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 85


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə